Bu gün böyük gündür - TRAMP

ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçiriləcək görüş barədə hisslərini bölüşüb. Sozcu.az xəbər verir ki, o, bugünkü günü “böyük gün” adlandırıb və heç vaxt bu qədər Avropa liderinin eyni vaxtda Ağ Evə toplaşmadığını deyib. “Bu Amerika üçün böyük şərəfdir. Nəticələrin nə olacağını görəcəyik”- Tramp qeyd edib. Xatırladaq ki, bu gün Ağ Evdə ABŞ prezidenti, Avropa liderləri və Ukrayna prezidenti Volodimir Zelenski arasında görüş keçiriləcək.

Bakıda bu küçə 10 gün bağlı olacaq

Bu gündən etibarən Bakıda 10 gün müddətinə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, avqustun 18-də saat 22:00-dan etibarən 10 gün müddətinə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektinin Bağırov yolötürücüsü üzərindən geriyə dönmə hissəsində (şəhərdən Əliyar Əliyev küçəsi istiqamətində) "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş edir.

Paşinyandan Qarabağ açıqlaması: Bunsuz sülh mümkün deyildi!

Qarabağ məsələsinin bağlanması Azərbaycanla sülhü mümkün edib. Sozcu.az xəbər verir ki, bunu xalqa müraciətində Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Ukrayna ordusu iki həftəyə 6 kəndi azad etdi

Avqustun 4-dən 17-dək Ukrayna Silahlı Qüvvələrinin və “Azov” qvardiyasının hissə və bölmələrinin birgə tədbirləri nəticəsində Donetsk vilayətində Qruzkoye, Rubejnoye, Novovodyanoe, Petrovka, Vesyoloye, Zolotoy Kolodeç yaşayış məntəqələri azad edilib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, əməliyyatlar nəticəsində rus ordusunun 984 hərbçisi məhv edilib, 355 nəgər yaralanıb, 37 nəfəri isə əsir götürülüb: “Bu müddət ərzində düşmənin 11 tankı, 8 zirehli maşını, 112 ədəd müxtəlif avtomobil və texniki vasitəsi, 1 ədəd RYAS, 22 top və 106 ədəd müxtəlif tipli PUA-sı məhv edilib”.

Şəhidlərimizi təhqir edən ərəblər həbs edildi

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan üç əcnəbi barəsində həbs qətimkan tədbiri seçilib. Sozcu.az xəbər verir ki, bu barədə qərar Səbail Rayon Məhkəməsində verilib. Qərara əsasən, onların hər biri barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, araşdırmalarla həmin şəxslərin avqustun 13-də Bakıya turist kimi beşgünlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyənləşdirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb. Polis əməkdaşlarının gördüyü tədbirlərlə hər üç şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

Zelenski Trampdan öncə Kelloqla görüşdü

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloqla görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə V.Zelenski Teleqram kanalında yazıb. "Biz döyüş meydanındakı vəziyyəti, güclü diplomatik imkanlarımızı - Ukraynanı və bütün Avropanı Amerika ilə birlikdə müzakirə etdik. Rusiyanı yalnız güc yolu ilə sülhə məcbur etmək olar və prezident Trampın belə bir gücü var. Biz hər şeyi düzgün etməliyik ki, sülh həqiqətən də olsun", - Ukrayna prezidenti bildirib. Qeyd edək ki, Ukrayna lideri Vaşinqtonda səfərdədir, onun Ağ Ev rəhbəri ilə görüşü nəzərdə tutulur.

Rusiyadakı azərbaycanlılara yeni QADAĞA

Sentyabrın 1-dən etibarən Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində Azərbaycan, Tacikistan və Özbəkistandan olan miqrantlar üçün yeni məhdudiyyətlər qüvvəyə minəcək. Sozcu.az “ura.ru” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı regionun qubernatoru Dmitriy Artyuxov sakinlərlə görüşündə açıqlayıb. Onun sözlərinə görə, həmin tarixdən patent əsasında çalışan işçi miqrantlara topdan və pərakəndə ticarət, nəqliyyat vasitələrinin və motosikletlərin təmiri sahələrində işləmək qadağan ediləcək.  Qubernator əlavə edib ki, bununla belə, miqrantlara inşaatda işləməyə icazə veriləcək.

Şəhidlər Xiyabanında video çəkənlər bu ölkənin vətəndaşları imiş

Xəbər verdiyimiz kimi, avqustun 17-də üç əcnəbi Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşıblar. Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər üç şəxs saxlanılaraq istintaqa cəlb edilib. Sozcu.az-ın məlumatına görə, saxlanılan şəxslərin Səudiyyə Ərəbistanının vətəndaşları olduğu bildirilir. Artıq müvafiq ölkənin səfirliyinin öz vətəndaşları ilə maraqlandıqları qeyd olunur. Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Xatırladaq ki, Qəbir və ya meyit üzərində təhqiredici hərəkətə görə məsuliyyət cəlb edilən şəxslə iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Azərbaycanda qeydə alınan körpə ölümlərinin sayı...

Ötən il Azərbaycanda 549 körpə ölü doğulub. Sozcu.az Report-a istinadən xəbər verir ki, bu barədə “Azərbaycanda uşaqlar” adlı statistik məcmuədə bildirilib. Keçən il perinatal dövrdə (dölün bətndaxili həyatının 22-ci tam həftəsindən başlayır) ölənlərin sayı 1 319 döl təşkil edib. Bundan başqa, həmin müddətdə 2 519 uşaq ölümü qeydə alınıb. Onlardan 1 449-u oğlan, 1070-i isə qızdır. 7 günədək ömür sürən körpə sayı 770-dir. Həmçinin ölkədə ötən il üzrə 1 420 bir yaşadək körpə ölümü baş verib və bunun 751-i şəhər, 669-u isə kənd yerlərində qeydə alınıb. Beş yaşadək ölən uşaqların sayı 1 745 olub ki, bunun da 981-i oğlan, 764-ü qızdır. Eyni zamanda ötən il Azərbaycanda 29 ana ölümü faktı qeydə alınıb. Bu göstərici hamiləlik, doğuş və zahılıq dövründə ölən anaları əhatə edib. Məlumat üçün bildirək ki, 2023-cü ildə perinatal dövrdə ölənlərin sayı 1 837, körpə ölümü 2039, ana ölümlərinin sayı isə 33 olub.

Paşinyan Ermənistan vətəndaşlarına müraciət edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvan vaxtı ilə saat 18:00-da ölkə vətəndaşlarına müraciət edəcək. Sozcu.az xəbər verir ki, baş nazir bu barədə sosial şəbəkə hesabında yazıb.

Balıkesirdə zəlzələ: ətraf rayonlarda da hiss edildi

Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda 4,2 bal gücündə zəlzələ olub. Sozcu.az xəbər verir ki, məlumatı AFAD yayıb. Zəlzələ Bursa və digər rayonlarda da hiss edilib. Dağıntı və tələfat barədə məlumat verilməyib.

Şəhidlərimizi təhqir edən ərəblərə cinayət işi açıldı

Avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb. DİN Mətbuat Xidmətindən Sozcu.az-a bildirilib ki, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər. Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında avqustun 19-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, cənub-şərq küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-25, gündüz 30-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Trampla görüşən Putinin oxşarı olub? - SENSASİON İDDİA

15 avqustda Alyaskada baş tutan ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinin görüşü ilə bağlı professor Zaur Əliyev maraqlı iddia ilə çıxış edib. Sozcu.az xəbər verir ki, tarixçi alim ilk növbədə liderlərin boy fərqini xatırladıb. “1. Rəsmi mənbələrə əsasən, Trampın boyu 1.95 sm, Putinin isə rəsmi 1.70 sm-dir (Lakin şəxsi işində 1.65 yazılıb). Alyaskada sanki Tramp və Putin arasında boy fərqi 29 santimetr deyil, 10 santimetr idi, əgər Putin hündürdaban ayaqqabı geyinməmişdisə, bəs, görüşə gedən kim olub? Dördpendirli pizza 2. Putin psixoloji cəhətdən çox sağlam bir adamdır. Bu günə qədər özünün rəsmi tədbirlərində, görüşlərdə ağır təbiəti ilə seçilib. Lakin Alyaskada onun bədən dili və jestləri real Putindən qat-qat uzaq idi. 3. Tramp görüşəndə adətən qarşı tərəfin əlini özünə tərəf dartır. Putinlə onun digər görüşlərində bu jest olmayıb, amma Alyaskada bu, təkrar edildi. Demək, Tramp nəsə bilirdi ki, o cür jesti ilk dəfə Putinə qarşı elədi. 4. Putin təyyarəyə minəndə heç bir zaman arxaya çönməz, əgər bunu edirsə də, sakitcə baxar. Alyaskadakı Putin isə təyyarəyə düşəndə və minəndə artıq jestlər etdi. 5. Putin diplomatik jestləri bilən peşəkar kimi Trampın limuzininə oturan kimi kənara elə baxışlarla baxmazdı. Bu, diplomatik dildə qeyri-peşəkar bir lider obrazı yaratmaqla ev sahibinə və danışıqlara indidən “yox” demək kimi qəbul edilir. 6. Tramp görüşdən qalib ayrıldı. Hər kəs bilirdi ki, bu görüş nəticəsiz bir sonluqla bitəcək. Demək olar ki, ciddi heç bir qərar imzalanmadı, sadəcə Trampın sanksiyalarla bağlı çıxışı oldu və dedi ki, sanksiyalar hələ nəzərdə tutulmur. Vəssalam. Masada olan ərazi mübadiləsi və silahlar məsələsinə Putin heç bir reaksiya vermədi. Bu, Trampa lazım olan diplomatik qələbə idi. Hər kəsə göstərdi ki, mən bu adamla nə danışım – adam ancaq qan və müharibə istəyir. 7. Ukrayna məsələsinə gəldikdə, onun həllinin Vaşinqton deyil, Berlində olduğunu Putin də bilir. Bu məsələ Amerika-Rusiya deyil, Almaniya–Rusiya danışıqlarında bəlli olacaq. Tramp dünən Rusiya ilə qarşılaşmanı rəsmən Almaniyanın əllərinə təslim etdi. Putin elə düşünür ki, Berlin divarlarının yenidən qura bilər. Lakin Almaniya artıq Rusiyanın içərisində muxtar dövlətləri ona qarşı göndərə bilib”, – alim qeyd edib. Zaur Əliyevin fikrincə, Rusiya Ukrayna ilə müharibəni daha ağır formada davam edəcək. Rusiyanı dayandıracaq güc isə NATO yox, “İbrahim paktı”na üzv olan dövlətlərin birliyi olacaq.

Ukrayna heç bir ərazini Rusiyaya verməyəcək - Rubio

Ukrayna öz ərazilərini verməyə hazır deyil, ABŞ isə Kiyevə Rusiya tərəfindən işğal olunmuş bütün regionları təhvil vermək üçün təzyiq göstərmir. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio deyib. Qeyd edək ki, Tramp administrasiyasının Rusiyanın işğal etdiyi ərazilərin bu ölkəyə verilməsi ilə bağlı fikri dəstəkləməsi barədə Amerika mediasında məlumatlar yayılıb.

Tramp əvvəlcə onunla, sonra avropalı liderlərlə görüşəcək

ABŞ Prezidenti Donald Tramp sabah əvvəlcə Vladimir Zelenski ilə görüşəcək, daha sonra onu müşayiət edən Avropa ölkələrinin liderləri görüşə qatılacaq. Sozcu.az xəbər verir ki, bu barədə “Bild” qazeti məlumat yayıb. Məlumata görə, geniş tərkibdə işgüzar nahar və uzun müzakirələr olacaq. Qeyd edək ki, Almaniya kansleri Fridrix Merz, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Fransa Prezidenti Emmanuel Makron, Finlandiya Prezidenti Aleksandr Stubb, Böyük Britaniyanın Baş naziri Keyr Starmer, İtaliyanın Baş naziri Corcia Meloni və NATO-nun Baş katibi Mark Rutte görüşdə iştirak edəcəklərini açıqlayıblar.

Paşinyan xalqdan üzr istədi

Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət əvvəl sosial şəbəkədə qeyd etdiyi nalayiq ifadəsinə görə ictimaiyyətdən üzr istəyib. Sozcu.az erməni mediasına istinadən xəbər verir ki, baş nazir müvafiq komissiyanın qərarından sonra üzr istəməyə məcbur olub. Baş nazirin sözlərinə görə, o, emosiyalarını daha yaxşı idarə etməyi öyrənməlidir. Paşinyan üzr istəməsini “dövlət və demokratik təsisatlara dözümlülük və hörmətlə” izah edib. Qeyd edək ki, mayın 30-da N.Paşinyan və arvadı Anna Akopyanın Ermənistan Apostol Kilsəsinin (EAK) ruhanilərinə qarşı təhqiramiz ifadələr işlətməsi ölkədə siyasi və ictimai qalmaqala səbəb olmuşdu.

Ukrayna ordusu bu qəsəbəni ruslardan azad etdi

Ukraynanın desant qüvvələri Donetsk vilayətinin Zolotoy Kolodets qəsəbəsini rus qoşunlarından azad edib. Sozcu.az Ukrayna mediasına istinadən xəbər verir ki, Ukrayna hərbçiləri Rusiya qüvvələrinin Dobropolye ərazisindən keçmək cəhdinin qarşısını alaraq onların daha da irəliləməsini dayandırıblar.

2 ayda 3 konsert: Real Ermənistanda bayramdır - Paşinyan

İki ay ərzində Ermənistanda üç konsert keçirilir - təxminən 22.000, 31.000 və 41.000 tamaşaçı ilə. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında yazıb. "Bu, Ermənistanda baş verən həyat və sülh bayramıdır. Real Ermənistanda real insanların həyatının bayramıdır. Afərin!” - o qeyd edib.

1271-ci gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1271-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 069 950 hərbçi, 11 116 ədəd tank, 23 143 ədəd zirehli döyüş maşını, 31 589 ədəd artilleriya sistemi, 1 468 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 208 hava hücumundan müdafiə sistemi, 422 ədəd hərbi təyyarə, 340 ədəd helikopter, 58 821 ədəd avtomobil texnikası, 51 528 ədəd PUA, 3 558 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 942 xüsusi avadanlıq itirib.

Zelenskinin Trampla görüşündə o da iştirak edəcək

Finlandiya Prezidenti Aleksandr Stubb Kiyevin uğur şansını artırmaq üçün Donald Tramp və Vladimir Zelenskinin Vaşinqtonda keçiriləcək görüşünə qatıla bilər. Sozcu.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb. “AB Zelenskinin Ağ Evdə Vladimir Putin kimi isti qarşılanmayacağından narahatdır. Qurum Kiyevin uğur şansını artırmaq üçün addımlar atmağa qərar verib və Trampın sevimli həmsöhbətlərindən biri olan Finlandiya Prezidenti Aleksandr Stubb Zelenski ilə birlikdə ABŞ-a səfər edə bilər”, - məlumatda qeyd olunub.

FHN vətəndaşlara müraciət etdi: Yanğın təhlükəsizliyi...

Fövqəladə Hallar Nazirliyi (FHN) səlahiyyətləri çərçivəsində ölkədə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə vətəndaşların yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi işini davam etdirir. Sozcu.az xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə yaşayan, işləyən, həmçinin həmin ərazilərə səfər edən vətəndaşlarla yanğın təhlükəsizliyinə dair profilaktik söhbətlər aparılıb. Xankəndi şəhərində, Qubadlı, Zəngilan, Xocalı və Xocavənd rayonlarında aparılmış növbəti maarifləndirmə işləri çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan, tikinti, yenidənqurma və bərpa işləri ilə məşğul olan, ictimai-iaşə obyektlərində çalışan, o cümlədən istirahət və işgüzar məqsədlərlə meşə, açıq ərazi və əkin sahələrinə gedən vətəndaşlara zəruri yanğın təhlükəsizliyi qaydaları ətraflı izah olunaraq onlara əyani vəsaitlər təqdim edilib. FHN bir daha vətəndaşlara müraciət edərək işğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi qaydalarının tələblərinə ciddi riayət edilməsinin vacibliyini xatırladır.

Sabahın hava proqnozu açıqlandı

Avqustun 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Havanın temperaturu gecə 21-24, gündüz 27-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 45-50% olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Rəsul Sadıqovun anası Elnarə Allahverdiyeva vəfat edib. Sozcu.az xəbər verir ki, şəhid anası bu gün dünyasını dəyişib. Qeyd edək ki, Rəsul Sadıqov 2020-ci il 10 oktyabrda Ağdərə, Suqovuşan, Murov yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Mehdiabadda Şuşa Şəhidlər Xiyabanında dəfn edilib. "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.