İki gün əvvəl itən adamın meyiti transformatorda tapıldı

İmişlidə itkin düşmüş şəxsin meyiti tapılıb. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Oruclu kənd sakini 59 yaşlı Şükürov Rasim Pəsi oğlu dekabrın 18-i saat 08 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun yaxınları polisə müraciət edərək, R.Şükürovun itkin düşməsi barədə məlumat verib və axtarışlara başlanılıb. Dekabrın 19-da Rasim Şükürovun meyiti kənd ərazisində yerləşən transformatorda tapılıb. Onun cərəyan vurmasından öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.

70 şagirdin zəhərləndiyi məktəbdə dərslər BƏRPA EDİLDİ

Xəbər verdiyimiz kimi, Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin  2 sinfində pelet sobasının tıxanması tüstülünməyə səbəb olub. Hadisə nəticəsində 70-dən artıq şagird və bəzi müəllimlər tüstüdən zəhərlənib. Onlara rayon xəstəxanasında yardım edilib və hər biri evə buraxılıb. Hadisə ilə əlaqədar Tovuz rayon prokurorluğunda araşdırma aparılır. Bəs hadisədən sonra məktəbdə dərslər bərpa olunubmu? Məsələ ilə əlaqədar Modern.az-ın sorğusuna cavab olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib ki, Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbdə tədris prosesi bərpa olunub. Bildirilib ki, ötən gün sobalara baxış keçirilib, problem aradan qaldırılıb və istilik təmin olunub. "Hazırda təhsil sektorunun nümayəndələri də məktəbdədir. Vəziyyət nəzarətdə saxlanılır", - deyə cavabda qeyd olunub.

Azərbaycanda abituriyent məhkum edilib: İmtahana görün nə ilə gəlib...

Dövlət İmtahan Mərkəzi (DİM) imtahan iştirakçılarını qaydalarla bağlı diqqətli olmağa çağırıb. Sozcu.az DİM-ə istinadən xəbər verir ki, imtahanlarda əsasən mobil telefonla binaya daxil olmağa cəhd, müxtəlif əyani vəsaitlərdən istifadə, öz yerinə başqasını göndərmək, köçürməyə cəhd və digər hallara rast gəlinir. Qeyd olunub ki, istər imtahan binasına daxil olan zaman, istər imtahan müddətində, istərsə də imtahandan sonra baş verən bütün hallar, qayda pozuntuları DİM əməkdaşları, zərurət olduqda isə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və müvafiq addımlar atılır: "Bəzi qayda pozuntuları hüquqi məsuliyyət yaradır və qanunvericiliklə adekvat tədbirlərin görülməsini tələb edir. Xatırlayırsınızsa, bir neçə il bundan öncə saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmə faktları aşkar olunub və cinayət işi başlanılaraq həmin şəxslər barədə müvafiq qərarlar qəbul olunub. Bu yaxınlarda isə ötən il keçirilən ali təhsil müəssisələrinə qəbul imtahanlarında baş verən qayda pozuntuları ilə bağlı Dövlət İmtahan Mərkəzinin hüquq mühafizə orqanlarına müraciəti əsasında başlanılan cinayət işinə lazımi hüquqi qiymət verilib. Belə ki, 2023-cü ilin iyul ayında keçirilən qəbul imtahanlarında bir imtahan iştirakçısında binanın girişində yoxlama zamanı komplekt halda xüsusi ötürücü qurğu (“Mifi” aparatı, mikroqulaqlıq, telefon, kamera və s.) aşkar olunub. Abituriyent imtahandan kənarlaşdırılandan sonra həmin qurğular hüquq mühafizə orqanlarına təqdim olunub və aparılan araşdırmalar nəticəsində həmin cihazların satışını təşkil edən şəxs cinayət məsuliyyətinə cəlb edilib. Onun müxtəlif sosial şəbəkə hesablarında imtahanlarda istifadə etmək üçün satışı qadağan olunmuş mikroqulaqlıqlarla bağlı iştirakçılara çoxsaylı müraciətlər etdiyi müəyyən olunub. Həmin şəxs artıq cinayət məcəlləsinin müvafiq maddələrinə əsasən məsuliyyətə cəlb olunub və məhkəmənin hökmü ilə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib". Dövlət İmtahan Mərkəzi gələcək imtahan iştirakçılarına müraciət edərək tələb olunan imtahan qaydaları ilə bağlı diqqətli olmağa çağırır, həmçinin valideynlərdən xahiş edirik ki, övladlarını imtahan binasına yola salarkən belə məqamların vacib olduğunu onların diqqətinə çatdırmağı unutmasınlar. Bu sahədə mövcud tələbləri pozan şəxslərə qarşı ciddi tədbirlərin görülməsi davam etdiriləcək.

Neftçalada motosiklet kanala düşdü: ölən var

Neftçala rayonunda motosiklet kanala düşüb, ölən var. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Sarıqışlaq kəndində qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan motosiklet idarəetmədən çıxaraq yolun kənarındakı kanala düşüb. Qəza nəticəsində kənd sakini, 1962-ci il təvəllüdlü Məzahim Səttar oğlu Hüseynov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Ədalət Nəbibəyli ömür zirvəsinə doğru bir pillə də irəlilədi

19 dekabr günü ustad söz adamlarından olan, tanınmış jurnalist və şair Ədalət Nəbi Qarabuludun 69 yaşı tamam oldu. Ədalət bəy Paytaxt.org-a açıqlamasında bildirib ki, doğum gününü ailəsi, nəvələri ilə birlikdə qeyd edəcək: “Bu günü ailəmlə, nəvələrimlə bir arada olacam. Coxdandır onların bəzilərini görmürəm. Doğum günü bizi birləşdirəcək. Bilirsiniz, mən yazdıglarımı özümcün yazıram. Ad günü münasibəti ilə yeni şeirlər yazmışam. Çox güman ki, onların bəzilərinin ilk dinləyiciləri elə nəvələrim olacaq." 70 yaşa qədəm qoyan şair bu rəqəmin ona bir az qəribə gəldiyini dedi: “Yeni şeirlərim var, 70 illik yubileyə kimi onları çap etdirib, oxucuların öhdəsinə verəcəm. 70 ilə seçmə şeirlərdən ibarət geniş həcmli bir kitab hazırlamağı düşünürük. Kitabın redaktorluğunu dostum Vəli Xramçaylı boynuna götürüb. Təki, sağlıq olsun...”. Ədalət Nəbi Qarabuludun fikrincə, qələm adamı belədir - yaşının üstünə yaş gələndə adi insanlardan tam fərqli görünür: “Sanki, özünə hesabat verirsən. Yəni, bu yaşa kimi neylədim? Nəyi edə bildim, nə qaldı? Əslində, nəyi eləməliydik, amma edə bilmədik? İnsan yaşlaşdıqca həmişə tələsir. İstəyir ki, nəsə iş görsün.” "İlin sonuna bir şey qalmayıb, 69-cu yaşınızın işığında şəxsi həyatınızda hec vaxt unutmayacagınız günlərinizi xatırlayırsınızmı?" sualımıza Ədalət bəyin cavabı maraqlı oldu: "Şəkildə gördüyünüz bu yeniyetmə, qız nəvəm Abduləziz Əzizlidir. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin fəal tərəfdarlarından olan Molla Cümənin nəslindəndir. Bu bala bu il dövlətimizin başını ucaldanlardan olub - Hindistanda kecirilən Dünya Robot Çempionatında uğurla iştirak edərək dünya cempionu adını qazanıb. Bir baba olaraq mənimcün bundan möhtəşəm sevinc ola bilməz. Allah bütün balaları qorusun!" Şair sonda onu da vurğulayıb ki, o, oxucularına və xalqa demək istədiklərinin hələ hamısını deməyib: “1970-ci ildən dövrü mətbuatdayam. Hələ deyilməmiş, yazılmamış çox şey var. Hələ hamısını deməmişəm. Bunun üçün 70 il də azdır”. Ədalət Nəbi Qarabulud 1955-cı il dekabrın 19-da Ağsu şəhərində anadan olub. Ağsu şəhər 1 saylı orta məktəbdə oxuyub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində qiyabi təhsil alıb. İlk iş yeri rayonda cıxan "Birlik" qəzeti olub. O, mətbəə müdirliyindən baş redaktor vəzifəsinə qədər yüksəlib. O, 2000-ci ildə Bakı şəhərin köcüb. Bir müddət "Paklıq" qəzetində, sonradan Aydın Quliyevin baş redaktor olduğu gündəlik dərc olunan "Hüriyyət" qəzetində calışıb. Sonradan o. həftəlik "Qulaqburması" satirik jurnalına rəhbərlik edib. 3 ilə qədər həfdədə 3 dəfə dərc olunan "Qaynar xətt" qəzetinin baş redaktoru olub. Hazırda BİA.az-ın (Bakı İnformasıya Agentliyi) baş direktorudur. Ədalət Nəbi Qarabulud həmcinin Xalq hərəkatının öncüllərindəndir. AXC yarandığı gündən onun ön sıralarında olub. AXC Ali Məclisinin üzvü, Ağsu rayon şöbəsi idarə heyətinin üzvü, 1991-ci ildən isə AXC Ağsu rayon şöbəsinin sədri olub.

Zakir İsmayil - Həyat

Hər səhər həyatın bəxş elədiyi, İlk sevgi məktubu kimidir mənə. Hər səhər oyanıb şükr eləyirəm,  Açılan gün üçün, Allahım sənə. Həyat bir kitabdır, səhifə fərqli,  Necə ki, bənzəməz, bu gün o günə.  Keçmişdən ibrət al, gəl dərs çıxart ki, Xoşbəxt  yaşayasan,  baxıb dünənə. Dünən bir dərs idi, bu günsə fürsət, Sabah nə olacaq, gəlir mənə sirr.  Elə bil zaman da, surətlə uçur, Elə bil zaman da, sona tələsir.  Hər qürub son deyil, bir başlangıcdır, Hər pis arxasında, bir yaxşı gələr. Hər nəfəs yenidən yaşamaq şansı, Yaşamaq sevgisi, qəlblə yüksələr.  Həyat suda yanan, bir nurdu, sanki, Tutmaq istədikdə, əlindən qaçar. Həyat gözəllikdi, qürurdu sanki, Xəfifcə toxunub, külək tək uçar. Həyat dag çayıdır, su kimi axar, Axara qovuşub, gedəndən olma. Bu çayın önündə, yolunu tut ki, Sonda axmaz olub, göllərə dolma. Ey Zakir bu həyat kətana bənzər,  Rəngləri seçmək də, sənin əlində. Elə seç çəkdiyin bir məna versin, Nəgməyə qovuşsun elin dilində. Müəllif: Zakir İsmayil

İsrail HHQ Qəzzada məktəblərə zərbə endirdi

İsrail Hərbi Hava Qüvvələri Qəzzada daha iki məktəbə zərbə endirib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusunun (ÇAXAL) məlumatında deyilir. Bildirilib ki, zərbələrin hədəfi məktəblərdə gizlənən HƏMAS üzvləri olub. Bildirilib ki, radikallar məktəblərdən terror fəaliyyətinin planlaşdırılması, həyata keçirilməsi üçün istifadə edirmiş.

59 yaşlı kişini "tok" vurub ÖLDÜRDÜ

İmişli rayonunda elektrik cərəyanının vurduğu 59 yaşlı kişi ölüb. Sozcu.az xəbər verir ki, hadisə İmişlinin Oruclu kəndi ərazisində qeydə alınıb. Adıçəkilən kənd sakini Rasim Şükürov ötən gün evdən çıxıb, daha sonra ondan bir xəbər olmayıb. Ailə üzvləri tərəfindən hüquq-mühafizə orqanlarına müraciət daxil olduqdan sonra şəxsin axtarışlarına başlanılıb. Bu gün günorta saatlarında Rasim Şükürovun kənd ərazisində olan transformatorun ətrafında cəsədi aşkarlanıb. İlkin ehtimallara görə, onu cərəyan vurub. Faktla bağlı araşdırma aparılır.

“Məhkəmələrdə Azərbaycana qarşı iddiaları geri götürməyə hazırıq” - Paşinyan

"Ermənistan sülh sazişi imzalandıqdan sonra beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddialarını geri götürməyə hazırdır". Sozcu.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan "Armenpress"ə verdiyi müsahibəsində bildirib. Paşinyan sülh müqaviləsi imzalanan zaman iddiaları geri götürməyi məntiqli adlandırıb. "Burada iki nüans var. Onlardan biri ondan ibarətdir ki, beynəlxalq forumlarda müzakirə olunan müəyyən humanitar məsələlərin ikitərəfli formatda həlli üçün aydın perspektiv olmalıdır, ikincisi isə, aydın olmalıdır ki, digər məsələlər üzrə mübahisələr beynəlxalq platformalar formatından aradan qaldırıldıqdan sonra tərəflər artıq eyni məsələləri gündəmə gətirməməli və ikitərəfli münasibətlərin gündəmini gərginləşdirməməli, onları daimi eskalasiya mənbəyinə çevirməlidir", - Paşinyan bildirib.

Zelenski Avropaya səsləndi: Qoşun göndərin!

Prezident Vladimir Zelenski Ukraynada Avropa hərbi kontingentinin yerləşdirilməsi ilə bağlı Fransa Prezidenti Emmanuel Makronun ideyasına qoşulmaq təklifi ilə Avropa Birliyi liderlərinə müraciət edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının məlumatında deyilir. “Biz bu zəmanətlər çərçivəsində Fransanın Ukraynadakı hərbi kontingentlə bağlı təşəbbüsünü dəstəkləyirik və digər tərəfdaşları bu səylərə qoşulmağa çağırırıq, bu, müharibənin sona çatmasına kömək edəcək”, - deyə o bildirib.

Əgər Azərbaycana ərazi iddiamız olsaydı… - Paşinyan

Əgər Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddiaları olsaydı, onda qarabağlılar (Qarabağdan könüllü olaraq köçən ermənilər – red.) qaçqın statusu almazdı. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan “Armenpress” agentliyinə müsahibəsində deyib. “Sentyabrın 26-da qəbul edilmiş qərarda (Ermənistan Konstitusiya Məhkəməsinin qərarı nəzərdə tutulur – red.) qeyd olunub ki, Konstitusiyanın preambulasında İstiqlal Bəyannaməsinə istinad yalnız Konstitusiyanın maddələrində hərfi təsdiqini almış müddəalara aiddir. Ermənistan Konstitusiyasının heç bir maddəsində isə birbaşa və ya dolayısı ilə Qarabağa istinad yoxdur. Əgər biz Konstitusiyanın məzmununu Azərbaycanın şərh etdiyi kimi qəbul etsək, o zaman sual yaranır ki, Qarabağ niyə 1995-ci ildə keçirilən Konstitusiya referendumunda iştirak etmədi? O vaxt Qarabağda heç bir seçki dairəsi açılmadı və insanlar (Qarabağda o vaxt yaşayan ermənilər – red.) Konstitusiya məsələsinə səs vermədilər”.

Juninyo bu xəbəri eşidəndə çox sevindi – Qurbanov

Juninyo "Sevilya"dan təklif alanda bu xəbərə çox sevinib. Sozcu.az Report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Misli Premyer Liqasının III turundan təxirə salınmış "Şamaxı" oyundan sonra mətbuat konfransında açıqlama verən təcrübəli mütəxəssis Ağdam təmsilçisinin hücumçusu Juninyonun İspaniya təmsilçisi "Sevilya"ya keçidini istisna etməyib: "Juninyo bu xəbəri eşidəndə çox sevinib. Futbolçuya səmimi davranışına görə təşəkkür edirəm. Onun gedişi hər bir futbolçu kimi bizə problem yarada bilər. Çünki yeni gələnlər uyğunlaşma problemi yaşayırlar. "Sevilya" kimi klubdan təklif gəlməyi xoşdur. Hazırda danışıqlar davam edir. Futbolçularımız artıq Avropa bazarına çıxıb". Qeyd edək ki, III turun görüşündə "Qarabağ" səfərdə "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəlib.

Filmdən Azadlığa imitasiya səsləri gəlir

Hökumət əslində bu günəcən siyasi olmayan mövzuların işlənməsinə mane olaraq siyasiləsməsinə rəvac verdiyini anlamağa başlayıb? Uzun illərdən sonra ölkə televiziyalarında “senzuradan kənar” material yayımlanması maraq doğurub. Fərqli rakurslardan baxmaq mümkün olduğu kimi müzakirə mövzuları da müxtəlif olan xeyli məqamlar var. Sosial məsələlər, gender problemi, məmur özbaşınalığı əslində sistemin özünün problemi olsa da zamanla həll olunarsa siyasiləsməsinin qarşısının alına biləcəyini də bilir. Lakin problemi həll etməyə maraqlı olmadığı uçün manipulyasiya etməyin yollarını axtarır. Görünüşə görə göstərmək istəyir ki, sosial məsələləri bütün imkanları sərf edərək həll etməyə çalışır, buna baxmayaraq nəticə əldə etmək üçün uzun bir zaman kəsiyi lazımdır. Hansı ki, az qala hər gün mötəbər kürsülərdən eyni məzmunda məruzələr edilir. Məişət zorakılığının, uşaq evliliyinin əslində qanunsuzluq yox, cəmiyyətin əsiri olduğu stereotiplərdən, gerilikdən qaynaqlandığını hesab edir, məmur özbaşınalığının mərkəzdən deyil, aşağılardan idarə olunduğunu bildiyini bildirərək məsuliyyətdən qaçmağın ən yaxşı vasitə olduğunu düşünür. Yoxsa hər növ azadlığa qarşı olan rejimin təbliğat resursu olan televiziya niyə Azadlıq ideyalarının təsvir olunduğu film yayımlasın? “Vətəndaş A” serialına sadəcə bir film kimi yanaşsaq belə yekun qənaətə gəlmək üçün mütləq bir nəticə olmalıdır, verilən mesaj isə aydındır. Aktual və həll olunması təcili olan məsələlər işıqlandırılıb. Problem ondadır ki, yanaşma səmimi deyil, şübhə oyadır. Şübhə filmin ideyasına, sujetinə, yaradıcı heyyətinə deyil, haşa! Şübhə “Azadlıq” fikrini az qala arzuolunmaz hala gətirən hökümətin televiziyada təbliğinə imkan verməsinədir. Normal cəmiyyətlərdə həll olunması vacib hesab edilən məsələlər adəti üzrə müzakirə olunur, yaxşı da qarşılanır, daha sonra nəzərəçarpacaq dərəcədə təsir buraxır. Hətta mövcud olduğu qəbullanırsa həll olunacağına inam yaranır. Sırf bu səbəbdən serialın indiqatoru reallıqla tərs mütənasibdir. Kim deyə bilər ki, sabah Almaz’ lar ucqar kəndlərdə “Vətəndaş A” nın Almazı kimi fundamental haqları müdafiə etməyə cəhd edərsə hökumət tərəfindən xoş qarşılanacaq? Agzıgöyçəyin biri çıxıb deyə bilər ki, “Azadlıqlar verilmir, alınır”, inanın bu dəfə də gülünc səslənəcək. Ölkəmizdə azad söz deyənlərin cinsindən asılı olmayaraq sonu həbsxanadı. Mubarizə adamları bunu ciddi kürsülərdən səsləndirir, sıravi adamlar zarafata salaraq deyir, qorxusunu ifadə etməkdən çəkinmir, “Demirsən səni gecəynən apararlar”, yaxud “Qurd ürəyi yemisən?” kimi oxşar ifadələrlə. Şübhəsizdir ki, Almazların özünü göstərməsi üçün imkan yoxdur. İçində azadlıq, ictimai-siyasi fəaliyyət eşqi olan qadın arzularını dilə gətirəsə başına gələcəklərdən qorxur, sosial bərabərlik tələb edərsə kimliyinə əxlaqsılıq donu geyindiriləcək və bu məqamda dövlətin qanunları onu qorumayacaqsa, o eşqi elə içindəcə boğmağa məhkumdur. Azadlıq, Azadlıq olmalıdır – filmdən Azadlığa imitasiya səsləri gəlir. Bir çoxu hökümətin belə məzmunda film çəkməsini yumşalma kimi qəbul etsə də, reallıqla tərs mütənasibdir. “Azad olun, azadlıq hər bir vətəndaşın haqqıdır”, şüarları səsləndirib, insanları azad seçməyə, azad fikir ifadə etməyə tamarzı qoyduqdan sonra eyni notlar üzərində filmlər ekranlaşdırmağı “Baxın və görün, bu ideyalar ancaq filmlərdə olur” qənaəti kimi də qiymətləndirmək olar. Paytaxtda oturub filmdə göstərilən bəzi məqamların keçmişdə qaldığını düşünmək, “Bu qədər də olmaz, qalmadı belə barbarlıq, artıq qəbilə qanunları ilə idarəetmə ola bilməz, imkansızdır” da demək doğru deyil. Ki belə yanaşmalar da var. Ölkəmizin elə bölgələri var ki, faktlar faktlığında qalıb, uşaq evliliyi çox aktualdır. Vəzifələr atadan oğula ötürülür, varlı, daha imkanlı hökm sahibləri imkansızlara meydan oxuyur, arxasızların, yoxsulun qarşısında at oynadır. Almaz obrazı da ən azı Cəfər Cabbarlının Almazı qədər haqlıdır, bir çox məsələdə yüz ildə heç beş addımlıq yol getməmişik, problemlər problemliyində qalıb. Dərd odur ki, bu gün həll olunması üçün ciddi addımlar atılmır, əksinə aşkarlananda fərqli görüntü yaradılır, barəsində danışanda “düşmən” elan olunur. Sanki problemlər yalnız o kənddədir, mərkəzini Almaz kəşf edib, bir dairəvi ox ətrafında, elə Almazın dörd tərəfində fırlanır. Ölkəboyu mövcud olan problem elə emosional şəkildə təsvir olunub ki, sanki digər bölgələrdə həllini tapıb, bir bura qalıb. Buna görə də Almazın fədakarlığı, cəhdləri çox-çox uzaqlarda dumanlı, lakin alicənab bir arzu kimi görünür. Azadlıq özlüyündə hüdudları bəlli olmayan nəşnədir. Hər bir insan hüdudlarını özü müəyyənləşdirir. Ayrı-ayrı fərdlərin hüdudlarının toplusu cəmiyyəti formalaşdırır. Bəzi cəmiyyətlər artıq bəsit hesab etdikləri maneələri çoxdan aşıb deyə daha bəşəri ideyalara köklənib. Bizim cəmiyyət kimi azadlığını əldə etməmiş cəmiyyətlər isə ailə-məisət məsələlərində ilişib qalıb. Zülmə baxın, kifayət qədər qanunların var, ancaq səni qorumur, yalnız bəzi hallarda ictimailəşərsə həllini tapır. Qisaca olaraq, film hətta müzakirə mövzusu olsa da bəşəri ideyalardan qorxaqdır. “Yox, burada nəsə var, hökümət Azadlıq ideyalarının təbliğinə icazə verib” fikrində olanlar da var ki, onlar da yanılır, ya da bilərəkdən özünü aldadır. Zindanları jurnalistlərlə, azadlıq ideyalarını yayan insanlarla dolu ölkədə günbəgün itirilən azadlıqlar bariz nümunədir. Bəzi məqamlar var ki, problemin əsas səbəbi kimi tamamilə İslam dininə köklənməyə cəhd olunub, inanclı insanların məhrumiyyətlərə məruz qaldığı ölkədə bu da təsadüfi deyil. Siyasi həbslərin, rejimə qarşı mübarizənin etiva olunmağı, gender bərabərsizliyinin sırf gerilikdən qaynaqlanan əlamət kimi təbliği, “azadlığa həvəsləndirmə, ruhlandırma” kimi qəbul etmək sadəlövhlük olar. Əksinə təhlükəli tendensiyadır. Gender bərabərliyinə nail olmaq üçün dövlət siyasəti olmalıdır – yəni sözdə yox, əməldə iş prinsipi. Konkret olaraq filmin məzmununu analiz etsək, haqlı və doğru məqamlar xeylidir. Bir çox problemin kökündə cəzasızlıq durur, cavabdehi isə mövcud sistemdir. Buna baxmayaraq filmdə çox şey aydın göstərildiyi halda məsuliyyət yükünün sahibi olan sistemdən söhbət getmir. Qısaca, siyasi deyil, yayımlanması təəcüblü gəlməsin. Könül Alı

Abxaziyada deputatlar bir-birilərini güllələdilər

Abxaziya parlamentinin  deputatı Vaxtanq Qolandziya Suxumidə  öldürülüb. Sozcu.az xəbər verir ki, atışma nəticəsində digər deputat  Kan Kvarçiya yaralanıb. Atəş açan digər deputat Adqur Xaraziya isə hadisə yerindən qaçıb. “İnterfaks” xəbər verir ki,  yaralı deputat Kvarçiya  reanimasiyaya yerləşdirilib.

Keçmiş icra başçısının qardaşı oğulları məhkəməyə çıxarıldı

Zərdab rayonunun sabiq icra başçısı Lütvəli Babayevin qardaşı oğulları barəsində cinayət işi açılıb. Sozcu.az Modern.az-a istinadən xəbər verir ki, sabiq başçının qardaşı oğulları Telman Babazadə və Yadigar Babayev xuliqanlıqda ittiham edilir. Onlar barəsində Cinayət Məcəlləsinin 221.2.-ci (Xuliqanlıq bir qrup şəxs və ya təkrar tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Zərərçəkmiş şəxslər R.Qədirzadə və T.Qədirzadə adlı bacı-qardaşlardır. İşə Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoyun sədrliyi ilə baxılacaq. Qeyd edək ki, Lütvəli Babayev 2007–2019-cu illərdə Zərdab rayonunun, 2005–2007-ci illərdə Mingəçevir şəhərinin icra başçısı vəzifəsində çalışıb. Xatırladaq ki, sabiq icra başçısının qardaşı oğulları əvvəllər də avtoxuliqanlıq əməllərinə görə saxlanılıb.

Goranboyda qəza: Ölən var

Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Sozcu.az xəbər verir ki,  minik avtomobilinin idarəetmədən çıxaraq aşması ilə nəticələnən yol qəzasında bir nəfər ölüb, bir nəfər isə ağır xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Tovuzda zəhərlənənlərin sayı 71-ə çatdı

Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbindəki tüstülənmədən zəhərlənənlərin sayı 71-ə çatıb. Sozcu.az report-a istinadla xəbər verir ki, zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edən 71 nəfərdən 6-sı müəllim və laborant, digərləri isə məktəblilərdir. Zərərçəkənlərdən 6-nəfərinin vəziyyəti kafi və orta-ağır qiymətləndirilib. Digərlərinin vəziyyəti isə kafi və normal olub. Tovuz Rayon Mərkəzi Xəstəxanasında müalicə alan şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Hazırda xəstəxanasında 2 nəfərin müalicəsi davam etdirilir. Faktla bağlı Tovuz rayon Porokurorluğu tərəfindən araşdırma aparılır.

İlham Əliyev daha 2 fərman imzaladı

17:40 Prezident İlham Əliyev “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 80-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Sozcu.az fərmanın mətnini təqdim edir: 1. Müəyyən edilsin ki: 1.1. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 58-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Əsasnamənin 58-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur; 1.3. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 18.9-cu maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.4. həmin Qanunun 18.9-cu maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur; 1.5. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 59-1-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.6. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 21.13-cü maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.7. həmin Qanunun 21.13-cü maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur; 1.8. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 21.15-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. 2. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 243 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 22 (Cild I); 2024, № 6 (I kitab), maddə 677) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin: 2.1. ikinci abzasda “və 39-cu maddəsində” sözləri “, 39-cu maddəsində və 58-ci maddəsinin birinci və ikinci cümlələrində” sözləri ilə əvəz edilsin; 2.2. üçüncü–beşinci abzaslar müvafiq olaraq dördüncü–altıncı abzaslar hesab olunsun və aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin: “həmin Əsasnamənin 58-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;”. 3. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 534 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 471 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin: 3.1. ikinci abzasa “Qanununun” sözündən sonra “18.9-cu maddəsinin birinci və ikinci cümlələrində və” sözləri əlavə edilsin; 3.2. üçüncü–beşinci abzaslar müvafiq olaraq dördüncü–altıncı abzaslar hesab olunsun və aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin: “həmin Qanunun 18.9-cu maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;”. 4. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 535 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 472 (Cild I) 3-cü hissəsinin birinci abzasına “116-cı” sözlərindən əvvəl ”59-1-ci maddəsinin birinci və ikinci cümlələrində,” sözləri əlavə edilsin. 5. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 iyul tarixli 430 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 594 (Cild I); 2024, № 5 (I kitab), maddə 523) aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2.1-ci bəndə “23.4-1-ci” sözlərindən əvvəl “21.13-cü maddəsinin birinci və ikinci cümlələrində,” sözləri əlavə edilsin; 5.2. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin: “2.1-1. həmin Qanunun 21.13-cü maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;”; 5.3. 2.7-ci bənd ləğv edilsin. 6. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 avqust tarixli 314 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 8, maddə 719 (Cild I) 2.1-ci bəndinə “26.1-ci” sözlərindən əvvəl “21.15-ci maddəsinin birinci və ikinci cümlələrində,” sözləri əlavə edilsin. 7. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 80-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin. *** Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında Gömrük Əməkdaşlıq Fonduna dair Qrant Müqaviləsi”nin təsdiq edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: 1. 2024-cü il iyunun 29-da Brüssel şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında Gömrük Əməkdaşlıq Fonduna dair Qrant Müqaviləsi” təsdiq edilsin. 2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Qrant Müqaviləsi qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etsin. 3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Qrant Müqaviləsinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Ümumdünya Gömrük Təşkilatına bildiriş göndərsin.

Ukraynaya xarici qoşunlar yerləşdiriləcək? - Zelenski Makronla razılaşıb

Ukrayna prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makronla Parisin Ukraynaya xarici qoşunların yerləşdirilməsi təşəbbüsünü müzakirə edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna lideri Brüsseldə Makronla görüşdən sonra özünün Telegram kanalında yazıb. “Biz prezident Makronun Ukraynada sülhə gedən yolda sabitliyə töhfə verə biləcək hərbi qüvvələrin olması ilə bağlı təşəbbüsü üzərində işləməyə davam etdik. “Emanuel Makron sülhə nail olmaq üçün bütün lazımi addımları həyata keçirmək üçün digər tərəfdaşları ilə ünsiyyəti haqqında məlumat verib”, - Zelenski qeyd edib. O, şəxsi söhbəti məhsuldar adlandırıb və Makrona bildirib ki, Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi əsas prioritet olaraq qalır. O, həmçinin Fransada daha bir Ukrayna briqadasının təlimi ilə bağlı Makronla razılaşdığını bildirib. “Ordumuz üçün bir briqada hazırladığı üçün Fransaya təşəkkür etdim. razılaşdıq ki, bu əməkdaşlığı davam etdirək və daha bir briqada hazırlayaq. Ümid edirik ki, digər tərəfdaşlar da bu səylərə qoşulacaq və əlavə Ukrayna briqadalarının hazırlanmasına töhfə verəcəklər”, - o yazıb.

Azərbaycanlı blogerin əməliyyatdan sonra meyiti TAPILDI

Bloqer Nərmin Bəylər qızı Mehdiyeva vəfat edib. Sozcu.az "Oxu.Az"a istinadən xəbər verir ki, onun bədənşəkilləndirmə əməliyyatı etdirəndən sonra vəziyyəti pisləşib. Qadın əməliyyatdan iki gün sonra aptekə gedib, daha sonra evdə meyiti tapılıb. Məlumata görə, N.Mehdiyeva orta təhsilini yarımçıq qoyub, ailədə beş bacı olublar. N.Mehdiyevanın boşandığı, bir qız övladı olduğu bildirilir.

Ukrayna ordusunda döyüşən daha bir azərbaycanlı həlak oldu - FOTO

Ukraynada daha bir azərbaycanlı həlak olub. Sozcu.az xəbər verir ki, məlumat sosial şəbəkələrdə yayılıb. Əslən Ağdam rayonundan olan Anar Talıbov Ukrayna ordusunun sıralarında döyüşən zabit olub. O, Ukrayna vətəndaşı imiş. Zabit Rusiyanın endirdiyi zərbələr nəticəsində həyatını itirib.

Bakıda 57 yaşlı qadını maşın vurub öldürdü

Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu Ziya Bünyadov prospektində yerləşən “Çingiz Xan” şadlıq evinin qarşısında baş verib. “Hyundai” markalı 77-RB-234 dövlət qeydiyyat nişanlı avtomobil 1967-ci il təvəllüdlü Əliyeva Ranə Qiyas qızını vurub. O, xəstəxanaya çatdırılsa da, vəfat edib. Faktla bağlı Nərimanov RPİ-də cinayət işi başlanaraq istintaq aparılır.

Gələn şənbə və bazar tam iş günüdür

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildiyindən təqvim yenilənib. Sozcu.az xəbər verir ki, ardıcıllığı təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib. 28 və 29 dekabr tarixlərində istirahət günləri olmasına baxmayaraq, tam iş günü olacaq. Yeni ildə ardıcıl 7 gün iş olmayacaq: 30-31 dekabr, 1- 5 yanvar tarixləri qeyri-iş günü olacaq.  Yeni ilin ilk iş günü yanvarın 6-sına təsadüf edir.

Kəlbəcər ictimaiyyəti dekabrın 22-də görüş keçirəcək

Kəlbəcərə Qayıdış İctimai Birliyi dekabrın 22-də rayon ictimaiyyətinin, ziyalıların görüşünü keçirəcək. Sozcu.az xəbər verir ki, bu haqda Turkustan.az-a İctimai Birliyin təsisçisi Ramiz Abışov məlumat verib. Onun sözlərinə görə görüşün keçirilməsində məqsəd, Kəlbəcərin işğaldan azad olunmasından sonra rayonun aktiv insanlarını bir araya toplamaq, qarşıdan gələn Həmrəylik gününün ruhuna uyğun olaraq həmrəylik, birlik hisslərini aşılamaqdır: "Qarşıdakı dövrdə Kəlbəcər camaatının rayona qayıdışı prosesi gözlənilir. Hazırda rayonda infrastruktur işləri görülür, yaşayış binaları tikilir. Ümumi qayıdış məsələlərini birlikdə müzakirə etmək, doğma el-obamıza qayıdışla bağlı fikir mübadiləsi aparmaq, bizi birləşdirən dəyərləri, adət-ənənələri davam etdirmək üçün səmimi atmosferdə bir arada olmağı düşünürük". R.Abışov bütün dəvətlilərin bu görüşə diqqətli olacaqlarına ümidvar olduğunu söyləyib.