Mayın 11-i saat 9:00-a olan məlumata əsasən əksər rayonlarda şimşək çaxıb, arabir yağış, Şahdağda isə zəif qar yağıb.
Bu barədə Sozcu.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, düşən yağıntının miqdarı Gədəbəydə 4 mm, Balakəndə 3 mm, Daşkəsən, Sədərəkdə 2 mm, Naxçıvan, Ordubad, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Zaqatala, Şəki, Qax, Quba, Qusar, Cocuqmərcanlı, Tərtər, Yevlax, Beyləqan, Lənkəran, Astarada 1 mm-dək olub. Bakı, Daşkəsən, Naftalan, Gəncə, Şəmkir, Göygöl, Şamaxı, Altıağac, Tərtər, Bərdə, Beyləqan, Lerikdə duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24 dərəcəyədək, Naxçıvan MR-da 23-28, Aran rayonlarında 23-26, dağlıq rayonlarda 13 dərəcəyədək isti olub.