Xırdalanda FACİƏ: kişi binadan yıxılıb öldü

Abşeronda kişi binadan yıxılıb.

Sozcu.az-ın məlumatına görə, hadisə Xırdalan şəhərinin Ənnağı Bünyadov küçəsində qeydə alınıb.

48 yaşlı Şahmarov Seymur Hafiz oğlu səhər saat 9 radələrində qeyd edilən ünvandakı 6 mərtəbəli yaşayış binasının pəncərəsindən yerə yıxılıb. O, aldığı xəsarətlərdən yerindəcə keçinib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Share on Facebook