Lənkəranda qəza: 2 məktəbli və 2 tələbə xəsarət aldı

Lənkəranda baş verən yol qəzasında 2-si məktəbli, 2-si tələbə olmaqla ümumilikdə 5 nəfər xəsarət alıb.

Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Lənkəran-Lerik magistral yolunun Şovu kəndi ərazisindən keçən hissəsində baş verib.

2003-cü il təvəllüdlü Murad Vasif oğlu Mirzəzadənin idarə etdiyi VAZ-2106 markalı avtomobil Eldəniz Fayaz oğlu Əmrəyevin idarə etdiyi “Renault” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində VAZ-2106 markalı avtomobilin sürücüsü, eləcə də digər nəqliyyat vasitəsində olan sərnişinlər — 7 yaşlı X.Məmmədli, 12 yaşlı F.Əmrəzadə, 17 yaşlı E.Əmrəzadə və 17 yaşlı Ş.Sultanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdiriliblər. Hazırda onların müalicəsi müvafiq şöbələrdə davam etdirilir.

Məlumata görə, xəsarət alanlardan ikisi məktəbli, ikisi isə tələbədir.

Faktla bağlı araşdırma aparılır.

Share on Facebook