Bakıda həbs edilən “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx sərbəst buraxılıb.
Sozcu.az xəbər verir ki, bu barədə “Kommersant”a Putinin köməkçisi Yuri Uşakov deyib.
O əlavə edib ki, Rusiya tərəfi də Rusiya ərazisində saxlanılan Azərbaycan vətəndaşlarından birini azad edib.
Danışıqlar ilk növbədə prezidentlərin köməkçiləri səviyyəsində aparılıb.
“Kommersant” yazır ki, Yuri Uşakov bilavasitə azərbaycanlı həmkarı Hikmət Hacıyevlə işləyib və bu barədə qərar Vladimir Putinlə İlham Əliyevin Düşənbədə keçirilən görüşü ərəfəsində verilib.
***
“Sputnik Azərbaycan”ın baş redaktoru İqor Kartavıxın barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığına dəyişdirilib. O, hazırda Bakıdadır.
Bu barədə “Rossiya Seqodnya” beynəlxalq media qrupunun baş direktoru Dmitri Kiselyov məlumat verib.