Ürək 200 min, qaraciyər 150 min, böyrək 50 min dollar... - Orqan gözləyən xəstələrin sayı artıb

Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə 600-ə qədər şəxs müraciət edib. Bunu Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib. O bildirib ki, Azərbaycanda ümumilikdə 4 min nəfər dializ xəstəsi var: “Onların böyrək transplantasiyasına ehtiyacı var. Ölkəmizdə ilk olaraq böyrək, sümük iliyi transplantasiyası üzrə tələbat var”. Qeyd edək ki, bu ilin iyununda Nazirlər Kabineti donor orqan transplantasiyasını həyata keçirmək hüququ olan ixtisaslaşmış tibb müəssisələrinin siyahısında dəyişiklikləri təsdiqləyib. Azərbaycan Konstitusiyasının 119-cu maddəsinin səkkizinci bəndini rəhbər tutaraq dəyişikliklər baş nazir Əli Əsədovun imzaladığı 337 və 338 nömrəli qərarlarda elan edilib. Bu yeniliklər Azərbaycanın səhiyyə infrastrukturunun təkmilləşdirilməsi və vətəndaşların ixtisaslaşmış səhiyyə xidmətlərinə çıxışının təmin edilməsi üzrə davamlı səylərini əks etdirir. “Yeni Klinika”nın daxil olmasının ölkədə orqan transplantasiyası xidmətlərinin imkanlarını və səmərəliliyini artıracağı gözlənilir. Bəs bu transplantasiyalar hansı səviyyədə həyata keçirilir, Azərbaycanda daha çox hansı orqanların köçürülməsi aparılır, qiymətlər nə qədər uyğundur, ən əsası orqan növbəsində nə qədər xəstə var, statistika aparılırmı? Tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru Adil Qeybulla musavat.com-a deyir ki, Azərbaycanda əsasən qaraciyər və böyrək nəqli həyata keçirilir: “Bizdə hələ donor bankı yoxdur. Doğrudur, bununla bağlı Milli Məclisdə qanun imzalandı. Lakin bu bank formalaşdırılmadı. İndi ölkəmizdə donor xəstənin yaxınları olur. Dünyanın heç bir yerində belə şey yoxdur. Onların nə günahı var ki, orqansız qalırlar. Dünyanın hər yerində donor beyin ölümü keçirmiş sağlam şəxslərdir. Ona görə də biz də bu donor bankını yaratmasaq, Azərbaycanda bu işin sistemini həyata keçirməkdən danışa bilmərik. Donor bankı yaratmaq üçün birinci millətin psixologiyası dəyişməlidir. Bizdə heç kim beyin ölümü keçirmiş yaxınından orqan götürməyə qoymur. Millət psixoloji buna hazır olmalıdır. Cahillikdən çıxmalıdır. Bunun üçün səhiyyə bir sistemə çevrilməlidir. İctimai nəzarət olmalıdır. Siyahı açıq olmalıdır. Orqan nəqlini gözləyən şəxslərin özləri də buna nəzarət etməlidir. Hər hansı bir yerdə beyin ölümü keçirmiş şəxsin orqanı peyda olursa, dərhal siyahıya salınmalı və gözləyənlərdən uyğun olanına yerləşdirilməlidir. Şəffaf həyata keçirilməlidir. Düşünürəm ki, bizim millətin bu sahədə marifləndirməyə ehtiyacı var". Həkimin sözlərinə görə, bu məsələlərdə beynəlxalq qaydalar, protokollar mövcuddur: “Birinci əsas şərtlərdən biri də məsələnin leqallığıdır, tam açıq olmasıdır. Burada hansısa gizli məqamlar olacaqsa, kriminala yol açır. Yəni götürülən orqanın mənbəyi, kimə köçürülməsi ictimaiyyət tərəfindən nəzarət altında olmalıdır. Bu, artıq sistemli orqan köçürülməsidir. Kaş xəstəxanalar az olardı, amma bu iş sistemli olardı. Fikrimcə, ilk olaraq bu iş həll olmalıdır. Bu hansısa əmrlərlə həyata keçən məsələ deyil. Dövlət strukturlarını da buna görə günahlandırmaq düzgün deyil. Burada mentalitetə bağlı xeyli problemlər var ki, öz həllini tapmalıdır. İnsanların beyin ölümü keçirmiş şəxslərə münasibəti dəyişməlidir. Onlar başa düşməlidirlər ki, həyatını itirən bir şəxs başqa bir həyata başlanğıc verə bilər”. Orqan transplantologiyası ölkədə ən bahalı əməliyyatdır. Leqal aparılan bu əməliyyatlara baxmayaraq, bu gün dünyanın bir sıra ölkələrində insan orqanlarının al-verilə məşğul olan “qara bazar”lar da fəaliyyət göstərir. Bura Ermənistan, Rusiya, Hindistan, Çin, Əfqanıstan və bəzi Afrika ölkələri aid edilir. İnsan orqanlarının qanunsuz alqı-satqısı ilə məşğul olan cinayətkarların hər il milyardlarla dollar gəlir əldə etdiyi bildirilir. Xarici mətbuat yazır ki, bu “bazar”da hər bir insan orqanının öz qiyməti var: ürək 200 min, qara ciyər 150 min, böyrək 50 min dollar. Çox təəssüf ki, yaxın günlərdə Azərbaycanda da daxili orqanların “qara bazar”dakı qiymətləri açıqlanıb: ağciyər - 309 min manat, böyrək - 160 min manat, insan skleti - 8 min manat, ürək - 600 min manat, qanın yarım litri - 300 manat! Qeyd edək ki, 2023-cü ildə Azərbaycanda şəxsin ölümündən sonra orqanlarının transplantasiyası məqsədilə götürülməsinə razılığı və ya orqanlarının götürülməsindən imtina barədə ərizənin forması təsdiqlənib. Belə ki, şəxs ölümündən sonra donor orqanların transplantasiyasını həyata keçirən tibb müəssisəsi tərəfindən transplantasiya məqsədilə bədənindən aşağıda göstərilən donor orqan(lar)ının götürülməsinə razılaşdığını və razılaşmadığını bildirməlidir: - ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəz, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası, kök hüceyrələri. Səhiyyə Nazirliyinin kollegiyasının qərarı ilə təsdiqlənən ərizə formasında beyin ölümündən sonra əlaqə saxlanılacaq şəxslər də göstərilməlidir. Xatırladaq ki, Azərbaycan Respublikası qanunlarına görə, insan orqanları alqı-satqı obyekti deyil. Yad insanların bir-birilərinə orqan verməsi qanunla qadağan edilib, yalnız qohumlar öz orqanlarını bağışlaya bilər. 18 yaşdan yuxarı sağlam şəxs canlı donor - öz orqan və (və ya) toxumalarını xəstə şəxslərə köçürmək üçün könüllü olaraq müraciət edə bilər. Azərbaycanda beyin ölümü keçirən insandan donor kimi istifadə ediləcək. Beyin ölümü, ürək ölümü və ya bioloji ölüm meydana gəlmiş 1 yaşdan yuxarı şəxslərdən orqan götürülərək canlı insana köçürülə bilər.

Qiymət qalxır, sürət düşür - Azərbaycanda internet “möcüzəsi”

Azərbaycanda avqustun 15-dən etibarən internet bahalaşıb. Bundan sonra sakinlər 18 AZN deyil, 25 AZN ödəniş edəcəklər. Bununla bağlı özəl internet provayderləri də müştərilərinə xəbərdarlıq ediblər. Lakin 1 aya yaxın müddət keçsə də internetin sürəti ilə bağlı şikayətlər dayanmır. İstifadəçilər bildirirlər ki, qiymət qalxsa da, internetin sürətində heç bir dəyişiklik yoxdur. “Çox pisdir. Dünən axşam bir neçə dəfə fasilə yarandı. Qiymət qalxıb, keyfiyyət düşüb”, “Mən də 25 manat ödəniş etmişəm. 15 manat olanda sürət daha yaxşı idi”, “Bizdən 27 manat alırlar, keyfiyyət də yaman gündə...”, “25 AZN ancaq internet üçündür. Telefon, TV birlikdə 33 AZN ödəyirik”, “Dünən 27 manat ödədim, keyfiyyət çox pis... Əvvəl bundan yaxşı idi” , deyə sosial şəbəkələrdə şikayətlər yazılır. Bəs internetin sürəti nə zaman düzələcək? Problemin həlli üçün nə etmək lazımdır? Məsələ ilə bağlı Rəqəmsal sahə üzrə mütəxəssis Vasif Qəhrəmanov Bakupost.az –a açıqlama verib. Ekspert bildirib ki, şikayətlərin olması normaldır: “Son zamanlar əhali arasında şikayətlər artıb. Qiymət qaldırılsa da, keyfiyyət yoxdur. Bunların baş verməsi normaldır. Çünki sistem hələ oturuşmayıb. Sistemə yeni keçmişik. İnternet sürətinin artırılması üçün hər bir provayder öz “Data Center”lərinin miqdarını çoxaltmalıdırlar. Keçiricilik səviyyəsini artırmalıdırlar. Əminəm ki, qısa müddətdə problem aradan qalxacaq”. Xatırladaq ki, GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətlərin 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırıldığı qeyd olunub. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayır. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir.

Bu gün həyatını itirən hərbçimizlə bağlı YENİ DETALLAR

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Abbasov Vəli Asəf oğlu odlu silahdan istifadə etməklə özünə qəsd edib. Bizim.Media-nın əldə etdiyi məlumata görə, Vəli Asəf oğlu Abbasov əslən Ağdam rayonundandır. O, 2006-cı ildə Ağdamın Əliağalı kəndində anadan olub.  Mərhum bu ilin yanvar ayında müddətli hərbi xidmətə yollanıb.

Özbaşına ağrıkəsici qəbul edənlərə XƏBƏRDARLIQ – “Bu fəsadlara səbəb ola bilər”

Bildiyimiz kimi, həkimlə məslətləşmədən hər hansı bir dərmanın istifadəsi tövsiyyə edilmir. Ancaq  bir çox insan baş, diş və s. ağrılar zamanı həkimlə məsləhətləşmədən ağrını keçirmək məqsədilə müxtəlif növ ağrıkəsicilərdən istifadə edir. Bir müddət sonra isə bu, bir çözüm kimi görülür və hər ağrıda bu dərmanlar qəbul edilir.  Ağrıkəsicilərin tez-tez qəbulunun nə qədər doğru olduğu isə sual doğuran məqamdır.  Məsələ ilə bağlı Bizim.Media-ya danışan farmokoloq Aydın Əliyev ilk olaraq xatırladıb ki, həkim məsləhəti olmadan dərman qəbul etmək olmaz, əks halda, bütün məsuliyyəti xəstənin özü daşıyır.  Həkim ağrıların səbəblərindən də danışıb: “Ağrılar müxtəlif hallardan, məsələn, iltihabın olması, mübadilənin pozulmasından və s.- dən qaynaqlana bilər.  Həkim ağrının səbəbini bildikdən sonra dərman təyin edə bilər”.  “Ağrının müvvəqəti kəsilməsi müalicə deyil” “Ağrıları sinir keçidimiz vasitəsilə hiss edirik. Əgər dərman ağrı kəsirsə, deməli, sinirlərə də təsir edir.  Bu təsir hərəkətləri pozur, qan hərəkətini ləngidir, damarlara təsir edir. Ağrının müvəqqəti kəsilməsi müalicə deyil. Dərmanın təsiri keçdikdən sonra yenidən başlayacaq.  Məsələn, iltihab varsa, o müalicə olunmalıdır və yaxud baş ağrısı zamanı istifadə olunan dərmanlar da var. Bəlkə də o ağrı miqrendir. Miqren isə beyin damarlarının boşalmasıdır. Belə halda ağrıkəsici istifadə etmək vəziyyəti daha da çətinləşdirir, çünki ağrı dayansa belə, proses davam edir”.  Nəticədə məlum olur ki, ağrıkəsicilər ağrını keçirsə belə, ağrının yaranma səbəbi müalicə olunmalıdır. Əks halda, proses davam etdiyi üçün ağrıkəsicidən özbaşına istifadə daha böyük fəsadlara səbəb ola bilər..

Azərbaycan Ordusunun hərbçisi intihar etdi

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Abbasov Vəli Asəf oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə Respublika Hərbi Prokurorluğu məlumat yayıb. Şəmkir hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib: azal vakansiya "Fakt üzrə Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq".

Azərbaycanda uşaq ölümünün DƏHŞƏTLİ STATİSTİKASI: Səbəb bu imiş...

Azərbaycanda yeni doğulan uşaqlar arasında ölüm halları çoxalıb. Ötən il 1 yaşınadək həyatını itirən uşaqların sayında rekord qeydə alınıb. Bu say 2039 nəfəri təşkil edib ki, bu da son 25 ilin ən yüksək göstəricisi hesab olunur.  Ümumilikdə 2039 uşağın əksəriyyəti, 63 faizi (1287) perinatal dövrdə meydana çıxan hallar səbəbindən həyatını itirib. Bəs perinatal dövrdə ortaya çıxan hallar dedikdə nələr nəzərdə tutulur? Ümumiyyətlə, belə sonluğun olmaması üçün nələrə diqqət etmək lazımdır? Körpələri həm ana bətnində, həm də doğulduqdan sonra necə qorumaq olar?   vakansiyalar Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən pediatr infeksionist Aytən Ziyadova məsələyə aydınlıq gətirib:  “Perinatal dövr, hamiləliyin 22-ci həftəsindən başlayaraq doğumdan sonrakı ilk 7 günü əhatə edir. Bu dövrdə meydana çıxan hallara ana və ya körpədə baş verən sağlamlıq problemləri, doğum zamanı yaranan çətinliklər, vaxtından əvvəl doğum, infeksiyalar, hipoksiya (oksigen çatışmazlığı), doğum travmaları və digər tibbi vəziyyətlər daxildir. Bu hallar körpənin həyatına ciddi təhlükə yarada bilər və bəzi hallarda ölümə səbəb ola bilər”.  Həkim bildirib ki, bu cür sonluqların qarşısını almaq üçün bir sıra məqamlara diqqət etmək vacibdir: Hamiləlik dönəmində müntəzəm tibbi nəzarət olmalıdır. Hamilə qadınların hamiləlik boyunca davamlı olaraq həkimə müraciət etməsi, inkişaf edən problemlərin erkən aşkarlanmasına və müdaxilə edilməsinə kömək edir.  Sağlam həyat tərzi bu dönəmdə mütləqdir. Hamiləlik müddətində düzgün qidalanma, fiziki aktivlik və siqaret, alkoqol kimi zərərli vərdişlərdən uzaq durmaq ana və körpənin sağlamlığı üçün çox önəmlidir.  İnfeksiyalardan qorunmaq lazımdır. Hamilə qadınların infeksiyalardan qorunması çox vacibdir. Rubella, toxoplasma və Zika kimi infeksiyalar körpənin inkişafına zərər verə bilər. Bu səbəbdən vaksinasiya və gigiyenik qaydalara riayət etmək vacibdir.  Doğumun uyğun şəraitdə aparılması da olduqca vacibdir. Doğum prosesinin təcrübəli tibbi personal tərəfindən idarə edilməsi və lazımi texniki avadanlıqların mövcudluğu, doğum zamanı və sonra yaranan fəsadların qarşısını almağa kömək edir.  Vaxtında doğuşa hazırlıq görülməli və təxirəsalınmaz yardımlar edilməlidir. Körpə doğulduqdan sonra reanimasiya və ilkin tibbi yardımlar üçün hazırlıqlı olmaq lazımdır. Vaxtından əvvəl doğan və ya aşağı çəki ilə doğulan körpələr üçün xüsusilə xüsusi qayğı tələb olunur”.  Həkim qeyd edib ki, doğumdan sonra körpənin düzgün izlənməsi də önəmli məqamdır:  “Körpənin doğulduqdan sonra, xüsusilə, ilk günlərdə müntəzəm olaraq həkim tərəfindən nəzarətdə saxlanılması vacibdir. Erkən dövrdəki problemlərin aşkarlanması və müalicəsi həyat qurtarıcı ola bilər. Ana və körpənin sağlamlığını təmin etmək üçün bu tədbirlər çox mühüm rol oynayır”. 

Quli və Lənkəranskidən sonra lider o seçildi - FOTOLAR

Rusiyadakı azərbaycanlı kriminal aləmin yeni rəhbəri seçilib. Sozcu.az unikal-a istinadən xəbər verir ki, yeni klanın rəhbəri "qanuni-oğru" "Zaur Naxçıvanski" ləqəbli Zaur Şipilovdur. "Bu statusa onun namizədliyini 1 saylı "qanuni oğru" Zaxar Kalaşov (Şakro Molodoy) tam dəstəkləyib", - KİV yazıb. Məlumata görə, Şakro Rusiyada Azərbaycan mafiyasının liderini əvəz etmək üçün daha gənc və ağıllı adam lazım olduğunu bildirib və nəticədə "Şakro" Zaur Şipilovun namizədliyini təsdiqləyib. Qeyd edək ki, 1985-ci ildə Rusiyanın Orenburq şəhərində anadan olan Zaur, kriminal aləmdə nüfuzlu avtoritetlərdən sayılan Bayram Talıbovun oğludur. Şipilovun atası 2006-ci ilin aprelində "Sabirabadlı Hikmət" kimi tanınan Hikmət Muxtarovla birgə sui-qəsd nəticəsində qətlə yetirilib. "Zaur Naxçıvanski" "Rövşən Lənkəranski"nin "xaç oğlu" kimi də tanınır. Belə ki, Şipilovun atası qətlə yetiriləndə 21 yaşı olan Zaur, həmin dövrdə "Rövşən Lənkəranski" tərəfindən himayə edilib. Rövşən Zaurun yetişməsində, atasının yolunu getməsində böyük rol oynayıb. Bildirilir ki, o, azərbaycanlı kriminal avtoritetlər Rövşən Caniyevin ("Rövşən Lənkəranski"), daha sonra isə Nadir Səlifovun ("Lotu Quli") ölümündən sonra Rusiya Federasiyasında Azərbaycan mafiyasının rəhbəri olub.

Azərbaycanda valideyn himayəsindən məhrum uşaqların sayı sürətlə artır – Statistika

Bu ilin əvvəlinə olan məlumata görə Azərbaycanda internat müəssisələrində valideynlərini itirmiş (yetim) və valideyn himayəsindən məhrum olan 1459 uşaq təlim-tərbiyə alıb. Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstrir ki, son bir ildə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı 7% və ya 96 uşaq artıb. Bu, həm də son 15 ildə qeydə alınan ən yükəsk göstərici olub. Qeyd edək ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların 933-ü körpələr və uşaq evlərində, 414-ü ümumtəhsil internat məktəblərində, 31-i sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində, 81-i sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərində təlim-tərbiyə görüb. Azərbaycan müstəqillik əldə etdikdən – 1991-ci ildən sonra internat müəssisələrində təlim-tərbiyə alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı ən yüksək həddə 2003-cü ildə çatıb. Həmin il internat müəssisələrində 3 min 456 valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaq təlim-tərbiyə alıb. Sonrakı illərdə yetim və valideyn himayəsindən məhrum olan uşaqların sayı azalmağa başlasa da, son illər yenidən artmağa başlayıb. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı ən aşağı səviyyəyə 2016-cı ildə düşüb. Həmin il internat müəssisələrində təlim-tərbiyə alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı 602 nəfər olub. Son 10 ildə internat müəssisələrində təlim-tərbiyə alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı aşağıdakı kimi olub: 2014-cü il – 685 uşaq 2015-ci il – 611 uşaq 2016-cı il – 602 uşaq 2017-ci il – 639 uşaq 2018-ci il – 737 uşaq 2019-cu il – 862 uşaq 2020-ci il – 849 uşaq 2021-ci il – 771 uşaq 2022-ci il – 737 uşaq 2023-cü il – 1 363 uşaq 2024-cü il – 1 459 uşaq

Romada Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü başlayıb

Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü başlayıb. Sozcu.az xəbər verir ki, Romanın "Chigi" Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı. Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni fəxri qarovul dəstəsinin qarşısından keçdilər. İtaliyanın nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloniyə təqdim olundu. Sonra dövlətimizin başçısı İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni birgə foto çəkdirdilər.

Toyuq əti kəskin BAHALAŞDI – Mal və qoyun ətinin qiyməti də ARTACAQ

Son günlər ölkədə toyuq əti kəskin bahalaşıb.  Sozcu.az xəbər verir ki, əvvəllər 5-6 manata alınan toyuqlar, indi marketlərdə 8-10 manata satılır. Demək olar ki, toyuq ətinin qiyməti mal-qoyun ətinə çatır.bakupost)

Bakıda külək güclənib

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 05-i saat 18:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi şimal-qərb küləyi arabir güclənib. Sozcu.az xəbər verir ki, bu barədə Xidmətdən məlumat verilib. Sarı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22 m/s, Neftçalada 20 m/s-dək güclənib. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR -da 35, Aran rayonlarında 35, dağlıq rayonlarda 23 dərəcəyədək isti qeydə alınıb.

Məktəblərlə bağlı DƏHŞƏTLİ STATİSTİKA: Ciddi problemlərə səbəb ola bilər

Yeni tədris ilində paytaxt məktəblərində yarım milyondan çox şagird təhsil alacaq. Dəqiq sayla desək, 513 698 şagirdin Bakıda təhsil alacağı gözlənilir. Belə olan halda, düşünülür ki, bir sinifdə azı 30-40 nəfər olacaq.  Bu rəqəmlər, ümumiyyətlə isə Bakıda yarım milyondan çox şagirdin təhsil almasına paytaxt məktəblərinin yetərincə potensialı varmı? Həmin say təhsilin keyfiyyətinə necə təsir edəcək?  Təhsil eksperti Cahid İmanlı bu məsələni “Yeni Sabah”a şərh edib:  vakansiya “Qanunvericiliyə görə, hər bir şəxsin təhsil almaq hüququ vardır. Hər bir şagird özünə yaxın ərazidə yerləşən məktəbdə təhsil ala bilər. Amma o halda ki, buna məktəbin də infrastrukturu-maddi - texniki bazası, tədris otaqları və s. imkan versin. Sovet dövründə tikilən məktəblərin bir çoxunda sinif otaqlarının sahəsi xeyli genişdir. Belə sinif otaqlarında fənn kabineti də təşkil edilirdi, bir neçə şkaf-mebellər olurdu, əlavə pedaqoji prosesi dəstəkləyən resurslar da yerləşdirilirdi. Sinif otağının geniş olması şagirdlərin sağlamlığı,onların təhlükəsizliyi baxımından da vacib amillərdən biri sayılır. Lakin təssüf hissi ilə demək istəyirəm ki, Bakı şəhəri və ətraf qəsəbələrin bir çoxunda şagird sıxlığına görə ciddi problemlər yaşanır. Bəzən məktəblərdə iç-içə yerləşən sinif otaqlarına belə rast gəlinir. Yaxşı halda məktəbin koridorundan, bufetindən və ya digər bir hissəsindən kəsərək yeni sinif otaqları düzəldilir. Ən pisi də odur ki, geniş sinifləri "ağzı dolana qədər" şagirdlə doldururlar. Partalar arasındakı məsafələr, partanın lövhə ilə arasındakı məsafə nəzərdə tutulan normativlərdən qat-qat az olur. Belə olan halda, şübhəsiz ki, tədrisin keyfiyyəti də itir”.  Ekspert bildirib ki, hansısa məktəbdə şagirdlərin kəmiyyətinin artması qətiyyən keyfiyyətə təsir etməməlidir:  “Məsələnin həlli üçün strateji planlaşma lazımdır. Məsələn, hansısa şəhərcik salınırsa, hətta ilk bina tikilməmişdən əvvəl ilk olaarq uşaq bağçası, məktəb tikilməlidir. Hazırda biz bu prosesi işğaldan azad edilən ərazilərimizdəki tikinti-quruculuq işlərində müşahidə edirik. Ümumiyyətlə, aidiyyatı qurumlar məsələnin həllinin bir çox alternativ yollarını tapmalı və həll etməyə çalışmalıdırlar”. 

Rusiyada işləyən azərbaycanlılara PİS XƏBƏR - Ailələri ilə…

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin aşağı sinifli əmək miqrantlarının ailələrini Rusiyaya gətirməsinə qadağa qoymağa çağırıb. Onun sözlərini Rusiya parlamentinin aşağı palatasının mətbuat xidməti sitat gətirib. Deputatın fikrincə, Rusiya Federasiyasına gələn əcnəbi vətəndaşa görə məsuliyyət onu dəvət edən müəssisənin üzərinə düşməlidir. Volodin qeyd edib ki, Rusiya qanunvericiliyində miqrantlara ailələrini özləri ilə aparmağa icazə verən "boşluq" var, ona görə də bu məsələ hazırda müzakirə olunur. Dövlət Dumasının sədri əlavə edib ki, əmək miqrantlarının ölkə qanunvericiliyinə və ənənələrinə riayət etməklə Rusiya iqtisadiyyatına kömək etmələrini təmin etmək lazımdır. Bu vəziyyətdə "heç bir problem olmayacaq" deyə Volodin bildirib. Sentyabrın əvvəlində Rusiya Federasiyasının İstintaq Komitəsi 2024-cü ildə ölkədə əcnəbilər tərəfindən törədilən ağır cinayətlərin sayının 12% artdığını bəyan edib. Ümumilikdə, ağır cinayətlər də daxil olmaqla 23 847 cinayət törədilib./ BAKU.WS

Ukrayna Rusiyada strateji məntəqəni ələ keçirdi

Ukrayna Silahlı Qüvvələrinin Kursk əməliyyatı bir aya yaxındır ki, davam edir. Bu müddət ərzində Ukrayna ordusu 1300 kvadrat kilometr Rusiya ərazisinə və Trans-Sibir Boru Kəməri üçün mühüm qaz ixrac mərkəzi olan Sudjaya nəzarəti ələ keçirib.  Sozcu.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.  Eyni zamanda, nəşr yazır ki, Kursk əməliyyatı döyüş meydanında hadisələrin gedişatını dəyişdirə bilməyib və böyük hərbi uğurlara səbəb olmayıb.

Apteklər müştəriləri belə aldadır - Ağlasığmaz fırıldaq

Son vaxtlar market, aptek və digər ictimai-iaşə məntəqələrində alış-veriş edən zaman, ödəniş müqabilində verilən qəbzlərin ƏDV-ləri bir çox hallarda vətəndaşlara geri qaytarılmır. Bunun müxtəlif səbəbləri var.  Bəzi hallarda müştərilərə təqdim olunan qəbzin barkodunu telefonla skan etmək mümkün olmur. Bəzən isə işin içinə dələduzluq girir. Daha dəqiq desək, vətəndaşa əlavə dəyər vergisi ilə bağlı qaytarılmalı olan məbləğ önəcədən istifadə edilir. Bu hallarla bağlı şikayətlər ən çox apteklərlə bağlı səsləndirilir. Bəs görəsən, vətəndaşlar belə vəziyyətlərdə nə etməlidir? Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, sözügedən hallarla bağlı son aylar şikayətlər xeyli artıb:   socar vakansiya “Bu hal mövcuddur və son 5 ay ərzində daha çox artıb. Burada digər problem isə odur ki, bəzən skayner və telefon həmin qəbzi ya oxuya bilmir ya da bir neçə gündən sonra oxuyur. Bunun texniki səbəbini mən bilmirəm”.  Eyyub Hüseynov belə situasiya ilə qarşılaşan müştərilərin “195” qaynar xəttinə məlumat vermələrini tövsiyə edib:  “Bu dövlətin sosial siyasətinin biznes qurumları tərəfindən pozulması, sabotaj edilməsidir. Belə hallarda vətəndaşlar İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “195” qaynar xəttinə məlumat vermələrini tövsiyə edirəm”. 

Biləsuvarda zəlzələ: dağıntı və insan xəsarəti... - FHN

Biləsuvar rayonunda qeydə alınan zəlzələ zamanı hər hansı dağıntı və ya insan xəsarəti olmayıb. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb", - deyə nazirlikdən bildirilib. Qeyd edək ki, yerli vaxtla saat 10:45-də Biləsuvar rayonunda 54 km dərinlikdə 4.5 maqnituda zəlzələ qeydə alınıb.

Düşmən Kəlbəcəri atəşə tutdu, Ordumuz tədbir gördü!

Sentyabrın 5-i saat 09:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

XİN: Azərbaycanla kommunikasiya xəttini özəl mühafizə agentliyi qoruya bilər

Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinin təmin olunmasının özəl mühafizə şirkətinə verilməsi istisna edilmir. Sozcu.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan parlamentdə jurnalistlərə baş nazir Nikol Paşinyanın avqustun 31-də məsələ ilə bağlı açıqlamasını şərh edərkən deyib. Nazir müavini bunun Ermənistanın suverenliyini pozmadığını bildirib. kapital bank vakansiya Qeyd edək ki, N.Paşinyan kommunikasiya xəttinin mühafizəsini özəl təhlükəsizlik agentlərinə həvalə edilə biləcəyinin mümkünlüyünü açıqlayıb.

Bu məhsulların qiyməti artacaq - XƏBƏRDARLIQ

İlin əvvəlindən başlayan infliyasiya dalğası hələ də davam edir. Ümumən iqtisadi infliyasiya bütün dünyada müşahidə olunur. Bunun olması isə başda təməl ərzaq malları olmaqla, bir çox məhsulların qiymətinin kəskin bahalaşmasına səbəb olur. Bəs görəsən, bu ilin sonuna doğru infliyasiya göstəricilərində eniş müşahidə olunacaqmı?  Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas və iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, hazırki şəraitdə infliyasiyanın qarşısını almaq qeyri-mümkündür:  "İndiki şəraitdə infliyasiyanın qarşısının alınması mümkün deyil. Çünki ölkədə iqtisadi aktivlik olduqca düşüb. Əsas aktivlik işğaldan azad edilmiş zonalarda cəmlənib. Amma eyni zamanda dövlət insanların sosial təminatı üçün pensiya və digər müavinətlər qaldırsa da, bunun müqabilində kifayət qədər məhsul yoxdur. Buna görə də qiymət artımı qaçınılmazdır. Yəni indiki vəziyyət belə də davam edəcək".  vakansiyalar Ekspert bu tendensiyanın bütün dünyada davam etdiyini və bu səbəbdən idxal məhsullarının olduqca bahalaşdığını diqqətə çatdırıb: "Ölkədə sahibkarlıq və investisiya üçün əlverişli şəraitin olmaması gələcək illərin daha da ağır keçməsini göstərir. Biz məhsulları, malları xaricdən almaq yerinə, daxili istehsala diqqət ayırmalıyıq. Əsas məsələ odur ki, hazırda infliyasiya bütün dünyada getməkdədir. Xaricdən gələn malların da qiyməti bu səbəbdən artır. Biz özümüz isə, ərzağı belə çox az istehsal edirik". 

Rəsmi boşanırlar ki, dövlətdən iki ev alsınlar - Şok açıqlama

Ölkəmizdə son vaxtlar boşanmalarla bağlı statistika heç də ürəkaçan deyil. Bir sıra şəxslər iddia edir ki, boşananların hamısı heç də real hə, tərəflər eyni evdə qeyri-rəsmi qaydada yaşamağa davam edirlər. Yəni rəsmi formada nikaha xitam verilsə də onlar real həyatda ayrılmırlar. Ailələri buna vadar edən səbəb nədir? Sozcu.az xəbər verir ki, hüquqşünas Ramil Süleymanov məsələnin təfərrüatını “Yeni Sabah”a belə izah edib: “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə saxta nikah münasibətləri, saxta nikah anlayışı qanunla tənzimlənib. Amma saxta boşanma barədə qanunvericilikdə heç bir anlayış yoxdur. Ancaq biz bunu məhkəmə praktikasında görə bilirik ki, bəzən saxta boşanmalar icra olunur. Bu əsasən hansı boşanmalar olur? Məsələn, əvvəllər və ya eyni zamanda indiki vaxtda da qanuni nikah əsasında rəsmi olaraq birgə yaşayan şəxslər var ki, bu adamlar işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün statusu daşıyanlar olublar. Onlar müvafiq dövlət qurumundan bir ailə təsərrüfatı üçün bir yox, iki mənzil almaq niyyəti güdürlər. Beləliklə, saxta boşanma həyata keçirməklə rəsmi olaraq bir-birilərindən ayrı görünürlər. Hətta uşaqları belə öz aralarında saxta şəkildə bölüşdürürlər. Yəni, iki övladları varsa, bir uşaq ata ilə, digəri anası ilə qalır. Ayrı-ayrı təsərrüfatlara qeydiyyatda olduqları rayonun müvafiq komissiyasına müraciət edirlər ki, onlar aidiyyatı üzrə mənzillə və ya fərdi yaşayış evi ilə təmin olunsunlar. İkinci bir məsələ ondan ibarətdir ki, bəzən ünvanlı sosial yardım almaq istəyən şəxslər saxta boşanmanı həyata keçirirlər və tərəflərdən biri digərinə aşağı məbləğdə aliment ödəyir. Qadın aliment almasına baxmayaraq, faktiki maddi durumunun uyğun olmadığını dövlət qurumuna təqdim edir və aldatmağa çalışır”. R.Süleymanov bu cür boşananların qanun qarşısında məsuliyyət daşıdığını vurğulayıb: “Vətəndaşlar bu yollara əl atmazdan əvvəl onun qanun qarşısında məsuliyyətini də dərk etməlidirlər. Çünki yalançı boşanmalar həyata keçirməklə dövlət qurumunu aldatmağa cəhd göstərən şəxs dövlət əmlakının qanunsuz şəkildə əldə olunması anlayışının təsir dairəsinə düşə bilir. Nəzərə almalıdırlar ki, əgər bu hal dövlət qurumu tərəfindən aşkarlanarsa, həmin əmlakın geri tələb olunması ilə bağlı vətəndaşa qarşı müvafiq qaydada məhkəmə tərəfindən iddia qaldırıla bilər. Belə olduğu təqdirdə, vətəndaş məhkəmə qərarını icra etmək məcburiyyətində qalacaq".

İsmayıllıda əməliyyat keçirildi - Əlişir Süleymanov saxlanıldı

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları İsmayıllı rayonunda əməliyyat keçirib. Sozcu.az xəbər verir ki, Bələdiyyə və İcra hakimiyyətinin vəzifəli şəxslərinin saxlanıldığı bildirilir. Məlumata görə, keçirilən əməliyyat nəticəsində Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlişir Süleymanov və kəndlərdən birinin bələdiyyə sədri saxlanılıb. Hazırda onlarin ifadələri alınır. Hələ ki, ittiham verilməyib. Qeyd edək ki, İsmayıllı şəhərinin bundan əvvəlki icra nümayəndəsi Məhərrəm Əhmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmişdi. /qafqazinfo.az/

Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq

Sentyabrın 5-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək. Bu barədə Sozcu.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 5-i gündüzdən 7-si gündüzədək isə bölgələrdə fasilələrlə qərb küləyi Naxçıvan, Şahbuz, Culfa, Ordubad, Tovuz, Ağstafa, Bərdə, Yevlax, Tərtər, Mingəçevir, Beyləqan, Ağdam, Füzuli, Ağcabədi, Samux, Xaçmaz, Şabran, Siyəzən, Hacıqabul, Neftçala, Salyan, Saatlı, Sabirabad, Ağsu, Balakən, Şəki, Zaqatala, Şamaxı, Qobustan, Astara, Yardımlı, Lerik, Cəlilabad, Biləsuvarda arabir 13.9-20.7 m/san təşkil edəcək. Bu, sarı xəbərdarlığa uyğundur. Həmçinin Gəncə, Goranboy, Naftalan rayonlarında isə fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir ki, bu da narıncı xəbərdarlığa uyğundur.

Gədəbəydə FACİƏ: yük maşını yatan kişini əzib öldürdü

Gədəbəydə kişi faciəvi şəkildə ölüb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Gərgər kəndində baş verib. Sahədə"QAZ-3307" markalı avtomobilə ot presləri yükləyən 51 yaşlı Musayev Elman Əli oğlu dincəlmək üçün həmin maşının arxa təkərlərinin yanında uzanıb. Bu zaman sürücü Əmiraslanov Maarif Bahadır oğlu avtomobili geriyə hərəkət etdirib. Nəticədə Elman Musayev yük maşınının altında əzilərək ağır xəsarətlər alıb və rayon Mərkəzi Xəstəxanasında ölüb.

Bakıda ambulans piyadanı vurub öldürdü

Bakıda avtomobil piyadanı vurub. Sozcu.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl Sabunçu rayonu Kürdəxanı qəsəbəsində baş verib. 74 yaşlı Məlikov Şahverdi Ağaverdi oğlunu avtomobil vuraraq, öldürüb. Məlumata görə, onu ambulans vurub.lent.az)