Azərbaycanlı turist Türkiyədə "Duty-Free" mağazalar şəbəkəsində böyük məbləğdə pul xərcləyib. Axşam.az xəbər verir ki, bu haqda Türkiyənin "Duty-Shop Tax Free" mağazalarında satınalmalar və digər əməliyyatlar haqqında məlumat toplayan "Global Blue" şirkətinin baş direktoru Selim Şeyxun deyib. "Bu ilin ilk 4 ayında edilən alışlar arasında ən təəccüblü olanı bir nəfərin 7,5 milyon dollarlıq alış-veriş etməsi olub (təxminən 12,7 milyon manat-red.). O, bu məbləğə saatlar və zinət əşyaları alıb" deyə, şirkət rəhbəri qeyd edib. Turistin Türkiyəyə Azərbaycandan gəldiyi ehtimal edilib.
Xaçmaz rayonu Yalama kəndində 2 nəfəri öldürərək evi yandırmaqda təqsirləndirilən Ağaxanov Ramin Rəhman oğlunun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, Ağaxanov Ramin Rəhman oğlu ömürlük azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı Orxan Rüstəmov onun ömürlük azadlıqdan məhrum edilməsini istəmişdi. Qeyd edək ki, aprelin 9-da Xaçmaz rayonu Yalama kəndində evlərdən birinin yanması və içərisində olan 2 nəfərin yanaraq ölməsi ilə bağlı polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilib ki, evdə yanan şəxslər əvvəlcə öldürülüb, daha sonra izi itirmək məqsədilə ev qəsdən yandırılıb. Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini 1996-cı il təvəllüdlü Ağaxanov Ramin Rəhman oğlu saxlanılaraq istintaqa təhvil verilib.
Müsavat Məclisinin sədri Arif Hacılı da sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində deputatlığa namizədliyini verməyəcək. O, APA-ya açıqlamasında bildirib ki, belə bir planı yoxdur.
Müsavat Partiyasının başqanı İsa Qəmbər sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək. Sozcu.az-ın xəbərinə görə, bu barədə İsa Qəmbər özü məlumat verib. “Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak üçün namizədlərin irəli sürülməsini, əsasən, yekunlaşdırıb. Artıq 34 namizədimiz var. Mən bu dəfə namizədliyimi irəli sürməyəcəyəm, Müsavat Partiyasının seçkilərdə iştirakına ümumi rəhbərlik edəcəyəm və namizədlərimizə dəstək verəcəm”, - deyə o bildirib./Apa
Xəbər verdiyimiz kimi, hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin bu gün keçirilmiş iclasında 2024-cü il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə namizədlərini müəyyənləşdirib. Sozcu.az Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa irəli sürülmüş namizədlərin tam siyahısını təqdim edir: 1 saylı Şərur-Sədərək - Əsgərov Ziyafət Abbas oğlu 2 saylı Şərur-Kəngərli - Novruzov Siyavuş Dünyamalı oğlu 3 saylı Babək-Şahbuz-Kəngərli - Babayev Asiman Əli oğlu 4 saylı Naxçıvan şəhər - İbrahimov Eldar Rza oğlu 5 saylı Babək-Naxçıvan-Culfa - Həmzəyeva Ülviyyə Tapdıq qızı 6 saylı Ordubad-Culfa - Rəhimzadə Vüqar Gəncəli oğlu 7 saylı Səbail - Qarayev Əhliman Paşa oğlu 8 saylı Binəqədi birinci - Mirzəyeva Həcər Niyazi qızı 9 saylı Binəqədi ikinci - Qafarov Kəmaləddin Nəsrəddin oğlu 10 saylı Binəqədi üçüncü - Hüseynov Hümbət Rəhim oğlu 11 saylı Binəqədi-Qaradağ - Xasayeva Səbinə Səməd qızı 12 saylı Xəzər birinci - Maniyeva Aygün Şaitdin qızı 13 saylı Xəzər ikinci - Əliyev Cəlahir Mirzəbala oğlu 14 saylı Xəzər-Pirallahı - Rəsulova Vüsalə Elman qızı 15 saylı Yasamal birinci - Quliyev Əli Dilən oğlu 16 saylı Yasamal ikinci - Mirzəyev Həbib Adil oğlu 17 saylı Yasamal üçüncü - Məmmədov Zaman Rəşid oğlu 18 saylı Nərimanov-Nizami-Binəqədi - Babaşov Nizami Babaş oğlu 19 saylı Nərimanov birinci - Məmmədov Hikmət Baba oğlu 20 saylı Nərimanov ikinci - Vəliyev Samir Əhməd oğlu 21 saylı Nəsimi-Binəqədi - İbrahimqızı Məlahət İbrahim qızı 22 saylı Nəsimi-Yasamal - Hüseynov Xaliq İsa oğlu 23 saylı Nəsimi-Səbail - Rəhimov Elnur Fidail oğlu 24 saylı Nizami birinci - Rüstəmov Ramil Şahsuvar oğlu 25 saylı Nizami ikinci - Əhmədov Əli Cavad oğlu 26 saylı Sabunçu birinci - Hacıyeva Afaq Şirzad qızı 27 saylı Sabunçu ikinci - Qasımova Səbinə Məmmədağa qızı 28 saylı Sabunçu üçüncü - Qurbanov Taleh Mərifət oğlu 29 saylı Sabunçu dördüncü - Abdullazadə İlahə İntiqam qızı 30 saylı Suraxanı birinci - Fətəliyeva Sevinc Həbib qızı 31 saylı Suraxanı ikinci - Quliyev Etibar Əliağa oğlu 32 saylı Suraxanı üçüncü - Həsənova Afət Əbil qızı 33 saylı Xətai birinci - Əliyev Yengibar Sərraf oğlu 34 saylı Xətai ikinci - Zabelin Mixail Yuryeviç 35 saylı Xətai üçüncü - Vəliyeva Pərvanə Bulut qızı 36 saylı Xətai-Suraxanı - Hacıyeva Nərminə Aslan qızı 37 saylı Qaradağ - Hüseynov Aydın Nəsir oğlu 38 saylı Gəncə birinci - Həmzəyev Naqif Ələşrəf oğlu 39 saylı Gəncə ikinci - Kərimzadə Pərvin Orxan qızı 40 saylı Gəncə üçüncü - Quliyev Musa İsa oğlu 41 saylı Gəncə-Samux-Goranboy - Cəfərov Müşfiq Cəfər oğlu 42 saylı Sumqayıt birinci - Hüseynova Hicran Kamran qızı 43 saylı Sumqayıt ikinci - Mirkişili Tahir Famil oğlu 44 saylı Sumqayıt üçüncü - Vəliyeva Mehriban Hidayət qızı 45 saylı Sumqayıt dördüncü - Hacıyev Naib İsmixan oğlu 46 saylı Sumqayıt beşinci - Akimova Elnarə Seydulla qızı 47 saylı Sumqayıt-Abşeron-Qaradağ - Mustafayev Musa Musa oğlu 48 saylı Abşeron birinci - Məmmədova Nigar Fikrət qızı 49 saylı Abşeron ikinci - Xudayev Faiq Allahverdi oğlu 50 saylı Abşeron üçüncü - Namazov Ramid Zakir oğlu 51 saylı Şirvan - Əsədov Heydər Xanış oğlu 52 saylı Yevlax - Məmmədov İlham Kazım oğlu 53 saylı Yevlax-Mingəçevir - Hüseynli Əli Məhəmməd oğlu 54 saylı Mingəçevir - Mirzəzadə Aydın Böyükkişi oğlu 55 saylı Siyəzən-Quba-Xızı - Məmmədli Müşfiq Fazil oğlu 56 saylı Şabran-Xaçmaz - Süleymanlı Mahir Tahir oğlu 57 saylı Xaçmaz şəhər - Vəliyev Ağalar İsrəfil oğlu 58 saylı Xaçmaz kənd - Əskərova Könül Rəcəb qızı 59 saylı Quba - Məhərrəmzadə Əlibala Səttar oğlu 60 saylı Quba-Qusar - Bağırova Fidan Yusifəli qızı 61 saylı Qusar - Badamov Azər Camal oğlu 62 saylı Kürdəmir - Kazımova Yadigar Təvəkgül qızı 63 saylı Hacıqabul-Kürdəmir - Aslanov Aqil Rahil oğlu 64 saylı Salyan - Qurbanov Sadiq Haqverdi oğlu 65 saylı Salyan-Biləsuvar-Neftçala - Ağayev Emin Zülfüqar oğlu 66 saylı Saatlı - Ələkbərov Əziz Yusif oğlu 67 saylı Sabirabad - Əmiraslanov Əhliman Tapdıq oğlu 68 saylı Sabirabad-Şirvan - Cəfərov Kamal Xaqani oğlu 69 saylı Biləsuvar - Əliyev Elməddin Saməddin oğlu 70 saylı Neftçala - Baxışov Fərhad Ceyhun oğlu 71 saylı Cəlilabad şəhər - Həsənov Malik Əvəz oğlu 72 saylı Cəlilabad kənd - Nəsirov Elman Xudam oğlu 73 saylı Masallı-Cəlilabad - Əliyeva Aytən Ədalət qızı 74 saylı Masallı - Məmmədov Məşhur Şahbaz oğlu 75 saylı Yardımlı-Masallı - Əliyev Sərvər Məlikməmməd oğlu 76 saylı Lənkəran-Masallı - Paşazadə Cavanşir Hümmət oğlu 77 saylı Lənkəran şəhər - Əliyev Əlimərdan Ələkbər oğlu 78 saylı Lənkəran kənd - İsgəndərov Anar Camal oğlu 79 saylı Astara - Mahmudov Rəşad Məmmədqulu oğlu 80 saylı Lerik-Astara - Rəcəbov Elman Əliheydər oğlu 81 saylı İmişli - Məmmədov İsrafil Zakir oğlu 82 saylı İmişli-Saatlı - Salahlı Səyyad Adil oğlu 83 saylı Beyləqan - İsmayılov Şahin Əmir oğlu 84 saylı Füzuli - Məmmədov Namiq İbrahim oğlu 85 saylı Füzuli-Ağcabədi - Cəfərov Dəyanət Cəmil oğlu 86 saylı Ağcabədi - Rzayev Tahir Musa oğlu 87 saylı Qobustan-Şamaxı-İsmayıllı - Novruzov Rasim Ramis oğlu 88 saylı Şamaxı - Tağızadə Rəfail Vahid oğlu 89 saylı İsmayıllı - Allahverdiyeva Xavər Şahı qızı 90 saylı Ağsu - Hüseynov Əli Abbas oğlu 91 saylı Göyçay - Əkbərov Fərid Əkbər oğlu 92 saylı Göyçay-Ağdaş - Məmmədyarova Firəngiz Rafiq qızı 93 saylı Ağdaş - Şahmuradov Anar Raqif oğlu 94 saylı Ucar - Həsən Ramil Sahib oğlu 95 saylı Zərdab-Kürdəmir-Ucar - İsmayılova Səliqə Oruc qızı 96 saylı Goranboy-Naftalan - Bədəlov Bədəl Şamil oğlu 97 saylı Tərtər-Ağdərə-Goranboy - Məmmədov Anar İlyaz oğlu 98 saylı Bərdə-Tərtər - Fətiyev Xanlar Nuru oğlu 99 saylı Bərdə - Yıldırım Fatma Vidadi qızı 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər - Bayramov Kamran Fərhad oğlu 101 saylı Samux-Şəmkir - Qurbanlı Mübariz Qəhrəman oğlu 102 saylı Şəmkir şəhər - Qafarova Sahibə Əli qızı 103 saylı Şəmkir kənd - Həsənov Nurlan Urfan oğlu 104 saylı Gədəbəy - Hüseynova Sevinc Əmirəhməd qızı 105 saylı Tovuz-Gədəbəy - Hüseynov İlkin Abbas oğlu 106 saylı Tovuz - Səfərov Nizami Abdulla oğlu 107 saylı Tovuz-Qazax-Ağstafa - Aslanova Humay Tofiq qızı 108 saylı Ağstafa - Kərimov Gülgün Kərim oğlu 109 saylı Qazax - Seyidov Səməd İsmayıl oğlu 110 saylı Balakən - Məhəməliyev Nəsib Məhəmməd oğlu 111 saylı Zaqatala-Balakən - Mahmudova Vüsalə Yusif qızı 112 saylı Zaqatala - Əsgərov Asif Yunis oğlu 113 saylı Qax-Şəki - Sayadov Mithad Bəhərçi oğlu 114 saylı Şəki şəhər - İskəndərov Vüqar Yapon oğlu 115 saylı Şəki kənd - Yusibov Niymət Yusif oğlu 116 saylı Qəbələ - Tağıyeva Ədilə Əli qızı 117 saylı Oğuz-Qəbələ-Şəki - Qurbanov Eyvaz Daşdəmir oğlu 118 saylı Ağdam-Xocalı - Məmmədov Elman Camal oğlu 119 saylı Ağdam - Məmmədov İbrahim Raqif oğlu 120 saylı Cəbrayıl-Qubadlı - Məmmədov Ceyhun Valeh oğlu 121 saylı Laçın - Muradov Rövşən Şahbaz oğlu 122 saylı Xankəndi - Məmmədov Aqil Kamran oğlu 123 saylı Kəlbəcər - Əhmədova Aidə Ələsgər qızı 124 saylı Şuşa-Ağdam-Xocavənd - Babışova Leyla Adil qızı 125 saylı Zəngilan-Qubadlı - İsmayılov İmamverdi İbiş oğlu
İranın rəsmi dövlət mediası Azərbaycan və Türkiyə ilə bağlı dərc etdikləri materiallarda davamlı olaraq yer adlarını təhrif edirlər. Bu qəbildən olan növbəti təhrifi İRNA xəbər agentliyi edib. Agentlik Qərbi Azərbaycan əyalətindən olan alpinistlərin Türkiyənin Ağrı dağına dırmanışı barədə xəbər dərc edib. "2 alpinist 5 günlük yürüşdən sonra Türkiyənin ən yüksək dağı olan Ararat dağının zirvəsinə qalxdılar",- xəbərdə Ağrı dağı "Ararat" verilib.
Təbriz təmsilçisi "Traxtur" klubunun yeni xorvatiyalı baş məşqçisi Draqan Skoçiç Təbrizə gəlib. Bu barədə idman mediası məlumat yayıb. Bildirilib ki, başməşqçi "Traxtur" futbilçularının məşqlərinin yeni mərhələsinə başlayıb. Qeyd edək ki, Draqan bundan əvvəl də İranda olub və üst-üstə 5 il 4 klubu çalışdırıb.
Müğənni Səidə Sultan Hindistanlı milyarder, iş adamı Mukeş Ambaninin 28 yaşlı oğlu Anant Ambaninin və nişanlısı Radika Merçantın toyu ilə bağlı paylaşım edib. Sozcu.az xəbər verir ki, sənətçi toyu izlədiyini deyərək, bunları yazıb: "Hindistandakı toyu görəndən sonra istədim hamınıza sual verim: Necəsiniz, kasıblar?".
Evlərin qiymətində artım müşahidə olunur. Sozcu.az bildirir ki, əmlakçı Vüqar İsmayılovun Baku Tv-yə açıqlmasına görə, mənzil bazarında durğunluq olsa da qiymətlərin enməsi gözlənilmir: "Hazırda sənədli həyət evlərinin qiyməti 100 min manat təşkil edir. Belə davam edərsə, qiymətlərin daha da artması gözlənilir". Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, mənzillərin qiymətində qalxma olsa da bu, əvvəlki illərlə müqayisədə xeyli azdır: "Qiymət artımı daha çox yeni tikili binalardadır. Köhnə binalardakı mənzillərin qiymətinin artması sünidir. Alıcı qıtlığı bir müddət də davam edərsə, qiymətlər enəcək".
ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı növbəti həftələrdə yeni sui-qəsd cəhdləri ola bilər. Sozcu.az xəbər verir ki, bu barədə “Politiko” yüksək rütbəli amerikalı məmurlara istinadən məlumat yayıb. Nəşr İran tərəfdən Trampa qarşı sui-qəsd planlarının olması barədə kəşfiyyat məlumatına da istinad edib. Qeyd edək ki, İran CNN-in yaydığı məlumatı qətiyyətlə təkzib etmişdi.
Yeni Azərbaycan Partiyası VI çağırış Milli Məclisin bəzi deputatlarının növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürməyib. Sozcu.az xəbər verir ki, bu barədə partiyanın İdarə Heyətinin bugünkü iclasında qərar qəbul edilib. Belə ki, partiyanın İdarə Heyətinin qərarı ilə VI çağırış Milli Məclisin deputatları Vasif Talıbov və İsa Həbibbəylinin namizədliyi irəli sürülməyib. Bundan başqa Səttar Möhbalıyev və VI çağırış Milli Məclisin deputatı, sabiq sədr Oqtay Əsədovun növbədənkənar parlament seçkilərində namizədliyi irəli sürülməyib. Musa Quliyev hazırkı deputatlardan Aqiyə Naxçıvanlı və Sədaqət Vəliyevanın da adının namizədlər siyahısında olmadığını bildirib.
Daglıq Şirvan Regional Təhsil İdarəsinin müdir sələhiyyətlərini icra edən Həmid Qasımov İnzibati Təşkilat Sektorunun müdiri Gülnisə Ələkbərovanı işindən azad edib. Saytımıza bu barədə etibarlı mənbə məlumat verib.
İyulun 18-də Böyük Britaniyada Avropa Siyasi Birliyinin 4-cü sammiti keçiriləcək. Modern.az-ın məlumatına görə, sammitə Avropa İttifaqının (Aİ) üzvləri, Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan daxil olmaqla 50-yə yaxın ölkənin liderləri dəvət edilib. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer Vudstok şəhərindəki Blenheim sarayında 50-yə yaxın ölkənin liderlərini qəbul edəcək. Avropa Siyasi Birliyinin Sammitində müzakirə olunacaq əsas məsələlər Ukraynada baş verən hadisələr və qeyri-qanuni miqrasiyadır. Sammit çərçivəsində tematik müzakirələr də nəzərdə tutulub. Ətraflı Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin də sammitdə iştirak etməsi gözlənilir. Dövlətimizin başçısı Avropa Siyasi Birliyinin Çexiya və Moldovada keçirilən sammitində iştirak edib. Azərbaycan Fransanın təxribatçı mövqeyinə görə İspaniyada keçirilən sammitdə iştirak etməkdən imtina edib. Ermənistan Baş naziri Nikol Paşinyan artıq Britaniyaya yola düşüb. Gürcüstanın Baş naziri İrakli Kobaxidze də sammitdə iştirak edəcək. Qeyd edək ki, Çexiya və Moldovada keçirilən sammit çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında görüşlər keçirilib. Britaniyadakı sammitdə İlham Əliyev və Paşinyanın görüşüb-görüşməyəcəyi hələlik məlum deyil.
Yeni Azərbaycan Partiyası VI çağırış Milli Məclisin bəzi deputatlarının növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürməyib. Sozcu.az xəbər verir ki, bu barədə partiyanın İdarə Heyətinin bugünkü iclasında qərar qəbul edilib. Belə ki, partiyanın İdarə Heyətinin qərarı ilə VI çağırış Milli Məclisin deputatları Vasif Talıbov və İsa Həbibbəylinin namizədliyi irəli sürülməyib. Bundan başqa Səttar Möhbalıyevin də namizədliyi hakim partiya tərəfindən irəli sürülməyib.
Xəbər verdiyimiz kimi, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Noyabr ayının 11-22 tarixlərində baş tutacaq beynəlxalq tədbirin keçirilməsi Bakının müxtəlif istiqamətlərində planlaşdırılıb. Tədbirlə əlaqədar Bakıda bəzi məhdudlaşdırıcı addımların atılacağı da açıqlanıb. Məhdudlaşdırıcı tədbirlər çərçivəsində bəzi ərazilərdə distant təhsilə keçiləcəyi, o cümlədən təntənəli mərasimlərin keçirilməsinin müvəqqəti təxirə salınacağı, hətta bununla bağlı şəhərdə fəaliyyət göstərən şadlıq evlərinə xəbərdarlıq edildiyi bildirilir. Sozcu.az xəbər verir ki, mövzu ilə əlaqədar “Qaynarinfo” Bakıda fəaliyyət göstərən şadlıq evlərinə sorğu ünvanlayıb. Nizami rayonundakı şadlıq saraylarından birinin nümayəndəsi COP29 ərəfəsində şənlik mərasimləri ilə bağlı məhdudiyyətlər qoyulduğunu təsdiqləyib: “Bakıda böyük tədbir keçiriləcək. Bununla bağlı noyabrın 11-dən 25-nə kimi heç bir sifarişimiz yoxdur”. Babək prospektində yerləşən şadlıq evlərindən birinin əməkdaşı da həmin tarixə sifariş qəbul edilmədiyini deyib: “Bir neçə günə bizə məlumat verəcəklər. Bu səbəbdən də sifarişi dayandırmışıq”. Binəqədi rayonundakı şadlıq evinin nümayəndəsi isə hələlik məsələ ilə bağlı onlara hər hansı bir məlumatın verilmədiyini diqqətə çatdırıb: “Şayiəni camaat yayır. COP29-un toya nə aidiyyəti? Tədbirlər ayrı-ayrı məkanlarda baş tutacaq. Belə məlumatları yayıb camaatın toyunu ləngidirlər”. Nəsimi rayonun da şadlıq evlərindən birinin nümayəndəsi vurğulayıb ki, hər hansı xəbərdarlıq almadıqları üçün həmin tarixə sifariş götürürlər.
Prezident İlham Əliyev “Respublika Qan Bankı” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Sozcu.az fərmanın mətnini təqdim edir: 1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Respublika Qan Bankı” (bundan sonra – Qan Bankı) publik hüquqi şəxs yaradılsın. 2. Müəyyən edilsin ki: 2.1. Qan Bankı qan və qan komponentlərinə olan tələbatın ödənilməsi sahəsində fəaliyyət göstərən, qan və qan komponentlərinin tədarükünü, emalını, yoxlanılmasını, saxlanılmasını və bölüşdürülməsini təmin edən publik hüquqi şəxsdir; 2.2. Qan Bankının fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır; 2.3. Qan Bankının fəaliyyətinə cari rəhbərliyi icraçı direktor həyata keçirir. 3. Qan Bankının təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin: 3.1. Azərbaycan Respublikasının Prezidentinə: 3.1.1. Qan Bankının yenidən təşkili və ləğv edilməsi; 3.1.2. Qan Bankının idarəetmə orqanlarının yaradılması; 3.2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə: 3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli. 4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin. 5. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi: 5.1. Qan Bankının nizamnaməsini iki ay müddətində təsdiq etsin; 5.2. Qan Bankının dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün; 5.3. Qan Bankı dövlət qeydiyyatına alındıqdan sonra onun strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin; 5.4. bu Fərmanın 2.1-ci bəndi nəzərə alınmaqla, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin nizamnaməsində, strukturunda və işçilərinin say həddində dəyişiklik edilməsi üçün zəruri tədbirlər görsün; 5.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 6. Qan Bankı dövlət qeydiyyatına alındığı günədək Milli Hematologiya və Transfuziologiya Mərkəzinin qan xidməti sahəsində fəaliyyət göstərən struktur bölmələri fəaliyyətini həmin Mərkəzin tabeliyində davam etdirsinlər. *** Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1193-VIQD nömrəli Qanununun tətbiqi və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: 1. Müəyyən edilsin ki: 1.1. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin üçüncü hissəsində, dördüncü hissəsinin birinci və ikinci cümlələrində, altıncı hissəsinin ikinci cümləsində, yeddinci hissəsinin birinci və ikinci cümlələrində, 14-1.1-ci maddəsində, 14-1.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 14-1.3-cü, 14-2.1-ci, 14-2.2-ci maddələrində, 14-2.3-cü maddəsinin birinci cümləsində (hər iki halda) və 14-2.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Qanunun 14-2.3-cü maddəsinin birinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir; 1.3. həmin Qanunun 14-cü maddəsinin üçüncü hissəsində, dördüncü hissəsinin ikinci cümləsində, altıncı hissəsinin ikinci cümləsində və 14-1.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur; 1.4. həmin Qanunun 14-cü maddəsinin dördüncü hissəsinin birinci cümləsində, 14-1.1-ci maddəsində, 14-1.2-ci maddəsinin birinci cümləsində, 14-2.1-ci, 14-2.2-ci maddələrində, 14-2.3-cü maddəsinin birinci cümləsində (birinci halda) və 14-2.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur; 1.5. həmin Qanunun 14-cü maddəsinin yeddinci hissəsinin birinci və ikinci cümlələrində və 14-1.2-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti nəzərdə tutulur. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. beş ay müddətində: 2.1.1. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-2.3-cü maddəsinin birinci cümləsinə uyğun olaraq, elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin həyata keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin; 2.1.2. aşağıdakı normativ hüquqi aktları müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin: 2.1.2.1. həmin Qanunun 14-cü maddəsinin dördüncü hissəsinin ikinci cümləsinə uyğun olaraq, dövlət informasiya ehtiyatları və sistemləri, habelə elektron xidmətlərlə bağlı layihələrə texniki və səmərəlilik baxımından məqsədəuyğunluq barədə rəy verilməsi qaydasını; 2.1.2.2. həmin Qanunun 14-cü maddəsinin altıncı hissəsinin ikinci cümləsinə uyğun olaraq, dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinin aparılması qaydalarını; 2.1.2.3. həmin Qanunun 14-1.3-cü maddəsinə uyğun olaraq, elektron xidmətlərin təşkili və göstərilməsi qaydalarını; 2.2. “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1193-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin. 3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1193-VIQD nömrəli Qanunundan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsünlər. 4. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 390 (Cild I) aşağıdakı dəyişikliklər edilsin: 4.1. 2.1-ci bənddə “20-1.3-cü maddəsində” sözləri “14-cü maddəsinin üçüncü hissəsində, dördüncü hissəsinin birinci və ikinci cümlələrində, altıncı hissəsinin ikinci cümləsində, yeddinci hissəsinin birinci və ikinci cümlələrində, 14-1.1-ci maddəsində, 14-1.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 14-1.3-cü, 14-2.1-ci, 14-2.2-ci maddələrində, 14-2.3-cü maddəsinin birinci cümləsində (hər iki halda), 14-2.4-cü, 20-1.3-cü maddələrində” sözləri ilə əvəz edilsin; 4.2. 2.1-1-ci bəndə “abzasında,” sözündən sonra “14-2.3-cü maddəsinin birinci cümləsində (ikinci halda),” sözləri əlavə edilsin; 4.3. aşağıdakı məzmunda 2.1-2-ci bənd əlavə edilsin: “2.1-2. həmin Qanunun 14-cü maddəsinin üçüncü hissəsində, dördüncü hissəsinin ikinci cümləsində, altıncı hissəsinin ikinci cümləsində və 14-1.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”; 4.4. 2.2-ci bənddə “, 13-1.3-cü maddəsində və 14-cü maddəsinin üçüncü hissəsində” sözləri “və 13-1.3-cü maddəsində” sözləri ilə əvəz edilsin; 4.5. 2.3-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.4-cü və 2.5-ci bəndlər əlavə edilsin: “2.4. həmin Qanunun 14-cü maddəsinin dördüncü hissəsinin birinci cümləsində, 14-1.1-ci maddəsində, 14-1.2-ci maddəsinin birinci cümləsində, 14-2.1-ci, 14-2.2-ci maddələrində, 14-2.3-cü maddəsinin birinci cümləsində (birinci halda) və 14-2.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur; 2.5. həmin Qanunun 14-cü maddəsinin yeddinci hissəsinin birinci və ikinci cümlələrində və 14-1.2-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti nəzərdə tutulur.”. *** Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238 (Cild I); 2024, № 3, maddə 262; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 20 may tarixli 63 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin: 1. 6-cı hissənin “Göstərdiyi xidmətlər” sütununun 2-ci bəndində “ekspertizasından keçirilməli olan obyektlər barədə ekspert” sözləri “ekspertizası” sözü ilə əvəz edilsin. 2. 8-ci hissənin “Göstərdiyi xidmətlər” sütununun 3-cü bəndində “reyestrinə daxil edilməsi” sözləri “reyestrində qeydiyyatdan keçirilməsi” sözləri ilə əvəz edilsin. 3. 14-cü hissənin “Göstərdiyi xidmətlər” sütununun 2-ci bəndində “qeydiyyat vəsiqəsi” sözləri “vəsiqə” sözü ilə əvəz edilsin. *** Prezident İlham Əliyev “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1187-VIQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: 1. Müəyyən edilsin ki: 1.1. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun 14-1.2-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Qanunun 14-1.2-ci maddəsinin üçüncü cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1187-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin. 3. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 68 (Cild I); 2024, № 1, maddə 26) aşağıdakı dəyişikliklər edilsin: 3.1. 2.1-ci bəndə “maddəsində” sözündən sonra “, 14-1.2-ci maddəsinin üçüncü cümləsində” sözləri əlavə edilsin; 3.2. 2.2-ci bənddə birinci halda “maddəsində” sözü “maddəsinin birinci cümləsində” sözləri ilə əvəz edilsin; 3.3. aşağıdakı məzmunda 2.2-2-ci bənd əlavə edilsin: “2.2-2. həmin Qanunun 14-1.2-ci maddəsinin üçüncü cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”. *** Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1168-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmanda deyilir: 1. Müəyyən edilsin ki: 1.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-1.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Məcəllənin 405-1.2-ci maddəsində “orqan (qurum)” dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1168-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin. 3. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259 (Cild I); 2024, № 2, maddələr 151,157) aşağıdakı dəyişikliklər edilsin: 3.1. 4.1-ci bəndə “395.1-1,” rəqəmlərindən sonra “405-1.2,” rəqəmləri əlavə edilsin; 3.2. 4.24-cü, 4.31-ci, 4.34-1-ci, 4.36-cı, 4.41-ci, 4.43-1-ci, 4.45-ci, 5.6-2-ci, 5.18-ci, 5.18-1-ci, 5.19-cu, 5.21-ci, 5.22-ci, 5.41-ci, 5.44-cü, 5.45-ci və 5.51-ci bəndlərdən “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında” sözləri çıxarılsın; 3.3. aşağıdakı məzmunda 4.31-1-ci bənd əlavə edilsin: “4.31-1. həmin Məcəllənin 405-1.2-ci maddəsində “orqan (qurum)” dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;”; 3.4. 4.48-1-ci bənddən “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında” və “ya müvafiq olaraq, Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti,” sözləri çıxarılsın; 3.5. 5.46-cı bəndə “Məcəllənin” sözündən sonra “405-1,” rəqəmləri, “449-1,” rəqəmlərindən sonra “451-1,” rəqəmləri əlavə edilsin və həmin bənddən “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında” sözləri çıxarılsın. 4. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 671 (Cild I) 2.6-cı bəndindən “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında” və “və ya müvafiq olaraq, Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti” sözləri çıxarılsın. 5. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200 (Cild I); 2024, № 2, maddə 157; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 4 iyun tarixli 83 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 6-cı hissəsində aşağıdakı dəyişikliklər edilsin: 5.1. birinci abzasdan “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında” sözləri çıxarılsın; 5.2. 6.0-cı bəndə “430.1” rəqəmlərindən əvvəl “405-1,” rəqəmləri, “449-1,” rəqəmlərindən sonra “451-1,” rəqəmləri əlavə edilsin. 6. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 542 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 30 may tarixli 77 nömrəli və 12 iyun tarixli 99 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 5.1-ci bəndi aşağıdakı redaksiyada verilsin: “5.1. Xidmətin Aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar, habelə Naxçıvan Muxtar Respublikasının aidiyyəti qurumu Xidmətin vahid sistemini təşkil edir. Xidmət öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.”. *** Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1166-VIQD nömrəli Qanununun tətbiqi və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: 1. Müəyyən edilsin ki: 1.1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 11.1.3.12-ci (ikinci halda), 11.1.4.13-cü (ikinci halda), 11.1.5.5-ci (ikinci halda) və 11.1.6.2-ci (ikinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Qanunun 11.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının, həmçinin 11.1.1.4-cü, 11.1.2.14-cü, 11.1.3.3-cü və 11.1.4.5-ci maddələrində nəzərdə tutulmuş Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; 1.3. həmin Qanunun 11.1.1.2-ci və 11.1.2.7-ci maddələrində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikası Birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmənin səlahiyyətlərini Azərbaycan Respublikası Prezidenti Administrasiyasının struktur bölməsi ‒ Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi həyata keçirir; 1.4. həmin Qanunun 11.1.1.3-cü, 11.1.2.10-cu, 11.1.3.2-ci və 11.1.4.4-cü maddələrində nəzərdə tutulmuş Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi və Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti, 11.1.1.3-cü, 11.1.2.10-cu, 11.1.3.2-ci (bölmə (şöbə) rəhbərinə münasibətdə) və 11.1.4.4-cü maddələrində nəzərdə tutulmuş Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların səlahiyyətlərini isə həmçinin Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidməti həyata keçirirlər; 1.5. həmin Qanunun 11.1.3.12-ci (birinci halda), 11.1.4.13-cü (birinci halda), 11.1.4.14-cü, 11.1.5.4-cü, 11.1.5.5-ci (birinci halda) və 11.1.6.2-ci (birinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları həyata keçirirlər; 1.6. həmin Qanunun 11.1.3.14-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirir; 1.7. həmin Qanunun 11.1.5.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları və onlara bərabər tutulan orqanlar (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi) həyata keçirirlər; 1.8. həmin Qanunun 11.1.5.11-ci (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) və 11.1.7.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər; 1.9. həmin Qanunun 11.1.6.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları həyata keçirirlər; 1.10. həmin Qanunun 11.1.6.5-ci və 11.1.7.3-cü maddələrində nəzərdə tutulmuş: 1.10.1 müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələrinin səlahiyyətlərini Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların səlahiyyətlərini Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlar, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri həyata keçirirlər; 1.10.2. müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan orqanların səlahiyyətlərini Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanlar həyata keçirirlər; 1.11. həmin Qanunun 11.1.7.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, onların yanında, tabeliyində olan orqanların yerli bölmələrinin səlahiyyətlərini Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri həyata keçirirlər; 1.12. həmin Qanunun 11.1.8.1-ci maddəsində nəzərdə tutulmuş: 1.12.1. müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər; 1.12.2. müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələrinin səlahiyyətlərini Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların səlahiyyətlərini Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlar həyata keçirirlər; 1.12.3. müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan orqanların səlahiyyətlərini Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanlar həyata keçirirlər; 1.12.4. müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, onların yanında, tabeliyində olan orqanların yerli bölmələrinin səlahiyyətlərini Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri həyata keçirirlər; 1.13. həmin Qanunun 11.1.8.2-ci maddəsində nəzərdə tutulmuş: 1.13.1. müvafiq icra hakimiyyəti orqanları yanında olan orqanların səlahiyyətlərini yerli icra hakimiyyəti başçılarının yanında olan orqanlar həyata keçirirlər; 1.13.2. ikinci halda müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1166-VIQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin. 3. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 28 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 may tarixli 74 nömrəli Fərmanı) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin: 3.1. 3.1-ci bənddə “11.1.5.2-1-ci (ikinci halda), 11.1.6.1-1-ci” sözləri “11.1.3.12-ci (ikinci halda), 11.1.4.13-cü (ikinci halda), 11.1.5.5-ci (ikinci halda), 11.1.6.2-ci” sözləri ilə əvəz edilsin; 3.2. 3.2-ci bənddə “11.4-cü maddəsinin ikinci hissəsində” sözləri “11.3-cü maddəsində” sözləri ilə, “11.1.1.1-ci, 11.1.2.1-ci, 11.1.3.2-ci və 11.1.4.3-cü” sözləri “11.1.1.4-cü, 11.1.2.14-cü, 11.1.3.3-cü və 11.1.4.5-ci” sözləri ilə əvəz edilsin; 3.3. 3.5-ci bənddə “11.1.1.1-ci, 11.1.2.2-ci, 11.1.3.3-cü və 11.1.4.2-ci” sözləri “11.1.1.3-cü, 11.1.2.10-cu, 11.1.3.2-ci və 11.1.4.4-cü” sözləri ilə, “11.1.1.1-ci, 11.1.2.2-ci (müavinə və bölmə rəhbərlərinə münasibətdə) və 11.1.4.2-ci” sözləri “11.1.1.3-cü, 11.1.2.10-cu, 11.1.3.2-ci (bölmə (şöbə) rəhbərinə münasibətdə) və 11.1.4.4-cü” sözləri ilə əvəz edilsin; 3.4. 3.9.2-ci yarımbənddə və 3.22-2-ci bənddə “avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələri” sözləri “olan orqanlar” sözləri ilə əvəz edilsin; 3.5. 3.10-cu bənddə “11.1.1.1-ci və 11.1.2.1-ci” sözləri “11.1.1.2-ci və 11.1.2.7-ci” sözləri ilə əvəz edilsin; 3.6. 3.11-ci bənd ləğv edilsin; 3.7. 3.12-ci bənddə “11.1.3.7-ci” sözləri “11.1.3.14-cü” sözləri ilə əvəz edilsin; 3.8. 3.12-1-ci bənddə “11.1.5.2-1-ci (birinci halda) və 11.1.6.1-1-ci” sözləri “11.1.3.12-ci (birinci halda), 11.1.4.13-cü (birinci halda), 11.1.4.14-cü, 11.1.5.4-cü, 11.1.5.5-ci (birinci halda) və 11.1.6.2-ci” sözləri ilə əvəz edilsin; 3.9. 3.13-cü bənddə “11.1.5.4-cü” sözləri “11.1.5.11-ci” sözləri ilə əvəz edilsin və həmin bənddən “və 11.1.8.2-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının” sözləri çıxarılsın; 3.10. 3.14-cü bənddə “11.1.6.2-ci” sözləri “11.1.6.3-cü” sözləri ilə əvəz edilsin; 3.11. 3.15-ci bəndin birinci abzasında “11.1.6.4-cü” sözləri “11.1.6.5-ci” sözləri ilə əvəz edilsin; 3.12. 3.18-ci bənd aşağıdakı redaksiyada verilsin: “3.18. həmin Qanunun 11.1.8.2-ci maddəsində nəzərdə tutulmuş: 3.18.1. müvafiq icra hakimiyyəti orqanları yanında olan orqanların səlahiyyətlərini yerli icra hakimiyyəti başçılarının yanında olan orqanlar həyata keçirirlər; 3.18.2. ikinci halda müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;”; 3.13. 3.22-4-cü bəndə “Qanunun” sözündən sonra “11.1.5.7-ci maddəsində,” sözləri əlavə edilsin. *** Prezident İlham Əliyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1199-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 iyun tarixli 1380 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: 1. Müəyyən edilsin ki: 1.1. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsinin səkkizinci abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Qanunun 3-cü maddəsinin ikinci hissəsinin səkkizinci abzasında “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsinin səkkizinci abzasına uyğun olaraq, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.2. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1199-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin. 3. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 iyun tarixli 1380 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 6 (I kitab), maddə 595 (Cild I) ilə təsdiq edilmiş “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı”na aşağıdakı məzmunda 5.2-1-ci bənd əlavə edilsin: 5.2-1.yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması barədə müraciətlərin qəbulu.
Paytaxt bazarlarında xiyar və pomidorun qiyməti bahalaşıb. Belə ki, bir neçə gün əvvəl 70 qəpiyə satılan xiyar 1 manat 50 qəpiyə, 1 manata satılan pomidor isə 2-3 manata təklif edilir. Sozcu.az Bakupost.az-a istinadən xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı danışıb. O açıqlamasında bildirib ki, paytaxt bazarı respublikanın digər bazarlari ilə sinxron deyil. Onun sözlərinə görə, bütün kənd təsərrüfatı mallarının paytaxt bazarlarına - istehsalçıdan istehlakçıya qədər çatdırılma zəncirinin ortasında “Meyvəli bazarı" dayanır: “Paytaxta çatdırılan istənilən meyvə-tərəvəz məhsulu yalnız bu süzgəcdən keçib gəlir. Yəni onların sənədi olmadan heç bir market o malı qəbul etmir. “Meyvəli” bazarında da bazarın üçüncü bir subyekti hökmranlıq edir, malı gətirənlərdən alıb, üstünə sənədi qoyub, paytaxt dükanlarına çatdıran başqa bir alverçi qrupu var”. Ekspert bu adamların qiymətin dəyişməsində böyük rol oynadıqlarını bildirib: “Onlar çox asanlıqla qiyməti təyin edirlər və paytaxt bazarına göndərirlər. Yeni qəbul olunmuş Rəqabət Məcəlləsində bu adamlara qarşı müəyyən maddələr var. Düşünürəm ki, qanun qüvvəyə minəndən sonra bu vəziyyət dəyişəcək”. E.Hüseynovun sözlərinə görə, sadalanan problemlər fərdi kənd təsərrüfatıyla məşğul olan insanların birbaşa Bakı bazarlarına çıxışını əngəlləyir: “Çünki onların yetişdirdiyi mallar Bakı bazarının tələbatına uyğun deyil. İkincisi, onlar “Meyvəli” süzgəcindən keçmədikdə Bakı bazarlarına daxil ola bilmirlər. Çünki bağazalar onların mallarını qəbul etmir. Bura illər boyudur Cəlilabad rayonundakı kartof satışı problemini də daxil etmək olar”.
Günümüzdə aktual problemlərdən biri də zamanla boşanmaların sayının artmağıdır. Bu xüsusiliklə yeni ailə həyatı qurmuş gənclər arasında baş verir. Bəs, gənc ailələr arasındakı problemlərin yaranmağına daha çox səbəb olan nəsnələr nədən ibarətdir? Mövzu ilə bağlı Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Moderator.az-a danışdı: “Günümüzdə olan aktual problemlərdən biri də boşanmaların sayında olan artımdır. Respublikada boşanmaların sayının artmasına ilk növbədə səbəb olan bir çox psixoloji və sosial faktorlar müəyyən edilmişdir. Dünyamızda gedən proseslər, qloballaşma, texnologiyanın inkişafı, inteqrasiya prosesi, internet və virtuallaşma kimi yeni düşüncə-informasiya modellərinin zərbələri, ən əsası tərəflər arasında psixoloji cəhətdən yaşanan problemlər günümüzdə ailə və ailə həyatı anlayışına, evlilik və ailə dəyərlərinə münasibətin dəyişməsinəin əsas səbəblərdəndir. İkinci yerdə qərarlaşan səbəb isə sonsuzluqdur və son illərdə aktual problemlərdən birinə çevrilib. Üçüncü səbəb alkoqol və narkotik asılılığı, dördüncü səbəb xarakter uyğunsuzluğu, nikahdankənar münasibət və qısqanclıqdır. Ümumi səbəblərə baxdığımızda isə görürük ki, boşanmaların səbəbi patriarxal stereotiplərdir ki, bunlar məişət zəminində zorakılıq kimi problemlərə səbəb olur. Hər bir xalqın dəyərlər sistemində ailə münasibətləri mühüm yer tutur. Ailə kiçik dövlət kimi də qəbul edilir. Milli dəyərlər sistemi möhkəm olan ailələr öz dayanıqlılığını qoruyub saxlaya bilir. Əfsuslar olsun ki, bu gün boşanmalar tək gənc ailələrdə deyil, yaşlı ailələrdə də baş verir. Eyni zamanda boşanmış cütlüklərin müəyyən müddət sonra yenidən bir araya gəlməsi halları da müşahidə edilir. Bu da onu göstərir ki, bəzən boşanan ailələrdə bağlar qırılmır, sadəcə ailədaxili konfliktlər düzgün həll olunmadığına görə ailələr dağılır. Nə zaman qurulmasından asılı olmayaraq, ailələrin sağlam, xoşbəxt yaşaması üçün onun üzvləri arasında səmimi, mədəni münasibət olmalı, valideyn-övlad münasibətləri düzgün tərzdə qurulmalıdır. Mədəniyyət, qarşılıqlı hörmət və bu hörmətdən doğan davranış qaydaları ailə mənəviyyatının özülüdür. Ailədən aşılanan müsbət mənəvi-psixoloji iqlimin ictimai mühitə də nüfuz etməsi danılmaz həqiqətdir. Bir məqamı nəzərdən qaçırmamalıyıq ki, ailə - cəmiyyətlə, mövcud olduğu dövrlə daim sıx əlaqədə olan bir institutdur. Ailələrdə yaşanan digər bir problem isə maddi problemlərdir. Gənc ailələrə dəstək olmaq üçün atılan addımlar siyahısında maddi və mənəvi dəstək dövlətin diqqət mərkəzindədir. Dövlətimiz maddi-sosial rifahının yaxşılaşdırılması üçün müxtəlif meyarlar üzrə ailələrə bir sıra müavinətlər, ünvanlı sosial yardım proqramlarını həyata keçirir. Həmçinin ana və uşaqların sağlamlığının möhkəmləndirilməsi, əhalinin reproduktiv sağlamlığının qorunması, sağlam və arzuolunan uşaqların doğulması üçün zəruri şəraitin yaradılmasını nəzərdə tutan, eləcə də məişət zorakılığı hallarının və əxlaqa zidd davranış qaydalarının qarşısının alınması məqsədilə kompleks proqramlar həyata keçirilir”. Psixoloq Dövlətin sağlam ailə naminə atdığı addımları da vurğuladı. Belə ki, sağlam ailə sağlam cəmiyyət deməkdir. “Ailəsiz cəmiyyətin inkişafı qeyri-mümkündür. Bütün iqtisadi, maddi, siyasi, ideoloji münasibətlər ailədə formalaşır. Respublikada ailə problemlərinin həllinə xüsusi qayğının göstəricisi kimi 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Son olaraq nikahdan öncə tibbi və psixoloji müayinənin vacibliyini bir daha vurğulamaq lazımdır. Qanunvericiliklə yeni ailə quran cütlüklər tibbi yoxlanışdan keçir. Bu mox vacib məqamdır. Qurulan ailələrin dayanıqlılığı həm də ailə quran şəxslərin psixoloji sağlamlığından birbaşa asılıdır. Çox yaxşı olardı ki, ailə qurmadan öncə tibbi yoxlanışla paralel psixoloji yoxlanış da olsun. Ailələrə vaxtında və düzgün psixoloji dəstək göstərilməlidir. Ailələr arasında yaranan konfliktlər zamanı cütlüklərin müraciət edə biləcəyi ünvanlar əlçatan olmalıdır. Yenicə Psixologiya Elmi Tədqiqat İnstitutunda “Evlilik öncəsi psixoloji uyğunluq” pilot layihəsinə də start vermişik. Əsas məqsədimiz evlilik öncəsi cütlüklər arasında psixoloji diaqnostikanı həyata keçirmək və lazım olduğu təqdirdə ailələrə psixoloji dəstəyin göstərilməsidir. Bütün bu proseslər sağlam ailə təməlinin qoyulmasında ən başlıca addımlardandır. Xüsusən çağdaş qarışıq dünyada bu cür məqamlara həssaslıq göstərmək olduqca vacibdir. Çünki sağlam ailə - sağlam gələcək və sağlam nəsillər deməkdir”.
Zərdabda 17 yaşlı oğlan Kürdə batıb. Sozcu.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında qeydə alınıb. Çayda batan rayon sakini Səid Məmmədəliyevdir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Səid Məmmədəliyevin hansı şəraitdə və necə batması barədə hələlik məlumat yoxdur. Hazırda axtarışlar davam etdirilir.
Yay fəslinin qarşıdan gələn günlərində əksər bölgələrində havanın temperaturunun iqlim normasından yüksək olacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. Onun sözlərinə görə, Ümumdünya Meteorologiya Təşkilatının regional iqlim mərkəzlərinin fəsillik proqnozlarına əsasən bu ilin yay fəslində həm Abşeron yarımadasında, həm də bölgələrdə havanın temperaturunun iqlim normasından yüksək olacağı, ayrı-ayrı günlərdə isə anomal isti keçəcəyi ehtimal olunur. Xidmət rəisi qeyd edib ki, yağıntının miqdarının normaya yaxın, bəzi yerlərdə isə iqlim normasından bir qədər az olacağı proqnozlaşdırılır: "Ümumilikdə iyul-avqust ayları Azərbaycanın yerləşdiyi fiziki-coğrafi mövqeyə uyğun olaraq ən isti aylardan hesab olunur. Qlobal iqlim dəyişmələri fonunda isti hava dalğalarının təsiri nəticəsində ötən illərə nisbətən bu ilin yayında isti günlərin bir qədər davamlı olacağı ehtimalı çoxdur".
İyulun 15-də Masallı rayonu, Təklə kənd sakini, 2007-ci il təvəllüdlü Səfurə Elvin qızı Qubadova 40 həftəlik dölün (USM-ə görə 36 həftəyə uyğun) bətndaxili ləngiməsi, dölyanı mayenin azlığı diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının Doğuş və ginekologiya şöbəsinə daxil olub. Bu barədə Sozcu.az-a TƏBİB-dən məlumat verilib. Qeyd edilib ki, müayinə olduqdan sonra daha ixtisaslı tibbi yardım üçün təcili tibbi yardım ilə saat 15:45-də Lənkəran Regional Perinetal Mərkəzə göndərilib: "Pasiyent qeyd olunan xəstəxanada yatmaqdan imtina edib, iyulun 16-da saat 04:00-da 40 həftəlik (USM-ə görə 36) baş gəlişi, doğuşun 1-ci dövrü, ölü döl diaqnozu ilə yenidən Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Saat 05:30-da cinsi qız, çəkisi 2.8 kq, boyu 49 sm çəkidə ölü uşaq doğulub".
Bu ilin ilk 5 ayı ərzində Azərbaycana xarici ölkələrdən 143 min 353 ədəd kondisioner idxal olunub. Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə kondisioner idxalı 61% artıb. Qeyd edək ki, 2023-cü ilin ilk 5 ayında ölkəyə 89 min 15 ədəd kondisioner gətirilib. Ölkəyə gətirilən kondisionerlərin sayı artsa da, onların gömrük dəyəri (ölkəyə daxil olma qiyməti) aşağı düşüb. Belə ki, 2023-cü ilin ilk 5 ayında idxal olunan bir ədəd kondisionerin orta gömrük dəyəri 487 manat (286,5 dollar) olubsa, bu ilin ilk 5 ayında bu məbləğ 442 manat (260 dollar) olub. Məlumat üçün bildirək ki, xaricdən gətirilən kondisionerlər pərakəndə ticarət müəssisələrində gömrük dəyərindən 2 dəfədən çox baha satılır. Bu ilin iyun ayında mağazalarda satılan kondisionerlərin bir ədədinin orta qiyməti 982 manat olub. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə kondisionerin bir ədədinin orta satış qiyməti 965 manat olub.
Azərbaycanda III kurs tələbəsi vəfat edib. Sozcu.az-ın məlumatına görə, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Cəbrayılov İmran Əli oğlun faciəvi şəkildə dünyasını dəyişib. O, Universitetin “Maliyyə və mühasibat” fakültəsinin "Maliyyə" ixtisasında təhsil alırdı. Allah rəhmət eləsin! modern)
Azərbaycanda daha bir məhkum həbsdə ölüb. Sozcu.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum İlqar Məhərrəm oğlu Piriyev dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, İlqar Piriyev arvadını çəkiclə döyməkdə təqsirli bilinərək həbs edilib. Məhkəmə onu 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.