İranın rəsmi dövlət mediası Azərbaycan və Türkiyə ilə bağlı dərc etdikləri materiallarda davamlı olaraq yer adlarını təhrif edirlər.
Bu qəbildən olan növbəti təhrifi İRNA xəbər agentliyi edib.
Agentlik Qərbi Azərbaycan əyalətindən olan alpinistlərin Türkiyənin Ağrı dağına dırmanışı barədə xəbər dərc edib.
"2 alpinist 5 günlük yürüşdən sonra Türkiyənin ən yüksək dağı olan Ararat dağının zirvəsinə qalxdılar",- xəbərdə Ağrı dağı "Ararat" verilib.