17 yaşlı oğlan Kürdə batdı

Zərdabda 17 yaşlı oğlan Kürdə batıb.

Sozcu.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında qeydə alınıb.

Çayda batan rayon sakini Səid Məmmədəliyevdir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Səid Məmmədəliyevin hansı şəraitdə və necə batması barədə hələlik məlumat yoxdur.

Hazırda axtarışlar davam etdirilir.

Share on Facebook