Azərbaycanda daha bir məhkum həbsdə ölüb.
Sozcu.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.
Orada cəza çəkən məhkum İlqar Məhərrəm oğlu Piriyev dünyasını dəyişib.
Onun xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, İlqar Piriyev arvadını çəkiclə döyməkdə təqsirli bilinərək həbs edilib.
Məhkəmə onu 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.