İsraildən şok: İrana cavab bu gecə olacaq, bütün Yaxın Şərq görəcək

İranın hücumuna cavab bu gecə olacaq və nəticəni bütün Yaxın Şərq görəcək. Sozcu.az İsrail Teleqram kanallarına istinadla xəbər verir ki, bu barədə İsrail ordusundan bildirilib. Qeyd edək ki, İran ordusu bu gün axşam saatlarında İsrilə kütləvi raket zərbələri endirib.

İranın zərbəsi: MOSSAD-ın qərargahı tam məhv edildi

İranın raket zərbəsi nəticəsində MOSSAD-ın qərargahı tamamilə məhv edilib. Sozcu.az xəbər verir ki, bu barədə İraqın “Əl-Nəcbə” telekanalı məlumat yayıb. Qeyd edək ki, İran bu gün axşam saatlarında ölkə ərazisindən İsrailə kütləvi raket zərbələri endirib.

İsrailin müdafiə naziri yoxa çıxdı – Təcili

İsrailin müdafiə naziri Yoav Qallantla əlaqə saxlamaq mümkün deyil. Sozcu.az xəbər verir ki, bu barədə “Haaretz”in jurnalisti məlumat yayıb. Qeyd edək ki, İran bu gün axşam saatlarında İsrailə kütləvi raket hücumu həyata keçirib.

İsrailin cavabı olacaq – İranda panika, əhali qaçır

İsfahan və Kirmanşah şəhərlərində hərbi baza və əhəmiyyətli dövlət obyektlərinə yaxın ərazilərdə yaşayan vətəndaşlar evlərini tərk edirlər. Sozcu.az xəbər verir ki, bu barədə yerli sosial media istifadəçiləri məlumat yayıblar. Bildirilir ki, həmin şəhərlərdə yerləşən hərbi bazarlardan İsrailə raket hücumları edilib. “Sakinlər İsrailin cavab hücumlarından qorxduqları üçün daha təhlükəsiz bölgələrə getməyə çalışırlar”, - məlumatlarda deyilir. Qeyd olunur ki, hökumət məmurları sakinlərin evlərini tərk etmələrinə mane olduqları üçün bəzi yerlərdə qarşıdurmalar yaranıb. Xatırladaq ki, İran öz ərazisindən İsrailə kütləvi raket zərbələri endirib. İsrail bunu cavabsız qoymayacağını elan edib.

ŞOK: İsrail İranın ən böyük elektrik stansiyasını vuracaq

İsrail mediası İrana ediləcək cavab zərbələri barədə məlumatlar paylaşmaqdadır. Sozcu.az xəbər verir ki, məlumatda İranın ən böyük elektrik stansiyasının hədəf alınacağı bildirilir. “Bu elektrik stansiyası ümumilikdə təxminən 2880 meqavat elektrik enerjisi istehsal edir”, - deyə vurğulanıb.

İsraillə birgə bu ölkə də İran raketlərini vurdu

İordaniya Hərbi Hava Qüvvələri bu gecə İran raketlərinin zərərsizləşdirilməsində aktiv iştirak edib. Sozcu.az xəbər verir ki, bu barədə İordaniya rəsmisi CNN-ə bildirib.

İranın İsrailə hücumu başa çatdı - Haqari

İranın İsrailə qarşı kütləvi raket hücumu artıq başa çatıb. Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqari deyib. Məlumata görə, İsrail hərbçiləri ölkə əhalisinə sığınacaqları tərk etməyə icazə verib. "İndiki mərhələdə İrandan əlavə təhlükələr müşahidə etmirik. Mühafizə olunan əraziləri tərk etmək mümkündür", - o bildirib.

ŞOK: İran İsrailin 20-dən çox F-35-ni məhv etdi

İranın raket hücumu nəticəsində İsrailə məxsus 20-dən çox F-35 təyyarəsi məhv edilib. Sozcu.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

İran İsrailə hücuma hazırlaşır? - ÇAXAL açıqladı

İranın İsrailə hücuma hazırlaşmasına dair hər hansı əlamət görmürük. Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusunun (ÇAXAL) məlumatında deyilir. Bildirilib ki, ÇAXAL istənilən potensial təhlükənin öhdəsindən gəlməyə hazırdır.

Faktiki hava şəraiti: Şimşək çaxır, leysan yağır...

Oktyabrın 1-i saat 18:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi Daşkəsən, Gədəbəy, Naftalan, Goranboy, Şəki, Ağdam, Göygöl, Bərdə, Tərtər, Qazax, Ağstafa, Tovuz, Gəncə, Şəmkirdə şimşək çaxır, arabir leysan xarakterli intensiv yağış yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan MR-da 29, Aran rayonlarında 26, dağlıq rayonlarda 16 dərəcəyədək isti qeydə alınıb.

ABŞ Yaxın Şərqə əlavə qırıcılar göndərir

İsrail və Hizbullah arasında gərginliyin artması fonunda ABŞ Yaxın Şərqə əlavə hava qüvvələri göndərəcək. Sozcu.az xəbər verir ki, bu barədə “Air & Space Forces Magazine” nəşri məlumat yayıb. Məlumata görə, ABŞ F-16, F-15E və A-10 “Thunderbolt II” təyyarələrindən ibarət üç qırıcı və hücum təyyarəsi eskadronu göndərəcək.

İsrailin növbəti hədəfi Türkiyədir - Ərdoğandan şok

Türkiyə də Yaxın Şərqdəki müharibəyə sürüklənə bilər. Sozcu.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı deyib. Onun sözlərinə görə, Livandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq. Ərdoğan Yaxın Şərqdəki müharibənin daha da genişlənə biləcəyi barədə xəbərdarlıq edib: “Bunun qarşısını almaq lazımdır”. Türkiyə lideri həmçinin söyləyib ki, İsrailin Livana hücumlarının ağır nəticələri ola bilər: “Bu barədə çox açıq xəbərdarlıq edirəm”.

Bu şəxslərə XƏBƏRDARLIQ - “Gizli infarkt” QAÇILMAZDIR!

Hər il 19 milyona yaxın insan ürək-damar xəstəliklərindən dünyasını dəyişir.  Yenisabah.az xəbər verir ki, həkimlər diabet xəstələrində infarktın fərqli şəkildə irəlilədiyini qeyd edirlər.  Ürək-damar xəstəlikləri arasında infarktın ən ölümcül olduğuna diqqət çəkən kardioloqlar vətəndaşları ürək böhranına qarşı diqqətli olmağa səsləyir.  azal vakansiya Şəkər xəstələrinin 30 faizi gizli infarkt keçirir. Ən qorxulu və ümumi ürək-damar xəstəliyi infarktdır. Ürək böhranı döş qəfəsinin ortasında ağrı, ürək döyüntüsü, nəfəs darlığı və qəfil huşun itirilməsidir. Xüsusilə gənclərdə  infarkt əlamətləri olaraq mədə ağrıları, ürəkbulanma və ürək yanması daha çox müşahidə olunur. İnfarktın ən əhəmiyyətli əlamətlərindən birinin ağrı olduğunu bildirən həkimlər deyir ki, ürək damarları ilə bağlı ağrılar daha spesifik xarakterlidir və bu ağrının müəyyən bir xarakteri var. Ürək arteriyası 100 faiz tıxanmayan xəstə hərəkət edərkən ağrı hiss edir. Ürəyin oksigenə ehtiyacı artır deyə bu tip ağrılar ortaya çıxır. Ağrı sinənin ortasındadır. Nə sağda, nə də solda. Bu ağrı yanma şəklindədirsə, çənə və sol qola doğru, sol çiyinə doğru yayılır. Beləliklə, yayılmağın bir yolu var. Əgər ağrı güclə, yəni 100 faiz tıxanmayan vena ağrıları ilə əlaqədardırsa, xəstə istirahətə getdikdən və ya dilaltı dərmanlarla aradan qaldırıldıqdan 3-5 dəqiqə sonra ağrı yox olur. Amma onun daha inkişaf etmiş forması ürək damarının 100 faiz tıxanmasıdır. Bu vəziyyətdə ağrı yenidən sinə ortasında olur; Sol qola, sol çiyinə və alt çənəyə yayılır. Bu, ürəkbulanma və qusma ilə müşayiət olunur. Ağrı yarım saatdan çox davam edir.  Ağrı arxa bölgəni də əhatə edir. Belə ağrı tipik infarkt ağrısıdır. Ürək-damar xəstəlikləri həm ölkəmizdə, həm də bütün dünyada ən çox yayılmış ölüm səbəbidir. Hər il dünyada 19 milyona yaxın insan ürək-damar xəstəliklərindən dünyasını dəyişir. Diabet xəstələrinin 30 faizi ürək böhranlarının heç bir ağrısız meydana gəldiyinə diqqət çəkən. həkimlər "Səssiz infarkt” 'gizli infarkt' kimi özünü göstərə bilər.  Siqaret çəkmək əsas risk faktorlarından biridir. Hərəkət etmək belə xəstələr üçün xüsusilə vacibdir, çünki hərəkətsizlik çəki artımı ilə yanaşı ürək-damar xəstəliklərinə səbəb olan metabolik sindroma səbəb olur. Yenə də diabeti nəzarət altına almalıyıq. Hipertoniya ürək-damar xəstəliklərinə yol açır. Xüsusilə hazır, emal olunmuş, qatqılı qidalar və şəkərli qidalardan istifadə etməməliyik. Genetik faktorlar olsa belə, dəyişdirilə bilən risk faktorlarını aradan qaldırdıqda ürək-damar xəstəliklərini 50 faizə qədər azalda bilərik. Bu, kişilərə, qadınlara, qocalara və gənclərə də aiddir. Daha çox hərəkət etmək, az yemək və risk faktorlarını müalicə etmək ürək-damar xəstəliklərinə qalib gəlməyin yollarıdır. “Xüsusən ağır idman növləri olmasa da, yüngül idmanla məşğul olmaq, yürüyüş etmək məqsədəuyğun hesab edilir.

Vidadi İsgəndərli vəfat etdi

Fransada mühacirətdə yaşayan Vidadi İsgəndərli vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə Fransada yaşayan jurnalist Qənimət Zahid məlumat verib. O bildirib ki, 2 gün əvvəl yaşadığı evdə bıçaqlı hücuma məruz qalan V.İsgəndərli xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, sentyabrın 29-u Vidadi İsgəndərli Mülyuz (Mulhouse) şəhərində yaşadığı evdə naməlum şəxslərin hücumuna məruz qalıb. Ona çoxsaylı bıçaq zərbələri vurulub.

Bakıda məktəbdə PARTLAYIŞ - Yaralanan var

Bakıda orta məktəbdə qazanxanada partlayış olub.  Sozcu.az APA -ya istinadla xəbər verir ki, hadisə Nəsimi rayonu 42 saylı tam orta məktəbdə qeydə alınıb.  İlkin məlumata görə, qazanxanada baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb.  vakansiya TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:30 radələrində Nəsimi rayonu ərazisindən çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 27 yaşlı (kişi cinsli) şəxs hər iki qolun, kürəyin 1-ci dərəcəli yanığı diaqnozu ilə Yanıq Mərkəzinə təxliyə olunub. Bakı şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumatda bildirilib ki, payız-qış mövsümünə hazırlıq çərçivəsində podratçı şirkətin əməkdaşları 42 nömrəli tam orta məktəbin qazanxanasına ilkin baxış keçirərkən kiçik həcmli partlayış olub. Dərhal müvafiq dövlət qurumlarına məlumat verilib. Aidiyyəti mütəxəssislər tərəfindən qazanxanaya baxış keçirilib, zəruri təhlükəsizlik tədbirləri görülüb. Hadisənin səbəbləri müvafiq mütəxəssislər tərəfindən müəyyən ediləcək. Qeyd edək ki, qazanxanaya ciddi ziyan dəyməyib. Hazırda məktəbdə dərslər normal qaydada davam edir.

Müharibə veteranlarına mühüm XƏBƏR: 80 manatlıq müavinət artırılacaq

Ölkə başçısı parlamentin ilk iclasında gələn il pensiya və minimum əməkhaqqlarının artırılacağını bəyan etdi. Bu, olduqca mühüm qərardır. Dövlət büdcəsi ilə bağlı məsələlər müzakirə edilən zaman minimum əməkhaqqı da diqqətdə olur. Çünki minimum əməkhaqqının artırılması müəyyən sahələrə müsbət təsir göstərir. Sozcu.az xəbər verir ki, bunu Teleqraf.com-a iqtisadçı alim Vahid Əhmədov deyib. O qeyd edib ki, hazırda ölkədə minimum əməkhaqqı 345 manatdır: azal vakansiya “Gələn ildən isə bu sahədə hansı səviyyədə artımın olacağını dəqiq söyləmək çətindir. Bu, Maliyyə Nazirliyinin hesablamalarından asılı olan məsələdir. Ona görə də, dövlət büdcəsi müzakirəyə çıxarılan zaman bu məsələyə mütləq baxılmalıdır”. İqtisadçı hesab edir ki, digər sosial məsələlərin də həlli vacibdir: “Şəhid ailələri və qazilərin sosial durumuna diqqət yetirilməlidir. Yeni formalaşmış Milli Məclisin deputatlarının bununla bağlı təklifləri var. Hesablamalar aparıldıqdan, dövlət büdcəsinin gəlir və xərcləri müəyyən edildikdən sonra artımın nə qədər olacağı dəqiq bilinəcək”. Vahid Əhmədova görə, qazilərə verilən 80 manatın artırılması əsas məsələlərdən biridir: “Burada say kifayət qədər çoxdur. Bu sözsüz ki, böyük vəsait tələb edir. Heç olmasa 80 manatı bir qədər artırıb 150 manat səviyyəsində saxlamaq lazımdır. Gözləntilər odur ki, büdcə layihəsi çərçivəsində bu məsələ də müzakirə ediləcək”.

Bağçalarda dolaşan kabus: Uşaqları hansı təhlükə gözləyir?

Ötən həftə bağçada 2 yaşlı qızın ölümü hər kəsi məyus etdi. Hadisədə bir sıra nüanslar səbəb kimi göstərilsə də (uşağın yıxılmağı, boğazında qida qalmağı, ürək qüsuru olmağı) körpənin atası açıqlamasında övladında ürək qüsuru olmadığını bildirdi. Hadisə zamanı bağçada tərbiyəçilərin əvəzinə aşpazın olması, xəstəxanaya uşağı həmin şəxsin çatdırması kimi məqamlar bağçalarda uşaqların təhlükəsizliyi məsələsini gündəmə gətirir.  Sözügedən məsələ barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Yeni Sabah”a danışıb: “Həqiqətən də çox məyusedici bir hadisədir. Valideynlərinə Allahdan səbr diləyirəm. Uşağı sağlam uşaq bağçasına qoyub sonra ordan ölüm xəbərini almaq çox ağır travmadır. Belə ki, baş verən hadisə bir çoxlarında yaranmış əminlik hissini yox edir. Gələcəkdə daha tələbkar yanaşmaq, daha ehtiyatlı olmağa vadar edir.  Əlbəttə, qeyd edilən nüanslar məhkəmə tibbi ekspertizası ilə bağlıdır. Lakin məsuliyyətli valideyn öz uşağını vaxtlı-vaxtında müayinədən keçiribsə, o halda o, bu məsələ ilə bağlı axıra qədər getməli və hadisənin təkcə məsuliyyətsizliklə yekunlaşmasına, ciddi tədbirlər görülməsi ilə nəticələnməsinə nail olmalıdır”.  vakansiyalar M.Zeynalova bağçalardakı təhlükəsizlik məsələsinə də toxunub: “Bağçalarda müəllim heyətinin peşəkarlığı, hər hansı hadisədə ilkin tibbi yardımı göstərə biləcək şəxslərin olması mütləq şəkildə monitorinq edilməlidir. Uşağa aşpazın baxması o deməkdir ki, müəllimlər iş başında olmayıb, eləcə də müəssisə rəhbəri. Aşpazın uşağı xəstəxanaya çatdırması da vaxtından  tibbi yardımın göstərilməsi üçün təhlükəsizlik tədbirlərinin nəzərdə tutulmasından xəbər verir. Bütün göstəricilərə görə, belə qənaətə gəlmək olar ki, ümumiyyətlə, baxçada təlim-tərbiyə işləri və təhlükəsizlik tədbirləri qənaətbəxş deyilmiş. Mən yenə qeyd edirəm ki, bu daha çox istintaqın araşdırmasında müəyyən ediləcək məqəmlardır. Amma ictimaiyyyəti hazırda baş vermiş hadisənin qədər tərəfi yox, məhz bağçaya verilən uşaqlarla bağlı ciddi sistemin olmaması və ilkin tibbi yardım, ilkin təhlükəsizlik tədbirləri üçün personalın məlumatlandırılmaması da maraqlandırır. Personal bütün qeyd edilən böhran vəziyyətlərin aradan qaldırılması ilə bağlı tədbrilər planında iştirak etməli, məlumatlı olmalı və onun praktik tədbiqini öyrənməlidir”. 

Sabah Bakıya yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-17° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 5-10° isti, gündüz 10-15° isti olacaq.

Livanda şiddətli döyüşlər - İsrail çağırış etdi

İsrail ordusu Livanın cənubunda Hizbullahla intensiv döyüşlər aparır və sakinləri Litani çayının cənubuna avtomobillə getməməyə çağırır. Sozcu.az xəbər verir ki, bunu İsrail ordusunun nümayəndəsi Avixay Edri deyib. “Livanın cənubunda şiddətli döyüşlər gedir, Hizbullah qüvvələri mülki əhalidən canlı qalxan kimi istifadə edərək hücumlar təşkil edir. Şəxsi təhlükəsizliyiniz naminə sizdən tələb edirik ki, nəqliyyat vasitələri ilə şimaldan Litani çayının cənubuna doğru gəlməyin”, - Edri əhaliyə çağırışında bildirib.

Britaniya İsraili və Livanı atəşkəsə çağırdı

Böyük Britaniya İsrailin Livana hava zərbələrindən sonra bütün tərəfləri gərginliyi azaltmağa və atəşkəs əldə etməyə çağırıb. Sozcu.az xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Kir Starmerin sözçüsü İsrailin özünümüdafiə hüququnu qətiyyətlə dəstəklədiklərini qeyd edərək bildirib: “Bizim çox açıq mesajımız budur ki, bütün tərəflər təmkin nümayiş etdirməlidir. Hər kəs geri çəkilməli və gərginliyin qarşısını daha çox almalıdır. Atəşkəs regionda sülhün təmin edilməsi üçün zəruri olan siyasi həll yolu tapmaq istiqamətində lazım olan imkanı təmin edəcək”. O, regionun uçurumun kənarından geri çəkilməli olduğunu təkrarlayıb və bölgənin təhlükəli həddə yaxınlaşdığını vurğulayıb. Qeyd edək ki, Kir Starmer və digər hökumət nazirləri Britaniya vətəndaşlarını kommersiya uçuşları ilə Livanı tərk etməyə çağırıblar. Baş nazirin sözçüsü deyib ki, hazırda hökumətin diqqəti Livanı tərk etmək istəyənlər üçün ticarət uçuşlarında əlavə yerlər təmin etməkdir. O, britaniyalıları bir daha Livanı tərk etməyə, hökumətlə əlaqə saxlayıb mövcudluqlarını qeydiyyata almağa çağırıb.

Fransa İsraili Livanı işğal etməməyə çağırıb

Fransa İsraili Livanı işğal etməməyə çağırıb. Bu barədə məlumatı Reuters agentliyi yayıb.

İsrail ABŞ-a məlumat verdi

 İsrail ABŞ-a məlumat verib. Sozcu.az xəbər verir ki, İsrail ABŞ-a Livanda məhdud quru əməliyyatı planları barədə məlumat verib. Mənbə, Vaşinqton post

İsrail Livanı kasetli bombalarla vurur - ŞOK

İsrail ordusu bir neçə dəqiqə əvvəl Livan sərhədlərini keçərək ölkəyə daxil olub. Sozcu.az xəbər verir ki, yerli medianın verdiyi məlumata görə, əməliyyatlar havadan və qurudan aparılır. Bildirilib ki, İsrail dünyada yasaq edilən kaset bombalardan istifadə etməyə başlayıb.  "İsrail Livanda “Hizbullah”a qarşı ağ fosforlu sursatlardan istifadə edir." - , deyə bildirilib. Həmin görüntülər artıq bir çox nüfuzlu dünya mediasında yayımlanmağa başlayıb.

Netanyahu İran xalqına müraciət etdi: "Bizim iki ölkəmiz, İsrail və İran, sülh içində yaşayacaq”

Mən İranın liderləri haqqında çox danışmışam. Amma bu həlledici məqamda mən birbaşa sizə, İran xalqına müraciət etmək istəyirəm. Heç bir vasitəçi olmadan. Orta Şərqdə İsrailin əlinin çatmadığı bir yer yoxdur. Xalqımızı və ölkəmizi qorumaq üçün getməyəcəyimiz bir yer yoxdur. Sozcu.az xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu İran xalqına videomüraciətində deyib. “Hər keçən an rejim sizi, nəcib fars xalqını uçuruma daha da yaxınlaşdırır. Amma siz sadə bir şeyi bilirsiniz. İranın zülmkarları sizin gələcəyinizlə maraqlanmır. İran nəhayət azad olacaq və bu an insanların düşündüyündən çox daha tez gələcək, hər şey fərqli olacaq. Bizim iki qədim xalqımız, yəhudi xalqı və fars xalqı nəhayət sülh içində olacaq. Bizim iki ölkəmiz, İsrail və İran, sülh içində yaşayacaq”.