Xızıda məktəbdən direktorun meyiti tapıldı

Xızı rayonunda 65 yaşlı kişinin meyiti direktor işlədiyi məktəbdən tapılıb.

Sozcu.az xəbər verir ki, 1959-cu il təvəllüdlü Fazil İsmayıl oğlu Məmmədovun ölüm səbəbi hələ ki məlum deyil.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, səhər saatlarında Xızı şəhər tam orta məktəbin direktoru Fazil Məmmədov vəfat edib, aidiyyəti qurumlara məlumat verilib:

"Hadisə barədə dərhal aidiyyəti qurumlara məlumat verilib, hazırda hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır. Tibbi-ekspertiza yekunlaşdıqdan sonra ölümün dəqiq səbəbləri məlum olacaq".

Share on Facebook