Ötən həftə bağçada 2 yaşlı qızın ölümü hər kəsi məyus etdi. Hadisədə bir sıra nüanslar səbəb kimi göstərilsə də (uşağın yıxılmağı, boğazında qida qalmağı, ürək qüsuru olmağı) körpənin atası açıqlamasında övladında ürək qüsuru olmadığını bildirdi. Hadisə zamanı bağçada tərbiyəçilərin əvəzinə aşpazın olması, xəstəxanaya uşağı həmin şəxsin çatdırması kimi məqamlar bağçalarda uşaqların təhlükəsizliyi məsələsini gündəmə gətirir.
Sözügedən məsələ barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Yeni Sabah”a danışıb:
“Həqiqətən də çox məyusedici bir hadisədir. Valideynlərinə Allahdan səbr diləyirəm. Uşağı sağlam uşaq bağçasına qoyub sonra ordan ölüm xəbərini almaq çox ağır travmadır. Belə ki, baş verən hadisə bir çoxlarında yaranmış əminlik hissini yox edir. Gələcəkdə daha tələbkar yanaşmaq, daha ehtiyatlı olmağa vadar edir. Əlbəttə, qeyd edilən nüanslar məhkəmə tibbi ekspertizası ilə bağlıdır. Lakin məsuliyyətli valideyn öz uşağını vaxtlı-vaxtında müayinədən keçiribsə, o halda o, bu məsələ ilə bağlı axıra qədər getməli və hadisənin təkcə məsuliyyətsizliklə yekunlaşmasına, ciddi tədbirlər görülməsi ilə nəticələnməsinə nail olmalıdır”. vakansiyalar
M.Zeynalova bağçalardakı təhlükəsizlik məsələsinə də toxunub:
“Bağçalarda müəllim heyətinin peşəkarlığı, hər hansı hadisədə ilkin tibbi yardımı göstərə biləcək şəxslərin olması mütləq şəkildə monitorinq edilməlidir. Uşağa aşpazın baxması o deməkdir ki, müəllimlər iş başında olmayıb, eləcə də müəssisə rəhbəri. Aşpazın uşağı xəstəxanaya çatdırması da vaxtından tibbi yardımın göstərilməsi üçün təhlükəsizlik tədbirlərinin nəzərdə tutulmasından xəbər verir. Bütün göstəricilərə görə, belə qənaətə gəlmək olar ki, ümumiyyətlə, baxçada təlim-tərbiyə işləri və təhlükəsizlik tədbirləri qənaətbəxş deyilmiş. Mən yenə qeyd edirəm ki, bu daha çox istintaqın araşdırmasında müəyyən ediləcək məqəmlardır. Amma ictimaiyyyəti hazırda baş vermiş hadisənin qədər tərəfi yox, məhz bağçaya verilən uşaqlarla bağlı ciddi sistemin olmaması və ilkin tibbi yardım, ilkin təhlükəsizlik tədbirləri üçün personalın məlumatlandırılmaması da maraqlandırır. Personal bütün qeyd edilən böhran vəziyyətlərin aradan qaldırılması ilə bağlı tədbrilər planında iştirak etməli, məlumatlı olmalı və onun praktik tədbiqini öyrənməlidir”.