İsrail ordusu Livanın cənubunda Hizbullahla intensiv döyüşlər aparır və sakinləri Litani çayının cənubuna avtomobillə getməməyə çağırır.
Sozcu.az xəbər verir ki, bunu İsrail ordusunun nümayəndəsi Avixay Edri deyib.
“Livanın cənubunda şiddətli döyüşlər gedir, Hizbullah qüvvələri mülki əhalidən canlı qalxan kimi istifadə edərək hücumlar təşkil edir. Şəxsi təhlükəsizliyiniz naminə sizdən tələb edirik ki, nəqliyyat vasitələri ilə şimaldan Litani çayının cənubuna doğru gəlməyin”, - Edri əhaliyə çağırışında bildirib.