AZAL-ın Qroznıya uçan təyyarəsi duman səbəbindən qəbul edilməyib və əvvəlcə Mahaçqalaya, daha sonra isə Aktauya yönləndirilib.
Sozcu.az xəbər verir ki, bu barədə Qroznı aeroportundan məlumat verilib.
Təyyarə Xəzər dənizi üzərində quş sürüsü ilə toqquşu b və dərhal SOS siqnalı verib. Aktau limanına 3 km qalmış isə qəzaya uğrayıb.
Təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub. Ölənlərin olduğu bildirilir.
Qeyd edək ki, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.