Ukrayna ordusu Yəhya kilsəsində: ruslar mühasirədə...

Ukrayna Silahlı Qüvvələri Maxnovkada Psel çayının şərq sahilinə, Baptist Yəhya kilsəsinin yaxınlığına qədər irəliləyib. Sozcu.az xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert Yan Matveyev məlumat verib. O bildirib ki, Ukrayna ordusu Suca şəhərinin ortasından keçən Psel çayını adlayıblar: "Əgər rus qoşunları həqiqətən şəhərin mərkəzindədirsə, demək ki, orada mühasirəyə düşüblər".

Alışqan üstündə anası ilə dava edən oğul həbs olundu

Göyçayda siqaret çəkmək üçün anasından alışqan istəyən oğul həbs edilib. Sozcu.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Göyçay şəhəri, Ziya Bünyadov küçəsində baş verib. Belə ki, 1985-ci təvəllüdlü Pərviz Camalov (ad-soyad şərtidir) içkili halda evə gələrək anasından siqaret çəkmək üçün alışqan istəyib. Anası ona alışqan vermədiyi üçün əsəbiləşərək evdə səs-küy salıb və mübahisə etməyə başlayıb. Qadın bu barədə Daxili İşlər Nazirliyinin "102" xidmətinə müraciət edib. P.Camalov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə P.Camalova səkkiz gün müddətə inzibati həbs tətbiq olunub.

QAİ-dən Fransaya: Bu siyasətdən əl çək!

Qərbi Azərbaycan İcması Fransa hökumətindən nifrətə və irqi ayrı-seçkiliyə əsaslanan siyasətdən əl çəkməyi, rasional davranış sərgiləməyi və diplomatik normaların minimal tələblərinə əməl etməyi tələb edir. Sozcu.az xəbər verir ki, bu barədə İcmanın bəyanatında bildirilib. Qeyd edilir ki, artıq bir neçə ildir ki, Fransa Azərbaycana qarşı qeyri-dost yanaşmasını açıq şəkildə göstərir: "Təəssüf ki, bu qeyri-rasional yanaşma Fransanın dövlət siyasətinə çevrilmişdir. Bu mənada Fransa rəsmilərinin anti-Azərbaycan bəyanatları və addımları təəccüb doğurmur. Lakin, Fransa rəsmilərinin içərisində bəziləri vardır ki, onların davranışları bütün əndazələri aşır. Onlardan biri bu ölkənin Ermənistandakı səfiridir. Bu şəxs informasiya məkanında tamamilə qeyri-adekvat davranır və diplomatiyanın prinsiplərinə, etiketə və ümumi əxlaq normalarına uyğun olmayan, uşaqcasına hərəkətləri ilə yeri gəldi-gəlmədi Azərbaycana replikalar atır. Bu şəxsin ümumiyyətlə hansı vəzifəni daşıdığını dərk etdiyi şübhə doğurur. Ciddi diplomatik ənənələrə malik böyük dövlət olduğunu iddia edən Fransanın səfiri titulunu daşıyan şəxs özünü marginal, uğursuz erməni radikal millətçisi kimi aparır. Fransa səfirinin bu davranışı nəinki bu dövlətin keçmiş diplomatik ənənələrindən uzaqlaşdığını, eyni zamanda bu ölkənin dövlət idarəetməsinin cılız, acınacaqlı duruma düşdüyünü göstərir".

Ukrayna ordusu Belovskidə hərəkətə keçdi: yeni zərbə

Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinin Belovski rayonunda hərəkətə keçdiyi bildirilir. Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb. Bildirilib ki, bu məlumat təsdiqlənərsə, bu, yeni bir zərbə cəhdi olacaq, bu dəfət fərqli yerdə. Qeyd edək ki, Belovski rayonu Sucadan 20 kilometr cənubda yerləşir.

Zabit Bədəlovun seçki qərargahı bəyanat yaydı

90 saylı Ağsu Seçki Dairəsindən  növbədənkənar Parlament seçkilərində iştirak edəcək  Müsavat Partiyasının namizədi Zabit Bədəlov un 7 nəfərdən ibarət seçki qərargahı ilkin olaraq formalaşdırılıb. Anar Rəsullu Seçki qərargahının sədri seçilib. Seçki qərargahının iclasında Ağsu rayonunda seçki dövründə baş verən bir çox məsələlər müzakirə edilib.  Zabit Bədəlovun seçki qərargahı namizədlər arasında yaradılan ayrıseçkiliyin seçki qanunlarına zidd olduğunu bəyan edərək, İcra Hakimiyyətini, kənd icra  və bələdiyyə orqanlarını namizədlər arasından bərabərhüquqluq prinsipini pozmamağa çağırıb. Seçki qərargahı bəyan edir ki, Ağsu rayon  İcra Hakimiyyəti  tərəfindən Milli məclisə namizədlərdən biri olan Elçin Mirzəbəylinin birtərəfli şəkildə,  seçki qanunlarına zidd olaraq təbliğatı aparılır və bu da seçkilərin şəffaf keçirilməsini şübhə altına alır.  Seçki qərargahı bildirir ki, İcra və bələdiyyə orqanlarının tapşırığı ilə digər namizədlərin şəkillərinin cırılması haqqında məlumatlar əldə edilib.  Obyektlərinin qarşısına könüllü şəkildə namizədlərin şəkillərinin vuran obyekt sahiblərinə təzyiqlər edilir.  Zabit Bədəlovun seçki qərargahı Ağsu rayon rəhbərliyini seçkiyə müdaxilə etməməyə və bütün namizədlərə bərabər şəkildə şərait yatmağa çağırır.  Seçki qərargahı bütün namizədlərə demokratik mübarizə arzu edir. Ağsu rayon sakinlərinin iradəsinin qalib gəlməsi bizim arzumuzdur. Demokratik , hüququ dövlət hər birimizin haqqıdır.  Zabit Bədəlovun seçki qərargahı 10. 08. 2024

Goranboyda 5 nəfər zəhərləndi - 4-ü yeniyetmədir

Goranboyda 5 nəfər zəhərlənib. Sozcu.az -ın məlumatına görə, bir neçə rayon sakini zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Onlara dərhal yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Zəhərlənənlər 2012-ci il təvəllüldü A.Kərimli, 2011-ci il təvəllüdlü A.Qasımova, 2009-cu il təvəllüldü S.Qasımova, 1982-ci il təvəllüdlü Q.Qasımov və 2009-cu il təvəllüdlü A.Kərimovadır. İlkin məlumata görə, onlar qidadan zəhərləniblər. Hadisə ilə bağlı araşdırma aparılır.

Şəhid Ceyranın atası vəfat etdi

Birinci Qarabağ müharibəsi şəhidi Ceyran Abdullayevanın atası vəfat edib. Sozcu.az xəbər verir ki, şəhidin atası Səyyaf Qarayev yaşadığı Zərdab rayonunda xəstəlik səbəbindən ölüb. Qeyd edək ki, Abdullayeva Ceyran Səyyaf qızı 1962-ci ildə Zərdab şəhərində anadan olub. Könüllü olaraq müharibəyə yollanan Ceyran rabitəçi olub və 1992-ci ilin avqustun 15-i Ağdam rayonu ərazisində şəhid olub. O, Bakıda Şəhidlər xiyabanında dəfn olunub.

Müharibə iştirakçısı kanala düşdü: maşın tapıldı, özü yox

Samur-Abşeron kanalının "Şəfəq" qəsəbəsindən keçən hissəsində avtomobil kanala düşüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, Abusət Əliyevin idarə etdiyi avtomobil idarəetmədən çıxaraq Samur-Abşeron kanalına düşüb. Avtomobil sudan çıxarılsa da, Abusət Əliyev tapılmayıb. Onun axtarışları davam etdirilir. Qeyd edək ki, A.Əliyev 44 günlük Vətən müharibəsinin iştirakçısıdır.

Zərdabda ağır qəza: 3 nəfər öldü - 2-si bacıdır

00:47 Avqustun 9-da saat 23 radələrində Ağcəbədi rayon sakini Niyaməddin Quliyev idarə etdiyi "VGV U75 Plus" markalı avtomobillə Kürdəmir-Zərdab yolu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sozcu.az-a verilən məlumata görə, hadisə nəticəsində nəqliyyat vasitəsində olan iki nəfər ölüb, sürücü və digər 6 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət almış daha bir nəfər isə səhər saatlarında dünyasını dəyişib. Bununla da qəzada ölənlərin sayı 3-ə çatıb. *** Zərdabda baş verən qəzada ölənlərdən ikisi sürücünün 3 və 14 yaşlı qızlarıdır. Ölən digər uşaq isə sürücünün yaxın qohumunun 4 yaşlı qızıdır.

Bakıda yaşayış binasında yanğın: 10 sakin təxliyə olundu

Bakı şəhərinin Nərimanov rayonunun Maqsud Əlizadə küçəsində yaşayış binasında yanğın olub, 10 nəfər sakin təxliyə olunub. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə sözügedən ünvanda yanğın baş verməsi barədə məlumat daxil olub və məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yaşayış binasının şaxtasında baş verən yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində 10 nəfər bina sakini FHN-in qüvvələri tərəfindən təxliyə olunub. Yanğın nəticəsində onaltımərtəbəli yaşayış binasının şaxtası boyunca 51p.m elektrik kabelləri, 16 ədəd plastik şaxta qapısı, 5 ədəd qoruyucu açar və liftin idarəetmə lövhəsi yanıb. Mənzillər yanğından mühafizə olunub.

Azərbaycanda uşaqların sümüklərini nə əridir?

Alimlər sübut edib ki, çayın tərkibində olan ftorid xüsusən uşaqlarda diş və sümüklərə pis təsir edir, yaşlı insanlarda isə sümüklərin daha tez əriməsinə səbəb olur. Medicina.az xəbər verir ki, normadan artıq çay içən insanın sümüklərində flyuoroz, uşaqların isə dişlərində karies, aşınma yaranır. Əgər çay qaynadılan su da ftorla zəngindirsə, o zaman məsələ lap qəlizləşir. Professorlar qeyd edir ki, çayın tərkibindəki ftorid haqqında çox az adam bilir. 47 növ adi və bitki çayı üzərində aparılan araşdırma göstərir ki, bu çaylarda ftorid normadan 2-3 dəfə artıqdır. Amma ftorid həm də su və başqa ərzaqlarla da orqanizmə daxil olur. Alimlər gündə 2-3 stəkandan artıq çay içməməyi məsləhət görür. Gün ərzində 6 mq-dan artıq ftor qəbul edən insanın sümükləri təhlükə altındadır. Bu qədər miqdarı almaq üçün gərək 5 stəkandan çox çay və su içəsiz. Azərbaycanda səhər-axşam ən çox içilən içki çay olduğu üçün insanların, uşaqların sümük və dişlərinin zəifləmə səbəbidir.

Yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq

Avqustun 10-u gündüz dağlıq ərazilərdə, 11-13-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Sozcu.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Daşkəsən-Gədəbəy, Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Bu xəstəliyi olan şəxslər də hərbi xidmətə çağırılacaq -RƏSMİ

“Qalxanabənzər vəzin 1 sm-dən kiçik və tam sistik düyünləri aşkar edildikdə və hormonal funksiya pozulma olmadığı halda hərbi xidmətə yararlı hesab edilir”. Sozcu.az bildirir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb. Qeyd olunub ki, sözügedən hal şəxslərin hərbi tədris müəssisələrinə daxil olmağına mane olmur. Bundan əlavə olaraq, I və II dərəcəli eutireoid zob olanlar hərbi xidmətə yararlı sayılır. Eutireoid zob diaqnozu ultrasəs müayinəsi ilə təsdiq olunmalıdır.

Sabiq direktor müavinin oğlu dələduzluqda ittiham olunur

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Azərbaycan” Nəşriyyatının sabiq direktor müavini Ləbib Ləbibovun oğlu dələduzluqda ittiham olunur. Sozcu.az “Report”a istinadla xəbər verir ki, Ləbib Ləbibovun oğlu Rəşad Ləbibov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham verilib. Cinayət işi üzrə iki nəfər zərərçəkən şəxs qismində tanınıb. R.Ləbibov barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Fəxri Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası avqustun 20-ə təyin edilib.

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına səfəri avqustun 9-da başa çatıb. Sozcu.az xəbər verir ki, Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidentini Qazaxıstanın Baş naziri Oljas Bektenov və digər rəsmi şəxslər yola salıblar. 

Polkovnik Elmar Məmmədov HƏBS EDİLDİ

Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, polkovnik korrupsiya cinayətlərinə görə məsuliyyətə cəlb edilib. Sabiq idarə rəisi 10 gün əvvəl həbs edilən Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Rəhim Laçınov və digərləri ilə əlbir olaraq xüsusilə külli miqdarda (659 min manat) dövlət vəsaitini mənimsəməkdə və külli miqdarda rüşvət almaqda ittiham olunur. onlayn aptek Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 311.3.2-ci (dələduzluq-təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Bakı Hərbi Məhkəməsinin qərarı ilə polkovnik Məmmədov haqda dörd aylıq həbs qətimkan tədbiri seçilib.

Ukrayna Rusiyanın nə qədər ərazisini ələ keçirib? – Yeni rəqəm

Ukrayna Rusiyanın 100 kvadrat kilometr ərazisini ələ keçirib və yüzlərlə hərbçisini əsir götürüb. Sozcu.az xəbər verir ki, bu məlumatı “Vaşinqton Post” qəzeti öz mənbələrinə istinadən yayıb. Qəzet bildirib ki, Rusiyaya hücumda Ukraynanın elit briqadaları iştirak edib. Onlar hücumu Almaniya və ABŞ texnikaları ilə həyata keçiriblər. Qəzetə açıqlama verən ukraynalı hərbi bloger Yuri Podolyak Ukraynanın yeni və daha böyük hücum hazırladığını bildirib. “Bu, sərhəddəki döyüşlərin sonu deyil. Sabah-birigün biz artıq başqa istiqamət barədə danışacağıq”.

Müsavat xalqa müraciət etdi – Musavatın namizədlərinə səs verin

Müsavat Partiyasının Mətbuat Xidmətindən “Başta”ya verilən məlumata görə, Partiyanın Seçki Qərargahı xalqa müraciət edib. Müraciətdə deyilir: Əziz həmvətənlər! Hörmətli xanımlar və bəylər! Müsavat Partiyası azad və ədalərli seçki mühitinin olmadığı indiki şəraitdə bütün çətinliklərə baxmayaraq seçki marafonuna qoşulub. İndiyədək ölkənin müxtəlif şəhər və rayonlarını əhatə edən 25 seçki dairəsində namizədlərimiz qeydə alınıb. Bəzi digər seçki dairələrindən namizədlərimizin qeydə alınması uğrunda mübarizəmiz davam edir. Namizədlərimiz sırasında ölkənin tanınmış siyasət və dövlət xadimləri, professor və elmlər doktorları, Qarabağ qazisi, şəhid atası, ixtiraçı alim və xalq təsərrüfatının müxtəlif sahələrində uğurlar qazanmış mütəxəssislər var. Biz çox qısa müddətdə davam edəcək seçki kampaniyası dövründə qeydə alınan namizədlərimiz, onların seçki komandaları və bütün mövcud resurslarımız vasitəsi ilə ölkədə olan ümumi siyasi ab-havanın dəyişməsinə, cəmiyyətin diqqətinin seçki prosesinə cəlb ediməsinə, arzusunda olduğumuz Azərbaycan haqqında planlarımızı hər kəsin diqqətinə çatdırmaq niyyətindəyik. Yaxın günlərdə təhsil, səhiyyə, ədalət mühakiməsi sahəsində islahatlar, korrupsiya və rüşvətxorluğun aradan qaldırılması, pensiyaların, əmək haqlarının artırılması, uşaq pullarının verilməsi, quru sərhədlərin açılması, monapoliyalara son qoyulması, gənclərimizin kütləvi şəkildə ölkəni tərk etməsinə səbəb olan problemlərin həll olunması, bütün sahələrdə bərabər imkanlar şəraitinin yaradılması və başqa bu kimi mühüm məsələləri əhatə edən seçki plarformamız ictimaiyyətə təqdim ediləcək. Müsavat Partiyasının istinad nöqtəsi, dayağı, güvəndiyi güc mərkəzi yalnız Azərbaycan xalqıdır. Sizin etimadınız və dəstəyiniz təsir imkanlarımızın artmasına, inkişafımıza mane olan və xalqı düşündürən ən mühüm problemlərimizin yalnız öz aramızda, sosial mediada, internet resurslarında deyil, ali hakimiyyət orqanlarında, ən yüksək dövlət qurumlarında müzakirəsinə və həllinə səbəb olacaq. Əziz həmvətənlər! Hər kəsi Azadlıq Ədalət Hüquqi dövlət uğrunda apardığımız mübarizədə bizə dəstək olmağa, Müsavat Partiyasının namizədlərinə səs verməyə çağırırıq. Yolumuz açıq, işimiz avand olsun! Müsavat Partiyasının Seçki Qərargahı

Dənizdə dalğanın hündürlüyü 3,8 metrə çatdı

Avqustun 9-u saat 9:00-a olan məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, düşən yağıntının miqdarı: Balakəndə 11 mm, Oğuz, Culfa, Şamaxıda 2 mm-dək olub. Eyni zamanda şimal-qərb küləyi arabir sarı xəbərdarlığa uyğun olaraq Culfada 19 m/s, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib. Neft daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3.8 metrə çatıb. Bundan başqa, Qrız, Şabran, Şahdağda duman müşahidə olunub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR və Aran rayonlarında 36, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti olub.

Rusiyanın itkiləri 588 mini ötdü

Ukrayna müharibənin 898-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 588 540 hərbçi, 8 434 ədəd tank, 16 341 ədəd zirehli döyüş maşını, 16 536 ədəd artilleriya sistemi, 1 142 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 916 hava hücumundan müdafiə sistemi, 366 ədəd hərbi təyyarə, 327 ədəd helikopter, 22 371 ədəd avtomobil texnikası, 13 325 ədəd PUA, 2424 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 769 xüsusi avadanlıq itirib.

Türkiyədə ağır qəza: 9 ölü, 26 yaralı

Türkiyənin Ankara şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Ankara valisi bildirib. Məlumata görə, qəza səhər saatlarında Əskişəhər yolunda sərnişin avtobusunun körpü dirəyinə çırpılması nəticəsində meydana gəlib. Hadisə nəticəsində 9 nəfər ölüb, 26 nəfər yaralanıb.

Ukrayna Rusiyada aerodromları vurdu: 4 kənd boşaldıldı

Ukrayna ordusu gecə saatlarında PUA-larla Lipetsk vilayətindəki aerodromlara hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Lipetsk vilayətinin qubernatoru İqor Artamonov deyib. Onun sözlərinə görə, ən azı 6 nəfər yaralanıb. Zərbə nəticəsində mülki binalardan uzaqda partlayıcı qurğular işə düşüb, enerji infrastrukturu zədələnib və bu da elektrik enerjisinin kəsilməsinə səbəb olub. Artamonov dörd yaşayış məntəqəsinin - Koptsevı Xutor, Fedorovka, Yakovlevka və Tynkovka boşaldıldığını bildirib.

Ukrayna Rusiyanın 20 kəndini, 1 şəhərini aldı – Son dəqiqə

Ukrayna ordusunun Kursk vilayətində indiyədən ən azı 20 yaşayış məntəqəsini ələ keçirib. Sozcu.az xəbər verir ki, bu barədə “Blumberq” Kremlə yaxın mənbəyə istinadla məlumat yayıb. Bildirilib ki, Suca da daxil olmaqla, Ukraynanın nəzarətə aldığı ərazi artıq 400 kv.km təşkil edir.

Ukrayna ordusu Kurskda səngərlər qazır

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində möhkəmlənməyə çalışır. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb. Məlumata görə, Ukrayna ordusu artıq Kursk vilayətinin Maxnovka kəndində səngərlər qazırlar.