II qrupun ən yüksək keçid balı olan ixtisasları açıqlandı

Ötən həftə Dövlət İmtahan Mərkəzi (DİM) ll və lll ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirdi. Məlumata görə bu il II ixtisas qrupuna 14 min 935 yer ayrılıb. 2024-cü ildə isə bu rəqəm 14 min 550 olub. Sozcu.az DİM-in məlumatlarına əsasən 2024-cü il üzrə II qrupun yüksək ballı ixtisaslarını təqdim edir. Bakı Dövlət Universiteti Maliyyə (tədris ingilis dilində): 459.9 bal (dövlət sifarişli: 459.9) Azərbaycan Dövlət Neft və Sənaye Universiteti: İqtisadiyyat (tədris ingilis dilində): 433.5 bal (dövlət sifarişli: 433.5) Azərbaycan Dövlət İqtisad Universiteti Beynəlxalq ticarət və logistika (tədris ingilis dilində): 573.8 bal (dövlət sifarişli: 573.8) İqtisadiyyat (tədris ingilis dilində): 624.3 bal (dövlət sifarişli: 624.3) Maliyyə (tədris türk dilində): 478.4 bal (dövlət sifarişli: 478.4) Maliyyə: 527.1 bal (dövlət sifarişli: 527.1) Maliyyə (tədris ingilis dilində): 636.7 bal (dövlət sifarişli: 636.7) Mühasibat (tədris ingilis dilində): 597.0 bal (dövlət sifarişli: 597.0) Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Dövlət və bələdiyyə idarəetməsi: 410.3 bal (dövlət sifarişli: 410.3) İqtisadiyyat: 522.2 bal (dövlət sifarişli: 522.2) ADA Universiteti Biznesin idarə edilməsi (tədris ingilis dilində): 572.4 bal İqtisadiyyat (tədris ingilis dilində): 633.0 bal Maliyyə (tədris ingilis dilində): 579.6 bal Bakı Ali Neft Məktəbi Biznesin idarə edilməsi (tədris ingilis dilində): 653.4 bal (dövlət sifarişli: 653.4) Biznesin idarə edilməsi (tədris ingilis dilində): 528.4 bal Dövlət Gömrük Komitəsinin Akademiyası Beynəlxalq ticarət və logistika (tədris ingilis dilində): 466.8 bal (dövlət sifarişli: 466.8) Qarabağ Universiteti İqtisadiyyat: 441.8 bal (dövlət sifarişli: 441.8) Maliyyə: 500.5 bal (dövlət sifarişli: 500.5)

Lamin Yamaldan yeni rekord

"Barselona"nın vingeri Lamin Yamal La Liqada yeni rekorda imza atıb. Sozcu.az xəbər verir ki, 17 yaşlı futbolçu 13 məhsuldar ötürmə ilə bu yaxınlarda başa çatan İspaniya çempionatında ən yaxşı assistent oldu. Bildirilib ki, 21-ci əsrin əvvəlindən bəri 20 yaşından aşağı heç bir futbolçu La Liqada bir mövsümdə bu qədər məhsuldar ötürmə etməyib. İspaniyalı Hans-Diter Flikin komandasının heyətində bütün yarışlarda 55 matçda 18 qol vurub və 25 məhsuldar ötürmə edib. Qeyd edək ki, Lamin Yamal daha öncə İspaniya La Liqasında 17 yaşında bir mövsümdə ən çox qol vuran futbolçu rekorduna yiyələnmişdi.

Bu qərar şagirdlərdə psixoloji gərginlik yaradacaq - Ekspert

Lisey və gimnaziyalara qəbul hər ilin aprel-may aylarında həyata keçirilirdi. Əvvəlki illərdə 4, 5, 6 və 7-ci siniflərdən şagirdlər lisey və gimnaziyalara qəbul olub, tədris ilini davam etdirə bilirdilər. Ancaq iki gün öncə çıxan qərara görə qəbul 6-cı sinifdən etibarən həyata keçiriləcək. Əlbəttə ki, bu qərar öncədən vəsait sərf edən, hazırlaşan şagird və valideynlərin haqlı etirazına səbəb olub. Bu sözləri Axar.az-a təhsil eksperti Ramin Nurəliyev lisey və gimnaziyalara qəbulun yalnız 6-cı sinif şagirdləri üçün elan edilməsini şərh edərkən deyib. Ekspert bildirib ki, qərar doğru olsa da, yanlış zamanda verilib: “Beynəlxalq təcrübələrə əsasən deyə bilərəm ki, xüsusi təyinat tələb edən lisey və gimnaziyalarda qəbul 6-cı sinifdən etibarən başlayır. Əslində ölkəmizdə verilən bu qərarın tərəfdarıyam. Lakin bu qərar indi yox, tədris ilinin əvvəlində verilməli idi. Bu, valideyn və şagirdlərə müəyyən qədər psixoloji təsir göstərə bilər. Düşünürəm ki, bu istiqamətdə atılan addımlar daha çox yeddinci sinif şagirdlərində psixoloji gərginlik yaradacaq. Çünki dörd və beşinci sinifdə oxuyan şagirdlər bir neçə il sonra yenidən müraciət edə biləcək. Ancaq yeddinci siniflər artıq bu şansdan məhrum olmuş sayılırlar. Yaxşı olardı ki, bu tədris ilinə yeddinci siniflər üçün də qəbul olmaq şansı yaradılsın”. Təhsil İnstitutundan saytımıza sözügedən mövzunun diqqətdə saxlanıldığı və müzakirələrin aparıldığı bildirilib. Qeyd olunub ki, mövzu ilə bağlı yaxın zamanda ictimaiyyətə ətraflı məlumat veriləcək. Xatırladaq ki, 2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyalara qəbul prosesinə start verilib. Qəbul yalnız 6-cı sinif şagirdləri üçün (7-ci sinfə qəbul) həyata keçiriləcək. Ərizə qəbulu iyunun 5-dən 20-dək aparılacaq.

Sülh üçün nadir fürsət var - Rubinyan

Hazırda Cənubi Qafqazda - Ermənistan və Azərbaycan arasında möhkəm sülh qurmaq üçün nadir fürsət var. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistanın Türkiyə ilə dialoq prosesi üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan bildirib. “Həm Azərbaycan, həm də Ermənistan heç nəyi güzəştə getmədən razılıq əldə edə bilər. Artıq sülh sazişinin mətni hazırdır və danışıqlar yekunlaşıb. Tarixi şansımız var ki, bu sazişi imzalayıb ratifikasiya edək. Bu saziş regionda bütün kommunikasiyaların açılmasına səbəb olacaq - həm Azərbaycanla Ermənistan, həm də Ermənistanla Türkiyə arasında. Bu isə Cənubi Qafqazın təhlükəsizlik durumunu və regiondakı vəziyyəti kökündən dəyişəcək”, - o qeyd edib.

Rusların komanda məntəqəsi “görünməz” dronla vuruldu

Mariupol yaxınlığında rus ordusunun komanda məntəqəsi qəfil hücuma məruz qalıb. Belə hücumlar hər zaman olur, lakin bu hücum tamam başqa idi. Sozcu.az xəbər verir ki, bu barədə “Kremlyovskaya Tabakerka” kanalı hərbi mənbələrə istinadla məlumat yayıb. “Bu, dron hücumu idi. Amma bu, nə radarlarda qeydə alınıb, nə də səsi hiss olunub. Zərbə ağrılı olub. Təəssüf ki, ölən zabitlər var”, - mənbə bildirib. Məlumata görə, sözügedən komanda məntəqəsinə Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Andrey Mordviçev gəlməli imiş. Lakin son anda plan dəyişib. Rusiya Müdafiə Nazirliyi hadisə ilə bağlı açıqlama verməyib.

Tramp Ukraynaya məhdudiyyətləri aradan qaldırır?

ABŞ Prezidenti Donald Tramp sabiq prezident Co Baydenin Ukraynada hərbi əməliyyatlara qoyduğu bütün məhdudiyyətləri aradan qaldırmağı düşünür. Sozcu.az xəbər verir ki, bu barədə “Kiyev Post” nəşri məlumat yayıb. Məlumata görə, söhbət Rusiya ərazisinə uzaq məsafədən zərbələrdən gedir: “Qərar Trampın hazırkı status-kvonun sülh danışıqları üçün əlverişli olmadığına inanması ilə bağlıdır. Ukraynaya dəstək və Rusiyanın cəzalandırılması məsələsi bu həftə Vaşinqtonda Almaniya ilə müzakirə olunacaq”. Qeyd edək ki, dünən Almaniya kansleri Fridrix Merz Britaniya, Fransa, ABŞ və Almaniyanın Ukraynaya tədarük edilən silahlara dair mənzil məhdudiyyətini götürdüklərini açıqlamışdı.

Türkiyədə meşə yanğını başladı

Türkiyənin Marmaris bölgəsində meşə zolağında yanğın başlayıb. Sozcu.az yerli mediaya istinadən xəbər verir ki, yanğının hansı səbəbdən baş verdiyi bəlli deyil. Yanğının söndürülməsinə yanğınsöndürən maşınlar və helikopterlər cəlb edilib.

Türkiyə-Azərbaycan-Pakistan üçtərəfli zirvə görüşü KEÇİRİLƏCƏK

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb. Sozcu.az TRT kanalına istinadən xəbər verir ki, səfər sabah - mayın 28-də baş tutacaq. Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun qeyd edib ki, səfər Müstəqillik Günü çərçivəsində baş tutacaq. “Bu münasibətlə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə danışıqlar zamanı iki ölkə arasında münasibətlər, eləcə də cari regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi aparılacağı nəzərdə tutulur”, - deyə o qeyd edib. Həmçinin, Pakistanın Baş naziri cənab Şahbaz Şərifin iştirakı ilə “Türkiyə-Azərbaycan-Pakistan Üçtərəfli Zirvə”sinin 2-ci Toplantısı keçiriləcək. Ərdoğan səfəri zamanı Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində də iştirak edəcək.

Allahverdi Bağırovun ailəsində daha bir ağır itki

Milli Qəhrəman Allahverdi Bağırovun bacısı Svetlana Bağırova vəfat edib. Sozcu.az xəbər verir ki, S.Bağırova ötən gün xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, bu ilin yanvarında Allahverdi Bağırovun digər bacısı Almaz Bağırova da vəfat edib. Allah rəhmət eləsin!

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 1189-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 982 840 hərbçi, 10 860 ədəd tank, 22 642 ədəd zirehli döyüş maşını, 28 337 ədəd artilleriya sistemi, 1 397 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 171 hava hücumundan müdafiə sistemi, 372 ədəd hərbi təyyarə, 336 ədəd helikopter, 49 907 ədəd avtomobil texnikası, 37 853 ədəd PUA, 3 265 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 902 xüsusi avadanlıq itirib.

Diqqət: Hesabınızda pul olmasa, adınıza kredit götürəcəklər!

Mayın 26-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 3926, 3000, 999, 932, 900, 670, 650, 412, 403, 393, 271, 200, 66, 61 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. “Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar. Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır”, - xəbərdarlıqda vurğulanıb.

Bu tarixədək yağış yağacaq - Xəbərdarlıq

Mayın 27-si gündüzdən 28-i axşamadək bəzi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.

Tramp Putini bu yolla güzəştə məcbur edəcək

ABŞ Prezidenti Donald Tramp bu həftə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi düşünür və gələcəkdə nəticələri görməyəcəyi təqdirdə danışıqlar prosesindən uzaqlaşmağı planlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” nəşri mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, mümkün sanksiyalar təkcə bank məhdudiyyətlərini deyil, həm də Rusiya prezidentini danışıqlar masası arxasında güzəştə getməyə inandırmaq üçün şəxsən ona qarşı digər təzyiq tədbirlərini də əhatə edəcək.

HAMAS ABŞ-ın İsraillə atəşkəs təklifi ilə razılaşdı

HAMAS ABŞ Prezidentinin nümayəndəsi Stiv Uitkoffun Qəzzada atəşkəslə bağlı təklifi ilə razılaşıb. Bu barədə qrupa yaxın Fələstin rəsmisi Reuters-ə bildirib. Qeyd edilib ki, on girovun azad edilməsini və 70 günlük atəşkəsin nəzərdə tutulduğu yeni təklif HAMAS tərəfindən qəbul edilib. “Təklif 70 günlük atəşkəs və Qəzza zolağından qismən geri çəkilmək müqabilində HAMAS-ın iki qrupda saxladığı on sağ israilli girovun azad edilməsini ehtiva edir”, - mənbə bildirib.  APA

Tramp başa düşür ki, Putin onu aldadır - Makron

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin onu aldatdığını anlayır. Sozcu.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. “Ukraynada baş verənlər qəbuledilməzdir və son dərəcə ciddidir. Eyni zamanda danışıqlara və bomba atmağa hazır olduğunu demək olmaz. Düşünürəm ki, Prezident Tramp başa düşür ki, Putin sülhə hazır olduğunu deyəndə ona yalan danışıb. Son saatlar Donald Trampın qəzəbinin təzahürünün bir daha şahidi olduq. Bu, bir növ səbirsizlikdir. İndi mən bunun konkret fəaliyyətə çevrilməsini istəyirəm”, - o bildirib.

Finlandiya Rusiyaya nota verdi

Rusiyanın Finlandiyadakı səfiri Pavel Kuznetsov mayın 26-da Finlandiya Xarici İşlər Nazirliyinə çağırılıb. Sozcu.az xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, diplomata Rusiyaya məxsus iki hərbi təyyarənin ölkənin hava məkanını pozması ilə bağlı nota təqdim edilib. "Səfirə bildirildi ki, Finlandiya mümkün ərazi pozuntusuna ciddi yanaşır və bu məsələnin aydınlaşdırılmasını xahiş edir. Ona bu məsələ ilə bağlı rəsmi nota təqdim edildi", - açıqlamada vurğulanıb. Xatırladaq ki, mayın 23-də Finlandiya Müdafiə Nazirliyi Porvoo sahilləri yaxınlığında Rusiyanın iki hərbi təyyarəsinin Finlandiya hava məkanını pozduğundan şübhələndiyini açıqlamışdı. Hazırda insident Finlandiya Sərhəd Xidməti tərəfindən araşdırılır.

Səudiyyədən spirtli içki qadağası ilə bağlı açıqlama

Səudiyyə Ərəbistanı 2026-cı ilə qədər ölkənin 600 turizm bölgəsində spirtli içki qadağasını yumşaldacağı ilə bağlı xəbərləri təkzib edib. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. “Səudiyyə Ərəbistanı rəsmisi 73 ildir qüvvədə olan spirtli içki qadağasının yumşaldılmayacağını açıqlayıb”, - məlumatda qeyd olunub. Qeyd edək ki, bir neçə gün öncə 2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etməyə hazırlaşan krallığın spirtli içkilərin nəzarətli satışına icazə verəcəyi irəli sürülmüşdü.

AB Rusiyaya sanksiyaları gücləndirməyə hazırdır - Kallas

AB Ukraynadakı son hücumlara görə Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır. Sozcu.az xəbər verir ki, bunu AB xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib. “Ümid edirəm ki, beynəlxalq tərəfdaşlar da bundan nümunə götürəcək”, - o bildirib.

DƏYİŞİMİN AĞRISI

İnsan təbiətindəki dəyişikliyi yaradan ən əas səbəb mənən aldığı yaralardır, o yaralar ki, onun bütün bədən üzvlərini öz orqanizmnə qarşı zəhərləmək qüdrətinə malikdir.  Öncə qulağın eşidir, sonra gözün görür, sonra hiss edirsən, sonra şübhələnirsən, sonra şübhələrin gerçəkləşir... Aldığın yara duyma orqanlarını, baxışlarını, hisslərini, davranışlarını sənə qarşı qoyur və sən sən olmaqdan çıxırsan. Yavaş- yavaş başqa birinə çevrilirsən. Səndə bu dəyişikliyi görüb, səndən uzaqlaşan dost-tanışların kimi, bədən üzvlərin də sənə qarşı  gəlir və ya sənlə olan  bağlarını kəsirlər. Günün birində təmamən yalnız qaldığını anlayırsan. Bunu anladığın gün öz-özünə verdiyin sualların ardı- arası kəsilmir. Həm də bu ardı-arası kəsilməyən sualları cavablandıra bilmədiyindən, o suallar təkrarlanaraq səni tanımadığın, bilmədiyin bir yola doğru çəkir. "Mən kiməm? Niyə mənim adım R...r? Nəyə görə mən doğulduğum və içində olduğum bir ailədə doğulmuşam? Nəyə görə mən aynadakı mənə bu qədər bənzər və ondan bu qədər uzağam? Dünya hardan başlayır, harda bitir? Mənim bu dünyaya gəlmə səbəbim nə? Həyat bir həqiqətmi? Zaman və ömür arasındakı məsafə niyə bu qədər yaxın və niyə bu qədər uzaadır? O kimdir? Niyə mən özümü ona aid olaraq görürəm?" Beləcə bir də baxarsan ki, sualların güclü axınında gəlib yoğun bir doğanaqda qıvrıla-qıvrıla qalmısan. Artıq sən olmaqdan çıxdığın üçün yeni bir dünyaya doğulmaq istəyirsən, amma səni doğuracaq təbiətin hələ hamiləlik dövrünü yaşayır. Sən nə qədər çox doğulmaq istəsən də təbiətin hələ zamanı gəlmədiyini söyləyir. Yenə gözlərini yumub bir zaman tunelində özünlə çəkişməyə başlayırsan... Düşkünlüyün səni canlı aləmdən təcrid edərək, cansız bir varlıq kimi görməyə başlayır və ancaq bu zaman içindən gəldiyi qədər uca səslə bağırmaq istəyirsən...  Az sonra səssizliyin sükut qaranlığını bütün iliklərinə qədər hiss edirsən.. Yenə sorursan özünə. "Öldümmü mən?" "Niyə mənim səsim çıxmır?" "Niyə məni kimsə duymur?" Yumursan gözlərini. Pıçıltılı bir səslə "bəlkə mən yuxu görürəm", deyib qapanmış kipriklərini qaldırmaq istəyirsən. Yenə olmur. Kirpiklərini qaldırmağa gücün yetmir. Səsini çıxara bilmədiyin kimi, gözlərini də aça bilmirsən... Bu zaman  ruhunla ayağa qalxır və özünü kənardan seyr edirsən. Əlinlə bütün orqanlarının olub olmadığını yoxlayırsan. "Yox, daha ölmədim, ölmüş olsaydım çoxdan çürüyüb getmiş olardım deyirsən"  və ölü kimi uzanmış bədəninə geri dönürsən. Sonra əllərini havaya qaldırıb ölmədiyini özünə isbatlamağa çalışırsan, amma əlini qaldırmağa da gücün yetmir. Ağlından iti bir sual keçir, "Bəlkə yeni ölmüşəm?  Bu nə sirdir?  Mən niyə bu qədər gücsüzəm?"  Gözlərinin yaşardığını və o yaşların yanağından damla- damla axtığını hiss edirsən, amma ağlaya bilmirsən. Sən kirpiklərini qaldıra bilmədiyin halda gözlərindən axan bir damlanın qüdrəti qarşısında çaşırsan. Təəcüblə "Axı bu necə olur?", deyə bilirsən özünə. Yenə bütün gücünü toplayıb qaldırmaq istəyirsən kirpiklərini, olmur, qaldıra bilmirsən. Əllərini, ayaqlarını tərpədib çırpınmaq, çırpınaraq bağırmaq istəyirsən, olmur... Olmur ki, olmur. Bütün bədənini bürüyən tər damcılarının hər biri bir ton qədər ağır gəlir sənə. Sonra dərindən nəfəs alıb bir daha bağırmaq istəyirsən, lakin nəfəsinin də səni yarı yolda qoyduğunu hiss edirsən. O qədər ucadan bağırırsan ki, bu an sanki bağırtın əks səda verir, səni duyan olur və kirpiklərin aralanır gözlərin tavana dikilir. İçindən bir səs "hamısı yuxu imiş", deyir və tez oyanmaq istəyirsən. Fəqət oyanan sadəcə ağlındır, çünki bədəninin digər üzvlərini tərpədəcək qədər gücün olmadığını görürsən.  "Allahım bu nə işdir?" deyib, ağır-ağır nəfəs almağa davam edirsən.  "Əgər bu gördüyüm bir yuxudursa, o zaman ölümün necə ağır olduğunu düşünmək belə istəmirəm" deyirsən, içində öz-özünə. Gözlərin yenidən yumulmaq istəyir, lakin sən buna mane olmaq üçün yenidən var gücünlə bağırmağa başlayırsan. Bu an kimsə səni möhkəm silkləməyə başlayır və sən göydən hoppanmış kimi səni silkləyən adamın üzərinə atıllrsan... Səni oyadan adam -deyəsən yuxu görürdün? Çox əcaib səslər çıxarırdın, deyir. Sən isə hələ gördüyün yuxunun, hiss etdiklərinin şokunu yaşayırsan.  "Hər şey gerçək kimiydi" -hər şey sanki gerçəkdi.., deyirsən. Həmin andan gerçəklə yalan arasında bir körpü olduğunu dərk edirsən. Sənə yeni bir yol açılır. Yolun açıq olsun! Reyhanə Aslan

Əfv sərəncamı bü gün icra olunacaq

Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” imzaladığı sərəncamın icrası bu gün həyata keçiriləcək. Bu barədə Sozcu.az-a Penitensiar Xidmətdən məlumat verilib. Qeyd edək ki, Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 175 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Sərəncama əsasən, 25 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzası şərti tətbiq edilmiş 1 nəfər, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarının çəkilməsi təxirə salınmış 2 nəfər cəzadan azad edilib. Bundan başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, islah işləri cəzasına məhkum edilmiş 4 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 1 nəfər cəzadan azad edilib.

Bakıda ağır qəza: ölən var

Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsi 81 saylı ünvanın qarşısında 1982-ci il təvəllüdlü Burlakov Andrey Aleksandroviç idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolu keçən piyada 1967-ci il təvəllüdlü Asif Alməmməd oğlu Mirzəliyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

Müavinət və təqaüd alanların nəzərinə!

Mayın 27-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Konstitusiyanı dəyişəcəyəm... - Paşinyan

"Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla razılaşmanı təsdiqləməsə, əsas qanunun dəyişməsi üçün şəxsən təşəbbüs göstərəcəyəm". Sozcu.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. "Konstitusiya Məhkəməsi razılaşmanın Ermənistan qanunlarına uyğun olmadığına qərar verərsə, şəxsi mövqeyim ondan ibarətdir ki, mən konstitusiyaya dəyişikliklərin təşəbbüskarı olacağam, çünki hesab edirəm ki, sülhün bağlanması fürsətini əldən vermək olmaz", - Paşinyan "İrəvan dialoqu" beynəlxalq forumunda deyib. Paşinyan həmçinin vurğulayıb ki, yeni konstitusiya təşəbbüsü Azərbaycanın tələbi ilə deyil, Ermənistanın gələcək dövlətçiliyi üçün atılan addımdır.

Bakıda erməniəsilli cinayətkarların məhkəməsi keçirilir

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. Sozcu.az xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur. Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər. Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.