Orbanın kuklaları 31 maya qədər könüllü olaraq vəzifələrindən istefa verməlidirlər.
Sozcu.az xəbər verir ki, bunu Tisa Partiyasının lideri, Macarıstanın gələcək Baş naziri Peter Magyar özünün X səhifəsində yazıb.
“Bu, Macarıstanın prezidenti, Ali Məhkəmənin sədri, Milli Məhkəmə İdarəsinin rəhbəri, Konstitusiya Məhkəməsinin sədri və Baş prokurora aiddir.
Əgər bu vəzifəli şəxslər 31 maya qədər könüllü olaraq vəzifələrindən istefa verməsələr, onda milyonlarla macardan aldığımız mandat əsasında onları vəzifələrindən uzaqlaşdıracağıq”, - o qeyd edib.
