Bu, Azərbaycanla münaqişənin başlaması deməkdir...

Yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə heç bir istinad olmamalıdır.

Sozcu.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“Yeni Konstitusiyada Bəyannaməyə istinad edilməməli olduğunu deyəndə mövqeyimi açıq şəkildə bildirdim. Niyə? Çünki bu, Qarabağ hərəkatının davam etməsinin qarşısını almaq zərurətindən irəli gəlir. Əgər bu gün yeni bir Konstitusiya qəbul etsək və preambulada Bəyannaməyə istinad olsa, bu, Qarabağ hərəkatını davam etdirdiyimiz anlamına gələcək. Əgər Qarabağ hərəkatını davam etdirsək, bu, Azərbaycanla münaqişəni yenilədiyimiz anlamına gələcək. Əgər Azərbaycanla münaqişəni yeniləsək, bu, sülhün mümkün olmadığı anlamına gələcək”, - Paşinyan bildirib.

Share on Facebook