İrandan daha çox zərbə gözləyirik - İsrail

İsrail artıq hərbi əməliyyat başlayandan İranda 250-dən çox hədəfə hücum edib və zərbələr davam edir. Sozcu.az xəbər verir ki, bu barədə TASS İsrail ordusunun nümayəndəsinə istinadən bildirib. "İsrail ordusu yaxın günlərdə İrandan daha çox raket hücumu və daha çox zərbə gözləyir",- nümayəndə qeyd edib.

İran MAQATE ilə məlumat mübadiləsini dayandırdı

İran MAQATE ilə bütün məlumat mübadiləsini dayandırır. Sozcu.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tehranda eyni vaxtda 5 maşın partladıldı - MOSSAD nələr edir?

İsrailin zərbələri başlayandan bəri ümumilikdə İranın 14 nüvə alimi həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Bildirilib ki, nüvə alimləri MOSSAD-ın əməliyyatlarının nəticəsində öldürülüb. Qeyd edək ki, bundan əvvəl İran mediası Tehran küçələrində eyni vaxtda 5 avtomobilin partlaması ilə bağlı məlumat yayıb. İranın yüksək rütbəli məmurunun Tehranda yaxın məsafədən öldürülməsi xəbəri də var.

İsrail kəşfiyyatı dağıdır: Tehran çirkli su içində...

İsrail kəşfiyyatı İranın paytaxtı Tehranda kanalizasiya və su borularını partladıb. Sozcu.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrin İran seqmentində görüntülər yayılıb. Boruların partlaması nəticəsində küçələri su basıb.

İran Netanyahunun evini vurdu

İranın İsrailə raket zərbələri zamanı Baş naziri Benyamin Netanyahunun evi dağılıb. Sozcu.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” məlumat yayıb.

İKİ OD ARASINDA qalmaq vətənimizin alın yazısıdır...

İKİ OD ARASINDA qalmaq vətənimizin alın yazısıdır...  Əsrlərdən bəri belədi. Bu gün... yenə belədi...  İsrail Qarabağ savaşında bizim, Türkiyədən sonra ən əsas dəstəkçimiz oldu. Unudulası iş deyil... boynumuzda minnəti var... Və acı taleyə bax... İsrail, qədim Azərbaycan torpaqları olan, bu gün Batı Azərbaycan deyilən Urmiyada kürdlərin yerləşməsinə, genişlənməsinə, təşkilatlanmasına, silahlanmasına illərdən bəri dərin dəstək verir... İraqda olduğu kimi İranda da kürd silahlı qüvvələri - PJAK (pkk mahiyyətli) İsrailin, yəni ABŞ-ın maddi, mənəvi, nəzəri, silahlı dəstəyi ilə qan-qan deyir. Hazırkı davaları təkcə Tehranla deyil, həm də Təbrizlədir. İsrailin (oxu,ABŞ)  dövlət maraqları Azərbaycan torpaqlarında kürdüstan qurmağı tələb edir. Və İsrail dost filan aldırmadan öz yolu ilə yürüyür. Azərbaycan torpaqlarında quracağı `kürdüstan`a bu ana kimi, bu odlu yağmurun altında belə yol açmaqdadır.  ABŞ-ın və İsrailin üst-üstə düşən maraqları və ya ABŞ-ın Orta Şərqdə təmsilçisi olan İsrailin  maraqları türk yurdlarında oyuncaq kürd dövlətləri qurmaq üçün hədəflənib (səbəbi, bəlli) və bu hədəfə aparan yol artıq yarılanmış kimi görünür. İranın dövlət olaraq ilk çat səsində illərdən bəri təşkilatlanmış kürd silahlı qüvvələrinin torpaqlarımızda meydan suladığını görə bilərik. Avropa birliklərində əllərində yazılı nitqləri hazır, marığda durmuş `hüquq müdafiəçilərinin` alovlu nitqlərini də eşidə bilərik... Bizim sadəcə sayımız, halal haqqımız olan tarixi torpaqlarımız, onların isə hədəfi, silahı,  arxası, hər cinayətə hüquqi don biçə bilən `dərzi`ləri var...  Sayın heç, halallığın puç, tarixin nağıl olduğu dünyada yaşayırıq... Azərbaycan hədəfli strategiyanın hazırda `dost` və ya `düşmən`ə ayırdığı taktikalar bu gün üçün uğurlu, gələcək üçün uğursuzdur. Dövlət işində bu gün dost olan sabah düşməndir. Və ya əksinə...  Dövlət bir çobandır, itlə belə dostluq edə bilər, bir şərtlə, çomağı əlindən yerə qoymasın... Ətrafını uda-uda əjdahaya dönmüş dostun bir gün səni də udması... tarix üçün təzə xəbər deyil.. Yəni nə yazıdısa... dövlətimizin də, bu gün dövlət sərhədlərimizdən kənarda qalmış vətənimizin də taleyi əsrdə azı iki dəfə İKİ OD ARASINDA qalmaqdan keçir. Bu gün də o gündü... İranı parçalamağa çalışan qüvvələrin marağı türk deyil, heç kürd də deyil, azadlıq və demokratiya heç deyil... illərdən bəri para xərclədiyi `kürdüstan` adlı oyuncağı sonda qucağına alıb oynatmaqdır. Səbirsiz tərəfkeşlər bildiklərindən başqa da bilgi olduğunu anlasalar mənzərəni görərlər... Mehriban Vəzir, tədqiqatçı-jurnalist

Xameneinin öldürülməsi ssenarisi... - KİV

İsrail İranın dini lideri Ayətullah Əli Xameneinin fiziki olaraq məhv edilməsi ssenarisini istisna etmir. Sozcu.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” mənbəyə istinadla məlumat yayıb. Mənbə bildirib ki, Tehranın nüvə proqramı ilə bağlı məqsədinə çatmaq üçün Xameneinin öldürülməsi İsrail üçün tabu deyil. Onun sözlərinə görə, iki ölkə arasında müharibə Tehran nüvə proqramından əl çəkənə qədər davam edəcək.

Faktiki hava: Bu rayonlara dolu yağdı

İyunun 15-i saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd olunub ki, düşən yağıntının miqdarı Balakəndə 42, Zaqatalada 41, Tovuzda 6, Daşkəsəndə 5, Ağstafa və Şəkidə (Kişçay) 4, Ceyrançöl və Gəncədə 3, Şəmkir, Göygöl, Qax və Qusarda 1 mm-dək olub. Bəzi yerlərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Zaqatalada 28, Bakıda və Abşeron yarımadasında 23, Naftalanda 22, Oğuz və Tovuzda 20, Şahdağ, və Goranboyda 19, Gəncə və Şəmkirdə 16 m/s-yə çatır. Sumqayıt, Pirallahı, Lerik, Neft daşları və Çilov adasında duman müşahidə olunur. Dumanda görünüş 500-1000 m-dək məhdudlaşıb. İyunun 14-də Tovuz rayonuna saat 20:05-20:08 radələrində diametri 18, iyunun 15-də Tovuz rayonuna saat 03:30-03:34 radələrində diametri 20, Şəmkir rayonuna saat 04:05-04:08 radələrində diametri 20, saat 06:45-06:50 radələrində diametri 15 mm olan, eləcə də Gədəbəy rayonunun Xarxar kəndinə dolu yağıb. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iyunun 17-si gündüzədək davam edəcək.

Tramp İrana xəbərdarlıq etdi: ABŞ-a hücum etsəniz...

İran ABŞ-a hücum edərsə, ordumuzun bütün gücünü indiyə qədər heç vaxt görünməmiş bir miqyasda işə salacağıq. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” səhifəsində yazıb. “Əgər İran bizə hər hansı bir şəkildə hücum edərsə, ABŞ ordusunun bütün gücü indiyədək heç vaxt görünməmiş miqyasda sizin üzərinizə endiriləcək”, - Tramp İrana müraciətində bildirib.

İran şərtini açıqladı: İsrail dayansa...

Tehrana qarşı təcavüz dayanarsa, İran İsrailə zərbələri dayandıracaq. Sozcu.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı deyib. "Biz özümüzü müdafiə edirik, bu, özünümüdafiədir. Təbii ki, dayanarsa, biz də cavab verməyi dayandıracağıq".

İran geri çəkilir: Saziş bağlamağa hazırıq... - Təcili

İran nüvə silahına sahib olmayacağını təmin edən bir razılaşma imzalamağa hazırdır. Sozcu.az xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Arakçı deyib.

Bilgəhdə uşaq dənizdə batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub. Bu barədə Sozcu.az-a FHN-dən bildirilib. Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Əlavə məlumat veriləcək.

İsraildən Şərqi Azərbaycana zərbə: 30 ölü, 55 yaralı

İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan ostanında İsrailin zərbələri nəticəsində ən azı 30 hərbçi və Qızıl Aypara Cəmiyyətinin bir əməkdaşı ölüb. Sozcu.az xəbər verir ki, bu barədə əyalətin qubernatoru məlumat yayıb. O, hücum nəticəsində 55 nəfərin yaralandığını bildirib. Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyundan İranın nüvə və hərbi bazalarına zərbələrə başlayıb.

Ərdoğan İlham Əliyevə zəng etdi: İsrail müzakirəsi...

İyunun 14-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon söhbəti zamanı İran İslam Respublikası və İsrail Dövləti arasında vəziyyətin gərginləşməsi ilə bağlı narahatlıq ifadə olunub. Dövlət başçıları gərginliyin tezliklə aradan qaldırılmasının vacibliyini qeyd edərək, məsələlərin danışıqlar yolu ilə həllinin önəmi vurğulayıblar. Azərbaycan və Türkiyə prezidentləri ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin gündəliyinə dair məsələlər barədə fikir mübadiləsi aparıblar. Telefon danışığı əsnasında dövlət başçıları gələcək təmaslarla bağlı məsələlərə də toxunublar.

Qəzzadan İsrailə raket atıldı

Qəzza zolağından İsrail ərazisinə iki raket atılıb. Sozcu.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. "Qəzza zolağının cənubundan İsrail ərazisinə iki raket atılıb və əhalinin yaşamadığı əraziyə düşüb", - məlumatda bildirilib.

Dünyanın ən böyük qaz yatağı bombalandı: hasilat dayandı

19:48 İsrail ordusu İranın Buşəhr şəhərindəki “Pars” qaz yatağına zərbə endirib. Sozcu.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb. Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələri dünyanın ən böyük təbii qaz yatağı olan “Cənubi Pars” qaz yatağının 14-cü fazasını bombalayıb. *** Cənubi Pars yatağının 14-cü fazasında 12 milyon kubmetr qaz hasilatı dayandırılıb. Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

İsrail yenidən İrana hücuma başladı: Çox sayda qırıcı...

İsrail qırıcıları kütləvi şəkildə İrana doğru hərəkətə keçib. Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb. Məlumata görə, çox sayda İsrail qırıcı təyyarəsi hərbi bazalardan havaya qalxıb və İrana genişmiqyaslı hücum həyata keçirmək üçün yola düşüb.

ABŞ-da siyasi xadimlər güllələndi, Tramp işə qarışdı

ABŞ-ın Minnesota ştatında Nümayəndələr Palatasının keçmiş spikeri Melissa Hortman və həyat yoldaşı güllələnərək öldürülüb. Sozcu.az xəbər verir ki, ştat qubernatoru Tim Valts hadisənin siyasi motivli olduğunu bildirib. Eyni gün senator Con Hoffman və həyat yoldaşı da silahlı hücum nəticəsində yaralanıb. Qubernator bu hücumları qanunvericilərə qarşı zorakılıq kimi dəyərləndirib. ABŞ Prezidenti Donald Tramp atışmanı “qanunvericilərə qarşı məqsədli hücum” adlandırıb və FTB-nin araşdırmaya başladığını açıqlayıb.

Bu gecə İsrailə bu ölkə də qoşulacaq: İranı nə gözləyir?

İsrailin İrana qarşı hərbi əməliyyatı Trampla Putinin “işbirliyi”nə də ağır zərbədir. Bir neçə gün öncə Tramp Putinin İranla danışıqlarda vasitəçiliyindən danışırdı. İsrail “İran məsələsi”ni həll etsə, Trampın Putini “diriltmək” üçün uydurduğu daha bir məqamın ortadan qalxmasına səbəb olacaq. Ümumiyyətlə, “İran məsələsi”nin həllinin Trampla Putinin “bal ayı”nı başa çatdıracağı ilə bağlı fikirlər doğru təsbitdir. Sozcu.az xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli qeyd edib. Onun fikrincə, Rusiyanın Ukraynada məruz qaldığı ağır hərbi-siyasi itkilər, İsrailin İranın hərbi gücünü dağıtması dünya düzənin istiqamətini müəyyən edir: “Çox böyük ehtimalla bu gecə ABŞ strateji bombardımançıları İsrail Hərbi Hava Qüvvələrinə qoşulacaq. Bu isə İran üçün sonun başlanğacı, Rusiya üçün yeni bir geosiyasi məğlubiyyətin gerçəkləşməsi olacaq. Düşündürücü sual isə belədir: İrandan sonra növbə hansı ölkənindir? Qənaətimcə, bu ayın sonu, ən geci yayın sonuna kimi bu sula aydınlıq gətirmək mümkün olacaq”.

Bank kartlarından daha 5 min manat oğurlandı

İyunun 13-də bir sıra şəxslərin bank hesablarından 1400, 756, 750, 700, 490, 399, 392, 300, 200, 200, 135, 76, 73, 64, 50, 38, 30, 15 AZN və 159 ABŞ dolları məbləğlərində vəsaitlər kiberyolla oğurlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "Vətəndaşlar bilməlidir ki, bank kartlarının CVV/CVC kodu, istifadə müddəti və SMS-lə göndərilən OTP (birdəfəlik şifrə) məlumatları mütləq şəkildə məxfi saxlanmalıdır. Bu məlumatların üçüncü şəxslərlə paylaşılması nəticəsində bank hesablarından pul oğurluğu, vətəndaşın adından kredit və digər maliyyə əməliyyatları həyata keçirilə bilər. Tövsiyə olunur ki, naməlum nömrələrdən gələn zəng və mesajlara cavab verilməsin, heç bir halda şəxsi və maliyyə məlumatları paylaşılmasın, şübhəli ünsiyyət zamanı əlaqə dərhal dayandırılsın və nömrə blok edilsin. Bu cür hallarla üzləşən şəxslər dərhal polis orqanlarına və müvafiq bank qurumlarına müraciət etməlidirlər", - məlumatda qeyd edilib.

İsrail Tehranda yaşayış kompleksini vurdu: 60 sakin öldü

İsrailin Tehrandakı “Camaran” yaşayış kompkeksinə zərbələri nəticəsində 60 nəfər dinc sakin ölüb. Sozcu.az xəbər verir ki, bu barədə İranın Dövlət Televiziyası məlumat yayıb. Həlak olanlardan 20 nəfəri azyaşlı uşaqdır. Məlumatda həmçinin, indiyədək dağıntılar altından 10 nəfərin meyitinin çıxarıldığı açıqlanıb.

Sertifkasiyadan kəsilən müəllimləri nə GÖZLƏYİR...

Azərbaycan təhsil sistemində son illər həyata keçirilən əsas islahatlardan biri olan müəllimlərin sertifikasiya prosesi pedaqoji heyətin bilik və bacarıqlarının qiymətləndirilməsi, keyfiyyətli kadr seçiminin təşkili və müəllim peşəsinin prestijinin artırılması məqsədi daşıyır. Lakin bu mexanizmin tətbiqi fonunda qeyri-məqbul nəticə göstərən müəllimlərin aqibəti, onlara yönələn dəstək proqramları, regional fərqliliklər və qiymətləndirmənin obyektivliyi ciddi müzakirə predmetinə çevrilib.  Mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert Kamran Əsədov Modern.az-a açıqlamasında bildirib ki, sertifikasiyanın məqsədi yalnız süzgəcdən keçirmək deyil, həm də inkişaf potensialı yaratmaq olmalıdır. Onun sözlərinə görə, əks halda bu prosesin sosial və psixoloji nəticələri təhsil sistemində neqativ təsirlər doğura bilər. “Hazırkı hüquqi baza - yəni Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli, 519 nömrəli qərarı ilə təsdiqlənmiş “Ümumtəhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması Qaydaları” — aydın şəkildə göstərir ki, müəllimlər 60 ballıq test mərhələsində ən azı 30 bal toplamalıdırlar. Qanunun 4.2-ci bəndinə əsasən, 30 baldan aşağı nəticə göstərən müəllimlərin əmək müqaviləsi bir illik müddətə uzadılır və bu müddət ərzində onlar təlimlərə cəlb olunurlar. Əgər bir il sonra keçirilən növbəti sertifikasiya mərhələsində də müəllim yenidən qeyri-məqbul nəticə göstərərsə, əmək müqaviləsinə xitam verilir. Bu müddəa, formal olaraq, şəffaf və obyektiv qiymətləndirmə məqsədi güdür, lakin onun icrası müəllimlərin sosial müdafiəsi və psixoloji hazırlığı kontekstində mübahisəli məqamlar doğurur”. Statistik məlumatlara əsasən, 2023-cü ildə sertifikasiyada iştirak edən müəllimlərin təxminən 34%-i 30 bal həddini keçə bilməyib. Bu rəqəm, ilk baxışdan uğursuzluq kimi görünə bilər, lakin burada nəzərə alınmalı bir neçə amil var.  “Əvvəla, həmin müəllimlərin bir çoxu yaşlı nəsil təmsilçiləridir və texnologiya əsaslı test modellərinə adaptasiya qabiliyyəti zəifdir. İkincisi, bu müəllimlərin çalışdıqları məktəblər — xüsusilə dağ kəndləri və infrastruktur zəif olan rayonlar — pedaqoji və metodik resurslarla lazımi səviyyədə təmin olunmayıb. Təhsil Nazirliyi bu kimi regionlarda fəaliyyət göstərən müəllimlərin hazırlıq səviyyəsinin yüksəldilməsi üçün 2022-ci ildən başlayaraq təlim proqramları elan etsə də, həmin proqramların əhatəliliyi və keyfiyyəti hələ də ciddi suallar doğurur. Məsələn, 2023-cü ildə keçirilmiş təlimlərdə iştirak etmiş müəllimlərin yalnız 48%-i təlimlərin praktiki bacarıqlarına real təsir etdiyini qeyd edib”. K.Əsədov qeyd edib ki, rayonlarda — xüsusilə Lerik, Yardımlı, Qax, Balakən kimi bölgələrdə — sertifikasiya nəticələri Bakı və Sumqayıtla müqayisədə xeyli aşağı olub. Bu isə müəllimin keyfiyyəti ilə yanaşı, regionlar üzrə təhsil imkanlarında struktur bərabərsizliyin mövcudluğunu göstərir: “Təəssüf ki, hazırda bu rayonlar üzrə diferensial dəstək proqramları tam şəkildə işlək deyil. Həmin bölgələrdə müəllimlər üçün təlim mərkəzlərinin yaradılması, distant təlimlərin daha effektiv texniki bazada keçirilməsi və metodistlərin yerlərdə işə cəlb edilməsi hələ də pilot səviyyəsindədir”. Təhsil eksperti bildirib ki, dünya praktikasında sertifikasiya modeli daha çevik və inklüziv şəkildə tətbiq olunur.  “Finlandiyada müəllimlərin sertifikasiyası test əsaslı deyil, fəaliyyətə əsaslanan model üzərində qurulub. Burada portfoliolar, sinif müşahidələri, pedaqoji layihələr və şagirdlərə fərdi yanaşma kimi amillər müəllimin qiymətləndirilməsində əsas rol oynayır. Estoniyada isə sertifikasiya prosesi formativ və summativ qiymətləndirmənin kombinasiyasına əsaslanır. Ən mühüm fərq ondan ibarətdir ki, bu ölkələrdə sertifikasiya müəllimi sıralardan çıxarmaq üçün yox, inkişaf yolu göstərmək üçün istifadə olunur. Azərbaycanda isə qeyri-məqbul nəticə göstərən müəllimlərə dəstək imkanları məhdud olduğundan bu proses daha çox təzyiq alətinə çevrilir”. O həmçinin qeyd edib ki, müsbət tərəf ondan ibarətdir ki, sertifikasiya prosesi pedaqoji heyətin keyfiyyətinə sistemli yanaşmanı təmin edir, həm təlimat, həm texniki baza, həm də diaqnostik qiymətləndirmə səviyyəsində rasionallıq yaradır: “Müəllimlərin maaş artımı ilə əlaqələndirilməsi də bu prosesi motivasiya vasitəsinə çevirir. 2023-cü ilin nəticələrinə görə, 60 baldan yuxarı nəticə göstərən müəllimlər əməkhaqqısında 35%-ə qədər artım əldə ediblər. Bu artım isə müsbət dinamika yaratmaqla yanaşı, aşağı nəticə göstərən müəllimlər üçün də təşviqedici mexanizmdir”. “Lakin mənfi cəhətləri nəzərə aldıqda, sistemin təkmilləşdirilməsinə ehtiyac açıq şəkildə görünür. Qiymətləndirmənin yalnız test formatına əsaslanması müəllimin dərs idarəetməsi, psixopedoqoji yanaşması, şagirdlə emosional əlaqəsi kimi vacib komponentləri diqqətdən kənarda qoyur. Bu səbəbdən, qiymətləndirmə modelinə dərs müşahidəsi, mikro dərs nümunələri, portfoliolar və müəllimin şagird inkişafına təsirini əks etdirən indikatorlar əlavə edilməlidir. Eyni zamanda, nəticəsi zəif olan müəllimlər üçün fərdi inkişaf planı hazırlanmalı, bu plan üzrə monitorinq və mentorluq sistemləri tətbiq edilməlidir”. Ekspert vurğulayıb ki, sertifikasiya imtahanı vasitədir, məqsəd deyil: “Əgər bu vasitə müəllimi sistemdən çıxarmağa yox, sistemdə saxlamağa və inkişaf etdirməyə xidmət edərsə, o zaman təhsildə keyfiyyət artımı davamlı və inklüziv olacaq. Bu isə yalnız qiymətləndirmə deyil, eyni zamanda dəstək, psixoloji hazırlıq, sosial ədalət və infrastruktur məsələlərinin paralel həllini tələb edir. Təhsil siyasəti bu məsələlərə kompleks yanaşmadıqca, sertifikasiya keyfiyyət mexanizmi olmadan sadəcə filtr alətinə çevriləcək”.

İranın Baş Qərargah rəisinin iki müavini öldürüldü

İsrailin endirdiyi zərbələr nəticəsində İranın Baş Qərargah rəisinin iki müavini öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargahının Rabitə və İnformasiya Mərkəzi məlumat yayıb. Bildirilib ki, əməliyyatlar üzrə rəis müavini general Mehdi Rəbbani, İran Baş Qərargahının kəşfiyyat rəhbəri general Qulam Rza Mehrabi İsrailin endirdiyi zərbələr nəticəsində öldürülüb. Qeyd edək ki, Baş Qərargah rəisi və SEPAH komandanı ötən gün öldürülmüşdü.

İran İsrailə buraxılacaq raketlərin sayını açıqladı

Növbəti aviazərbələr zamanı İsrail ərazisinə 2000-ə yaxın raket buraxılacaq. Sozcu.az xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" İran ordusundakı mənbələrə istinadla məlumat yayıb. Qeyd edək ki, 13 iyun axşam saatlarında İran İsrailə cavab əməliyyatında 1000 raketdən istifadə etdiyini açıqlamışdı.