Bakıxanovda partlayış oldu - 2 nəfər xəsarət aldı

Bakıda evdə partlayış olub.

Sozcu.az FHN-ə istinadla xəbər verir ki, Bakıxanov qəsəbəsi ərazisində fərdi yaşayış evində partlayışla əlaqədar Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub.

TƏBİB-in məlumatına görə, həmin çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə Yanıq Mərkəzinə, digər şəxs (kişi) isə travma və yanıq diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Share on Facebook