Hökməli-Qobu yolunda qəza: ölənlər var

Hökməli-Qobu yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sozcu.az xəbər verir ki, hadisə zamanı yük avtomobili minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü Zaur Əliyev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Yük maşını ilə toqquşan "Toyota Prius" markalı nəqliyyat vasitəsində olan qadın isə təcili tibbi yardım avtomobili ilə xəstəxanəyə aparılarkən yolda həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Share on Facebook