Fransalı politoloq: “Beynəlxalq təşkilatlar minaları basdıranları qınamalıdır”

“Dinc insanları öldürən və şikəst edən minaları basdıranlar beynəlxalq təşkilatlar tərəfindən qınanmalıdır”. Bunu Beynəlxalq Diplomatiya və Dialoq Şurasının direktoru, fransalı politoloq Erik Qozlan deyib. Onun sözlərinə görə, minalar mövcud olan ən “çirkli” silahdır. “Təəssüf ki, getdikcə daha tez-tez münaqişələrdə qurbanları dinc sakinlər olan mina basdırılması kimi hallara şahidlik edirik. Mina probleminin həlli, minaların təmizlənməsi üçün beynəlxalq həmrəylik lazımdır”, - o bildirib. E.Qozlanın fikrincə, ölkələr münaqişənin mahiyyətini unutmalıdırlar, çünki bir müddət sonra münaqişələrin və müharibələrin əsas qurbanları günahsız insanlar, müharibələrin baş verməsinə görə məsuliyyət daşımayan uşaqlardır. “Düşünürəm ki, mina xəritələrinin mübadiləsi üzrə danışıqlar atəşkəsdən və münaqişə başa çatdıqdan sonra ölkələrin etməli olduğu ilk işdir”, - politoloq fikrini yekunlaşdırıb. Xatırladaq ki, 4 aprel Beynəlxalq Mina Maarifləndirilməsi və Minalardan Təmizləmədə Yardım Günüdür. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, İkinci Qarabağ müharibəsinin başa çatdığı 2020-ci ildən bu yana 288 azərbaycanlı minaya düşüb, onlardan 50-si həlak olub.

Fazil Mustafaya hücum edən şəxs görün kim imiş - Yeni detal

Millət vəkili Fazil Mustafaya qarşı terror işində yeni detallar ortaya çıxıb. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılanlar arasında İranda gizlənərək deputat Fazil Mustafaya onu terrorla öldürəcəkləri barədə təhdid ünvanlamış Hüseyn Ramiz oğlu Hüseynovun qardaşı Həsən Ramiz oğlu Hüseynov da var. Belə ki, Həsən Hüseynov Tural Məmmədova İran xüsusi xidmət orqanlarının tapşırıqlarının icrası müqabilində pul vəsaitlərinin göndərilməsini təşkil edib (Tural Məmmədov xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycanda güdmə, tapşırılan ünvanların gizlin videoçəkilişlərini apardığına görə, hava məkanında obyektlərin hərəkət trayektoriyası müşahidə edən İrandan göndərilmiş xüsusi qurğu ilə həbs edilib). Məlum olub ki, Həsən Hüseynov terrorçuluğa cəhd və dövlətə xəyanət əməllərinə görə İranda gizlənən İsgəndər Hüseynovun qardaşı oğludur.

Aztəminatlı şəxslərin pullarını mənimsədilər: 823 min manat…

Sosial təminat və məşğulluq məsələləri adı ilə aztəminatlı şəxslərin pul vəsaitlərini ələ keçirməkdə təqsirləndirilən şəxslər barəsində ibtidai istintaq tamamlanıb. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaqla Bəşir Xəlilovun Ülviyyə Əsədova, Seyidağa İsayev və Şöhrət Nağıyevlə qabaqcadan əlbir olaraq Bakı şəhəri və regionlarda yaşayan aztəminatlı şəxslərə müxtəlif dövlət qurumlarında yüksək vəzifədə işləyən tanışları vasitəsilə əmək pensiyalarını təyin, əlilliyə görə dayandırılmış müavinətləri isə bərpa etmə və digər imkanları barədə yalan vədlər verərək onlara məxsus pul vəsaitlərini ələ keçirmələri, eləcə də bu əməlləri ilə vətəndaşları rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib. İbtidai istintaq zamanı toplanmış sübutlar əsasında vətəndaşlara Bəşir Xəlilov tərəfindən 379 min manatdan, Ülviyyə Əsədova tərəfindən 328 min manatdan, Seyidağa İsayev tərəfindən 64 min manatdan və Şöhrət Nağıyev tərəfindən 52 min manatdan artıq maddi ziyan vurulması təsdiq olunub. Qeyd edilən şəxslərə müvafiq olaraq Cinayət Məcəlləsinin 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə), 32.4, 312.2, (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə vətəndaşı rüşvət verməyə təhrik etmə), 178.2.1, 178.2.2, 178.3.2 (qabaqcadan əlbir olan şəxs tərəfindən təkrarən külli miqdarda ziyan vurmaqla dələduzluq) və digər maddələri ilə ittiham elan edilib. Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Türkiyənin bu vilayətləri də zəlzələ bölgəsi elan edildi

Türkiyənin daha 6 vilayəti zəlzələ bölgəsi elan edilib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd edilib ki, Bingöl, Kayseri, Mardin, Tunceli, Niğdə və Batmanda baş verən zəlzələlərdə zərər çəkmiş binaların yerləşdiyi yaşayış məntəqələri ümumi həyata təsir edən fəlakət bölgələri olaraq qəbul edilib.

İran Azərbaycanı Ermənistana görə HƏDƏLƏDİ

İran yenə Azərbaycanı hədələyib. Sozcu.az xəbər verir ki, bu barədə beynəlxalq məsələlər üzrə iranlı ekspert Mehdi Xorsand erməni mediasına müsahibəsində deyib. “Azərbaycan Ermənistanın Zəngəzur bölgəsində hər hansı addım atmağa cəhd etsə, bu, şübhəsiz ki, İrana zərər verəcək və Tehran susmayacaq. Cənubi Qafqaz regionunda proseslərin inkişafı təkcə Ermənistan və Azərbaycan arasında deyil, daha geniş formatda müzakirə edilməlidir. Çünki bu məsələdə regional – Türkiyə, Rusiya, İran və regiondankənar – Fransanın rəhbərlik etdiyi Avropa Birliyi, İsrail və bir qədər də ABŞ iştirak edir. Onların hər biri öz rolunu oynayır”, – Xorsand deyib.konkret

"Kəmaləddin Qafarovla bağlı məlumatları yaxın vaxtlarda açıqlamalı olacağam"

“Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kəmaləddin Qafarovun Azərbaycanda Türkiyəyə nisbətən dərmanların ucuz olduğunu deməsi düzgün yanaşma deyil. Türkiyənin dərmanlarından istifadə edirəm. Azərbaycanda dərman yoxdur. Hamısının tərkibində müxtəlif qatqılar var. Azərbaycanda başqa sahələr kimi səhiyyə sistemi də batıb, yoxdur. Buna səbəb müəyyən insanların monopilayasıdır…” Sozcu.az xəbər verir ki, bu sözləri Pravda.az-a müsahibəsində Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Azərbaycanda dərmanların baha olması barədə artan şikayətlərə münasibət bildirərkən deyib. “Məndə Kəmaləddin Qafarov barədə ciddi məlumatlar var. Yaxın vaxtlarda, görünür, açıqlama verməli olacağam. Bizdə onların hamısının maxinasiya, ya nə ilə məşğul olduqları barədə çox ilginc məlumatlar var. Hər şeyi öz cibləri ilə ölçürlər, başqa işlərlə məşğuldurlar. Hamısını açıb ortaya qoyacağıq…”, – partiya sədri bildirib. Deyilənlərlə bağlı deputat Kəmaləddin Qafarovun da mövqeyini dərc etməyə hazırıq.

"Ölkədə bu qurumu idarə edəcək bir nəfər də kadr yoxdur" - İLGİNC AÇIQLAMA

Kənd təsərrüfatı naziri İnam Kərimovun Ali Məhkəmənin sədrliyinə namizədliyinin irəli sürülməsi, ölkə gündəminin ən çox müzakirə edilən mövzusuna çevrilib. İnam Kərimovun ixtisasca hüquqşünas olduğunu nəzərə alsaq, bu vəzifəsinin öhdəsindən uğurla gələcəyinə dair ehtimallar çox böyükdür. Bəs görəsən Kərimov Ali Məhkəmənin sədri kimi təsdiqlənsə, o zaman onu nazir kürsüsündə kim əvəzləyə bilər?. Ümumiyyətlə, hazırda ölkədə Kənd təsərrüfatı sahəsini mükəmməl bilən kadrların kimliyi maraq doğurur. Belə bir kadr varmı? Mövzunu KONKRET.az-a şərh edən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, bu gün nə Milli Məclisdə, nə Nazirlər Kabinetində, nə də Kənd Təsərrüfatı Nazirliyinin özündə olduqca mürəkkəb sahə sayılan bu qurumu idarə edəcək bir nəfər də kadr yoxdur. Bunu böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm: “Sahə olduqca mürəkkəbdir, lakin indiyədək bu sahədə kadr hazırlığı istiqamətində addımlar atılmayıb. Nazir bu sahənin mütəxəssisi (texnoloq, aqronom) olmalı idi. Nazirliyə şöbə müdiri və yaxud oradakı institutlara rəhbər təyin edəndə peşəkarlıq nəzərə alınmalıydı. Gələcəkdə kimin nazir olacağı da məhz həmin vaxtdan nəzərdə tutulmalı idi. Amma bu işlə məşğul olmayıblar. Təəssüflər olsun ki, Prezident Aparatında əvvəllər fəaliyyət göstərən Kənd Təsərrüfatı şöbəsi də ləğv olunub. Yəni hazırda  problemləri bilən və bundan çıxış yolu tapmağı bacaran adam tanımıram. Elə bir kadr təəssüflər olsun ki, yoxdur”. Ekspert əlavə edib ki, seleksiya işi, kadr hazırlığı, qlobal istiləşmənin təsiri və sair məsələlərlə bağlı dərin bilgilərin olması vacibdir: “Bu işlərdə bacarığı olan şəxs nazir kürsüsündə əyləşməlidir ki, həm sahənin inkişafı, həm də kadr hazırlığı ilə məşğul ola bilsin. Kadr hazırlığı bu gün çox aşağı səviyyədədir. Hazırda Aqrar Universitetdə yaxşı aqronomlar, baytar həkimlər və zootexniklər hazırlanmır. Halbuki bu üç ixtisas kənd təsərrüfatının gələcəyini müəyyən etməyə qadirdir. Onlar yüksək səviyyədə yetişdirilməlidir ki, sonradan tələb edə bilsinlər. Amma bizdə universiteti bitirənlər kənd təsərrüfatı sektoruna cəlb olunmur. Bunun üçün digər ölkələrin təcrübələrindən yararlanmaq lazımdır. Məsələn, ev, güzəştli kredit, yüksək əməkhaqqı və digər stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir ki, kadr məsələsi öz həllini tapsın. Amma Azərbaycanda son illə kənd təsərrüfatı sahəsi qeyri-peşəkarların əlinə keçdiyindən, bu istiqamətdə heç bir iş görülməyib. Ona görə də sözügedən sahə getdikcə geriləyir. Təəssüflər olsun ki, kənd təsərrüfatı naziri ola biləcək bir nəfərin də adını çəkmək mümkün deyil. Ona görə ki, bu potensialda olan bir kadr yoxdur”.

"Putin yeriyən ölüdür..."

"Müharibənin sona çatmasına aparan yol Putinin qətlə yetirilməsi və ya Kreml rəhbəri postundan devrilməsidir..." "Rusiyalıların faciəli surətdə həyatlarını itirməsindən ikrar hissi keçirən generallar var..." Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq rəhbəri Ukraynada müharibənin nə ilə bitəcəyini müfəssəl təsvir edib Ukraynada müharibəyə son qoymaq üçün Vladimir Putin qətlə yetirilə bilər. Sozcu.az xəbər verir ki, bu barədə Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq rəhbəri Ceyms Olson Britaniyanın "The Sun" nəşrinə müsahibəsində bəyan edib. Olson qeyd edib ki, əgər Putin hakimiyyətdə qalacaqsa, o, heç vaxt müharibədən imtina etməyəcək və ona görə də müharibənin sona çatmasına aparan yol onun qətlə yetirilməsi və ya Kreml rəhbəri postundan devrilməsidir. "Onu ya tanış oliqarxlar, ya hərbçilər, ya da, sadəcə, ona qarşı olanlar qətlə yetirəcək. Mən hesab edirəm ki, Putin hazırda uduşsuz vəziyyətdədir. Əgər o, hakimiyyətdə qalarsa, müharibə uzun çəkəcək, çünki o, təslim olmayacaq. Amma düşünmürəm ki, Putin hakimiyyətdə qalacaq. Böyük ehtimalla, o, sadəcə, qətlə yetiriləcək. Mən qətlləri istisna etməzdim. Mənim fikrimcə, böyük ehtimalla, bəzi vətənpərvər ovqatlı rusiyalılar zamanında Putini aradan götürməyə qərar verəcək. Və bu, müharibənin sonu demək olacaq", - 30 ildən artıq Mərkəzi Kəşfiyyat İdarəsində xidmət edən Olson deyib. O, xatırladıb ki, Rusiya Ukraynaya qarşı müharibədə çox böyük itkilərə məruz qalır. Ukrayna hakimiyyətinin məlumatına görə, bu itkilər artıq 170 mini keçib. "Mən bilirəm ki, rusiyalıların faciəli surətdə həyatlarını itirməsindən ikrah hissi keçirən generallar var. Məhz onlar, mümkündür ki, Putinə qarşı üsyanın təşəbbüskarları olacaq. Və əgər onlar bunu etsələr, mən Putini "yeriyən ölü" kimi görürəm və o, buna tab gətirə bilməyəcək. Düşünürəm ki, Putinin aradan götürülməsi onun hərbi məğlubiyyətindən daha çox ehtimal ediləndir", - ABŞ əkskəşfiyyatının sabiq rəhbəri deyib. "The Sun" nəşri qeyd edir ki, Putin özünün və Rusiyanın ali rütbəli hərbçilərinin bel bağladıqları uğurlara nail olmayıb. Nəticədə Rusiya uzunmüddətli qəddar müharibəyə" cəlb edilib və "Rusiya ordusunun alçaldıcı məğlubiyyətləri hələ yenicə toplanmaqdadır". "Hər şeydən göründüyü kimi, tiranın gələcəyi Ukraynada uğuru və ya uğursuzluğu ilə bağlıdır.  Onun sözlərinə görə, ağılsız Vladimir hərbçilərin gücünü və onların komandanlığının səmərəliliyini həddən artıq qiymətləndirməklə "yanlışlığa yol verib", - nəşr yazıb.

Şuşanın Azərbaycan Ordusunun nəzarətinə keçən iki kəndi - FOTO

Azərbaycan Ordusu Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Şuşanın iki kəndinə nəzarəti bərpa edib. Bu barədə Oxu.Az videogörüntülər əldə edib. Həmin yerlər Şuşa rayonunun Allahqulular və Zamanpəyəsi kəndləridir və ermənilər həmin kəndləri dağıntılara məruz qoyublar. Qeyd edək ki, martın 25-də Müdafiə Nazirliyi məlumat yayıb ki, Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib. Nazirliyin martın 30-da yaydığı məlumatda da yeni yüksəkliklərin nəzarətə götürüldüyü bildirilib.  Belə ki, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.

ABŞ Azərbaycanın “yaşıllaşdırılmasına” töhfə vermək istəyir

Azərbaycanda səfərdə olan ABŞ-nin ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi və ABŞ  Xarici Ticarət Xidmətlərinin baş direktoru Arun Venkataraman ABŞ-Azərbaycan Yaşıl Enerji Forumunda iştirak edib. Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin yaydığı məlumatda bildirilib. Bildirək ki, Forumda Azərbaycanın yaşıl enerji ekosisteminin inkişafında marağı olan 9 ABŞ şirkəti də qatılıb. Venkataramanın sözlərinə görə, ABŞ sektoru Azərbaycana yaşıl enerji sahəsində müəyyən etdiyi hədəfləri əldə etməsi üçün dəstək verməyə hazırdır. “Prezident Co Bayden iqlim dəyişikliyinin qarşısının alınması məqsədi ilə 2050-ci il üçün Birləşmiş Ştatlarda ətraf mühitə tullantıların səviyyəsini sıfıra çatdırmaq öhdəliyini öz üzərinə götürüb. Cari administrasiya iqlim dəyişikliyi probleminin ünvanlanması üçün bütün hökumət qurumları arasında əlaqələndirilmiş yanaşmanı tətbiq edir”, - deyə o bildirib. Forumda ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Qevara da çıxış edib. O bildirib: “Bu forum bizim enerji sahəsində əməkdaşlığımızın gücləndirilməsi və yaşıl enerji sahəsində çalışan ABŞ və Azərbaycan şirkətlərinin arasında əlaqələrin yaradılmasının sayəsində ABŞ-Azərbaycan ikitərəfli iqtisadi münasibətlərinin artmasına vacib imkan yaradır”. Qevera qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində vacib rol oynayır. “Enerji sahəsi həmişə bizim iqtisadi əməkdaşlığımızın vacib hissəsi olub və ABŞ Azərbaycanın enerji sahəsində etibarlı təchizatçı rolunu dəstəkləyir. Bu forum Azərbaycanın yaşıl enerji potensialının tam mənimsənilməsi üçün texniki və tənzimləyici innovasiyaların həyata keçirilməsinə yardım edəcək”, - deyə o əlavə edib. Ticarət Departamentinin Avrasiya məsələləri üzrə baş müşaviri Hizer Bürns isə deyib: “Forumun təşkilində məqsəd Azərbaycanın investorlarına ABŞ-nin texniki təchizatçılarının dəstəyi sayəsində ölkənin yaşıl enerji imkanlarını inkişaf etdirməkdir. Dünyada neft və qaz hasil edən ölkələr karbon qazı tullantılarının azaldılması üçün yaşıl enerji layihələrini həyata keçirir. Bizim yalnız bir planetimiz var və biz birgə işləyərək qlobal istiləşməni nəzarət altında saxlamalıyıq”.

Bakıda 5 milyon manatı mənimsəyən şəxsdən şikayət var - YENİLƏNİB

Bakıda 5 milyon manatdan çox pulu mənimsəmədə təqsirləndirilən Orxan Ağayevin barəsindəki hökmdən zərərçəkmiş tərəf kassasiya şikayəti verib Bu barədə Pravda.az-a vəkil Vahid Hacızadə bildirib. O qeyd edib ki, iş üzrə iki zərərçəkmiş Ali Məhkəməyə müraciət edib. Vəkilin sözlərinə görə, O.Ağayevin məhkəmə işində zərərçəkənlərin sayı 20 deyil, 4-dür. Şikayət hakim İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq aprelin 6-na təyin edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxsin cəzasını 13 ilə endirib. 13:54 Bakıda 5 milyon manatdan çox pulu mənimsəmədə təqsirləndirilən Orxan Ağayevin barəsindəki hökmdən kassasiya şikayəti verilib. Ali Məhkəməyə müraciət edən məhkum barəsində verilən cəzanın yüngülləşdirilməsini istəyib. Şikayət hakim İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası aprelin 6-na təyin edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, O.Ağayev 20-dən çox şəxsə iş qurmaq adı ilə yüksək qazanc vəd edib. Belə ki, o, özünü zərərçəkmişlərə turizm sektorunda yaxşı əlaqələri olan, bu sahədə geniş təcrübə və imkanlara malik olan şəxs kimi tanıdıb. İttihama əsasən, O.Ağayev vətəndaşların 5 156 419 manat pulunu mənimsəyib. Onun ziyan vurduğu şəxslər arasında sahibkarlar və dövlət qurumlarının vəzifəli şəxsləri də var. O, vətəndaşların şikayətləri əsasında Daxili İşlər Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. O.Ağayevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaq) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq zamanı məlum olub ki, O.Ağayev İqtisad Universitetində təhsil alıb, Sinqapurda maliyyə üzrə magistr təhsilini davam etdirib. Azərbaycana qayıtdıqdan sonra bir neçə bankda işləyib. 2017-ci ildə vəzifə saxtakarlığı və dələduzluq ittihamı ilə məsuliyyətə cəlb edilib. /Pravda.az/

“İran Azərbaycana hücum etməyə qərar versə, deməli, ən ağılsız, ən axmaq dövlətdir...”

“Daxilində sabitlik olmayan dövlət heç vaxt müharibədə qalib gələ bilməz...” “Son günlər yenə də bəzi “SEPAH” generalları bizə qarşı hədə dolu çıxışlar etməyə başlayıb... Əgər  İran Azərbaycana hücum etməyə qərar versə, deməli, ən ağılsız, ən axmaq dövlətdir. Bu halda o, bir dövlət kimi məhv olub getməlidir. Çünki öncə bunu nəzərə almaq lazımdır ki, bu dövlətin tutduğu ərazidəki əhalinin bəlkə də yarıdan çoxu Azərbaycan türkləridir”.  Bunu Moderator.az-a açıqlamasında keçmiş müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev söyləyib. “İkincisi, Azərbaycan ordusu sayca İran ordusundan az olsa da, artıq 90-cı illərin ordusu deyil.  Dövlətimiz ordumuzu son 20-25 ildə dünyanın ən müasir və güclü texnologiyalarına, silah və texnikalarına yiyələndirdi və sonda da  44 günlük savaşda özünü göstərdi. İran ordusu isə təsəvvür və təbliğ edilən qədər güclü deyil və elə 40-50-ci illərin texnologiyası və taktikası ilə hərəkət edən Rusiya ordusundan çox da fərqlənmir. Və əgər İran elə bilirsə ki, Azərbaycan əvvəlki Azərbaycandır, çox ciddi şəkildə yanılır...  Üçüncüsü, bizim arxamızda qardaş Türkiyə kimi NATO-nun ən güclü ordularından birinə malik olan dövlət, Pakistan kimi müsəlman ölkəsi var. Bizimlə müttəfiq olan İsrail kimi bir əjdaha İrandan çox da uzaqda deyil. İranın arxasında kimdir? Dünyanın guya ikinci ən güclü dövləti sayılan, amma əslində dağılıb-tökülən nəhəng arabaya bənzər Rusiya imperiyası?.. Dördüncüsü, bəlkə də ən əsası isə hazırda İran yarım ilə yaxındır ki, öz daxilində stabilliyi bərpa edə bilmir. Daxilində sabitlik olmayan dövlət heç vaxt müharibədə qalib gələ bilməz. Odur ki, İran müharibəyə başlasa, tez bir zamanda elə öz daxilindən dağılacaq”, –  general əlavə edib.  “Bütün bunlarla belə, əlbəttə, Azərbaycan da bütün qonşularla sülh şəraitində yaşamaq istəyir və dövlətimiz  çalışır ki, İranla da bütün ziddiyyətləri diplomatik yollarla həll etsin. Amma o da var ki, bizə qonşu olan bu iki böyük dövlətin – istər İranın, istərsə də Rusiyanın heç bir sözünə, vədinə, imzasına inanmaq olmaz”- deyə keçmiş nazir sonda qeyd edib.

Oruc tutanlar immunitetin aşağı düşməməsinə diqqət yetirməlidirlər

Ramazan ayında imsak xüsusilə əhəmiyyətlidir və bu zaman vitaminli qidalardan istifadə edilməsi immunitetin zəifləməməsi üçün çox vacibdir. Mütəxəssislər bildirirlər ki, kortəbii qidalanmaq mədə üçün təhlükəlidir. Səhər oyananda iki stəkan su içmək olduqca vacibdir. Həmçinin orucu açarkən xurmadan da istifadə olunmalıdır. Sozcu.az AZƏRTAC-a istinadən xəbər verir ki, həkim-terapevt Yeganə Cəfərova bununla əlaqədar deyib: "Ramazan ayında oruc tutanlar yuxu rejiminə, qida rasionuna, maye qəbuluna çox diqqətli yanaşmalıdırlar ki, gün ərzində xroniki yorğunluqla üzləşməsinlər. Oruc tutanların çoxunda baş ağrıları, başgicəllənmə, ümumi yorğunluq, halsızlıq, diqqət pozulmaları və s. əlamətlər müşahidə olunur. İmsak vaxtı bir qədər yüngül qidalar qəbul olunmalıdır, iftarda isə kalorili, vitamin və minerallarla zəngin olan qidalardan istifadə etmək lazımdır ki, gün ərzində ac qaldığı müddətdə fiziki və zehni yorğunluq yaranmasına səbəb olmasın". Ramazan ayında gecə yemək yeyib imsaka oyanmayanlar bilməlidirlər ki, bu immun sisteminə mənfi təsir göstərir.

DİQQƏT! Oruc tutanlar daha gec yaşlanır

On bir ayın sultanı olan Ramazan ayında oruc tutmağın insan sağlamlığı üçün də bir çox faydaları var.  Sozcu.az lent.az-a istinadən xəbər verir ki, daxili xəstəliklər üzrə mütəxəssis həkim Ahmet Aydın bildirib ki, oruc tutmaq qanda şəkər səviyyəsini aşağı salır. Onun sözlərinə görə, oruc tutmaq həmçminin alzermir və parkinson kimi nevroloji xəstəliklərin yaranması riskini azaldır: "Araşdırmalar nəticəsində məlum olub ki, oruc tutmaq idrak funksiyalarını və beyin strukturlarını yaxşılaşdırır. Beləliklə oruc tutan insanlar daha gec yaşlanır. Həmçinin xaricində həzm sistemimiz zərərli bakteriyalardan təmizlənir. Bir neçə gün oruc tutduqdan sonra mədə normal ölçüsü qədər kiçilir və zaman keçdikcə aclıq hissi azalır".

Messi maaşının azaldılmasına razı deyil

PSJ-nin futbolçusu Lionel Messi klubu ilə müqaviləni yeniləmək üçün maaşını azaltmaq fikrində deyil. Sozcu.az-ın "Goal"a istinadən xəbər verir ki, argentinalı hücumçu bununla bağlı öz mövqeyini komanda rəhbərliyinə izah edib. Bildirilib ki, 35 yaşlı oyunçunun hazırkı maaşını saxlamaq və ya artırmaq üçün  Paris təmsilçisi maaş fondunu demək olar ki, 30 faiz azaltmalıdır. Qeyd edək ki, Messi bu mövsüm PSJ-də 32 oyunda 18 qol vurub və 17 qolun ötürməsini verib. Onun klubla müqaviləsi bu ilin iyununda başa çatır.

Fitch: Rusiya sülhməramlıları 2025-ci ilin sonuna kimi Qarabağı tərk etməyəcək

“Rusiya sülhməramlıları 2025-ci ilin sonuna kimi Qarabağı tərk etməyəcək”. Bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanla bağlı qiymətləndirməsində qeyd edilib. Reytinq agentliyi bildirib ki, son bir ildə Ermənistanla Azərbaycan arasında gərginlik artıb: “Laçın dəhlizinin bağlanması çəkişmələri daha da gücləndirib: "Ötən ilin sentyabr ayında daha şiddətli döyüşlərdən sonra münaqişə Qarabağ və onun ətrafındakı ərazilərdə genişlənib. Bu dövrdə Azərbaycanın Rusiya ilə münasibətləri daha gərgin görünür və Avropa İttifaqı isə Ermənistanda məhdud monitorinq rolunu qəbul edib”. “Fitch Ratings”in proqnozuna görə, Rusiya ən azı 2025-ci ilin sonuna kimi, yəni öhdəlik götürdüyü müddətin sonuna qədər Qarabağda öz sülhməramlı qüvvələrini saxlayacaq. Tərəflər arasında sülh razılaşması əldə olunacaq. Bu isə ticarət və iqtisadi əlaqələrin yaxşılaşdırılmasına dair razılaşmaya gətirib çıxaracaq. Bununla belə, arabir kiçik toqquşma riskləri qalacaq.

Azərbaycanda siqaret BAHALAŞDI

Bu gündən Azərbaycanda siqaretlərin qiyməti bahalaşıb.  Bahalaşma 10-20 qəpik səviyyəsində olub.  Belə ki, 4 manata qədər olan siqaretlərin qiymətində 0.10, daha baha olanlarda isə 0.20 manat bahalaşma olub.  Qeyd edək ki, səhər saatlarında siqaretlər artıq yeni qiymətlərlə satışa çıxarılıb. 

"Kızılcık şerbeti" üçün məhkəməyə müraciət etdilər

Xəbər verdiyimiz kimi, "RTÜK" (Türkiyədə Radio və Televiziya Ali Şurası) "Show TV"də yayımlanan "Kızılcık şerbeti" serialı ilə bağlı yayımını əngəlləyən qərar qəbul edib. Qərara etiraz edən telekanal məhkəməyə müraciət edərək qərarın ləğvini istəyib. Qeyd edək ki, qurum serialın 5 həftə yayımını əngəlləyib və 1,5 milyon lirə məbləğində cərimə olunub. Qərara ekran işinin heyəti ilə yanaşı bir çox məşhur sima etiraz edib.(axşam.az)

Priqojindən şok: Tatarskini Ukrayna öldürməyib!

“Vaqner”in rəhbəri Yevgeni Priqojin rusiyalı politoloq Daria Duginanın və hərbi müxbir Vladlen Tatarskinin ölümünün arxasında Ukrayna hakimiyyətinin dayanması iddialarını şərh edib. Sozcu.az xəbər verir ki, Priqojin Sankt-Peterburqdakı kafedə baş verənlərin təfərrüatını hələlik bilmədiyini vurğulayıb. “Mənə yalnız o məlumat verildi ki, Vladlen Tatarski həlak olub. Partlayış olan kafeni “Cyber ​​​​Front Z” vətənpərvərlik hərəkatına verdim və onlar orada müxtəlif seminarlar keçirdilər. Çox güman ki, bu faciə seminarda baş verib. Daria Duginanın ölümünə gəlincə, bəli, hər şey oxşardır. Amma mən bu hərəkətlərə görə Kiyev rejimini qınamazdım. Düşünürəm ki, burda bir qrup radikal hərəkət edir”, - o bildirib. Qeyd edək ki, Tatarski ötən gün Sankt-Peterburqdakı "Strit-bar" kafesində baş verən partlayışda ölüb. Kafenin “Vaqner”in sahibi Priqojinə məxsus olduğu bildirilir.

Hərbçimiz avtomobil qəzasında həlak oldu

Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Tovuz rayon Düz Cırdaxan kənd sakini, 1995-ci il təvəllüdlü Emin Nizami oğlu Məmmədov qəza nəticəsində dünyasını dəyişib. E.Məmmədov Azərbaycan Ordusunun hərbi qulluqçusu olub.

Türkiyədə növbəti zəlzələ baş verdi

Türkiyənin Adana şəhərinin Saimbəyli rayonunda 4,3 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Məlumata görə, yeraltı təkanların ocağı 3,6 km dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat verilməyib.

Fazil Mustafaya qarşı teraktla bağlı 6 nəfər saxlanıldı

Millət vəkili Fazil Mustafaya qarşı törədilən sui-qəsdlə bağlı 6 nəfər saxlanılıb. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, cinayət işi üzrə 6 nəfərin saxlanıldığı və digər şəxslərlə bağlı araşdırmaların aparıldığı məlum olub. Xatırladaq ki, dünən Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər DİN, DTX və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfərin müəyyən olunaraq saxlanıldığı barədə rəsmi açıqlama yayılmışdı. Qeyd edək ki, 28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib. Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

İlham Əliyev Edmondo Çiriellini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellini qəbul edib. Sozcu.az xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini deyərək, bu baxımdan qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı və cari ilin əvvəlindən indiyədək, İtaliyanın 3 nazirinin, həmçinin bu gün nazir müavinin ölkəmizə səfərinin əlaqələrimizin çox yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyini qeyd edərək, əlaqələrimizin böyük hissəsinin energetika sahəsi ilə bağlı olduğunu dedi, hazırda Avropanın enerji təhlükəsizliyi istiqamətində atılan addımların Azərbaycan-İtaliya əməkdaşlığını daha da gücləndirdiyini vurğuladı. Dövlətimizin başçısı, eyni zamanda, İtaliyanın Azərbaycanın birinci ticarət tərəfdaşı olduğunu xatırladaraq, ticarət dövriyyəsinin əsas hissəsinin Azərbaycanın neft-qaz ixracını təşkil etdiyini dedi və bu baxımdan əməkdaşlığımızın strukturunun genişləndirilməsi ilə bağlı əlavə addımların atılmasının zəruriliyini qeyd etdi. Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi haqqında məlumat verərək ölkəmizin İkinci Qarabağ müharibəsindən dərhal sonra Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı təkliflərlə çıxış etdiyini diqqətə çatdırdı. Azərbaycan Prezidenti Edmondo Çiriellinin ölkəmizə səfərinin məhsuldar olacağına əminliyini bildirdi. Azərbaycan-İtaliya əlaqələrinin minilliklərlə yaşı olduğunu qeyd edən Edmondo Çirielli münasibətlərimizin kökünün hətta antik dövrlərə gedib çatdığını vurğuladı. Azərbaycanın İtaliya üçün çox önəmli ölkə olduğunu deyən qonaq Cənubi Qafqazda sabitlik baxımından ölkəmizin strateji əhəmiyyətini qeyd etdi, Azərbaycanın regionda müstəqil və suveren siyasət apardığını vurğuladı. İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini siyasi əlaqələrlə yanaşı, iqtisadi sahədə əməkdaşlığın da xüsusi əhəmiyyət kəsb etdiyini bildirdi.

İnam Kərimova yüksək vəzifə verilir, onun yerinə isə...

Kənd təsərrüfatı naziri İnam Kərimovun Ali Məhkəmənin hakimi təyin edilməsi barədə məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub. Sozcu.az xəbər verir ki, məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib. Məsələnin parlamentin sabahkı plenar iclasının gündəliyinə daxil edilməsi gözlənilir.