"Məktəblərdə şagirdlər arasında dava və ya toqquşma halları olur, yəqin bundan sonra da olacaq".
Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə Sabunçu rayonu ərazisində yerləşən məktəblərin birində şagirdin xəsarət almasına münasibət bildirərkən deyib.
"Təbii ki, biz bunu istəmirik. Çünki hamımız məktəbdə oxumuşuq, başımıza bu cür hadisələr gəlib. Məktəb direktorları üzərinə düşən işləri görməlidir. Biz də yekunda günahı olan barədə tədbir görürük", - nazir qeyd edib.