Ukrayna üçün Krımı qaytarmaq daha asandır, çünki orada hərbi əməliyyatlar olmayıb, lakin Donbasda hər şey çox çətin olacaq.
Sozcu.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
"Donbasın böyük hissəsi işğal olunub və maksimum dərəcədə hərbiləşdirilib”,- Zelenski bildirib.
Ukrayna liderinin sözlərinə görə, Donbası qaytarmaq psixi cəhətdən daha çətindir, çünki orada 10 il təmas xətti olub və davamlı döyüşlər gedirdi.