Paşinyan Qarabağ erməniləri üçün ayrıca idarə yaratmaqdan imtina edib

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə Qarabağ erməniləri ilə iş üzrə ayrıca idarənin yaradılmasından imtina edib.

Sozcu.az xəbər verir ki, bunu özünü buraxmış qondarma rejimin keçmiş "TŞ katibi" və sabiq "müdafiə naziri" olmuş Samvel Babayan jurnalistlərə müsahibəsində deyib.

Babayanın sözlərinə görə, Paşinyanın bu qərarının və imtinanın səbəbləri ona məlum deyil. O əlavə edib ki, Ermənistan baş naziri ilə bu məsələ ilə əlaqədar olaraq şəxsən əlaqə saxlamayıb.

Xatırladaq ki, Babayan bu gün Ermənistan parlamentinin 44 günlük müharibəni araşdıran komissiyası tərəfindən dindirilib. Komissiyanın səlahiyyət müddəti 3 dekabrda başa çatacaq.

Share on Facebook