Azərbaycanda vəzifəli şəxslər həbs olundu - RƏSMİ

Qaçaqmalçılıq cinayətinin törədilməsində təqsirləndirilən vəzifəli şəxslər həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, qaçaqmalçılıq cinayətinin törədilməsində iştirak etmiş vəzifəli şəxslərin qanunsuz əməlləri barədə Dövlət Gömrük Komitəsindən daxil olmuş cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaq davam etdirilir. dirnaq modelleri İstintaqla Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuş əməkdaşı Pərvin Dursunəliyev, həmin Baş İdarənin Skanlaşdırma şöbəsinin inspektoru Mənsur Mehdiyev tanışları Əli İbrahimovla qabaqcadan əlbir olaraq sonuncu tərəfindən 8 iyul 2024-cü il tarixdə Birləşmiş Ərəb Əmirliklərindən alınan 190 min 400 manat dəyərində 5 ədəd qızıl külçənin hava limanının sərhəd buraxılış məntəqəsindən cinayətkar qrupun digər üzvlərinin köməkliyi ilə gizli şəkildə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinə nail olmalarına əsaslı şübhələr müəyyən edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müvafiq maddi sübutlar aşkar edilərək götürülüb. Toplanmış ilkin sübutlar əsasında Əli İbrahimov, Pərvin Dursunəliyev və Mənsur Mehdiyev Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri ilə (qaçaqmalçılıq- qabaqcadan əlbir olan bir qrup şəxs və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) təqsirləndirilən şəxs qismində cəlb edilib, barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə sözügedən qanunsuz hərəkətlərin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paytaxtın bu ərazisində 400 -ə yaxın bina TƏHLÜKƏDƏDİR – Ekspert həyəcan TƏBİLİ ÇALDI

“Paytaxtın birinci mikrarayon ərazisindəki 400-ə yaxın bina təhlükədədir”. Sozcu.az xəbər verir ki,bunu referans.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib. Həyacan təbili çalan ekspert sözlərinə belə davam edib: “Nazirlər Kabinetinin 2017 – ci il aprel ayında qəbul etdiyi 84 saylı qərarı var. Bu birinci mikrarayonun yarımqəzalı hesab edilməsi, yənilənməsi ilə bağlı pilot layihədir. Gələcəkdə bu pilot layihə kimi digər mikrarayonlarda olan beşmərtəbəli binaların sökülməsində istifadə ediləcək. Birinci mikrarayonun qəzalı və yarımqəzalı evlərində yaşayan əhalisi Fövqəladə Hallar Nazirliyinə müraciət etmişdir. Uzun çəkən yoxlamalardan sonra nazirlik rəy verdi ki, sözügedən ərazidə olan binalar yarımqəzalıdır. Binaların altına xeyli qurunt və kanalizasiya suları axmışdı. Həmin ərazidə FHN 40-a yaxın binanı istismar müddəti bitmiş hesab edib və qismən qəzalı olması barədə rəy verib. Yəni Fövqəladə Hallar Nazirliyi öz işini bitirib işi verib Nazirlər Kabinetinə. Nazirlər Kabineti də 84 saylı qərarla sərəncam verib ki, birinci mikrarayonun həmin ərazisindəki bunalar sökülüb yenidən tikilsin. Fövqəladə Hallar Nazirliyi bu sərəncamı hələ 2017- ci ildə icra etməliydilər. Üzərindən 7 il vaxt keçib, qərar qüvvədədir, amma hələ də iş görülmür”. Ekspert deyir ki, yarımqəzalı hesab edilən binaların sökülməsi ilə bağlı iki qurum arasında ziddiyyət var: “Səbəb budur ki, FHN həmin ərazidəki binaları tikinti şirkətləri üçün elan etməliydi, həmin şirkətlər pilot layihə olaraq söküntü işləri aparıb, yenidən inşa etməliydilər. Şirkətlər bununçün investisiya yatırmalı idilər və birinci mikrarayon belə ardıcıllıqla tam yenilənməli idi. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qoyduğu normativlər tikinti şirkətlərinə sərf eləmir. Bundan əziyyət çəkən isə orada yaşayan əhalidir. Ya Arxitektura Komitəsi normativi dəyişməlidir, ya da alternativ yol tapılmalıdır. Kim kimi gözləyir bəlli deyil”.

Rəsulzadəni şəxsən görən silahdaşından Azərbaycana BAŞSAĞLIĞI

Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil Ünal Bakı Dövlət Universitetinin professoru, Məhəmməd Əmin Rəsulzadə irsinin araşdırmaçısı Nəsiman Yaqublunun ölümündən üzlüdüyünü bəyan edərək, Azərbaycana başsağlığı verib. Sozcu.az-ın məlumatına görə, Cəmil Ünal bildirib: "Professor Nəsiman Yaqublunun faciəvi yol qəzasında dünyasını dəyişməsi Azərbaycanda olduğu kimi, Türkiyədəki dostları üçün də çox ağır və ağrılı xəbər oldu. Təxminən 35 ilə yaxın bir müddətdə Azərbaycan Kültür Dərnəyi ilə qurduğu münasibətlər çərçivəsində birliyimizin arxivlərindəki fəaliyyəti ilə Azərbaycan tarixinin ən şərəfli dövrünü işıqlandırması onun həm millətinə hörmətindən, həm də bir alim kimi məsuliyyətindən irəli gəlirdi. Nəsiman Yaqublunun bu böyük nümunəvi işləri hər birimizə saysız-hesabsız xatirələr yaşadır. Məhəmməd Əmin Rəsulzadənin qurduğu dərnəyimiz Nəsiman Hocanın araşdırması üçün mühacirətdəki ilk və ən önəmli ünvan olsa da, şəxsən mənə olan böyük qardaş münasibəti həyatımdakı dostluqlar arasında çox xüsusi və dəyərli yer tuturdu. Bu baxımdan onun ölüm xəbəri məni və bütün dərnək üzvlərini sarsıtdı. Hələ gənc yaşlarından biliyi, zəhmətsevərliyi və tədqiqatçı bacarığı ilə Azərbaycanın sovetlər dönəmində diqqətdən kənarda qalan tarixi dövrünü işıqlandıran kitabları, ensiklopediyaları və bütün nəşrləri təbii ki, ən böyük xidmət olaraq gələcəyə daşıncaqdır. Azərbaycan mühüm alimi, idealist və vətənpərvərini itirdi. Əgər ömür vəfa etsəydi, daha çox layihələr həyata keçirərək xidmətlərini davam etdirərdi. Belə bir şəxsiyyəti, sevimli qardaşımızı və dostumuzu itirmək məni çox kədərləndirir, ailəsinə və yaxınlarına başsağlığı verirəm. Məkanın cənnət olsun Nəsiman qardaş...”. Qeyd edək ki, Cəmil Ünal Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadəni şəxsən görən və onunla ünsiyyətdə olan həyatdakı yeganə şəxsdir.modern)

Bu universitetlərdə boş yer yoxdur! - SİYAHI

Birinci mərhələdən sonra I ixtisas qrupu üzrə 1304, II ixtisas qrupu üzrə 246, III ixtisas qrupu üzrə 400, IV ixtisas qrupu üzrə 463, V ixtisas qrupu üzrə isə 348 plan yeri boş qalıb. Sozcu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki, ayrıca ali təhsil müəssisələrinə gəldikdə I mərhələdən sonra tələbə qəbulu aparılan 44 ali təhsil müəssisəsinin 25-də plan yerləri 95%-dən çox, o cümlədən aşağıdakı 8 ali təhsil müəssisəsində 100 % dolub.  - Azərbaycan Tibb Universiteti - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası - ADA Universiteti - Azərbaycan Dövlət Dəniz Akademiyası - Bakı Ali Neft Məktəbi - Dövlət Gömrük Komitəsinin Akademiyası - Azərbaycan İlahiyyat İnstitutu -Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası.

Rusiyanın itkiləri 608 mini ötdü

Ukrayna müharibənin 915-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 608 820 hərbçi, 8 551 ədəd tank, 16 648 ədəd zirehli döyüş maşını, 17 443 ədəd artilleriya sistemi, 1172 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 937 hava hücumundan müdafiə sistemi, 367 ədəd hərbi təyyarə, 328 ədəd helikopter, 23 555 ədəd avtomobil texnikası, 14 134 ədəd PUA, 2 444 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 941 xüsusi avadanlıq itirib.

Ukrayna Saratovu vurdu

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Saratov vilayətinə “Bober” PUA-ları ilə hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Saratov və Engels şəhərlərində iki hündürmərtəbəli yaşayış binası PUA-larla vurulub. Qeyd edək ki, Ukrayna istehsalı olan “Bober” PUA-ların uçuş məsafəsi 800 km, maksimal sürəti isə 150 km/saatdır.

Pakistanda dəhşətli terror: 22 ölü, 5 yaralı

Pakistanın cənub-qərbində terror aktı baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Məlumata görə, silahlı şəxslər Pəncab-Bəlucistan magistral yolunda avtomobillərə hücum edib. Nəticədə 22 nəfər ölüb, 5 nəfər yaralanıb.

DƏHŞƏT! Azərbaycanda 16 yaşlı oğlanı ildırım vurub öldürdü

Şəmkir sakinini ildırım vuraraq öldürüb.  2008-ci il təvəllüdlü İlham Qarayev heyvan otaran zaman ildırım vurub.  Nəticədə İlham Qarayev ölüb. Araşdırma aparılır. (report)  

Bakıda dörd yaşlı uşağı avtomobil vurdu

Bakının Səbail rayonunda dörd yaşlı uşaq yol-nəqliyyat hadisəsində xəsarət alıb. "Report"un məlumatına görə, 2020-ci il təvəllüdlü A.Dəmirov yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. turbo az mercedes Faktla bağlı araşdırma aparılır.

Şamaxıda zəlzələ oldu

Şamaxıda 3,1 maqnitudada zəlzələ olub. Bu barədə Sozcu.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Yeraltı təkanlar saat 07:29-da Qobustan stansiyasından 28 km qərbdə qeydə alınıb. Zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib.Zəlzələ hiss olunmayıb.

Rusiya bu şəkildə süqut edəcək - Podolyak

Yeni Rusiya İmperiyasının süqutu yaxın gələcəkdə baş verəcək, baxmayaraq ki, Rusiya çoxları üçün sabit və dağılmaz görünür. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Teleqram səhifəsində yazıb. O bildirib ki, SSRİ-nin dağılması müasir Rusiya Federasiyasının necə yox olacağına dair müəyyən anlayışlar yaradır: "Birincisi: dövlət təbliğatının sakitləşdirici və hətta cəsur tonuna aldanan kənar müşahidəçilər üçün imperiyanın dağılması gözlənilmədən baş verəcək. İkincisi: imperiyanı sadəcə bir hadisə bitirməyəcək. O, min bir kəsikdən qan axıb hissələrə qopmağa başlayana qədər içəridən ağrıyacaq və çürüyəcək".

Ukraynanın Xarkovda geri aldığı ərazilərlə bağlı açıqlama

Ukrayna hərbçiləri Xarkov vilayətində azad edilmiş yerləri saxlayır. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın 3-cü Əlahiddə briqadasının nümayəndəsi Aleksandr Borodin deyib. Onun sözlərinə görə, hazırda vəziyyət stabildir: "İşğalçılar əks-hücuma keçməyə çalışsalar da, düşmən uğur qazana bilmir. Ukraynalı müdafiəçilər həm düşmən texnikasını, həm də şəxsi heyəti məhv edirlər. İndi rusların əsas məqsədi mövqelərini sabitləşdirmək və qurmaqdır, çünki mövqe yoxdur. Bu, onların həyata keçirdikləri müdafiə və ya hücum hərəkətlərindən əhəmiyyətli dərəcədə daha çox resurs tələb edir. Xarkov vilayətində vəziyyət dəyişməyib, lakin düşmən mövqelərini itirdiyinə görə daha çox resurs cəlb etməli və taktikanı dəyişməlidir. Bu, düşmənə ciddi təsir edir. Onların nə gücləri, nə vaxtı, nə də piyadalarına yaxşı təlim keçməyə həvəsləri var".

914-cü gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 914-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 607 680 hərbçi, 8 547 ədəd tank, 16 631 ədəd zirehli döyüş maşını, 17 396 ədəd artilleriya sistemi, 1171 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 936 hava hücumundan müdafiə sistemi, 367 ədəd hərbi təyyarə, 328 ədəd helikopter, 23 475 ədəd avtomobil texnikası, 14 095 ədəd PUA, 2 444 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 928 xüsusi avadanlıq itirib.

Əllərimiz göydə, ürəklərimiz ELÇİ BƏYDƏ...

Böyükdən böyük, uşaqdan uşaq olan öndərimiz! Nədən başlayım, bilmirəm. Hər çağ ödülə görə, şərtlə yazı yazmaqdan qaçmışam. Bu nədəndən adını ortalıq 50 il öncə – 12-14 yaşlarım olanda Azərbaycan tarixi müəllimimizdən eşitdiyim Əbülfəz Elçi Bəydən “umacaqlı” anım yazmaq ağır olduğu qədər də çətindir, bir az da utancvericidir. Yanılmıramsa, 6-cı sinifdə oxuyanda Bakıdan doğma Ağsu rayonuna “sürgünə” göndərildiyi pıçıltı ilə söylənilən, bir neçə ildir dünyasını dəyişmiş Kamil müəllimin (Kamil Abdullayev, son iş yeri AzTV-nin ədəbi dram verilişləri redaksiyasında böyük redaktor – M.B.) gerçək Azərbaycan tarixindən dərs deməyi ilə gözlərimiz açıldı, ürəklərimiz Quzeydən Güneyə yönəldi, Təbrizlə bir döyünməyə başladı. Elə Əbülfəz bəyin də adını ARAZ KÖRPÜSÜ kimi onda(n) eşitdik, amma gözümüz önündə ağ saçlı, “yekəqarın” görkəmdə canlanırdı. Axı, universitet müəllimini ağlımızda, fikrimizdə başqa necə canlandıra bilərdik?! Universitetdə oxuduğum ilk ildə isə üzünü görmədiyim Əbülfəz müəllimin tutulduğunu eşitdim. Bir də 20-ci yüzilin 80-90-cı illərində Əbülfəz müəllimi bu yol lap yaxından gördüm və uca boylu, düz gövdəli, düz sözlü, boz(qurd) üzlü UCA BAYRAQ TUTAN ELÇİ BƏY kimi tanıdım! …1906-cı il doğumlu, 30 il öncə dünyasını dəyişən, Stalin repressiyasının ağrı-acısını “otaq şəraitində” “Allah Stalinə lənət eləsin!” deməklə “yelə verən” dədəm 1-ci kursun ilk tətilində kəndə qayıdanda Rəsulzadədən nə danışıldığını soruşdu. “Rəsulzadə kimdir” sualımı atam acı, tikanlı gülüşlə cavablandırdı. 15 il sonra bildim ki, heç demə, dədəmi faşist əsirliyindən qurtaran elə ULU ÖNDƏRİMİZ, BAYRAQ BABAMIZ Məhəmməd Əmin Rəsulzadə olub. Yoxdan bir BAYRAQ yapıb başı üzərinə qaldıran, “Bir daha yüksələn BAYRAQ bir daha enməz” deyə, onu özündən sonrakı nəsilə əmanət edən ULU ÖNDƏRdən BAYRAQ estafetini bizim nəslin öndə gedən ELÇİsi Əbülfəz bəy aldı. Elə bu BAYRAQ altında da ölkədə demokratik rejim quruldu, üzərində Rəsulzadənin- Bayrağımızın şəkli olan milii pulumuz buraxıldı, yad ordu dışlandı, Milli Ordu Dağlıq Qarabağın yarıdan çoxunu üçboyalı, ay-ulduzlu BAYRAQın altına saldı. Nə yazıq, hakimiyyət hərisləri yurddaşlarımızla birgə bayrağımızı da doğma yurd-yuvalarından didərgin saldılar. İndi Məhəmməd Əminin, Elçi Bəyin, şəhidlərimizin son örtüyü üçboyalı bayrağımızın kölgəsində nə Məhəmməd Əminin, nə də Elçi Bəyin heykəlinə – portretinə yer tapılır. 30 il öncə Akademiyanın qarşısındakı mitinqdə toplaşanlara əl çalmağı qadağan edən, sonra Meydanda qurucu babalarımızın, özəlliklə Məhəmməd Əmin Rəsulzadənin portretini BAYRAQ etməyi tövsiyə edən Elçi Bəyin də, Məhəmməd Əminin də yeri, heykəli xalqımızın demokratiyaya, azadlığa təşnə yanıqlı ürəklərindədir. 7 il öncə dünyasını dəyişmiş anam Firuzəbəyimin doğma yurdum Azərbaycanın bağımsızlığını açıqladığı gün, ay və ildə – 28 may 1918-ci ildə döğulduğu kimlik kartında yazılmışdı. Qarabağdan qanlı-qadalı soraqlar gələndə ağ saçlı anam Bakıya gəlib “bilirəm, davaya gedəcəksən, amma sən atanın goru, çağırsalar get”, deyə yalvardı. Ali təhsil diplomu olmasa da, məni doğan ANA doğduğuna da yaxşı bələddi və elmi işçi kimi “bron”da olduğumu da bilirdi. Anamın sözündən çıxmadığımı, ürəyimin çağırışı ilə savaşa getdiyimi vurğulasam da, sonradan anam sənələrlə sözündən çıxdığımı, Elçi Bəyə “uyduğumu” başıma qaxsa da, 93 illik yaşamının son illərində yaxşı eləyib davaya getdiyimi dedi və Elçi Bəyə də Tanrıdan rəhmət dilədi. Bunları anmaqda amacım son 100 il Azərbaycanının iki öndəri BİR KƏRƏ BAYRAQ qaldıran Məhəmməd Əmin Rəsulzadə ilə həmin BAYRAQı yenidən başa çıxaran Elçi Bəy arasında ruhsal bağlılığın, körpünün olmasını məni dünyaya gətirən ata-anamın timsalında vurğulamaqdır. Atam Rəsulzadəni soruşub, anam Elçibəyi. Kim nə deyir, desin, 100 illik milli istiqlal tariximiz bu iki öndər arasında başqasına yer vermir. Elçi Bəy gerçək milliyyətçi, böyük demokratdı. Çörəyi düşmənə belə əsirgəməməyi, basın mənsublarına karikaturasını qəzetdə çəkib yaymağı tövsiyə edirdi. Kimisə aşağılamaq, qurşaqdan aşağı zərbə vurmaq ona yaddı. Əksinə, hamının fikrini açıq şəkildə, qorxmadan ifadə etməsinə meydan verməklə, millətin içindən ŞƏXSİYYƏT formalaşdırmağa üstünlük verirdi. Elə üzüdönük müdafiə nazirinin, kürsü davası sərgiləyən “cəbhə” yoldaşlarının parlamentdə, basında odlu-alovlu çıxışları, yerli-yersiz qınaqları da ŞƏXSİYYƏT formalaşdırmaqda Elçibəyin hədəfi düz nişan aldığını göstərir. Yanılmıramsa, Elçi Bəy özünü Atatürkün əsgəri sayır(dı). (Keçmiş zamanda danışmaq yerinə düşmür). Atatürk dünyasını dəyişəndə Elçi Bəy altı aylığında qundaqda olub. Məhəmməd Əmin dünyasını dəyişəndə Elçi Bəyin 17 yaşının tamam olmasına üç ay qalırdı. Bu il Atatürkün ölümünün, Elçi Bəyin olumunun 80 illiyidir. Olum və ölüm! İkisi bir ildə! Bir də qurucu babalarımızın şah əsəri – Azərbaycanımızın 100 yaşı 2018-ci ci ilə düşür. 100 yaşınız qutlu olsun, Məhəmməd Əmin Bəy, Elçi Bəy! 100 yaşınız qutlu olsun, el bəyləri, el xanımları! 80 yaşın qutlu olsun, Böyük Elçimiz, dövlət başçımız, ürəklərimizin cümhur başqanı!  Məğrur Bədəlsoy, Qarabağ savaşı əlili

Bayden onlarla Qəzza zolağındakı vəziyyəti müzakirə etdi

ABŞ Prezidenti Co Bayden misirli həmkarı Əbdülfəttah əs-Sisi və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışığı aparıb. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Tərəflər Qəzza zolağında atəşkəslə bağlı Qahirədə keçiriləcək danışıqları müzakirə ediblər. Onlar, həmçinin, İsrail və HƏMAS arasında razılaşmanın təcili bağlanmasının vacibliyini qeyd ediblər.

Külək güclənəcək - FHN-dən xəbərdarlıq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında havanın küləkli olacağı, küləyin arabir güclənəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. "Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır", - məlumatda bildirilib

"Abadlığa baxmırlar, amma pul yığırlar": "JEK"lərlə bağlı şikayətə 150 faizlik CƏRİMƏ cavabı

Son günlər el arasında "JEK" kimi tanıdığımız Mənzil-Kommunal İstismar Sahələri (MKİS) ilə bağlı şikayətlər artıb. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı strukturunda Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti fəaliyyət göstərir. Mənzil Kommunal və Texniki Xidmət Sahələri adı altında paytaxtdakı bütün "JEK"lər sözügedən qurumun çətiri altında öz varlığını qoruyub-saxlayır. Bəzi vətəndaşlar qeyd edirlər ki, kanalizasiya və suyun ödənişini "Azərsu"ya etdikləri halda, "JEK"lər də pul yığmağa çalışırlar. Onlar iddia edirlər ki, MKİS-lərin işçiləri qapılara elan vurur, ödəniş edilmədiyi təqdirdə faiz gələcəyi ilə bağlı xəbərdarlıq edirlər. Vətəndaşların sözlərinə görə, binalarda abadlıq yoxdur, təmizlik bərbad vəziyyətdədir, amma bu məsələnin həlli ilə bağlı "JEK"lər addım atmırlar. Sözügedən iddialardan ortaya bir neçə sual çıxır: MKİS-in pul yığmaq kimi səlahiyyəti qalıbmı? Mənzil-Kommunal İstismar Sahələri binaların abadlıq məsələsinə cavabdehdirmi? Həmçinin, 2024-cü ildən etibarən Mənzil Kommunal İstismar Sahələrinin (MKİS) ləğv ediləcəyi haqqında məlumatlar yayılmışdı. Onların funksiyalarının bələdiyyələrə veriləcəyi deyilirdi. Bu söhbətin reallıq payı nə yerdədir, qarşıda belə addım atıla bilərmi? Oxu.Az-ın əməkdaşı mövzu ilə bağlı suallarını aidiyyəti quruma ünvanlayıb. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentindən (MKTD) sorğumuza cavab olaraq bildirilib ki, mənzil-kommunal təsərrüfatı və mənzil istismarı təşkilatları qanunvericiliyə uyğun olaraq təsdiq edilmiş "Mənzil-istismar təşkilatlarının Nümunəvi Əsasnaməsi"nə, "Yaşayış sahələrindən istifadə edilməsi, yaşayış evinin və evətrafı ərazinin saxlanılması Qaydaları"na və digər normativ sənədlərə əsasən fəaliyyət göstərirlər: "Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"yə uyğun olaraq, yerli icra hakimiyyəti orqanının tabeliyində olan hüquqi şəxslərin müvafiq rayonun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil-istismar sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması işlərini yerinə yetirən struktur bölmələri (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri) müvafiq şəhər (rayon) icra hakimiyyətinə tabe olmaqla onların idarə olunmasının təşkili yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil-kommunal təsərrüfatı qurumları (mənzil-kommunal təsərrüfatı birlikləri, onların tabeliyindəki mənzil-kommunal istismar sahələri) tərəfindən dövlət mənzil fonduna aid yaşayış binalarının istismarı, saxlanılması və idarə edilməsi ilə bağlı mənzil xidməti, həmçinin yaşayış sahələri ərazisinin sanitar-gigiyenik normalara uyğun təmizlənməsi, abadlaşdırılması, məişət tullantılarının, küçə tullantılarının, süpürüntülərinin və digər məişət tullantılarının yığılması, müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi üçün təhvil verilməsi ilə bağlı kommunal xidmət göstərilir". Qurumdan əlavə edilib ki, mənzil-kommunal təsərrüfatı qurumlarının balansında olan dövlət mənzil fondu üzrə 11 000 ədəd çoxmənzilli yaşayış binası mövcuddur: "Mənzil-kommunal təsərrüfatı qurumları tərəfindən ümumi sahəsi 16 milyon kvadratmetr olan dövlət mənzil fonduna aid yaşayış binalarına xidmət göstərilməklə yanaşı, həyətyanı sahələr də daxil olmaqla 65 milyon kv.m ərazinin sanitar-gigiyenik normalara uyğun təmizliyinin təmin edilməsi məqsədilə müntəzəm süpürülməsi, məişət tullantılarının yığılması və daşınması işləri həyata keçirilir. Həmin təşkilatlarda çalışan 11 mindən çox işçinin doqquz min nəfəri yalnız ərazilərin sanitar təmizliyinin təmin edilməsi, yeni yaşayış sahələri üzrə ərazilərin süpürülməsi, məişət tullantılarının yığılması və daşınması işlərini yerinə yetirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 393-1.4-cü maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçisi tərəfindən ona məxsus olan sahənin saxlanması xərclərini, habelə mənzil qanunvericiliyinə uyğun olaraq, çoxmənzilli binanın ümumi əmlakının saxlanması xərclərini vaxtında və tam məbləğdə çəkməkdən boyun qaçırılmasına görə inzibati məsuliyyət müəyyən edilərək ödənilməli olan ödənişlərin məbləğinin yüz faizindən yüz əlli faizinədək məbləğdə cərimə növündə inzibati məsuliyyət nəzərdə tutulub". Əlavə olunub ki, mənzilhaqqının ləğv edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir: "Bu məlumatların heç bir hüquqi əsası yoxdur".

Ucqar kənd məktəbindən rekord NƏTİCƏ

Yardımlı rayonu Şəfəqli kənd Ş. Şabiyev adına tam orta məktəbi 2023-2024-cü tədris ilində bitirən 12 məzundan 11-i respublikanın müxtəlif universitetlərinə qəbul olub. Sozcu.az xəbər verir ki, bu barədə məktəbin sosial şəbəkədə hesabında paylaşım edilib. Ucqar dağ kənd məktəbinin tələbə adını qazanan məzunlar aşağıdakılardır: 1.Hüseynli Akif Aslan oğlu-UNEC- informasiya təhlükəsizliyi 2.Şəbizadə Qorxmaz Kamal oğlu-Prezident yanında Dövlət İdarəçilik Akademiyası- kompüter elmləri 3. Qənbərli İlahə Ramin qızı- SDU- ingilis dili müəllimi 4.Ağayeva Zəhra Şahin qızı- ADPU- ingilis dili müəllimi 5.Nəzərli Xatirə Elmir qızı- BDU- jurnalistika 6.Bağırlı Alim Sakitoğlu- SDU- elektrik və elektronika mühəndisliyi 7.Cəfərli Əkbər Ceyhun oğul- UNEC- maşın mühəndisliyi 8.Vəizadə Vüsal Heybətoğlu- SDU- tarix və coğrafiya müəllimi 9. Qənbərli Yusif Bəxtiyar oğlu- ATMU- turizm sənayesi 10.Liyeva Ayan Orxan- AMİU- ekologiya mühəndisliyi 11.Bağırlı Həsən Qasım oğul- Aqrar Universitet- torpaq və əkinçilik.

37 yaşlı kişi güllələndi - Tutulan var

Avqustun 20-də 1987-ci il təvəllüdlü Ramin Malxasovun odlu silahdan açılmış atəş nəticəsində qəsdən öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətləri məlumat yayıb. Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat axtarış tədbirləri ilə qeyd edilən cinayət əməlinin zərərçəkmişin tanışı 1995-ci il təvəllüdlü Əhməd Əhmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilərək avqustun 21-də barəsində axtarış elan olunub. Əhməd Əhmədov avqustun 24-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir.

"Mersedes" hasara çırpıldı: ölən var

Masallıda avtomobil hasara çırpılıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Rəşid Məmmədov "Mersedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək hasara çırpılıb. Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

Hər üç evdən ikisi uçacaq - Qorxunc zəlzələ proqnozu

Türkiyəli professor Naci Görür İstanbul zəlzələsi ilə bağlı danışıb.  Sozcu.az xəbər verir ki, geoloq Naci Görür İstanbul zəlzələsi üçün kifayət qədər hazırlıq görülmədiyini və şəhərdəki hər üç evdən ikisinin uça biləcəyini, əhalinin 20 faizinin risk altında olduğunu bildirib:  “İstanbul zəlzələyə lazımi səviyyədə hazır deyil, hazırlıq varsa, hesabat olaraq qalır. Bu hesabat ictimaiyyətə təqdim edilmir. İctimaiyyəti zəlzələlərlə bağlı məlumatlandırmaq üçün 24 saat yayımlar olmalı, uşaq bağçasından liseyə qədər gənclərə məlumatlar verilməlidir”.  dirnaq modelleri Professor Mikdat Kadıoğlu da sosial media hesabında Görürə dəstək olaraq bildirib ki, artıq camaatın diqqətini yayındırıb danışmağı dayandırmağın, riski niyə azalda bilmədiyimiz və maneələri birlikdə dəf edə bilmədiyimiz haqqında  danışmağın vaxtıdır. 

Gəmilər batanda ölkə də batır...

44 günlük müharibədə Ermənistan Müdafiə nazirliyinin sözçüsü Artsurini Ovannisyanı yəqin ki, yaxşı xatırlayırsınız. Azərbaycan Ordusu Şuşaya yaxınlaşanda Artsurini məlumat verirdi ki, döyüşlər hələ Cəbrayıl ətrafında gedir. Bu günkü Rusiya mediasına, xüsusilə televiziyalarına baxanda, yada Artsurini düşür. Rusiya mediası Kursk ətrafında baş verənləri tam gizlədə bilməsə də, Ukrayna hərbiçilərinin nəzarətinə keçmiş Rusiya torpaqlarından məlumatlar vermir, oradakı hərbi vəziyyəti həqiqətə uyğun olmayan şəkildə təqdim edirlər. Məsələ burasındadır ki, bizim bəzi rusiyayönümlü şərhçilərimiz də Ukrayna ordusunun Kursk əməliyyatını uğursuz adlandırmaqdan çəkinmir və Zelenskini inad göstərməkdə qınayırlar. Əslində, Rusiya üçün Kursk vilayətində vəziyyəti sabitləşdirmək mümkün deyil. Rusiya hakimiyyəti, cəbhədəki gücsüzlüyünü dərk edərək, bütün diqqətini RF daxilində həqiqətin yayılmasının qarşısını almağa yönəldib. Bunun üçün də hərbi müxbirlər hədəfə alınırlar, çünki Rusiyanın məlum Z-hərbi müxbirləri təhlükənin ciddiliyi barədə dəfələrlə məlumat veriblər. Bu xəbərdarlıqlara baxmayaraq, Ukraynanın müdaxiləsinin qarşısını ala bilməyən ölkənin hərbi və siyasi rəhbərliyi bu məsələnin ətrafında bir sükut rejimi yaratmağa çalışır və bu məqsədlə hərbi müxbirlərə qarşı müharibə elan ediblər.  Rusiya mediasına baxanda Kurskdan məlumat verənin əsasən Apti Alaudinov adlı bir generalın olduğunu görürük. Ukrayna Silahlı Qüvvələrinin hücumunu dayandırmaq üçün bölgəyə göndərilmiş “Axmat” könüllü birləşməsinə rəhbərlik edən  general Alaudinov da döyüşdən çox, sos sosial şəbəkələr vasitəsilə mübarizə apara bilir. Alaudinov ən azı beş dəfə Ukraynanın hücumunun qarşısını alması və guya düşmənin Rusiya ərazisindən çıxarılması barədə məlumat yayıb, amma sonunda bütün bunların vəziyyəti ört-basdır etmək üçün nəzərdə tutulmuş saxtakarlıq olduğu ortaya çıxdı. General Apti Alaudinov media qrafiklərini tərk etmir: birinci, general  tik-tokda yüksək səslə bəyanatlar verir və tezliklə onları təkzib edir və ya sadəcə olaraq videoları və yazıları silir. İki gün əvvəl “Axmat”ın komandiri öz hesabında hərbi müxbirləri “xoruz” və “cahil” adlandırıb, onları güllələməklə hədələdiyi videonu silib.  Hərbi müxbirlər reallığı əks etdirən məlumatlar yaymaqda davam edirlər. Avqustun 16-da Z-hərbi müxbirləri Vladimir Romanov və Platon Mamatov Kursk vilayətinin Korenevo yaxınlığında rus hərbi kolonnasının darmadağın edilməsi barədə məlumat yayıb. Bloger Kirill Fyodorov isə ilk olaraq Kursk istiqamətində KA-52 helikopterinin vurulması barədə məlumat yayıb. Bu tip xəbərlər siyasilər üçün heç də xoş olmadığından yaranmış vəziyyətin mahiyyətini müzakirə etmək əvəzinə Dövlət Dumasının deputatı  Dinar Gilmutdinov hərbi müxbirlərin və hərbi blogerlərin fəaliyyətindən kifayət qədər sərt danışıb, onları tamamilə feyk məlumatlar yaymaqda ittiham edib. O dərəcədə ki, Gilmutdinov hərbi bloggerləri “ölkəyə təhlükə” adlandırıb və onların fəaliyyətinin qadağan edilməsi barədə Dumaya qanun layihəsi təqdim edəcəyini bildirib. Senator Natalya Kosixina isə blogerlərin cəzalandırılmasının vacibliyini bildirərək, onların “məsuliyyətsizliyinin və abunəçiləri cəlb etmək üçün macəralı cəhdlərinin narahatlığa və bəzən də açıq çaxnaşmaya səbəb olduğunu” vurğulayıb. Onun sözlərinə görə, bu cür məlumat verən müxbirlər cinayət məsuliyyətinə cəlb edilməlidir, çünki hərbi müxbirlər Rusiya Silahlı Qüvvələrinin komandanlığının səhvlərini açıq şəkildə göstərirlər.  Rusiya Federasiyasında blogerlərə nəzarətin qurulması üçün siyasətin sərtləşdirilməsi başlayıb və sonuncu dəyişikliyə görə 10.000 abunəçisi olan blogerlər “Roskomnadzor”da qeydiyyatdan keçməli və yazılarında yalnız rəsmi KİV-ə əsaslanmalıdırlar. Bu faktlar Kursk ətrafında yaranmış situasiyanın ciddiliyindən xəbər verir. Amma, müharibənin ilk vaxtlarında Ukrayna əraziləri işğal edildikcə , xüsusilə Mariupol döyüşlərindən məlumat verən müxbirlərin Kremldə necə təltif edildikləri unudulmayıb. Bütün bunlar onu sübut edir ki, Rusiya hakimiyyəti cəmiyyətin həqiqətləri bilib etiraz etməyindən çəkinirlər. Necə deyərlər, situasiya daha çox şahmatdakı pat vəziyyətinə bənzəyir. Ukrayna ilə mənasız genişmiqyaslı müharibə, (yəqin ki, Rusiya heç vaxt bunu rəsmi olaraq müharibə adlandırmağa cəsarət etməyəcək) ölkəni məhv edir, çünki bu müharibənin ölkə üçün motivasiyası yoxdur.  SSRİ qadağalarından təzəcə qurtulmuş cəmiyyətin XXI əsrdə rahat yaşamaq naminə çalışdıqları bir zamanda, imperiya ambisiyaları ilə müharibənin başlanmasında cəmiyyətin də günahı var. Rusiya cəmiyyəti də təəssüf ki, bu ambisiyalarla yaçayan bir toplum olub. Cəzanı da gündəlik həyatlarında görürlər. Bu illər ərzində bahalaşma bu gün 70%-ə çatıb. Rusiya -Ukrayna müharibəsi düz iki il altı aydır ki, davam edir. Müharibə başlayanda optimist proqnozlara görə “ xüsusi əməliyyat” bir həftəyə, ən bədbin ehtimallara görə isə üç aya, mayın 9-da Qırmızı meydanda qələbə paradı ilə yekunlaşmalı idi. Məsələ burasındadır ki, müharibəni başlayan Rusiya rəhbərliyi də bu cür nikbin sonluğu gözləyirdi. Bir xeyli əraziləri, vlayətləri, şəhərləri işğal edən Rusiya tezliklə Ukraynanın ağ bayraq qaldıracağına ümid etsə də.., alınmadı. Əvəzində Qərbi günahkar tutaraq Ukraynaya kömək etdiyinə görə onu ittiham etməyə başladı və bu ittihamı yalnız Rusiya yetkililəri deyil, bizim bəzi ruspərəst siyasi şərhçilərimiz də tirajlayırlar. Əsas ittiham da Ukrayna prezidenti Zelenskiyədir ki, niyə təslim olmur? Bir var situasiyaya qiymət verəsən, bir də var işğalçıya haqq qazandırasan. 30 il işğala məruz qalan bir ölkənin haqq mübarizəsi bu mənada nümunədir.(Moderator.az) İlham İsmayıl

Hər üç abituriyentdən biri universitetə qəbul ola bilməyib

Ali təhsil müəssisələrinin müsabiqəsində 82 883 nəfər iştirak edib. Sozcu.az xəbər verir ki, müsabiqə şərtlərini ödəyən 27 227 abituriyent tələbə adını qazana bilməyib Bu da təxminən ixtisas seçimində iştirak edən hər 3 abituriyentdən 1-nin müsabiqədən keçmədiyini göstərir. Boş qalan yerlərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək elektron formada aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

İlham Əliyevin Şavkat Mirziyoyevlə məhdud tərkibdə görüşü başlayıb

Prezident İlham Əliyevin Daşkənddəki “Kuksaroy” dövlət iqamətgahında rəsmi qarşılanma mərasimi olub. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşılayıblar. Rəsmi qarşılanma mərasimindən sonra Daşkənddə Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə məhdud tərkibdə görüşü başlayıb.