914-cü gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 914-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 607 680 hərbçi, 8 547 ədəd tank, 16 631 ədəd zirehli döyüş maşını, 17 396 ədəd artilleriya sistemi, 1171 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 936 hava hücumundan müdafiə sistemi, 367 ədəd hərbi təyyarə, 328 ədəd helikopter, 23 475 ədəd avtomobil texnikası, 14 095 ədəd PUA, 2 444 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 928 xüsusi avadanlıq itirib.

Share on Facebook