Türkiyəli professor Naci Görür İstanbul zəlzələsi ilə bağlı danışıb.
Sozcu.az xəbər verir ki, geoloq Naci Görür İstanbul zəlzələsi üçün kifayət qədər hazırlıq görülmədiyini və şəhərdəki hər üç evdən ikisinin uça biləcəyini, əhalinin 20 faizinin risk altında olduğunu bildirib:
“İstanbul zəlzələyə lazımi səviyyədə hazır deyil, hazırlıq varsa, hesabat olaraq qalır. Bu hesabat ictimaiyyətə təqdim edilmir. İctimaiyyəti zəlzələlərlə bağlı məlumatlandırmaq üçün 24 saat yayımlar olmalı, uşaq bağçasından liseyə qədər gənclərə məlumatlar verilməlidir”. dirnaq modelleri
Professor Mikdat Kadıoğlu da sosial media hesabında Görürə dəstək olaraq bildirib ki, artıq camaatın diqqətini yayındırıb danışmağı dayandırmağın, riski niyə azalda bilmədiyimiz və maneələri birlikdə dəf edə bilmədiyimiz haqqında danışmağın vaxtıdır.