Birinci mərhələdən sonra I ixtisas qrupu üzrə 1304, II ixtisas qrupu üzrə 246, III ixtisas qrupu üzrə 400, IV ixtisas qrupu üzrə 463, V ixtisas qrupu üzrə isə 348 plan yeri boş qalıb.
Sozcu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.
O qeyd edib ki, ayrıca ali təhsil müəssisələrinə gəldikdə I mərhələdən sonra tələbə qəbulu aparılan 44 ali təhsil müəssisəsinin 25-də plan yerləri 95%-dən çox, o cümlədən aşağıdakı 8 ali təhsil müəssisəsində 100 % dolub.
- Azərbaycan Tibb Universiteti
- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
- ADA Universiteti
- Azərbaycan Dövlət Dəniz Akademiyası
- Bakı Ali Neft Məktəbi
- Dövlət Gömrük Komitəsinin Akademiyası
- Azərbaycan İlahiyyat İnstitutu
-Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası.