İranda ağır qəza: 35 zəvvar öldü

İranın Yəzd əyalətində pakistanlı zəvvarları daşıyan avtobus qəzaya uğrayıb. Sozcu.az xəbər verir ki, bu barədə İran hüquq-mühafizə qüvvələrinin yol polisinin rəhbəri, general Teymur Hüseyni məlumat yayıb. Qəza nəticəsində 35 nəfər ölüb, daha 15 nəfər yaralanıb. Məlumata görə, avtobus Pakistandan İraqa gedirmiş. Qəzaya səbəb kimi əyləc sisteminin texniki nasazlığı göstərilib.

Rusiya bütün gücü ilə Ukraynaya cavab verməyə çalışır - ABŞ

Rusiya Ukraynanın hücumuna cavab vermək üçün az sayda hərbi qüvvəsini Kursk bölgəsinə yerləşdirib. Sozcu.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Pet Rayder deyib. “Mən deyərdim ki, ümumilikdə Rusiya bütün gücü ilə Ukraynanın əməliyatına cavab verməyə çalışır. Siz də Ukraynada müəyyən uğurları görməkdə davam edirsiniz”, - Rayder bildirib.

Ukrayna bu ərazini ələ keçirdi: Rusiya MN-dən etiraf…

Ukrayna ordusu Rusiyanın Kursk vilayətində növbəti uğurlar əldə edib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında bildirilib. “Ukrayna qüvvələri Qluşkov rayonunda Rusiyanın Seym çayı üzərindən ponton körpüləri və mühəndis avadanlıqlarına zərbələr endirir. Peyk görüntüləri göstərir ki, avqustun 19-da Ukrayna hərbçiləri Seym üzərində ən azı bir ponton körpüsünü dağıdıblar. Bəzi rusiyalı hərbi blogerlər Ukrayna hərbçilərinin Vişnevkanı ələ keçirdiklərini iddia ediblər. Hətta Rusiya Müdafiə Nazirliyi avqustun 19-da yayımladığı məlumatda Ukraynanın Vişnevka bölgəsində qazandığı uğurları üstüörtülü şəkildə etiraf etmişdi”, - hesabatda qeyd olunub.

Babəkdə yük avtomobili yandı

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Babək rayonunun Şıxmahmud kəndində "Qaz-53" markalı yük avtomobilin üzərində yığılan ot bağlamalarında yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirliyin mətbuat xidmətindən Sozcu.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal Babək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunublar. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Hadisə nəticəsində 6035 kiloqram ot bağlaması və avtomobilin yük hissəsi yanıb, şinləri və digər hissələri, həmçinin vətəndaşa məxsus 1 mərtəbəli fərdi yaşayış evi yanğından mühafizə olunub.

Lavrovun sözlərinə İrəvandan kəskin reaksiya

Ermənistanın açıq sənədlərdən başqa heç bir müqaviləsi yoxdur və onları sabotaj edə bilməz. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib. "Rusiya XİN rəhbərinin bəyanatı Moskvanın İrəvanla Bakı arasında münasibətlərin nizamlanması prosesində konstruktiv iştirakı ilə bağlı açıq təəssüf və şübhə yaradıb. İrəvan sülh gündəliyinə sadiqliyini dəfələrlə təsdiqləyib və onun uğurla həyata keçirilməsi üçün əlindən gələni edəcək", - XİN vurğulayıb. Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov bildirmişdi ki, kommunikasiyaların açılmasına dair sazişdə Paşinyanın imzası olsa da, İrəvan müqaviləni sabotaj edir.

Rusiya hərbçisi öz komandirlərini partladıb Ukrayna tərəfinə keçdi...-RƏSMİ

Baş Kəşfiyyat İdarəsi uğurlu “Oçeret” xüsusi əməliyyatı barədə məlumat verib- nəticədə rusiyalı hərbçi “Storm Z” batalyonunun zabitlərinin qərargahını partladıb və Ukrayna tərəfinə keçib. "Xoçu jit"(“Yaşamaq istəyirəm”) layihəsi çərçivəsində “Oçeret” kod adlı “Rusiyanın azadlığı” legionunun birgə əməliyyatı çərçivəsində Rusiya işğalçı qüvvələrinə qarşı təxribat həyata keçirilib. Əsas ifaçı "FPV" pilotsuz təyyarəsinin pilotu kimi xidmət edən "Silver" ləqəbli rus əsgəri idi. Sozcu.az "TSN"-ə istinadla xəbər verir ki,  bu barədə Ukrayna Kəşfiyyatı Baş İdarəsi məlumat yayıb. "Silver"in sözlərinə görə, onun Ukrayna ilə əməkdaşlıq etmək qərarına Rusiya komandanlığı tərəfindən sistematik hərbi cinayətlər, o cümlədən onun bölməsində mühakimə olunmadan qətllər, döyülmələr və qəsblər səbəb olub. 2024-cü ilin qışında o, “Rusiya Azadlığı” legionu ilə əlaqə yaradıb. Əməkdaşlıq dövründə "Silver" cəbhənin konkret sektorunda rus qoşunlarının yeri, gücü və planları haqqında qiymətli kəşfiyyat məlumatları təqdim edib. Əməliyyatın kulminasiya nöqtəsi "Storm Z" batalyonunun qərargahına hücum olub. “Zirzəmidə təxminən 15 nəfər (ruslar – red.) var idi. Bu otaqda batalyon komandirinin yatdığı çarpayının birbaşa üstündə boru var idi. O, girişin yanından küçəyə çıxırdı. Biz bu boruya bir-iki qumbara atmaq qərarına gəldik ki, onların yanında partlasınlar”, - deyə rusiyalı hərbçi bildirib. Rusiya hərbçisi tapşırığı uğurla yerinə yetirdikdən sonra əvvəlcədən planlaşdırılmış marşrut üzrə qaçaraq Ukraynanın nəzarətində olan əraziyə keçib. O, “Rusiyanın Azadlığı” legionunun əsgəri olub və Putin rejiminə qarşı mübarizəni davam etdirmək niyyətindədir. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi xatırladır ki, hər bir rusiyalı hərbçi könüllü təslim olmaq üçün “Mən yaşamaq istəyirəm” dövlət proqramından yararlana bilər. Bu proqram Hərbi Əsirlərlə Münasibət üzrə Koordinasiya Qərargahının himayəsi altında fəaliyyət göstərir. Xatırladaq ki, “Sibir batalyonu” və “Rusiya azadlığı” legionunun rusiyalı könüllüləri Xarkov vilayətində yeni döyüşlərdə iştirak edən Rusiya ordusunun hərbçilərinə müraciət edərək onları öz tərəflərinə keçməyə çağırıblar. Ya da canlarını xilas etmək və hücumlarda ölməmək üçün təslim olurlar.

Türkiyə ordusu şəhid verdi

Türkiyə ordusunun hərbi qulluqçusu İraqın şimalındakı “Pənçə-Kilit” əməliyyat bölgəsində şəhid olub.  Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.  Qeyd olunub ki, avqustun 3-də əməliyyat bölgəsində əldəqayırma qumbaranın partlaması nəticəsində ağır yaralanan baş gizir Muhammed Emin Önk bu gün şəhid olub. 

Quru sərhədlər noyabrda açılacaq? - AÇIQLAMA

Məlum olduğu kimi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 bu il 11-22 noyabrda Azərbaycanda keçiriləcək. Tədbirdə müxtəlif ölkələrdən 80 minə yaxın qonağın iştirakı gözlənilir. Bəs COP29 ərəfəsində quru sərhədlərin açılması gözlənilirmi? Sozcu.az xəbər verir ki, məsələ ilə bağlı Bakupost.az-a açıqlama verən turizm eksperti Ceyhun Aşurov belə bir dəyişikliyin olmayacağını düşünür. aptek depo “Qarşıdan COP29 tədbiri gəlir. Bu, Azərbaycan tarixində ən böyük tədbirlərdən biridir. Bununla bağlı ciddi hazırlıqlar gedir. İndiyə qədər sərhədlər bağlı qalıbsa, həmin ərəfədə açılması düşünürəm ki, əlavə yüklənmə yarada bilər. Turizmdə nəzarət, təhlükəsizlik məsələləri çox önəmlidir. Ona görə də COP29-a qədər quru sərhədlərin açılmasını gözləmirəm”, - ekspert qeyd edib. C.Aşurov bildirib ki, sərhədlərin uzun müddət bağlı qalmasının turizmə mənfi təsirləri var: “Çünki quru yolla ölkəyə gəlmək olmur, hava yolu ilə səfər isə daha baha başa gəlir. Bu da ümumilikdə gələn və gedənlərin sayına təsir göstərir. Amma hər bir ölkədə turizmin və digər sahələrin inkişafı üçün ilk növbədə təhlükəsizlik məsələləri prioritet məsələdir. Quru sərhədlərin bağlı saxlanması vəziyyətin sabit qalmasına xidmət edir. Onun əvəzinə hava yollarının intensivliyi, uçuşların coğrafiyası genişləndirilsə, ölkəyə gəliş-gedişi müəyyən qədər artırmaq olar”.

"BakuBus" Zaqatala və Mingəçevirə sərnişin daşıyacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Zaqatala, Bakı-Gəncə, Bakı-Şəmkir və Bakı-Mingəçevir şəhərlərarası avtobus marşrutları ilə bağlı elan etdiyi müsabiqəyə yekun vurub. Sozcu.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Məlumata görə, müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunub. "Bakı-Zaqatala-Bakı" və "Bakı-Mingəçevir-Bakı" marşrutları üzrə hüquqi şəxs "BakuBus" MMC, "Bakı-Gəncə-Bakı" marşrutu üzrə hüquqi şəxs "Uğurlu Yol" MMC, "Bakı-Şəmkir-Bakı" marşrutu üzrə fiziki şəxs Bilal Xeyrəddin oğlu Qurbanov ən çox bal toplayaraq qalib elan olunublar. Şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim ediləcək. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsidir.

Meymunçiçəyinə yoluxanlar üçün karantin müddəti neçə gündür?

Dünyada meymunçiçəyi virusuna yoluxma hallarının sayı artmaqda davam edir. Artıq bir sıra ölkələrdə xəstəlikdən ölüm faktı da təsdiqlənib.Virusdan ən çox təsirlənən bölgə isə Afrika ölkələrdidir. Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) epidemiya ilə əlaqədar qlobal fövqəladə vəziyyət elan edib. Həkim tap ÜST-ün son məlumatlarına görə, dünyada meymunçiçəyi xəstəliyinə 77 264 yoluxma, 36 ölüm qeydə alınıb. Bunu 109 ölkə təsdiqləyib. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası yaydığı məlumatda bildirib ki, Afrikada tüğyan edən meymunçiçəyi epidemiyası (mpox) xəstəliyin daha da yayılmasının qarşısını almaq üçün qlobal və əlaqələndirilmiş cavab tədbirləri tələb edir. Bəs meymunçiçəyinə yoluxanlar üçün karantin müddəti neçə gündür? Ötən il meymunçiçəyinə yoluxma artdıqda bir sıra ölkələrdə qısamüddətli karantin rejimi elan edilmişdi. Koronavirus pandemiyası yayıldıqda virusa yoluxan şəxslər üçün karantin müddəti öncə 14 gün olub, daha sonra 7 günə endirilib. Meymunçiçəyinə yoluxan şəxslərin sağalma müddəti 21 günü əhatə edir. Virusun sağalma müddəti orqanizmdə törətdiyi dəyişikliklərdən asılıdır.  Xəstəlik 2 həftə və ya 1 ay davam edir.  Qeyd edək ki, bu günlərdə isə Qazaxıstan hakimiyyəti meymunçiçəyi xəstəliyinin ölkəyə keçməsinin qarşısını almaq üçün hava limanlarında və sərhəd keçid məntəqələrində sanitar və karantin tədbirlərini gücləndirib. Xatırladaq ki, meymunçiçəyi virusu çiçək virusu ailəsinə daxildir. İlkin əlamətləri qızdırma, baş, bel, əzələ ağrıları, titrəmə və dəridə suluqların əmələ gəlməsidir. Virus başqa bir şəxslə yaxın təmas zamanı yayılır. /"Cebheinfo.az"

FHN əməkdaşının güllələnmiş meyiti tapıldı

Qusarda bir neçə gündür itkin düşən 43 yaşlı Ramik Əhmədovun meyiti tapılıb. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, R.Əhmədovun üzərində zorakılıq əlamətləri olan meyiti rayonun Hil kəndində aşkar edilib. Onun odlu silahdan açılan atəşlə öldürüldüyü bildirilir. Məlumata görə, Ramik Əhmədov FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar Rayon Şöbəsində işləyib. Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Mingəçevirdə qadının oğlu tərəfindən qətlə yetirilməsinin DETALLARI

Mingəçevirdə qadının oğlu tərəfindən qətlə yetirilməsinin bəzi detalları məlum olub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, 21 yaşlı Rəşad Çıraqov anası, 45 yaşlı Natella Çıraqovanı qısqanclıq zəminində qətlə yetirib. Hadisə onların birlikdə yaşadıqları evdə gecə saatlarında baş verib. Məlumatlara görə, N.Çıraqova ərindən boşanıbmış. O, süpürgəçi işləyirmiş.

Məktəblər sentyabrın 15-də açılmayacaq? - RƏSMİ

Bakıda məktəblərdə yeni tədris ilinə hazırlıq məqsədilə dezinfeksiya işləri aparılır. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Məktəblərdə dezinfeksiya işləri aparılaraq sinif otaqları, dəhlizlər və ümumi istifadə olunan sahələr xüsusi təmizlik prosedurlarından keçirilir. Qeyd edək ki, meymunçiçəyi virusunun bütün dünyada yayılması ciddi sağlamlıq böhranı yaradır və bəzi bölgələrdə məktəblərin bağlanmasına səbəb olur. 2020-ci ildəki pandemiya prosesini xatırladan bu vəziyyət təhsilə də öz təsirini göstərir. Xüsusilə Avropanın “qırmızı həyəcan” vəziyyətində olan ölkələrində məktəblər açılmazdan əvvəl bağlanmağa qərar verilib. Qonşu ölkələrdə, Türkiyədə hələlik bu istiqamətdə qərar verilməsə də, halların sayı artarsa, oxşar addımlar atıla bilər. Beləliklə, meymunçiçəyi virusu təhsil sistemini də təhdid edir. Ölkəmizdə yeni dərs ili sentyabrın 15-də başlayacaq. Bununla yanaşı, Baş nazir Əli Əsədov "Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər haqqında" qərar imzalayıb. Qərarla Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində (xüsusi təhsil müəssisələri istisna olmaqla) təhsilin pillələri üzrə tədris və təlim-tərbiyə prosesinin hansı qaydada təşkili təmin ediləcəyi göstərilir. Belə ki, ümumi təhsil pilləsi üzrə - 2024-cü il noyabrın 12-dən 22-dək payız tətili; peşə, orta ixtisas və ali təhsil pillələri üzrə - Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda 2024-cü il noyabrın 12- dən 22-dək distant (məsafədən) formada təhsil olacaq. Hazırda bir sıra dünya ölkələrində meymunçiçəyi ilə bağlı məktəblərin bağlandığı, COP29 ərəfəsində ölkəmizdə tətil olacağı bir dövrə qədər Azərbaycanda məktəblər distant təhsilə keçə bilərmi? Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, hər hansı bir xəstəliyə kütləvi yoluxma halı baş verdikdə təhsil müəssisəsinin bağlanması, tədrisin distant formaya keçirilməsi ilə bağlı qərar digər aidiyyəti qurumlar tərəfindən verilir: “Bildiririk ki, uşaqlar arasında hansısa xəstəliyə yoluxma ilə bağlı statistik məlumatı aidiyyəti səhiyyə qurumu müəyyən edir. Buna baxmayaraq ənənəvi olaraq təhsil müəssisələrində müvafiq ehtimallar nəzərə alınaraq, pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilir. Səhhətində narahatlıq müşahidə edilən təhsilalanlar tibb bacısı və ya həkim tərəfindən ilkin müayinə olunur, valideyn ilə əlaqə saxlanılır, şagirdin vəziyyətinə uyğun tədbirlərin görülməsi təmin edilir. Valideynlərə tövsiyə edilir ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda, tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil. İnfeksion xəstəliklərə yoluxma hallarının müşahidə olunması ilə bağlı məlumat daxil olduğu halda təhsil müəssisələrində müvafiq ixtisaslaşdırılmış qurumlar tərəfindən dezinfeksiya işləri həyata keçirilir. Hazırda distant təhsilə keçilməsi ilə bağlı hər hansı qərar yoxdur”.

"Həmin təhlükə əsas vermir ki, Azərbaycan taleyini çökməkdə olan Rusiya ilə bağlasın..."

“Bunu xüsusi vurğulamağı özümə borc bilirəm. İstər Azərbaycanda, istərsə də Ermənistandakı müvafiq qurumlarda Rusiyaya bağlı kifayət qədər qruplar, öz adıyla desək, Rusiya agenturası var...” “Moskva Azərbaycan və Ermənistandakı agenturalarından yararlanaraq müxtəlif provakasiyalar törədə bilər... Amma istənilən halda hərbi əməliyyatlara başlayıb-başlamamaq qərarını verən siyasi hakimiyyətdir...” “Təbii ki, Azərbaycan tərəfdən istədiyi loyallığa nail olmadığı tədqirdə Kreml bölgədə müxtəlif provakasiyalaa əl  atacaq. O cümlədən də Azərbaycanla Ermənistan arasında yeni müharibənin alovlandırılmasına çalışacaq”.  Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bu fikri Moderator.az-a açıqlamasında “Rusiya prezidenti V.Putinin Azərbaycana son səfəri regiondakı proseslərə necə təsir edə bilər: Ermənistanla yeni müharibə təhlükəsi güclənir, yoxsa?” sualını cavablandırarkən dilə gətirib. “Bunu xüsusi vurğulamağı özümə borc bilirəm. İstər Azərbaycanda, istərsə də Ermənistandakı müvafiq qurumlarda Rusiyaya bağlı kifayət qədər qruplar, öz adıyla desək, Rusiya agenturası var. Və Kreml həmin agenturalardan istifadə edərək müxtəlif provakasiyalar törədə bilər. Amma istənilən halda hərbi əməliyyatlara başlayıb-başlamamaq qərarını verən siyasi hakimiyyətdir. Hər şey ondan asılıdır ki, Azərbaycan və Ermənistanın siyasi hakimiyyətləri belə bir konfliktdə maraqlıdırlarmı. Əlbəttə, maraqlı deyillər, çünki bu konflikt böyük müharibəyə, o cümlədən də Rusiyanın özünün də həmin konflikti bəhanə edərək hərbi baxımdan bölgəyə girməsinə gətirib çıxara bilər. Və həmçinin də İranın...”, - deyə davamında analitik diqqətə çatdırıb.  “Unutmayaq ki, məhz Putinin səfəri ərəfəsində iki hadisə baş verdi. Bunlardan biri Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Tehrana səfəri və ardınca Bakıda dayanaraq İlham Əliyevlə görüşməsi və müzakirələr aparması, digəri isə Rusiya prezidentinin Azərbaycana səfəri elan olunmamışdan bir gün əvvəl və yaxud da elə həmin gün İranın Azərbaycan sərhədləri yaxınlığında hərbi təlimlər keçirməsidir. İran artıq taleyini Rusiya ilə bağlayıb və Rusiyanın Ukraynaya təcavüzü məsələsində Moskvanın tərəfini tutmaqla rəsmi Tehran mövqeyini müəyyənləşdirib. Təbii ki, Azərbaycan da bu təhlükəni yaxşı anlayır. Ancaq həmin təhlükə, hətta iki tərəfdən sıxılma belə, əsas vermir ki, Azərbaycan taleyini çökməkdə olan və ümumiyyətlə, taleyi, müqəddəratı bəlli olmayan Rusiya ilə bağlasın. Ona görə də mən böyük müharibənin olacağını gözləmirəm. Azərbaycan-Ermənistan sərhədində hər hansı kişikmiqyaslı toqquşmalar ola bilər. Bunlar imitasiya xarakteri də daşıya bilər, nəzarətdən çıxmış lokal toqquşmaların da olması mümkündür. Amma genişmiqyaslı müharibəyə gediləcəyini mən düşünmürəm, bu, mümkün deyil. Ona görə ki, öncə qeyd etdiyim kimi, belə savaş nə Azərbaycanın, nə də Ermənistanın marağındadır...” 

KİA əvvəl piyadanı vurdu, sonra kanala aşdı: ölən var

Avqustun 19-da saat 01 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində Səbuhi İbrahimov idarə etdiyi KİA markalı avtomobillə yolun kənarında dayanan piyada, 1993-cü il təvəllüdlü Səməd Rəşidovu vurub, daha sonra isə nəqliyyat vasitəsi su kanalına aşıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sozcu.az-a bildirilib ki, hadisə nəticəsində sürücü xəsarət alıb, S.Rəşidov isə aldığı xəsarətlərdən xəstəxanada ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

İsti günlərdə yanğına həssas ərazilər açıqlandı

Milli Hidrometeorologiya Xidməti tərəfindən verilən məlumata görə, avqustun 19-20-də respublikanın bəzi bölgələrində isti hava şəraitinin hökm sürəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov Axar.az-a bildirib ki, belə hava şəraitində təbiət ərazilərində, xüsusən meşə sahələrində yanğın təhlükəsi ehtimalı artır. “Buna görə əhaliyə müraciət edirik ki, təbiətdə təsərrüfat işləri aparılarkən və ya istirahət edilərkən mütləq qaydada yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalı, odla ehtiyatlı davranılmalıdır”, - deyə xidmət rəisi bildirib. N.Mahmudov xidmət tərəfindən respublika ərazisində yanğına həssas bölgələrin yanğın indeksinin hazırlandığını və riskli istiqamətlərin müəyyən olunduğunu da açıqlayıb: “Gəncə-Qazax bölgəsində Tovuzda, Ağdamda yüksək, Ağstafada, Naftalanda çox yüksək, Quba-Xaçmaz bölgəsi üzrə Qubada, Qusarda yüksək, Şabranda çox yüksək, Dağlıq Şirvan bölgəsində İsmayıllıda, Qobustanda çox yüksək, Lənkəran-Astara bölgəsində Lənkəran, Yardımlı, Astarada yüksək yanğın təhlükəsi müəyyən edilib”.

Temperatur daha da yüksələcək - Xəbərdarlıq

Avqustun 19-20-də respublikanın bəzi bölgələrində isti hava şəraitinin hökm sürəcəyi gözlənilir. Sozcu.az -ın məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, belə hava şəraitində təbiət ərazilərində, xüsusən meşə sahələrində yanğın təhlükəsi ehtimalı artır. "Buna görə əhaliyə müraciət edirik ki, təbiətdə təsərrüfat işləri aparılarkən və ya istirahət edilərkən mütləq qaydada yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalı, odla ehtiyatlı davranılmalıdır". N.Mahmudov xidmət tərəfindən respublika ərazisində yanğına həssas bölgələrin yanğın indeksinin hazırlandığını və riskli istiqamətlərin müəyyən olunduğunu da açıqlayıb. "Gəncə-Qazax bölgəsində Tovuzda, Ağdamda yüksək, Ağstafa, Naftalanda çox yüksək, Quba-Xaçmaz bölgəsi üzrə Quba, Qusarda yüksək, Şabranda çox yüksək, Dağlıq Şirvan bölgəsində İsmayıllı, Qobustanda çox yüksək, Lənkəran-Astara bölgəsində Lənkəran, Yardımlı, Astarada yüksək yanğın təhlükəsi müəyyən edilib."

Polis kapitanı qəfil vəfat etdi

Avqustun 19-da Xaçmaz rayonunda polis zabiti Zahid Mahmudov vəfat edib. Sozcu.az "Report"a istinadən xəbər verir ki, xidməti vəzifələrini icra edərkən polis əməkdaşının halı qəflətən pisləşib, xəstəxanaya aparılarkən həyatını itirib. Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

Bunu edənlər kor qala bilər - Professordan CİDDİ XƏBƏRDARLIQ

Son zamanlar sosial şəbəkələrdə göz rənginin dəyişdirilməsi əməliyyatlarına daha çox rast gəlinir. Bu tip əməliyyatları xoş qarşılayıb bəyənənlər olsa da, riskli olduğunu fikirləşənlər də az deyil.  Maraqlıdır, göz rənginin dəyişdirilməsi zamanı görmə qabiliyyətinin zəifləməsi, yaxud itirilməsi ilə bağlı gələcək zamanlarda hər hansısa problemlər ortaya çıxa bilər? Ümumiyyətlə, bu proses nə qədər təhlükəsiz sayılır?  Sözügedən məsələ ilə bağlı tanınmış professor, oftolmoloq Paşa Qəlbinur “Yeni Sabah”a açıqlama verib. O, göz rənginin dəyişdirilməsi prosesindən danışıb:  dirnaq modelleri “Bu cür əməliyyatların başlıca mahiyyəti budur ki, gözün daxilinə tatu olunur. Necə ki, dəriyə müxtəlif rəng və formalarla yazılar çəkilirsə, eləcə də bu gözə tətbiq olunaraq, onun rəngi dəyişilir. Ancaq göz rəngi dəyişdirilməsi əməliyyatı olduqca riskli, təhlükəli prosesdir. Çünki bu, sonralar böyük fəsadlara yol aça bilər. Ən əsası isə gözdə müxtəlif xəstəliklərin baş qaldırması qaçınılmazdır. Bu xəstəliklərə qlaukoma , uveit  və s. aiddir”.  Həkim bildirib ki, bu əməliyyat korluqla nəticələnə də bilər: “Gözə belə müdaxilələrin edilməsi müxtəlif xəstəliklərə yol açır, hətta insan sonda kor olur, görmə qabiliyyətini birdəfəlik itirir. Dünyanın bütün inkişaf etmiş ölkələrində bu tip əməliyyatlar qanunla qadağan edilib. Kolumbiya kimi bir çox ölkələrdə bu qanun hələ qəbul olunmayıb. Çox arzu edərdim ki, bizdə də göz rəngini dəyişdirilməsi qanunla qadağan olunsun. Elementar məntiqli adam anlayar ki, vazkeçilməz orqanlarımızdan biri olan gözün içinə yazı yazmaq, şəkil çəkmək nə ilə nəticələnə bilər”.

"Putinin Azərbaycana gəlişi dövlətçiliyimizə yaxşı heçnə vəd etmir" - Müsavat Partiyası

Avqustun 19-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda görülən işlər müzakirə olunub və təşkilati məsələlərə baxılıb.  Gənc içtimai fəal Sənan Səbuhioğlu Müsavat Partiyası sıralarına qəbul edilib. Milli Məclis üzvlüyünə namizədliyi qeydə alınan 25 Müsavat yetkilisinin təbliğat kampaniyası çərçivəsində həyata keçirdikləri tədbirlər barədə məlumat dinlənilib. Partiya rəhbərliyinin ötən həftə ATƏT-in Seçki Müşahidə missiyasının təmsilçiləri ilə görüşü təqdir edilib. Daha sonra, hakimiyyətyönlü media orqanlarının yalan və böhtan dolu paylaşımları ilə bağlı Müsavat Partiyasının bəyanatı qəbul edilib (bəyanatın mətni xəbərə əlavə olunub). İclasda Rusiya prezidenti Vladimir Putinin Bakıya iki günlük səfəri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, Ukraynaya işğalçı siyasət yürütdüyünə görə mütərrəqqi dünyada təcrid olunan Putin rejiminin rəsmi Bakı ilə yaxınlaşması Azərbaycanın dövlət maraqlarına yaxşı heç nə vəd etmir. Avqustun 22-də saat 12:00-da Azərbaycan milli-azadlıq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin anım günü ilə bağlı, onun məzarının ziyarət olunması qərara alınıb. Sonda cari məsələlər müzakirə olunub. *** Hakimiyyətyönlü saytların yalan və böhtan dolu paylaşımları ilə bağlı Müsavat Partiyasının bəyanatı Avqustun 12-də Müsavat Partiyasının başqanı İsa Qəmbər və Məclis sədri Arif Hacılı Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko və Avropa ölkələrinin diplomatları ilə görüşüblər. Aİ nümayəndəliyinin təşəbbüsü ilə baş tutan görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkiləri, siyasi məhbuslar, Aİ ilə Azərbaycan arasında münasibətlər müzakirə olunub. Görüşdə Aİ Bakı ofisinin rəhbəri Piter Mixalko ilə yanaşı, Avropa İttifaqı ölkələrinin Azərbaycanda fəaliyyət göstərən başqa diplomatları da iştirak ediblər. Müsavat Partiyasının mətbuat xidməti görüş başa çatdıqdan dərhal sonra bu barədə məlumat yayıb. Qeyd edilməlidir ki, bir qayda olaraq Azərbaycandakı diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri hər seçkilər ərəfəsində müxtəlif siyasi partiyalarla, o cümlədən hakimiyyətdəki siyasi partiyanın nümayəndələri ilə görüşlər keçiriblər. Lakin “Qafqazinfo” saytı və bəzi digər iqtidaryönlü media orqanları həmin görüş barədə yalan və böhtanlarla dolu məlumat yayıblar. Məlumatda görüşün iştirakçıları, məqsədi və müzakirə olunan məsələlər barədə yazılanlar tamamilə uydurma və böhtandır. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi də hakimiyyətyönlü medianın bu böhtanına rəsmi bəyanatla etiraz edib. Müsavat Partiyası “Qafqazinfo” saytını və sözügedən yalan və böhtanları yayan digər hakimiyyətyönlü media irqanlarının təkzib dərc etmələrini və Müsavat Partiyasında üzr istəmələrini tələb edir, əks halda məhkəməyə müraciət olunacağını bildirir.

Trampı geridə qoyan ad - Yeni prezident O seçiləcək...

ABŞ-da keçirilən sorğunun nəticələrinə görə, seçicilərin 48 faizi vitse-prezident Kamala Harrisi, 41 faizi isə onun rəqibi Donald Trampı dəstəkləyir.  Sozcu.az xəbər verir ki, Associated Press agentliyinin NORC İctimai Əlaqələr Mərkəzi ilə keçirdiyi sorğuda 5 noyabrda keçiriləcək seçkilərdə Demokratların namizədi Harrisə dəstək nisbətlərinin artdığı müəyyən edilib.  Müvafiq olaraq, Harrisi dəstəkləyən Demokrat seçicilərin səsvermə nisbəti yüzdə 83 olduğu halda, respublikaçıların 80 faizi Trampın qalib gələcəyini düşünür.  dirnaq modelleri Ümumilikdə, ABŞ seçicilərinin 48 faizi seçkilərdə Harris haqqında müsbət düşünür, 41 faizi isə Trampı dəstəkləyir.  Harris qadın seçicilər arasında, Trampa isə kişilər daha çox üstünlük verilir.  Sorğuda amerikalıların Trampı iqtisadiyyatı idarə etməkdə, Harrisi isə demokratiyaya sadiqliyinə görə tanıdıqları müəyyən edilib. 

Vəfa Nağı Tənzilə Rüstəmxanlının görüşünü ləğv etdirdi

“Bu gün Tənzilə Rüstəmxanlının adamlarından biri Neftçala Rayon İcra Hakimiyyətinin namizədlər üçün nəzərdə tutulmayan yerdə 23 avqust saat 18:00-a görüş elanları yapışdırdı. Elanları da gətirib Neftçalada qaldığım küçədə, qonşumun hasarına yapışdırmışdı. Meqafonla küçədə həm polisə, həm də DSK-ya müraciət etdim. Sonra da DSK-ya şikayət etdim”.  Sozcu.az xəbər verir ki, bu sözləri sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində 70 saylı Neftçala seçki dairəsindən namizəd olan ictimai fəal Vəfa Nağıyeva (Nağı) bildirib. Onun sözlərinə görə, hava qaralanda elanları sökdülər: “Tənzilə Rüstəmxanlının görüşünü ləğv etdirdik”.

Ermənistandan sərhəddə növbəti TƏXRİBAT - SON DƏQİQƏ

Avqustun 19-da saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun üzbəüz mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.  Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.  Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb. Klinikalar Xatırladaq ki, Ermənistan son bir neçə gündə Naxçıvan və Kəlbəcərdəki mövqelərimizi atəşə tutub. 

Azərbaycanda “icra başçısının katibəsi” həbs edildi - BU SƏBƏBDƏN

Bakıda qadını aldadaraq ondan 7 700 manat pul alan Masallı rayon sakini, 1985-ci il təvəllüdlü Aygün Həsənova həbs edilib. Publika.az-ın əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq) maddəsinə əsasən məsuliyyətə cəlb edilib. Bəlli olub ki, paytaxtda gözəllik salonunda çalışan Aygün tanış olduğu Pərvanə adlı qadına özünü Bakının rayonlarının birində icra başçısının katibəsi kimi təqdim edib. Pərvanənin iş axtardığını öyrənən Aygün onu aldadaraq pul almaq fikrinə düşüb. Bu məqsədlə o, Pərvanəyə işini dəyişdirəcəyini və istəyərsə, İcra Hakimiyyətində katibə vəzifəsində boş qalan yerinə təyin etdirəcəyini deyib. Buna inanan Pərvanə Aygünün təklifi ilə razılaşıb. Aygün təyinata görə 15 000 manat tələb edib və pulun 7 700 manatını alıb. dirnaq modelleri Daha sonra Aygünün icra hakimiyyətində işləməməsi, çoxsaylı şəxslərə borcunun olması üzə çıxıb və onun barəsində polisə şikayət edilib. Avqustun 5-də Aygün Həsənova həbs edilib. Masallı Rayon Məhkəməsinin hökmü ilə ona 2 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.