Bu rayonda qarın hündürlüyü 29 sm-ə çatdı – Faktiki hava

Gecə və səhər bəzi dağlıq ərazilərdə qar yağıb, Şərurda qarın hündürlüyü 29 santimetrə (sm) çatıb.

Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yanvarın 1-i saat 11:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, qarın hündürlüyü Şərurda (Biçənək) 29, Qaxda (Sarıbaş) 17, Qusarda 12, Gədəbəydə 7, Şahbuzda 6, Sədərəkdə 5, Xınalıq, Qrızda 4, Şəki, Xaltan, Şahdağ, Culfada 1 sm-dir.

Bəzi yerlərdə qərb küləyi əsib, küləyin maksimal sürəti Mingəçevirdə 26, Bakıda və Abşeron yarımadasında 24, Şahdağda 20 m/s-dək güclənib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, Aran rayonlarında 2, Naxçıvan MR-da və dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb.

Share on Facebook