“Bunu xüsusi vurğulamağı özümə borc bilirəm. İstər Azərbaycanda, istərsə də Ermənistandakı müvafiq qurumlarda Rusiyaya bağlı kifayət qədər qruplar, öz adıyla desək, Rusiya agenturası var...”
“Moskva Azərbaycan və Ermənistandakı agenturalarından yararlanaraq müxtəlif provakasiyalar törədə bilər... Amma istənilən halda hərbi əməliyyatlara başlayıb-başlamamaq qərarını verən siyasi hakimiyyətdir...”
“Təbii ki, Azərbaycan tərəfdən istədiyi loyallığa nail olmadığı tədqirdə Kreml bölgədə müxtəlif provakasiyalaa əl atacaq. O cümlədən də Azərbaycanla Ermənistan arasında yeni müharibənin alovlandırılmasına çalışacaq”.
Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bu fikri Moderator.az-a açıqlamasında “Rusiya prezidenti V.Putinin Azərbaycana son səfəri regiondakı proseslərə necə təsir edə bilər: Ermənistanla yeni müharibə təhlükəsi güclənir, yoxsa?” sualını cavablandırarkən dilə gətirib.
“Bunu xüsusi vurğulamağı özümə borc bilirəm. İstər Azərbaycanda, istərsə də Ermənistandakı müvafiq qurumlarda Rusiyaya bağlı kifayət qədər qruplar, öz adıyla desək, Rusiya agenturası var. Və Kreml həmin agenturalardan istifadə edərək müxtəlif provakasiyalar törədə bilər. Amma istənilən halda hərbi əməliyyatlara başlayıb-başlamamaq qərarını verən siyasi hakimiyyətdir. Hər şey ondan asılıdır ki, Azərbaycan və Ermənistanın siyasi hakimiyyətləri belə bir konfliktdə maraqlıdırlarmı. Əlbəttə, maraqlı deyillər, çünki bu konflikt böyük müharibəyə, o cümlədən də Rusiyanın özünün də həmin konflikti bəhanə edərək hərbi baxımdan bölgəyə girməsinə gətirib çıxara bilər. Və həmçinin də İranın...”, - deyə davamında analitik diqqətə çatdırıb.
“Unutmayaq ki, məhz Putinin səfəri ərəfəsində iki hadisə baş verdi. Bunlardan biri Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Tehrana səfəri və ardınca Bakıda dayanaraq İlham Əliyevlə görüşməsi və müzakirələr aparması, digəri isə Rusiya prezidentinin Azərbaycana səfəri elan olunmamışdan bir gün əvvəl və yaxud da elə həmin gün İranın Azərbaycan sərhədləri yaxınlığında hərbi təlimlər keçirməsidir. İran artıq taleyini Rusiya ilə bağlayıb və Rusiyanın Ukraynaya təcavüzü məsələsində Moskvanın tərəfini tutmaqla rəsmi Tehran mövqeyini müəyyənləşdirib. Təbii ki, Azərbaycan da bu təhlükəni yaxşı anlayır. Ancaq həmin təhlükə, hətta iki tərəfdən sıxılma belə, əsas vermir ki, Azərbaycan taleyini çökməkdə olan və ümumiyyətlə, taleyi, müqəddəratı bəlli olmayan Rusiya ilə bağlasın. Ona görə də mən böyük müharibənin olacağını gözləmirəm. Azərbaycan-Ermənistan sərhədində hər hansı kişikmiqyaslı toqquşmalar ola bilər. Bunlar imitasiya xarakteri də daşıya bilər, nəzarətdən çıxmış lokal toqquşmaların da olması mümkündür. Amma genişmiqyaslı müharibəyə gediləcəyini mən düşünmürəm, bu, mümkün deyil. Ona görə ki, öncə qeyd etdiyim kimi, belə savaş nə Azərbaycanın, nə də Ermənistanın marağındadır...”