Meymunçiçəyinə yoluxanlar üçün karantin müddəti neçə gündür?

Dünyada meymunçiçəyi virusuna yoluxma hallarının sayı artmaqda davam edir.

Artıq bir sıra ölkələrdə xəstəlikdən ölüm faktı da təsdiqlənib.Virusdan ən çox təsirlənən bölgə isə Afrika ölkələrdidir.

Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) epidemiya ilə əlaqədar qlobal fövqəladə vəziyyət elan edib. Həkim tap

ÜST-ün son məlumatlarına görə, dünyada meymunçiçəyi xəstəliyinə 77 264 yoluxma, 36 ölüm qeydə alınıb. Bunu 109 ölkə təsdiqləyib.

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası yaydığı məlumatda bildirib ki, Afrikada tüğyan edən meymunçiçəyi epidemiyası (mpox) xəstəliyin daha da yayılmasının qarşısını almaq üçün qlobal və əlaqələndirilmiş cavab tədbirləri tələb edir.

Bəs meymunçiçəyinə yoluxanlar üçün karantin müddəti neçə gündür?

Ötən il meymunçiçəyinə yoluxma artdıqda bir sıra ölkələrdə qısamüddətli karantin rejimi elan edilmişdi.

Koronavirus pandemiyası yayıldıqda virusa yoluxan şəxslər üçün karantin müddəti öncə 14 gün olub, daha sonra 7 günə endirilib.

Meymunçiçəyinə yoluxan şəxslərin sağalma müddəti 21 günü əhatə edir.

Virusun sağalma müddəti orqanizmdə törətdiyi dəyişikliklərdən asılıdır. 

Xəstəlik 2 həftə və ya 1 ay davam edir. 

Qeyd edək ki, bu günlərdə isə Qazaxıstan hakimiyyəti meymunçiçəyi xəstəliyinin ölkəyə keçməsinin qarşısını almaq üçün hava limanlarında və sərhəd keçid məntəqələrində sanitar və karantin tədbirlərini gücləndirib.

Xatırladaq ki, meymunçiçəyi virusu çiçək virusu ailəsinə daxildir. İlkin əlamətləri qızdırma, baş, bel, əzələ ağrıları, titrəmə və dəridə suluqların əmələ gəlməsidir. Virus başqa bir şəxslə yaxın təmas zamanı yayılır. /"Cebheinfo.az"

Share on Facebook