İranda ağır qəza: 35 zəvvar öldü

İranın Yəzd əyalətində pakistanlı zəvvarları daşıyan avtobus qəzaya uğrayıb.

Sozcu.az xəbər verir ki, bu barədə İran hüquq-mühafizə qüvvələrinin yol polisinin rəhbəri, general Teymur Hüseyni məlumat yayıb.

Qəza nəticəsində 35 nəfər ölüb, daha 15 nəfər yaralanıb.

Məlumata görə, avtobus Pakistandan İraqa gedirmiş.

Qəzaya səbəb kimi əyləc sisteminin texniki nasazlığı göstərilib.

Share on Facebook