KİA əvvəl piyadanı vurdu, sonra kanala aşdı: ölən var

Avqustun 19-da saat 01 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində Səbuhi İbrahimov idarə etdiyi KİA markalı avtomobillə yolun kənarında dayanan piyada, 1993-cü il təvəllüdlü Səməd Rəşidovu vurub, daha sonra isə nəqliyyat vasitəsi su kanalına aşıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sozcu.az-a bildirilib ki, hadisə nəticəsində sürücü xəsarət alıb, S.Rəşidov isə aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Share on Facebook