Türkiyə ordusunun hərbi qulluqçusu İraqın şimalındakı “Pənçə-Kilit” əməliyyat bölgəsində şəhid olub.
Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, avqustun 3-də əməliyyat bölgəsində əldəqayırma qumbaranın partlaması nəticəsində ağır yaralanan baş gizir Muhammed Emin Önk bu gün şəhid olub.