Bütün reqionların inkişaf səviyyəsi onun yolundan bəlli olur. Yəni yol əslində inkişafın göstəricisidir! Kəlbəcərdə infrastrukturların yenidən bərpası və həyatın normal ahəngə düşməsi yoldan cox asılı olacaq. Ona görə ilk atılacaq addım ilin bütün fəsilləri işləyə biləcək bir yolun çəkilməsidir ki, o da Tərtər-Kəlbəcər arası köhnə çayqırağı yoldur. Şəhərin bərpası isə mütləq planlı şəkildə aparılmalıdır ki, həm turizm üçün cəlbedici olsun, həmdə yaşam asanlaşsın. Bu məsələdə inkişaf etmiş Avropa ölkələrinin ( məsələn İsveçrənin)şəhərsalma planlarından faydalanmaq olar. Əlbətdə ki, dövlət dəstəyi çox önəmlidir. Belə ki, istər şəhərdə istərsədə kəndlərdə evləri dağılmış vətəndaşlara , iş yerləri dağılmış sahibkarlara dəymiş zərər adil qaydada hesablanıb dövlət tərəfindən qarşılanmalı və onların bərpasına nəzarət olunmalıdır. Əks halda kəndlərin də dövlət tərəfindən bərpası həm çox vaxt alar, həm də xərci ikiqat artar. Bu dəymiş zərər beynəlxalq təşkilatların da dəstəyi ilə Ermənistan dövləti tərəfindən qarşılanması üçün lazımı sənədləşmə işləri aparılmalıdır!Şəhərdə dağıdılmış evlərin bərpasına xüsusi nəzarət olunmalı ki, şəhərin atxitekturasına zərər verilməsin. Dövlətə baglı infrastrukturlar isə( su,elektrik,qaz,kanalizasion) şəhərin bərpasından əvvəl bərpa olunmalıdır ki, sonrakı bərpa işləri vaxtı infrastrukturlara zərər dəyməsin .
İsti- Suyun planlı şəkildə yenidən bərpası da şəhərin bərpası qədər önəmlidir. Cünki qələcəkdə Kəlbəcərin iqtisadiyyatında turizm gəlirlərinin böyük payı olmalıdır. Bu istər istirahət zonalarinin yaradılmasında, istərsədə mineral suyun , təmiz və minerallarla zəngin içməli suyun qablaşdırma məsələsində də ciddiyə alınmalıdır. Respublikanın böyük şəhərlərini qablaşdırılmış içməli su ilə təmin etmək üçün böyük su hövzələri səmərəli istifadə edilməlidir.Təbii sərvətinə görə ən zəngın rayonlardan olan Kəlbəcərin qızıl yataqları, civə yatagı, qiymətli daşların işlənməsi və satışa çıxarılması cox gəlir qətirən sahələrə çevrilməlidir. Təbii ki, əsas gəlir mənbələrindən biri olan kənd təsərrüfatı da sistemli şəkildə inkisaf etdirilməlidir. Azərbaycanın 30-dan çox rayonu da əvvəllər Kəlbəcər yaylaqlarından yararlanırdı ki, bu da tək Kəlbəcərin yox respublikanın kənd təsərrüfatının inkişafında rol oynayırdı. Kəlbəcərin gələcək inkişafı üçün ali təhsil ocaqlarının ( xususilə kənd təsərrüfatı, turizm, istehsalat üzrə)açılması cox vacibdir.
Taxta düzü deyilən ərazimizdə qış olimpiadlarını keçirə bilmək üçün mükəmməl olimpiada mərkəzi yaradıla bilər ki, bu da iqtisadiyyatımıza önəmli gəlir gətirə bilər. Bizim o vaxt( 1992-ci il Milli hökümət zamanı) “Taxta düzü”hava limanı planımızda da İsti-Su turizmi ilə bərabər , qış olimpiadı da nəzərdə tutulurdu.
İqtisadiyyatı bəlli bir sahələrdən asılı vəziyyətə salmamaq, işsizliyin qarşısını almaq üçün xırda istehsalat müəssələrinin də ( Xalçaçılıq, tikiş fabrikləri, daş karxanaları, tibbdə cox faydaları olan bitkilərin toplanıb qablaşdırılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılması kimi) açılmasına cox ehtiyacımız olacaq. Kəlbəcərdə elə qiymətli daşlar çıxır ki, xaricdən baha qiymətə gətirilən üzlük daşlardan daha keyfiyyətlidir. Eyni zamanda arxitektur binaların tikintisi üçün çeşidli qara daşların ixracı da iqtisadiyystımıza bəlli bir qəlir gətirmək imkanındadır. Bunun üçün böyük istehsalat gücünə malik daş karxanasına da ehtiyac olacaq. Qızıl yataqlarının və civə yatagının da işlətməsi yerli şirkətlərə həvalə olunmalı ki,Kəlbəcər sakinlərinə həm əlavə iş yeri açılsın və əlbətdə ki, gəlirin də müəyyən bir hissəsi rayonun inkişafına sərf olunmalıdır. Bir sözlə torpagının altı və üstü təbii sərvətlərlə zəngin Kəlbəcər ərazisi düzgün iqtisadi planlama ilə idarə olunursa nəinki Kəlbəcərin iqtisadiyyatına, həmçinim respublika iqtisadiyyatına böyük töhvələr verər və Kəlbəcərlilərin də rifah səviyyəsi yüksələr.
Mənim Kəlbəcəri yaxından tanıyan biri kimi bu göstərdiyim tövsiyyə xarakterli yol xəritəsi, əslində dəyərli iqtisadçılarımız, sənaye və kənd təsərrüfatı mütəxəsislərimiz,
turizm mütəxəsislərimiz ,arxitektorlarımız tərəfindən əlavələr və düzəlişlər də edilərək bir komplekt layihə halına gətirilərək dövlət layihələşdirmə və planlaşdırma idarəsinə verilərsə bir dövlət proqramı halına salınar.
İlham Həsən, Kəlbəcərin keçmiş icra başçısı