Instagram platformasının tərtibatçıları iyun ayında Twitter-ə bənzər mətn əsaslı tətbiqi işə salmağı planlaşdırırlar.
Sozcu.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" agentliyi məlumat yayıb.
Məlumata əsasən, tətbiq hazırda tərtibatçılar tərəfindən sınaqdan keçirilir.
Agentlik marketinq müəllimi Liya Habermana istinadən aydınlaşdırır ki, yeni tətbiq Instagram-ın bir hissəsi olmayacaq, lakin tətbiqlərdəki hesablar əlaqələndirilə bilər.
Instagram nümayəndələri agentliyin bu məsələni şərh etməsi sorğusuna cavab verməyiblər.