Son günlər Qarabağda Rusiyanın himayəsinə sığınmış hayk separatçılarının “elitası” arasında daxili siyasi vəziyyət gərginləşib. Bir tərəfdən, Samvel Babayan və Ruben Vardanyan timsalında müxalifət qüvvələri fəallaşıb. Eyni zamanda, Babayan “dövlət naziri” təyin olunmasını tələb edir. Digər tərəfdən, separatçı “hökumət” daxilində də, qanunsuz parlamentdə də, anlaşma yoxdur.
Sozcu.az xəbər verir ki, bu haqda “Hraparak” məlumat yayıb.
Xəbər verildiyi kimi, bu günlərdə Xankəndindəki oyuncaq “parlament”in sədri bir tələb səsləndirib: “Arayik Arutyunyan ya istefa verib yeni seçkilərə gedir, ya da ölkədə etimad referendumu keçir”.
Xatırladılır ki, baş separatçı bir neçə gün əvvəl “siyasi məsləhətləşmələrə başlayacağını və müxalifət qüvvələrinin nümayəndələrinin, o cümlədən Samvel Babayan və Ruben Vardanyanın daxil olacağı yeni qurumun – “müdafiə komitəsi”nin formalaşdırılması barədə məlumat vermişdi. “Ancaq məsləhətləşmələr uğurlu alınmır, siyasi qüvvələr bir masa arxasında əyləşə bilmir və indiki hakimiyyət arasında hər hansı razılaşma yoxdur”..
“Dünən öyrəndik ki, Arayik Arutyunyan etimad referendumunun keçirilməsi təklifi üzərində dayanaraq qərar verib. Yaxın bir-iki ayda referendum təşkil olunacaq”- deyə erməni nəşri bildirir. Məlum olur ki, həmin qondarma və qanunsuz “referendum”da Qarabağdakı hayklar bir suala cavab verəcək: baş separatçı Arayikə güvənir, yoxsa yox?” ...moderator