Azərbaycanda pensiyaçıların sayı ən aşağı səviyyəyə düşüb

Aprelin 1-nə Azərbaycanda 1 milyon 101,9 min əmək pensiyaçısı var ki, bu da ölkənin müstəqillik əldə etdiyi vaxtdan bəri bütün otuz il ərzində ən aşağı göstəricidir.

2023-cü il aprelin 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1101,9 min nəfər pensiyaçı  qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,9 faizini təşkil edir. Onların 63,5 faizi yaşa, 23,7 faizi əlilliyə, 12,8 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir. Təkcə bu ilin birinci rübündə 12,3 min nəfər pensiyaçı statusunu itirib. 2022-ci ildə Azərbaycanda pensiyaçıların sayı 86,3 min nəfər azalıb.

Bu ilin birinci rübündə Azərbaycanda əmək pensiyalarının orta məbləği ayda 432,3 manat (253,3 ABŞ dolları) təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 16,2% çoxdur. DSK-nın məlumatına görə, bu, ölkə üzrə orta aylıq əmək haqqının 48,%-i qədərdir.

1991-ci ildə Azərbaycanda 1 milyon 127 min pensiyaçı var idi. 2006-cı ildə onların sayı maksimuma çatıb – 1 398 839 nəfər. 2020-ci ilin sonuna 1 milyon 270,5 min nəfər əmək pensiyası alıb.//Turan.az

Share on Facebook