“Tramp yolu”nun açılması ilə bağlı fəal iş gedir - Akopyan

"Tramp yolu"nun (və ya Zəngəzur dəhlizinin) açılması ilə bağlı fəal iş gedir. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistanın hakim partiyasından olan deputat Vaqarşak Akopyan bildirib. Deputat qeyd edib ki, “Tramp yolu” və orada hansı biznes modelinin fəaliyyət göstərəcəyi ilə bağlı müzakirələr gedir. “Amerikalılarla həm onlayn, həm də üzbəüz görüşlərdə çox fəal işləyirik. İşçi qrupu yaradılıb. Bu, başlanmış bir prosesdir, amma hazırda bu barədə sizə məlumat vermək səlahiyyətinə malik deyiləm”, - Akopyan jurnalistlərə bildirib.

Cabir İmanovun nəşi Əjdərbəy məscidinə aparıldı

Əməkdar artist Cabir İmanovun nəşi təşrih üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb. Sozcu.az oxu.az-a istinadla xəbər verir ki, daha sonra onun nəşi Əjdərbəy məscidinə aparılıb.

3 dost eyni səbəbdən vəfat etdi

Bəzən həyatın ən ağır ironiyası odur ki, insanları illərlə güldürən, onlara ümid və sevinc bəxş edən gülüş ustalarının öz ömrü çox qısa və kədərli olur. Azərbaycan tamaşaçısının yaddaşına dərin iz buraxmış Anar Məmmədxanov, Elçin Həmidov və Cabir İmanov da təəssüf ki, bu cür insanlardan olub. Sozcu.az modern.az-a istinadla xatırladır ki, erkən ölümü ilə bir vaxtlar güldürdükləri insanları sonda kədərləndirən gülüş ustalarımızın üçü də ürək çatışmazlığından vəfat edib. Anar Məmmədxanov 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olub. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə isə XX əsr çempionu olub. O, 23 aprel 2011-ci ildə kəskin ürək qan-damar çatışmazlığı ürəyin işemik xəstəliyi səbəbi ilə 40 yaşında vəfat edib.  Azərbaycanın əməkdar artisti  Elçin Həmidov Parni iz Baku, Planet Parni iz Baku KVN klublarında və Məhəllə film seriyasında canlandırdığı Məzi personajı ilə populyarlıq qazanıb. Sənətçi 2011-ci ilin 4 martında ürək tutmasından ölüb. Həmin vaxt teatrda "Hərənin öz ulduzu" tamaşasının orkestrlə məşqi idi. Sənətçinin işə gəlmədiyini görən dostları narahat olub onun evinə gedirlər. İçəridən heç bir cavabın gəlmədiyini görən dostları, bir müddət sonra  Fövqaladə Hallar Nazirliyinin işçilərinin köməyilə evə girərkən, onun ölü halda olduğunu görürlər. Sənətçi 5 mart 2011-ci ildə Xırdalan qəbiristanlığında dəfn edilib. Elçin Həmidov vəfat edərkən 53 yaşında olub.  Cabir İmanov isə 1992-2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub. 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və 2000-ci ildə KVN "Əsrin Çempionu" olub. 2001-ci ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyorudur. 14 sentyabr 2015-ci il tarixdə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb. 16 oktyabr 2021-ci il tarixdə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub. O, "Məhəllə" filmində ("Eliş"), "Ağanatiq", "Tam məxfi", "Məşədi İbad-94", "Ölülər XXI əsr" kimi filmlərdə rol alıb.   Cabir İmanov bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım briadası çağırılsa da, 49 yaşlı aktyor vəfat edib. Baş vermiş hadisə idman zalının kameraları vasitəsilə anbaan lentə alınıb. Məlum olub ki, Əməkdar artist məşq zalında müvazinətini itirərək yıxılıb. Onun yaxınlığındakı şəxslər dərhal kömək etməyə çalışaraq ürək masajı ediblər. C.İmanovun ürək fəaliyyətini bərpa etmək üçün ona elektroşok da tətbiq edilib. Lakin bu prosesin 20 dəqiqə davam etməsinə baxmayaraq, 49 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb.

Yağış yağacaq, leysan olacaq - Növbəti 3 gün üçün XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında sentyabrın 30-u axşamdan oktyabrın 1-i gündüzədək arabir yağış yağacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur. pizza sifarişi Azərbaycanın rayonlarında sentyabrın 30-u axşamdan başlayaraq oktyabrın 2-si axşamadək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Yağıntılı hava şəraiti ilə ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Bölgələrdə leysan olacaq - HAVA PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək. Sozcu.az xəbər verir ki, havanın temperaturu gecə 15-17, gündüz 18-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şərq rayonlarında, axşamdan isə əksər rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.  Havanın temperaturu gecə 12-16, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti olacaq.

Tramp icazə verdi: Rusiya ağır raketlərlə vurulacaq

ABŞ prezidenti Donald Tramp Ukraynanın Rusiyanın dərinliklərinə Amerika silahları ilə zərbə endirməsinə qarşı çıxmır. Sozcu.az xəbər verir ki, bunu Trampın xüsusi nümayəndəsi Kit Kelloq "Fox News" telekanalına açıqlamasında bildirib. Kelloqun sözlərinə görə, prezidentin, vitse-prezident Ceyms Vensin və dövlət katibi Marko Rubionun açıqlamalarını nəzərə alsaq, Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli zərbələr endirməsinə Tramp administrasiyasının razılıq verdiyini demək olar. O qeyd edib ki, ABŞ-ın Kiyevə “Tomahawk” tipli raketlərin verilməsi ilə bağlı qərar hələ qəbul edilməyib. “Bu məsələ ilə bağlı yekun qərar yoxdur”, - deyə Trampın nümayəndəsi qeyd edib. Xatırladaq ki, bundan əvvəl Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdə Kiyevin uzaqmənzilli Amerika silahlarından istifadə etməsinə qoyulan məhdudiyyətlərin götürülə biləcəyini istisna etməyib. Lakin ABŞ lideri hələlik bu istiqamətdə birbaşa öhdəlik götürməkdən yayınmayıb.

Minik maşını ağaca çırpılı - Şəhidin qardaşı xəsarət aldı

Samuxda minik maşını ağaca çırpılıb. Sozcu.az-a məlumatına görə, hadisə rayonun Seyidlər kəndinin yaxınlığında qeydə alınıb. Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə minik maşını yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü 1997-ci il təvəllüdlü O.Şəfiyev və 2003-cü il təvəllüdlü M.Musayeva xəsarət alaraq xəstəxanaya yerləşdriliblər, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir. Məlumta görə, qəzada xəsarət alan O.Şəfiyev Vətən mühirəbəsi şəhidi Daşqın Şəfiyevin qardaşıdır. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.Faktla bağlı araşdırma aparılır.

Bu tarixdən metroda gediş haqqı 60 qəpik olacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları və metroda sərnişindaşıma üzrə yeni tariflər müəyyən edib. Sozcu.az bu barədə nazirliyə istinadən xəbər verir. Qurum bəyan edib ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq ictimai nəqliyyat sahəsində tədbirlər mərhələli şəkildə icra edilir. Dövlət Proqramı çərçivəsində infrastrukturun yenilənməsi, yeni metro stansiyalarının inşası, yeni vaqonların və elektrik mühərrikli avtobusların alınması, vaqonlara və avtobuslara xidmət göstərən qaraj, depo, enerji təminatı və elektrik doldurma infrastrukturunun inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülür. Metro Dövlət Proqramı çərçivəsində paytaxt metropoliteninin də genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Hazırda 10 yeni stansiyanın layihələndirilməsi işləri yekunlaşmaq üzrədir. Müvafiq plana əsasən, bu stansiyaların tikintisinin nəzərdə tutulmuş müddətdə tamamlanaraq istifadəyə verilməsi hədəflənib. Bir yeni stansiyanın isə 2026-cı ildə sərnişinlərin istifadəsinə təqdim olunması planlaşdırılır. Metronun vaqon parkının yenilənməsi istiqamətində də ardıcıl tədbirlər görülür. Son dövrdə 65 yeni vaqon alınıb, onlardan 35-i artıq xəttə buraxılıb. Qalan 30 vaqonun cari il ərzində sərnişinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. 2030-cu ilə qədər isə əlavə 299 yeni nəsil vaqonun alınaraq metropoliten xətlərinə buraxılması planlaşdırılır. Qərar İctimai nəqliyyatda daha keyfiyyətli xidmətin göstərilməsinə zərurət yarandığı bir dövrdə sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və dövlət proqramında qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə tariflərin tənzimlənməsi ilə bağlı müvafiq qərar qəbul edildi və yeni tariflər təsdiqlənib: - Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik; Bu tariflər oktyabrın 1-dən qüvvəyə minəcək.

Azərbaycanda avtobuslarda gediş haqqı artırıldı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları sərnişindaşıma üzrə yeni tariflər müəyyən edib. Sozcu.az bu barədə nazirliyə istinadən xəbər verir. Qurum bəyan edib ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq ictimai nəqliyyat sahəsində tədbirlər mərhələli şəkildə icra edilir. İctimai nəqliyyat xidmətlərinin keyfiyyətinin davamlı olaraq yüksək səviyyədə saxlanılması və avtobus parkının yenilənməsi üçün dayanıqlı maliyyələşdirmə mexanizmini formalaşdırmaq məqsədilə bu günlərdə dövlət başçısı tərəfindən Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalandı ki, bu da avtobus parkının yenilənməsi və keyfiyyətli sərnişindaşıma xidmətinin göstərilməsini sürətləndirəcək. Hazırda özəl nəqliyyat şirkətlərinin ekoloji cəhətdən təmiz texnologiyalardan, yəni elektrik enerjisi və ya sıxılmış təbii qazdan istifadə edən müasir avtobusları ölkəyə gətirməsi davam etdirilir. Dövlət proqramına uyğun olaraq həm Bakı, həm də ölkənin müxtəlif regionları yeni avtobuslarla təchiz olunur. Gəncə şəhərində bütövlükdə avtobus parkının yenilənməsi həyata keçirilib. Bu günlərdə açılışı olan yeni avtobus deposunda şəhərin marşrut şəbəkəsində istifadə edilən 244 müasir və komfortlu nəqliyyat vasitəsi mövcuddur. 2025-ci ilin sonunadək isə bu say 280-ə çatdırılacaq. 2025-ci il ərzində paytaxtda 100-ə yaxın ekoloji təmiz avtobus daşımalara cəlb olunub, ilin sonuna qədər isə bu rəqəm 400-ə çatdırılacaq. Yenilənmə prosesi Sumqayıt şəhəri və Abşeron rayonu ərazisini də əhatə edib - 85 müasir avtobus sərnişinlərin istifadəsinə verilib. Həmçinin ilin sonuna kimi Naxçıvana 60 elektrik mühərrikli avtobus gətiriləcək. Bu proses işğaldan azad olunmuş ərazilərdə də aparılır. "Böyük Qayıdış" planına uyğun olaraq, ilk növbədə Laçın, Xankəndi, Cəbrayıl və Ağdam şəhərlərinin elektrikli nəqliyyat vasitələri ilə təmin olunması nəzərdə tutulub. Artıq bu nəqliyyat vasitələri ölkəyə gətirilməkdədir və onlar üçün xüsusi depo da hazırlanır. Ümumilikdə, aparılan işlər çərçivəsində işğaldan azad olunmuş ərazilərdə şəhərdaxili və rayondaxili marşrutlarda 2026-ci ilin sonunadək 143, şəhərlərarası (rayonlararası) daşımalar üçün isə 19 elektrikli avtobusun istismara verilməsi nəzərdə tutulur. İctimai nəqliyyatda daha keyfiyyətli xidmətin göstərilməsinə zərurət yarandığı bir dövrdə sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və dövlət proqramında qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə tariflərin tənzimlənməsi ilə bağlı müvafiq qərar qəbul edildi və yeni tariflər təsdiqlənib: - Müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) 60 qəpik; Bu tariflər oktyabrın 1-dən qüvvəyə minəcək. Yeni tariflər Bakı şəhərinin inzibati ərazisi daxilində şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında gediş haqları yalnız nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən, habelə elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən avtobuslara şamil ediləcək. Bu dəyişiklik ilkin mərhələdə paytaxtın sözügedən tələblərə cavab verən mövcud marşrut şəbəkəsinin təxminən 30%-ni əhatə edəcək. Tələblərə cavab verməyən marşrutlarda isə qiymət dəyişikliyi tətbiq olunmayacaq. Eyni zamanda tarif dəyişikliyi Bakı-Sumqayıt, Bakı-Abşeron, Sumqayıt-Abşeron arasında və digər şəhər və rayonlarda fəaliyyət göstərən müntəzəm avtobus marşrutlarında da tətbiq olunacaq. Bu dəyişiklik gediş haqları yalnız nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən, elektrik, CNG və ya 1 yanvar 2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə işləyən avtobuslara şamil ediləcək. Tarif dəyişikliyi daşıyıcıların maliyyə dayanıqlığının artmasına, avtobus parkının yenilənməsinin sürətlənməsinə (növbəti illər ərzində hər il təxminən 400 ədəd yeni avtobusun alınması və daşımalara cəlb edilməsi gözlənilir), əhali üçün ödəniş rahatlığının təmin edilməsinə, ekoloji təmiz avtobusların istifadəsinin təşviqinə və sərnişindaşımada şəffaflığının artmasına müsbət təsir göstərəcək. Əlavə olaraq, daşıyıcıların nağdsız ödəniş sistemlərinə keçid etməsi stimullaşdırılacaq və bunun bazasında sərnişindaşımada diferensial tariflərin tətbiq edilməsi üçün texniki imkanların formalaşdırılmasına şərait yaradılacaq.

Ukraynadan uğurlu əməliyyat - Rus qoşunları mühasirəyə düşdü

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski rus bölmələrinin mühasirəyə alındığını bildirib. Sozcu.az xəbər verir ki, o, bu barədə öz Teleqram kanalında bildirib. "Qoşunlarımızın dəqiq planlaşdırılmış və cəsarətli hərəkətləri sayəsində düşmənin bəzi bölmələri mühasirəyə alınıb", - Sırski vurğulayıb. Onun sözlərinə görə, əƏks-hücum əməliyyatı zamanı indiyədək azad edilmiş ərazilərin sahəsi təqribən 175 kvadrat kilometr təşkil edir: "Bundan əlavə, təxminən 195 kvadrat kilometr ərazi təxribat qruplarından təmizlənib". Sırski əlavə təfərrüatları açıqlamayıb.

Sumqayıtda avtobus tamamilə yandı

Sumqayıt şəhərində avtobus yanıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrarayon ərazisində baş verib. Belə ki, ərazidə hərəkətdə olan 2 nömrəli avtobus alışaraq yanıb. Yanğın nəticəsində avtobus tamamilə yararsız vəziyyətə düşüb.

Monqolustandan Azərbaycana gətirilən ətdə təhlükə: “Aİ ümumiyyətlə öz ərazisinə buraxmır”

“Keçən il Azərbaycana Monqolustandan 391 ton qoyun əti gətirilib. Bu ilin rəqəmləri daha da çox ola bilər, çünki orda ətin kilosu cəmi 5–6 manata alınır”. Sozcu.az xəbər verir ki, bu sözləri öz “Facebook” səhifəsində jurnalist Orxan Atabəy yazıb. O bildirib ki, bu ölkədən gətirilən ətlər insan səhhəti üçün təhlükəli ola bilər:  “Monqolların çoxu Tibet buddizminə inansa da, qədim tengrizm adətlərini qoruyublar. Onlara görə torpağı, çayı çirkləndirmək günahdır. Buna görə heyvanı öldürəndə qarınlarından kiçik dəlik açıb əllə ürəyi damardan ayırırlar. Həm də düşünürlər ki, heyvan bu ölümlə əziyyət çəkmir. Qan torpağa düşmədən əzələlərin içində qalır. Bu problemlidir, çünki qan viruslar, bakteriya və mikroblar üçün ən yaxşı qida mühitidir. Özləri üçün problem deyil, dərhal parçalayaraq uzun-uzadı qaynadıb yeməyi xoşlayırlar. Beləliklə, qan onların menyusunda suda laxtalanıb itir. Bizim üçün isə kəsirlər anbarda toplayırlar, qablaşdırırlar və uzun zaman keçir, sonra həftələrlə yol gəlir və kababxanalara, topdan satış məntəqələrinə paylanır. Hansısa həftələr, aylar içində satılır. Bildiyiniz kimi, manqalda qısa bişirmə ilə bütün parazit və mikroblar ölmür. Baş verə biləcək xəstəlik növləri üçün gərək ayrı bir status yazım”. Orxan Atabəy qeyd edib ki, ölkə 1,5 milyon dollar dəyərində Monqolustan əti gətirilib: “Mən araşdırdım: Avropa İttifaqı belə əti ümumiyyətlə ərazisinə buraxmır, çünki standartlara cavab vermir. Yalnız çox məhdud miqdarda, ciddi sertifikat və laborator yoxlamalardan sonra qəbul edirlər. Ona görə də idxal etmək heç kimə sərf etmir. Keçən il Monqolustandan Avropaya cəmi 20 min dollar dəyərində hissələr (əsasən quyruq) aparılıb. Balaca Azərbaycanımıza isə eyni ildə 1,5 milyon dollar dəyərində Monqolustan əti gətirilib”.

Azərbaycan üzərindən Gürcüstana 50 milyonluq heroin keçirən iranlı həbs olundu

İrandan Azərbaycan ərazisi vasitəsilə Gürcüstana 200 kiloqram heroin keçirməyə cəhd edən əcnəbi barəsində Tbilisi Şəhər Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Sozcu.az xəbər verir ki, məhkəmə Gürcüstan Baş Prokurorluğunun vəsatətini təmin edib. İran vətəndaşı olan təqsirləndirilən şəxsin vəkili mətbuata açıqlamasında bildirib ki, müvəkkili özünü təqsirli bilmir. Onun sözlərinə görə, nə yük maşını, nə də narkotik vasitələr həmin şəxsə məxsus olub. İlkin istintaq zamanı müəyyən edilib ki, heroin Bolqarıstana ixrac üçün nəzərdə tutulub. Xatırladaq ki, külli miqdarda narkotik Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində saxlanılan, balıq yemi ilə yüklənmiş yük maşınına baxış zamanı aşkarlanıb. Narkotik vasitə 8 kisədə gizlədilmiş formada tapılıb. Müsadirə edilmiş heroinin “qara bazar” qiyməti 50 milyon ABŞ dollarından çoxdur. /qafqazinfo.az/

Çində sabiq nazir edam cəzasına məhkum edildi

Çinin keçmiş kənd təsərrüfatı naziri Tan Jentszyan rüşvətxorluğa görə iki il möhlət verilməklə edam cəzasına məhkum edilib. Sozcu.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. Qərar Çinin şimal-şərqindəki Jilin əyalətinin Çançun şəhərinin Xalq Məhkəməsi tərəfindən verilib.  Tan ömürlük siyasi hüquqlardan məhrum edilib. Onun bütün şəxsi əmlakı, eləcə də hər hansı qanunsuz gəliri dövlət tərəfindən müsadirə olunacaq. Müəyyən edilib ki, sabiq nazir 2007-2024-cü illərdə həm mərkəzi, həm də yerli səviyyələrdə müxtəlif vəzifələrdə çalışaraq, təşkilatlara və şəxslərə biznes əməliyyatları, müqavilələr, kadr siyasəti kimi məsələlərdə köməklik göstərmək müqabilində rüşvət alıb. Rüşvətlərin ümumi məbləği 268 milyon yuanı (təxminən 38 milyon dollar) ötüb./Oxu.az

Ukrayna Rusiyanın bu İES-ni darmadağın etdi

Ukrayna ordusu Belqorod İES-ə zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, bu İES Rusiya hərbi sənaye kompleksinə aid müəssisələri enerjilə təmin edirdi.

MİT Suriyada İŞİD-ə qarşı əməliyyat keçirdi

Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) Suriyanın İdlib vilayətinin Atme şəhərində İŞİD terrorçularına qarşı əməliyyat keçirib. Sozcu.az Türkiyə mediasına istinadən xəbər verir ki, İŞİD üzvü olan 14 nəfərlik qrup Türkiyə vətəndaşı Binəli Aslanı öldürüb, ona məxsus avtomobili ələ keçirib və Suriyaya qaçıblar. Daha sonra əməliyyat-axtarış tədbirləri nəticəsində həmin qrupun Suriyada yaşadığı ünvan müəyyən edilib. Suriya Daxili Təhlükəsizlik Xidməti ilə birgə baş tutan əməliyyat zamanı silahlı müqavimət göstərən qruplaşma üzvlərindən 8-i zərərsizləşdirib, 6-sı sağ ələ keçirilib. Sağ qalan şəxslər Türkiyəyə təhvil verilib.

"ChatGPT" istifadəçilərinə pis xəbər...

"OpenAI" şirkəti "ChatGPT"də reklam yerləşdirməyə hazırlaşır. Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, şirkət "ChatGPT"də reklam formatlarının tətbiqi imkanları da daxil olmaqla, strategiyasında əhəmiyyətli dəyişikliklər olacağını elan edib. Şirkətin tətbiqlər üzrə yeni direktoru Fici Simo pul qazanma ilə bağlı departamentə rəhbərlik edə biləcək yüksək səviyyəli menecer axtarışına başlayıb. Bu mütəxəssis abunə xidmətlərinin inkişafı və "ChatGPT" də daxil olmaqla, "OpenAI" məhsulları üçün reklam vasitələrinin yaradılmasına cavabdeh olacaq. Fici Simo texnologiya dünyasında tanınmış simadır. O, əvvəllər Feysbukun inkişafına nəzarət edib və "Meta"nın reklam modelinin genişləndirilməsində əsas rol oynayıb. İndi "OpenAI" onun bu təcrübəsini süni intellekt sahəsinə tətbiq etməyi planlaşdırır. İnsayderlərin sözlərinə görə, yeni menecer Sem Altmana yox, birbaşa Simoya hesabat verəcək. Qeyd edək ki, hazırda "OpenAI" "ChatGPT Plus" abunəliklərindən və korporativ həllərdən gəlir əldə edir.

“Kasıbçılıq, atasızlıq nədir, hamısını gördük”

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu musiqiçi qardaşı Nicat Məhəmmədoğlu ilə birlikdə çəkilən fotosunu sosial şəbəkədə paylaşaraq izləyicilərinə duyğusal mesaj ünvanlayıb. Sozcu.az xəbər verir ki, paylaşımında kasıblıq, yoxsulluq və atasızlıqla keçən çətin həyat yollarından bəhs edən sənətçi bu sözləri yazıb: “Kasıbçılıq, yoxluq, atasızlıq nədir, hamısını gördük iki qardaş. Əzizlərim, sizə bir söz deyim. Çətin günlərdən qorxmayın. Hər qaranlıq gecənin işıqlı səhəri var. Biz hər günümüzə şükür etdik".

Medina 100-ə çatdı

Misli Premyer Liqasının VI turu Kevin Medina üçün əlamətdar olub. Sozcu.az PFL-in saytına istinadən xəbər verir ki, “Qarabağ”ın kolumbiyalı müdafiəçisi Azərbaycan çempionatında 100-cü oyununu keçirib. Onun yubileyi “Qəbələ” ilə ev matçına (2:0) təsadüf edib. Cənubi amerikalı start heyətində çıxdığı qarşılaşmada 90 dəqiqə meydanda olub. 32 yaşlı orta xətt oyunçusu Premyer Liqada yalnız “Qarabağ” formasını geyinib. O, 2020/21 mövsümündə debüt etdiyi çempionatda 2 qola imza atıb. Qeyd edək ki, Medina Azərbaycan çempionatlarının yüksək dəstəsində 100 və daha çox oyun keçirən 443-cü futbolçudur. 

Fərid Əsgərov generalı işdən çıxardı

Azərbaycan Dövlət Mühafizə Xidmətində kadr dəyişikliyi olub. Sozcu.az Unikal.az-a istinadən xəbər verir ki, general Rauf Əbdürrəhmanov tutduğu vəzifədən azad olunub. Bununla bağlı xidmətin rəisi Fərid Əsgərov əmr imzalayıb. 

Abşeronda yeniyetmələr arasında bıçaqlanma olub

Abşeronda yeniyetmələr arasında münaqişə bıçaqlanma ilə nəticələnib. Sozcu.az xəbər verir ki, hadisə Hökməli qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, qəsəbə sakini, 18 yaşlı H.Cəfərov müxtəlif bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Polis hadisə ilə bağlı aparılan araşdırmalarla müəyyən edib ki, cinayəti onun həmyerlisi, 19 yaşlı Nadim Alxasov tərəfindən törədib. O saxlanılıb. Fakt üzrə araşdırmalar davam etdirilir.

BMT İrana qarşı sanksiyaları bərpa etdi

BMT İrana qarşı sanksiyaları bərpa edib. Sozcu.az bu barədə "Kommersant" nəşrinə istinadla xəbər verir. Məhdudiyyətlərə, digər məsələlərlə yanaşı, İranın xarici aktivlərinin dondurulması, istənilən nüvə texnologiyasının istehsalına qadağa qoyulması və silah embarqosunun bərpası daxildir. Qeyd edək ki, sanksiyaların bərpası mexanizmi bir ay əvvəl Böyük Britaniya, Almaniya və Fransa tərəfindən işə salınıb. Ölkələr Tehranı İranın nüvə proqramını tənzimləyən 2015-ci il Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində öz öhdəliklərinə israrlı şəkildə əməl etməməkdə ittiham ediblər.

Putin başqa cəbhə açacaq - Zelenski

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibə bitməmiş yeni bir cəbhə açmağı planlaşdırır. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladmir Zelenski brifinqdə çıxış edərkən deyib. “Kreml Avropanın reaksiyasını PUA təxribatları ilə yoxlayır. Çünki Kiyevə olan dəstəyi zəiflətməyə çalışır. Rusiya hərəkətləri gözlənilməz olmayıb. Artıq Putinin yeni müharibəyə hazırlaşdığı barədə xəbərdarlıqlar edilmişdi. Mən düşünürdüm ki, bu daha tez baş verəcək və bu barədə danışmışam. Sual yaranır ki, Putin Ukraynada müharibənin bitməsini gözləməyəcəkmi? O başqa cəbhə açacaq. Ukrayna artıq bir neçə ölkə ilə məsləhətləşmələr aparıb. Lakin hansı ölkələrlə olduğunu açıqlamayacağıq. Dron əleyhinə əməliyyatlar ilə bağlı mütəxəssislər birgə qrup yaradacaq və bəzi ölkələrin nümayəndələri təlim üçün Ukraynaya gələcəklər”, - deyə Zelenski bildirib.

Bir neçə dəfə atəş açdılar, xəbərdarlıqdan sonra... - Zelenski

Ukraynaya qarşı Rusiya tərəfindən başlanmış genişmiqyaslı işğalın əvvəlində bir neçə atəş Dnestryanı tərəfindən açılıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib. Onun sözlərinə görə, özünü “müstəqil” elan etmiş Dnestryanı bölgəyə rəhbərlik edən şəxslər Ukraynadan qorxduqları üçün sakit davranırlar: “Çünki müharibənin əvvəlində bizdən xəbərdarlıqlar aldılar. Həmin ərazidən bir neçə atəş açıldı. Biz onlara yaxşı bir xəbərdarlıq etdik, şəxsən mənim tərəfimdən və buna görə də indi orada sakitdirlər”. Eyni zamanda Zelenski xəbərdarlıq edib ki, əgər sabah Moldovada keçiriləcək seçkilərdə prorusiya qüvvələri qalib gəlsələr, Dnestryanı hakimiyyəti yenidən “səs-küylü” ola bilər.