Sabah bütün sosial müavinətlər ödəniləcək

İyulun 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Temperatur enəcək, leysan yağış yağacaq - Sabahın havası

Azərbaycanda iyulun 25-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az çiskin olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-27, gündüz 34-39 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 50-55 % təşkil edəcək. Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhərdən bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 22-26 dərəcə isti olacaq.

Rusiyada qəzaya uğrayan təyyarədəki 49 nəfərin hamısı ölüb – Yenilənib

Amur vilayətində qəzaya uğrayan “An-24” təyyarəsi zərbə zamanı yanıb və təyyarəsinin bütün sərnişinləri, həmçinin ekipaj üzvləri həlak olub. Sozcu.az TASS-a istinadla xəbər verir ki, bu barədə Mülki Müdafiə və Yanğın Təhlükəsizliyi Mərkəzinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, yanan təyyarənin qalıqları “Mi-8” helikopterinin ekipajı tərəfindən Tında şəhərindən 16 km aralıda, Kuvıqta kəndi istiqamətində, dağın yamacında aşkar edilib. Təyyarə qəzasının baş verməsinə səbəb kimi zəif görmə şəraitində eniş zamanı ekipajın səhvi göstərilib. ***10:56  Amur vilayətində An-24 sərnişin təyyarəsinin qəzaya uğradığı yer tapılıb. Sozcu.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib. “Axtarış tədbirləri zamanı Federal Hava Nəqliyyatı Agentliyinin Mi-8 helikopteri yanan təyyarənin gövdəsini aşkar edib. Xilasedicilər hadisə yerinə getməyə davam edir”, - məlumatda deyilir. ***10:25 Rusiyanın Amur vilayətində “An-24” sərnişin təyyarəsi ilə əlaqə kəsilib. Sozcu.az xəbər verir ki, bu barədə TASS agentliyi mənbəyə istinadla məlumat yayıb. Məlumata görə, “Anqara” aviaşirkətinin “An-24” təyyarəsi Tında hava limanından bir neçə kilometr aralıda radardan itib. Amur vilayətinin qubernatoru Vasili Orlov bildirib ki, təyyarədə 43 sərnişin, o cümlədən 5 uşaq və 6 ekipaj üzvü var. “Blaqoveşenskdən Tındaya uçan “An-24” sərnişin təyyarəsi bu gün radarlardan itib. İlkin məlumatlara görə, göyərtədə 43 sərnişin (o cümlədən 5 uşaq) və 6 ekipaj üzvü olub. Təyyarənin axtarışı üçün bütün lazımi qüvvə və vasitələr cəlb olunub”, - qubernator “Telegram” kanalında yazıb. Rusiya Fövqəladə Hallar Nazirliyi də Amur vilayətində “An-24” sərnişin təyyarəsi ilə əlaqənin kəsildiyini təsdiqləyib. Təyyarənin axtarışı üçün xilasedicilər göndərilib. Pilotlar havada problem olduğuna dair heç bir siqnal verməyiblər.

Rusiyanın Ermənistana hücumu kəskinləşdi: Qaz nəqli dayandı

Rusiyadan Ermənistana təbii qazın nəqli müvəqqəti olaraq dayandırılıb. Sozcu.az xəbər verir ki, bu barədə “Qazprom Ermənistan”ın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təbii qazın nəqli 60 saat müddətinə, yerli vaxtla iyulun 24-ü saat 07:00-dan iyulun 26-sı saat 19:00-dək dayandırılacaq. Qaz nəqlinin dayandırılmasına “Şimali Qafqaz - Zaqafqaziya” magistral qaz kəmərinin Gürcüstan ərazisindən keçən “Qazax-Sağuramo” hissəsində aparılan təmir işləri səbəb olub. Şirkət vurğulayıb ki, istehlakçılar qaz təchizatında fasilə hiss etməyəcəklər. Tələbat daxili ehtiyatlar və İrandan əlavə tədarüklər hesabına təmin ediləcək.

Bakıda 161 ev sökülür: KONPENSASİYA yoxdur

“Əslində qanun ikitərəflidir. Qanunvericiliyə görə, hər bir vətəndaşın yaşadığı yer toxunulmaz sayılır. Sadəcə vətəndaşlar vaxtilə məlumatsız olub. Görüblər ki, başqaları tikir, onlar da başlayıblar tikməyə. Yəni qanundan xəbərdar olmadıqlarına yaxud vaxtilə belə bir qanun olmadığına görə, bu məsələyə laqeyd yanaşıb. Buna baxmayaraq, hansısa vətəndaş hər hansı bir yerdə uzun müddət məskunlaşırsa, məskunlaşma məsələsi digər qanunlara istinadən tənzimlənir. Amma ən üst qanun odur ki, sən qanunsuz əmlak tikmisən və tikintinin aparıldığı yer qadağan olunmuş ərazidir”. Sozcu.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.  Bildirək ki, Nərimanov-Böyükşor və Bakı sərnişin dəmiryolu xətlərinin mühafizə zolağında qanunsuz tikilən evlər sökülür. Hazırda ərazidə 161 qeyri qanuni tikilmiş ev var. Burada ümumilikdə 156 ailə, 543 nəfər yaşayır. Araşdırma göstərir ki, yaşayan şəxslər Azərbaycanın 40 şəhər və rayonunu təmsil edirlər. Onlardan yalnız 12-si keçmiş məcburi köçkün ailəsidir. Dördpendirli pizza Durumu şərh edən ekspert bildirib ki, qanunvericiliyə əsasən, dəmiryolu xətlərinə 60 metrdən yaxın hər hansı bir tikintinin aparılması yolverilməzdir: “Dəmiryolu xətlərinə 60 metrdən yaxın hər hansı bir tikintinin aparılması yolverilməzdir. Yalnız dəmiryolu xətti ilə əlaqədar olan və qanunla tənzimlənən tikililərin inşa olunmasına yol verilir. Sırf buna görə də, gələcəkdə vətəndaşlar hər hansı bir iddia irəli sürməsinlər deyə, çox güman ki, iddianı həmin dövlət təşkilatının özü qaldırıb.  Ona görə də, təhlükə zonasından həmin evlərin sökülməsi ilə bağlı hökumət tərəfindən işlər aparır. Evlərin qanunsuz tikili olmasına görə də sakinlərə təzminat verilmir. Zamanla bələdiyyələrə Nazirlər Kabineti tərəfindən müəyyən sahələr ayrılmışdı. Bələdiyyələr bu torpaqları satdıqdan sonra, başladılar onlara aid olmayan digər ərazilərin də satışına”.  Ekspert vurğulayıb ki, Azərbaycan Respublikasının Tikinti və Şəhərsalma qanunvericiliyə uyğun olaraq, hər 5 ildən bir respublikada olan ərazilərin planlaması aparılmalıdır: “Azərbaycan Respublikasının Tikinti və Şəhərsalma qanunvericiliyə uyğun olaraq, hər 5 ildən bir respublikada olan ərazilərin planlaması aparılmalıdır. Təəssüflər olsun ki, bunu heç kim etməyib. Bu o deməkdir ki, yerli icra qurumları öz ərazilərində olan yeni salınan yaxud salınacaq yaşayış massivləri ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət etməlidirlər. Bu kimi boşluq isə Azərbaycanın bütün rayonlarında var.  Torpaq təyinatlarının dəyişdirilməsi ilə bağlı keçən il ölkə başçısı tərəfindən fərman verildi. Bu fərmanla vətəndaşlar istifadəsi uyğun olmayan torpaqların təyinatını dəyişə bilərlər. Amma qanunla vətəndaş kənd təsərrüfatı zonasında yaxud sənaye zonasında inşa olunmuş əmlakın yerləşdiyi torpağın təyinatının dəyişdirilməsi ilə bağlı müvafiq quruma (Əmlak Məsələləri Dövlət Xidməti) müraciət edir. Amma ərazinin planlaması düzgün olmadığına görə vətəndaşa mənfi cavab gəlir. Yəni qanun var, tənzimləyici mexanizm var, amma vətəndaş fərdi müraciət etdikdə ona mənfi cavab verilir. Bu icra hakimiyyətinin işidir. Geci-tezi qanunsuz tikililər leqallaşmalıdır. Amma leqallaşdırılacaq o ərazilər ki, orada ziddiyət yoxdur. Yəni kommunikasiya xətlərinin üzərində deyil, dəmiryolu xətlərinə 60 metrdən yaxın deyil və s”.

Dövlət xadimləri adından növbəti saxta açıqlamalar

Bəzi sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının bir sıra dövlət xadimləri adından “deep fake” texnologiyası ilə hazırlanmış, reallığı əks etdirməyən açıqlamalar yayılıb. Bu barədə Sozcu.az-a MEDİA-dan məlumat verilib. Qeyd olunub ki, müəyyən dairələr tərəfindən süni intellektin köməyi ilə hazırlanan və informasiya mühitində yayılan silsilə xarakterli saxta videogörüntülər ictimai rəyi çaşdırmağa yönələn kobud manipulyasiya nümunəsidir. Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə etməyə çağırırıq. Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, “deep fake” texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik.

Füzulidə açıq ərazi yanır - Helikopter cəlb olundu

Füzuli rayonu Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə açıq sahədə yanğın baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatla əlaqədar əraziyə FHN-in Aviasiya dəstəsinin helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Dəniz daha bir can aldı

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə 1 nəfər batıb. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Gəncədə bir nəfər şəhərin mərkəzində güllələndi

Gəncədə güllələnmə hadisəsi baş verib. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzi küçələrindən birində qeydə alınıb. Orta yaşlı kişi aldığı güllə yarası ilə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər, araşdırma aparılır.

Leysan olacaq - Meteoroloqlardan 3 günlük XƏBƏRDARLIQ

İyulun 24-də gündüz əsasən Azərbaycanın şimal və qərb rayonlarında, 25-i gündüzdən 26-sı axşamadək isə ölkənin əksər yerlərində fasilələrlə yağış yağacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.  Bəzi dağ çaylarında sululuğun bir qədər artacağı ehtimal olunur.

Yanğını söndürmək üçün olan su sakinlərə 30 manata satılır

Bakının Suraxanı rayonunda yanğın söndürmək üçün nəzərdə tutulan suyun sakinlərə satıldığı iddia olunur. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə müzakirə mövzusu olub. İddiaya görə, su maşını yaşayış binasının yaxınlığında təhlükəsizlik məqsədilə quraşdırılmış yanğınsöndürmə şəbəkəsindən su götürür və həmin suyu ehtiyacı olan sakinlərə 30 manat müqabilində satır. Buna səbəb isə əraziyə uzun müddətdir, içməli suyun verilməməsi göstərilir.

Xırdalanda 4 yaşlı uşaq qızdırmadan öldü

Abşeron rayonu Xırdalan şəhərində azyaşlı vəfat edib. İyulun 22-si saat 01 radələrində 2021-ci il təvəllüdlü Aybars Kərimlinin yaşadığı Xırdalan şəhəri Heydər Əliyev prospektindəki evdə hərarəti yüksəlib. Nəticədə azyaşlı yüksək temperaturun yaratdığı fəsadlardan vəfat edib. Faktla bağlı araşdırmalar aparılır. Qafqazinfo)

Sənədsiz evlərlə bağlı yenilik: 15 gün vaxt veriləcək

"Azərbaycan Prezidenti "Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda dəyişiklikləri təsdiq edib. Dəyişikliklərə əsasən, hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası dövlət torpaq kadastrında saxlanılan məlumatlar uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılacaq". Sozcu.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, araşdırmanın nəticəsinə əsasən, təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınacaq və dövlət torpaq kadastrında müvafiq düzəlişlər ediləcək: "Yəni, əgər vətəndaş daşınmaz əmlakının qeydiyyata alınması ilə bağlı müraciət edən zaman qeydiyyata məsul olan dövlət qurumunda məlumat fərqli olarsa, o zaman 15 iş günü ərzində dəqiqləşdirmə aparılır. Məsələn, vətəndaşın sənədində torpağın təyinatı tikintiyə icazəyə imkan verirsə, amma dövlət qurumunda olan məlumat bazasında o ərazi kənd təsərrüfatı üçün yararlı torpaq kimi görsənirsə, o zaman məlumatı dəqiqləşdirmək üçün digər profil qurumlara sorğu göndəriləcək. Sorğu zamanı vətəndaşın sənədinin doğruluğu təsdiq olunarsa, həmin daşınmaz əmlak qeydiyyata alınacaq. Bütövlükdə, yeni dəyişikliklər qeydiyyatsız evlərin sənədləşməsi prosesində məlumatların dəqiqləşdirilməsinə xidmət edəcək. Bu həmçinin, mülkiyyət hüquqların tanınması və qorunması baxımdan da vacibdir".

Kəlbəcərdə zabit vəfat etdi

Azərbaycan Ordusunun zabiti vəfat edib. Sozcu.az Teleqraf.az-a istinadla xəbər verir ki, hadisə Kəlbəcər rayonunda yerləşən "N" saylı hərbi hissələrinin birində baş verib. Əslən Ağcabədi rayonundan olan leytenant Azad Ziyad oğlu Qasımov xidmət etdiyi hərbi hissədə vəfat edib. Mərhum bu gün doğulduğu rayonda dəfn olunacaq. A.Qasımov ailəli idi, bir övladı var. Faktla bağlı araşdırma aparılır.

Avtomobil qiymətlərində KƏSKİN UCUZLAŞMA – SƏBƏB

“Qiymətlərin ötən ilə nisbətən daha aşağı olması əlbəttə ki, bizi sevindirir. Ancaq burada diqqət yetirilməli məqam ondan ibarətdir ki, gətirilən hibrid avtomobillərin bir qisminin istehsalçı zəmanəti yoxdur. Onlar Avropa standartlarına uyğun gəlmir”. Bu sözləri Yenisabah.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib. O, bildirib ki, ötən ildən başlayaraq, Çindən də ölkəmizə gətirilən hibrid avtomobillərin sayı artıb: “Bizim ölkəmizə idxal olunan hibrid avtomobillər müxtəlif ölkələrdən gətirilir. Əgər əvvəllər Yaponiya, Cənubi Koreya və Avropa ölkələri üstünlük təşkil edirdisə, ötən ildən başlayaraq, Çindən də ölkəmizə gətirilən hibrid avtomobillərin sayı artıb. Çində bu növ avtomobillərə dövlət subsidiyasının olmasını nəzərə alaraq, qeyd edə bilərik ki, Çindən gətirilən avtomobillərin qiyməti bir qədər ucuzdur. Həmçinin Çindən gətirilən hibrid avtomobillərin bir qismi Avropa üçün nəzərdə tutulmayıb, Çində istismar olunmaq üçün nəzərdə tutulub. Belə avtomobillərin qiyməti də istehsalçı zəmanəti olan avtomobillərdən fərqlənir”.  pizza Ekspert vurğulayıb ki, Çindən gətirilən hibrid avtomobillərin bir qisminin istehsalçı zəmanəti yoxdur: “Qiymətlərin ötən ilə nisbətən daha aşağı olması əlbəttə ki, bizi sevindirir. Ancaq burada diqqət yetirilməli məqam ondan ibarətdir ki, gətirilən hibrid avtomobillərin bir qisminin istehsalçı zəmanəti yoxdur. Onlar Avropa standartlarına uyğun gəlmir. Yalnız Çinin daxili bazarında istismar olunmaq üçün istehsal edilib”.  Qeyd edək ki, ötən Azərbaycana idxal edilən hibrid avtomobillərin orta qiyməti 20.5 min dollar təşkil edib. 2023-cü ildə isə bu rəqəm 29.7 min dollar idi. Elektromobillərin orta qiyməti isə 7.3 min dollar ucuzlaşıb. Belə ki, 2024-cü il üzrə elektromobillərin orta qiyməti 41.3 min dollar olduğu halda, daha öncəki il 34 min dollar olub.

Vardanyanın məhkəməsində zərərçəkmişlər danışdı

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi iyulun 22-də davam etdirilib. Sozcu.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub. Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib. Ardınca təqsirləndirilən Ruben Vardanyan məhkəməyə müraciət edərək ibtidai istintaqda iştirak etmiş tərcüməçilərin qeyri-peşəkar olduğunu, bu səbəbdən onlara etiraz bildirdiyini deyib. R.Vardanyanın müdafiəçisi Avraam Berman tərcüməçilərin adlarını sadalayaraq təqsirləndirilən şəxsin etirazını müdafiə etdiyini söyləyib. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev etiraza münasibət bildirərək Ruben Vardanyan tərəfindən Cinayət-Prosessual Məcəlləsinə əsasən etiraza və ya tərcüməçinin qeyri-peşəkarlığına dair konkret halların göstərilmədiyi, o cümlədən tərcüməçinin cinayət təqibində maraqlı olmasını təsdiqləyən sübutlar təqdim edilmədiyi üçün etirazın baxılmamış saxlanılmasını xahiş edib. Məhkəmədə iştirak edən zərərçəkmiş şəxslər ittiham tərəfinin mövqeyi ilə razı olduqlarını bildiriblər. Zeynal Ağayev etiraza münasibət bildirərək deyib ki, təqsirləndirilən şəxs ibtidai istintaqda iştirak etmiş tərcüməçilərin qeyri-peşəkar olmasını vurğulasa da, məhkəməyə bu halı təsdiqləyən hər hansı dəlil təqdim etməyib və etirazını əsaslandırmayıb. Ona görə də vəsatət baxılmamış saxlanılıb. Ardınca təqsirləndirilən R.Vardanyan yenidən məhkəməyə müraciət edərək bildirib ki, müdafiəçisi ilə birgə bu il fevralın 25-də keçirilmiş məhkəmənin iclas protokolları ilə tanış olub və orada göstərilən bəzi xüsusatlarla razı deyil. Hesab edir ki, məhkəmə tərəfindən vəsatətə baxılma qaydası pozulub. Qeyd edilənlərə əsasən, məhkəmənin cinayət təqibində maraqlı olduğunu bildirərək növbəti dəfə hakimlər kollegiyasına etirazını bildirib. R.Vardanyanın müdafiəçisi Avraam Berman təqsirləndirilən şəxsin etirazını müdafiə etdiyini deyib. Dövlət ittihamçısı Fuad Musayev etiraza münasibət bildirərək qeyd edib ki, müdafiə tərəfinin məhkəmə iclas protokollarında yazıların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək hüququ var. Məhkəmə iclas protokolunda hər hansı xüsusatın qeyd edilməməsi və ya prosessual iştirakçıların vəsatətinin təmin olunmaması məhkəmə kollegiyasına etiraz üçün əsas hesab edilmir. Bu səbəbdən dövlət ittihamını müdafiə edən prokuror vəsatətin baxılmamış saxlanılmasını məhkəmədən xahiş edib. Məhkəmədə iştirak edən zərərçəkmiş şəxslər ittiham tərəfinin mövqeyi ilə razı olduqlarını bildiriblər. Zeynal Ağayev söyləyib ki, cinayət prosesində müvafiq etirazlar əsaslandırılmaqla yazılı formada edilir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən, işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olması barədə konkret və mötəbər dəlillər təqdim edilməyib, məhkəmənin obyektivliyi və qərəzsizliyinə təsir göstərən dair hallar müəyyənləşdirilməyib. Qeyd olunanlara əsasən, etiraz baxılmamış saxlanılıb. Bundan sonra Ermənistanın təcavüzkar müharibəsi və işğalçılıq siyasəti nəticəsində törədilmiş cinayət hadisələri zamanı zərər çəkənlər, habelə zərərçəkmişlərin hüquqi varisləri ifadə veriblər. Zərərçəkmiş Anar Kazımovun hüquqi varisi Eynur Kazımov qardaşının Laçın rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində həlak olduğunu bildirib. Zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınaraq dindirilmiş Valeh Səfərov ifadəsində qardaşı Gökhan Səfərovun Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində həlak olduğunu söyləyib. Zərərçəkmiş şəxslər Zamir Sadıqov və Zülfüqar Muradov ifadələrində düşmənin təxribatları nəticəsində yaralandıqlarını qeyd ediblər. Zərərçəkmiş Kənan Qədirli isə Ağdərə istiqamətində yaralı şəxsləri ərazidən çıxarmaq istəyərkən xəsarət aldığını bildirib. O, dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında hazırda dizində ağrıların qaldığını, reabilitasiyasının davam etdiyini diqqətə çatdırıb. Gündüz Qasımov ifadəsində Kəlbəcər rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan mərminin partlaması nəticəsində xəsarət aldığını deyib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandırarkən bildirib ki, həmin vaxt yanındakı şəxslərdən biri həlak olub, daha bir neçə nəfər yaralanıb. Vüsal Qurbanov ifadəsində Xocalıda Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış snayper atəşi nəticəsində yaralandığını söyləyib. O, dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabında həmin vaxt həlak olanların və yaralananların olduğunu da deyib. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş Sadiq Əhmədov ifadəsində Kəlbəcərdə Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən basdırılmış minanın partlaması nəticəsində xəsarət aldığını söyləyib. Sonradan həmin minanın piyadaəleyhinə mina olduğunu öyrənib. Sadiq Məhərrəmov ifadəsində Kəlbəcərdə düşmən tərəfindən atılmış qumbaraatan mərmisinin partlaması nəticəsində xəsarət aldığını bildirib. O, hazırda üçüncü qrup əlildir. Məhkəmənin növbəti iclası iyulun 29-na təyin edilib. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Zatulin yenə kinini qusdu: “Rusiya anladı ki, Azərbaycan tərəfdaş deyil”

Rusiya ilə Azərbaycan arasında münasibətlərin gərginləşməsi, özünün qələmə verdiyi kimi, Bakının əslində, tərəfdaş olmadığını başa düşməyə səbəb olub. Sozcu.az RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib. O qeyd edib ki, Rusiya uzun müddət Azərbaycanla strateji tərəfdaşlıq və müttəfiqlik söhbətlərindən “məst olub”. Lakin indi, onun fikrincə, Bakının artıq özünü dost dövlət kimi göstərməyə ehtiyacı yoxdur. Çünki Azərbaycan hakimiyyəti Rusiyanın Ukrayna və Qərblə qarşıdurması ilə ifrat dərəcədə məşğul olduğu fikrinə gəlib. Odur ki bu nəticəyə gəlib ki, Rusiyanın milli maraqlarına zidd olan hərəkətlərə ciddi reaksiya verə bilmir. pizza mizza Zatulin vurğulayıb ki, Azərbaycan Türkiyənin dəstəyinə arxalanaraq, Rusiya və Ermənistanla əvvəlki razılaşmalara məhəl qoymadan Cənubi Qafqazda vəziyyəti qəsdən gərginləşdirir. 

Magistraturaya qəbul üçün keçirilən müsabiqənin nəticələri elan olundu

Ali təhsilin magistratura səviyyəsinə qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub. Sozcu.az xəbər verir ki, 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələri Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirib. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə ixtisaslaşma seçimi ərizəsi səhifəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Marqarita pizza Qəbul olunanların siyahısı sabah günün ikinci yarısında “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq. Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15555 bakalavrdan 13446 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 5798 nəfər dövlət sifarişi, 7648 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 9790 nəfər ali təhsil müəssisələrinin cari, 3656 nəfər isə əvvəlki illərin məzunudur. Magistraturaya qəbul olmuş şəxslər 24 iyul – 1 avqust tarixlərində https://portal.edu.az/ platformasında qeydiyyatdan keçərək yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlərdən “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı”nı seçməlidirlər. Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər. Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı DİM tərəfindən elan olunacaq.

Azərbaycan mediası bunu hər şeydən uca tutmalıdır - Əliyev

Dünyada yeni media landşaftının bərqərar olduğu mürəkkəb rəqabət mühitində fəaliyyət göstərən milli mətbuatımızın üzərinə xüsusi məsuliyyət düşür. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Milli Mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələrinə təbrikində bildirilib. Dövlət başçısı qeyd edib ki, qlobal informasiya məkanının sürətlə transformasiya olunduğu, beynəlxalq təbliğat fəaliyyətinin ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərdiyi, süni intellektin imkanlarının genişləndiyi, hibrid təhdidlərin və “deepfake”lərin geniş vüsət aldığı müasir dövrdə bizim mediamız peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə əməl edərək, söz və məlumat azadlığından sui-istifadənin qarşısını qətiyyətlə almalı, Azərbaycanın milli maraqlarını və mənafeyini hər şeydən uca tutmalıdır.

Tramp Çində Putinlə görüşəcəkmi? - Özü açıqladı

ABŞ Prezidenti Donald Tramp Çinə potensial səfəri çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşə bilər. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp qeyd edib: “Bizim çoxlu görüşlərimiz ola bilər. Məni çoxları dəvət edib və biz yaxın gələcəkdə qərar verəcəyik”, Tramp əlavə edib. Qeyd edək ki, daha öncə Trampın Çində Si Szinpin və Vladimir Putinlə görüş ehtimalı barədə xəbərlər yayılıb.

Azərbaycanda 41 dərəcə isti olub - Faktiki HAVA

Ölkə ərazisində iyulun 22-i saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az -a verilən məlumata görə, ölkə ərazisində yağmursuz hava şəraiti müşahidə olunub, lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb. Düşən yağıntının miqdarı Ceyrançöldə 6, Gədəbəydə 2, Şəmkir və Ağstafada 1 mm-dir. İyulun 21-də şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Gəncədə 24, Ceyrançöl və Culfada 22, Şəkidə 20, Goranboyda 19, Naftalan və Mingəçevirdə 16 m/s-dək güclənib. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR-də 39, dağlıq rayonlarda 32, Aran rayonlarında isə 41 dərəcəyədək isti qeydə alınır.

Pezeşkian Azərbaycanla bağlı bu iddianı rədd etdi

Prezident Məsud Pezeşkian Azərbaycan Respublikasından İrana hava hücumu edildiyini qəbul etmir. Sozcu.az axar.az-a istinadla xəbər verir ki, bunu Təbrizin İran parlamentindəki nümayəndəsi Əlirza Novin deyib. “Prezident Məsud Pezeşkianın Təbrizə son səfəri zamanı onunla görüşümdə ölkənin şimal-qərbinin müdafiəsinin gücləndirilməsinin vacibliyini vurğuladım. Azərbaycan Respublikasından hücumların qeyri-rəsmi sübutlarına baxmayaraq, prezident bunu qəbul etmədi”, - millət vəkili bildirib. Əlirza vurğulayıb ki, Pezeşkian qarşısında Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan və Kürdüstan əyalətlərində müdafiə infrastrukturunun gücləndirilməsi barədə məsələ qaldırıb. Qeyd edək ki, Əlirza Novinin keçirdiyi bu mətbuat konfransı və Azərbaycandan İrana hücumlar barədə cəfəng iddialarından bir gün sonra Şərqi Azərbaycan əyalətinin Nümayəndələr Məclisinin iclası baş tutub və Əlirza Novin Nümyəndələr Məclisinin sədrliyindən çıxarılaraq onun yerinə Əhər və Heris şəhərlərinin millət vəkili Beytullah Abdullahi seçilib. Xatırladaq ki, 12 günlük müharibə zamanı guya İsrail PUA-larının Azərbaycandan qalxaraq, İrana zərbə endirməsi haqda bəzi iranlı ekspertlərin səsləndirdiyi iddialarla bağlı heç bir sübut təqdim edilməyib. Azərbaycan isə bu cəfəng iddiaları tamamilə rədd edib və Azərbaycan ərazisinin 3-cü ölkələrə qarşı heç vaxt istifadə edilmədiyini və edilməyəcəyini bir daha bəyan edib.

“Tüpürüm Putinin fərmanına! Ona nə DƏXLİ VAR?!” - Ayaz Salayev

“Mən 8 il Moskvada oxumuşam. Bu baxımdan, mənim münasibətim ikilidir. Məsələn, Türkiyədə olanda elə gün olmur ki, mənə desinlər ki, azərbaycanlılar bizim qardaşımızdır. 8 il ərzində Moskvada bunu mənə heç kim deməyib. Elə gün olmurdu ki, mən şovinistliklə rastalşmayım. Amma biliyi də oradan aldım. Ona görə də mənim münasibətim çox ikilidir”. Sozcu.az xəbər verir ki, bu barədə kinorejissor Ayaz Salayev TV Müsavata müsahibəsində danışıb. O, Rusiya prezidenti Vladimir Putin “Dövlət dil siyasətinin əsasları”nı təsdiq edən fərmanını kəskin şəkildə tənqid edib: “Putinin fərmanına tüpürüm. Rus dilinin qorunması bizim təşəbbüsümüz olmalıdır, onun fərmanına dəxli yoxdur. Bu bizim daxili işimizdir, özümüz bilərik. Ad çəkmək istəmirəm, bəzi rusdilli adamlardan mənim zəhləm gedir. Mən onların rəqibiyəm. Bəzən görürəm ki, mənim adımı hansısa kampaniyanın, qrupun içərisində səsləndirirlər. Müəyyən məsələlərə görə biz bir-birimizə qarşı olmuşuq. Mən onlarla bir qrup deyiləm. Mən vətənpərvər adamam, hətta bəzi şeylərdə millətçi adamam. Hazırda Azərbaycan yeni bir tarixi yol ərəfəsindədir. Mən dilçi deyiləm, kinomotoqrafçıyam. Bəzi adamlar deyir ki, rusdilli məktəbləri bağlamaq lazımdır, onlar milləti parçalayır. Hər şey vəhdətdə olmalıdır”. 

“Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi... - Foto

Azərbaycanda “Safdad” brendinə məxsus “Qarabağ” dovğası adlı məhsulunun üzərində keçmiş Dağlıq Qarbağ Muxtar Vilayətinin xəritəsinə oxşayan təsvir əks olunub. Sozcu.az Yeniavaz.com-a istinadla xəbər verir ki, Dağlıq Qarbağ Muxtar Vilayəti 1923-1991-ci illərdə Azərbaycan ərazisində mövcud olan inzibati ərazi vahidi olub. Azərbayacn Ali Sovetinin 26 noyabr 1991-ci il tarixli qərarı ilə Dağlıq Qarbağ Muxtar Vilayəti ləğv olunub. Qeyd edək ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Dağlıq Qarbağ Muxtar Vilayətinə daxil olan rayonların da yer aldığı əraziləri əhatə edən Yuxarı Qarabağ iqtisadi rayonu yaradılıb. Azərbaycan torpaqları işğaldan azad olunduqdan sonra – Prezident İlham Əliyevin 7 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanına əsasən Yuxarı Qarabağ iqtisadi rayonu ləğv olunub və Qarabağ iqtisadi rayonu yaradılıb. Məlumat üçün bildirək ki, “Safdad” brendinə məxsus “Qarabağ” dovğası adlı məhsulunun üzərində əks olunan təsvirin nə Yuxarı Qarbağ iqtisadi rayonu, nə də Qarabağ iqtisadi rayonunun xəritəsi ilə əlaqəsi yoxdur. Lakin 1991-2020-ci illərdə Qarabağdakı seperatçıların istifadə etdiyi qondarma “Artsax” respublikasının “xəritəsi” sözügedən təsvirə daha çox oxşayır. Onu da bildirək ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13.3.-cü maddəsində açıq şəkildə göstərilir ki, məhsulun üzərində istehsalçının adı göstərilməlidir. Lakin, haqqında bəhs olunan “Qarabağ” dovğası adlı məhsulun üzərində 2 şirkətin adı qeyd olunub. Bu şirkətlərin istehsalçı olub-olmadığı barədə məlumat mövcud deyil. Adları qeyd olunan şirkətlərdən biri ölkənin aparıcı ət və süd məhsulları istehsalçısı olan “Zəhmət-Ruzi” MMC, digəri isə ölkənin tanınmış distribütor şirkəti olan “Şam-Fi” MMC-dir. Daha çox “Sab” brendi ilə məhsul istehsal edən “Zəhmət-Ruzi” MMC-nin rəsmi saytında “Safdad” brendinin onlara məxsus olması ilə bağlı məlumat mövcud deyil. “Şam-Fi” MMC-nin rəsmi saytında isə “Safdad” brendinin onlara məxsus olduğu qeyd olunub. Məsələ, ilə bağlı “Zəhmət-Ruzi” MMC ilə əlaqə saxladıq. Zəngimizə cavab verən şəxs şirkətlə yalnız sayt üzərindən yazılı əlaqə saxlmağın mümkün olacağını bildirdi. “Şam-Fi” MMC ilə əlaqə saxlamaq cəhdlərimiz isə cavabsız qaldı.