Polşada Rusiyanın hava məkanını pozması müharibə başlayandan bəri Avropada baş verən ən ciddi hadisədir.
Sozcu.az xəbər verir ki, bu sözləri Avropa Birliyi diplomatiyasının rəhbəri Kaya Kallas özünün X səhifəsində yazıb.
“Əlamətlər onu göstərir ki, bu hücum qəsdən edilib, təsadüfi deyil. Rusiyanın müharibəsi bitmir, əksinə böyüyür.
Biz Moskvanın xərclərini qaldırmalı, Ukraynaya dəstəyi gücləndirməli və Avropanın müdafiəsinə sərmayə qoymalıyıq”, - Kallas qeyd edib.