Avropa Birliyi rəsmiləri sentyabrın 8-də Vaşinqtonda Rusiyaya qarşı sanksiyalarla bağlı danışıqlar aparacaq.
Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, Rusiyaya təzyiq göstərmək məqsədilə müxtəlif iqtisadi təzyiq formaları, o cümlədən yeni sanksiyalar müzakirə olunacaq. Müzakirələrə Ağ Ev, ABŞ Dövlət Departamenti və ABŞ Ticarət Nümayəndəsinin ofisinin rəsmiləri də qatılacaq.