Ukraynada vətənə xəyanət edən deputat saxlanıldı

Ukrayna hüquq-mühafizə orqanları ölkədə fəaliyyəti qadağan olunmuş “Müxalifət Platforması - Həyat Naminə” Partiyasından olan deputatı saxlayıb.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik Xidməti (UTX) məlumat yayıb.

Deputatın “vətənə xəyanət” ittihamı ilə saxlanıldığını bildirib.

Məlumata görə, saxlanılan şəxs Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən müharibənin başlamasından xeyli əvvəl işə götürülüb və Rusiya xüsusi xidmət orqanları üçün tapşırıqları aktiv şəkildə yerinə yetirib.

Bundan başqa, deputata qarşı Ukrayna Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmə artıq onun barəsində həbs-qətimkan tədbiri seçib.

Faktla bağlı ibtidai istintaq davam edir.

Share on Facebook