Sudanın Berber şəhərinin qərbində qızıl mədəni uçub.
Sozcu.az "Əl Ərəbiyə"yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Hadisə nəticəsində 6 nəfər həlak olub, 20 nəfərə yaxın insanın isə dağıntılar altında qalması ehtimal olunur.
Dağıntılar altında qalanların xilas edilməsi istiqamətində işlər davam etdirilir.
Hadisənin səbəbləri bəlli deyil.