"Rusiya qoşunlarının Baxmutda vəziyyəti kritikdir..."
"Rusiyanın Şərq qoşun qruplaşmasının və Cənub-Şərq dairəsi bölmələrinin Ukraynanın cənubunda yerləşdirilməsi onun müdafiəsinin kövrək olduğunu göstərir..."
Ukrayna Silahlı Qüvvələri (USQ) Baxmut rayonunda əhəmiyyətli taktiki uğurlar qazanıb və cəbhənin ən azı üç istiqamətində əkshücum əməliyyatlarını davam etdirib.
Sozcu.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutu (ISW) məlumat yayıb.
O cümlədən, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin yenilənən interaktiv xəritəsindən görünür ki, ukraynalı hərbçilər Baxmutdan şimala 2 km məsafədə yerləşən Yaxidnoye şəhəri rayonu istiqamətdə əhəmiyyətli dərəcədə irəliləyib.
Ukrayna Baş Qərargahı məlumat verib ki, Ukrayna qoşunları Baxmutdan şimala və cənuba doğru hücum əməliyyatları aparıb, Ukrayna Quru Qoşunları komandanı general-polkovnik Aleksandr Sırski isə məlumat verib ki, Ukrayna qüvvələri Baxmut rayonunda əvvəllər itirdikləri mövqelər üzərində nəzarəti bərpa edib.
Ukrayna Baş Qərargahı nümayəndəsi Andrey Kovalyovun sözlərinə görə, USQ həmçinin Baxmutdan cənub-qərbə doğru 7 km məsafədə yerləşən Klişşyovka yaxınlığında qismən uğur qazanıb.
Ukrayna Baş Qərargahı məlumat verib ki, Ukrayna qüvvələri Zaporojye vilayətinin qərbində və Zaporojye və Donetsk vilayətləri arasında inzibati sərhəd boyunca hücum əməliyyatlarını davam etdirir. Öz növbəsində Rusiya Müdafiə Nazirliyi və Rusiyanın digər mənbələri iddia edib ki, Ukrayna qüvvələri Xarkov-Luqansk vilayəti sərhəddi boyunca Kremennaya istiqamətində hücum əməliyyatları aparıb.
Həmçinin məlumat verilir ki, Rusiya qoşunları az qala bütün Şərq qoşun qruplaşmasını Ukraynanın cənubuna yönəldib. Rusiyanın Şərq qoşun qruplmaşmasının demək olar ki, hamısının və Cənub-Şərq dairəsinin geniş bölmələrinin Ukraynanın cənubunda cəbhə xəttində yerləşdirilməsi Rusiyanın Ukraynanın cənubunda müdafiəsinin kövrək olduğunu güman etməyə əsas verir.
Rusiyalı mənbələr iddia edir ki, Ukrayna qüvvələri Zaporojye vilayətinin qərb hissəsində yeni əkshücuma başlayıb. Bu arada isə Zaporojye AES-ə nəzarət edən rusiyalılar əvvəlkitək beynəlxalq müşahidəçilərin stansiyaya çıxışını məhdudlaşdırır.
Britaniya kəşfiyyatı da Rusiya qoşunlarının Baxmutda kritik vəziyyətindən yazıb. O cümlədən Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat idarəsinin son icmalında deyilir ki, Ukrayna qüvvələri Donetsk vilayətinin Baxmut şəhəri rayonunda uğurlu hücum əməliyyatlarını davam etdirir, rusiyalı hərbçilər isə mənəvi cəhətdən düşkündür və bu yaşayış məntəqəsini əllərində saxlamaq üçün, çətin ki, entiyyatlara malik olsun.
Qeyd edilir ki, iyun ayında sakitlikdən sonra Baxmutda son yeddi gündə "cəbhədə ən intensiv döyüşlərdən birinin baş verdiyi yerə çevrilib", bu döyüşlər zamanı Ukrayna qüvvələri şəhərdən həm şimala, həm də cənuba doğru "inamla irəliləyir".
"Rusiyalı hərbçilər, böyük ehtimalla, döyüş ruhunun aşağı olması, parçalanmış bölmələrlə Ukrayna artilleriyasını axtarıb tapmaq və məhv etmək qabiliyyətinin məhdud olmasından əziyyət çəkir", - Britaniya kəşfiyyatı qeyd edir.
İcmalda deyilir ki, Moskva, aydındır ki, Rusiya qüvvələrinin müharubənin son ili ərzində azsaylı nailiyyətlərdən birinin rəmzi çəkisi olan Baxmutu Ukrayna qüvvələrinə təhvil verməyi "siyasi cəhətdən qəbuledilməz" hesab edir.
"Lakin, böyük ehtimalla, Rusiyanın bu sektor üçün ayrılması mümkün olan bir qədər əlavə ehtiyyatı var", - britaniyalı kəşfiyyatçılar qeyd edib.