Baş separatçı Araik Ağdam yolu ilə Xankəndinə ərzaq aparmağa hazırlaşır...- "Pastİnfo"

"...Bu komanda yaxın günlərdə, sabah və ya biri gün Azərbaycan tərəfi ilə görüşə getməyə hazırlaşır. Çox güman ki, görüş Azərbaycanın Bərdə şəhərində baş tutacaq..."

Baş separatçı Araik Arutyunyan yaxın günlərdə Ağdam-Xankəndi yolu ilə Yuxarı Qarabağın haykların məskunlaşdırıldığı hissəsinə ərzaq idxal etməyə hazırlaşır. Bu prosesdə onu "səhra komandiri" Karen Matevosyanın rəhbərlik etdiyi qondarma “milis” –“xalq müdafiə dəstəsi” dəstəkləyir.

Sozcu.az xəbər verir ki, “PastInfo”-nun Xankəndindəki mənbələrinə istinadla yaydığı məlumata görə, bu qərarla razılaşmayanların hamısı 44 günlük müharibədən dərhal sonra Arutyunyanın özü tərəfindən uzaq hədəfləri olan gündəlik savaş üçün yaradılan və silahlandırılan Karen Matevosyanın rəhbərlik etdiyi qondarma “milis” üzvləri tərəfindən qorxudulur və döyülür. 

“Artıq onların vaxtı çatıb. Artıq aydın olduğu kimi, Artsax hakimiyyəti qəti addımlar atmağa hazırlaşır, ona görə də qondarma “hərbi qüvvələr” hazır vəziyyətdədir. Dünəndən etibarən Artsaxın bütün fəal xalqı öz narahatlığını ifadə edib. “Facebook”a və ya sosial şəbəkələrə istifadəçilər tərəfindən susmaqla hədələnmələri haqda silsilə mesajlar daxil olub.”Mən tabe olmamışam, məni döyüblər. Karen Matevosyan bu gün “Facebook”da canlı yayımda hər kəsə xəbərdarlıq edib ki, təhdidlər dayanmayacaq”-istifadəçilər  belə yazıb. 

Erməni nəşri yazır ki, vəziyyətdən çıxış üçün iki yol var: ya Arayik Arutyunyan dərhal istefa verməlidir, ya da Ağdam  vasitəsilə Qarabağdakı hayklara ərzaq çatdırılacaq. “Arutyunyan istefa vermək fikrində deyil, ona görə də Ağdam vasitəsilə ərzaq gətirilməsi məsələsi gündəmdədir. O, yaxın günlərdə həyata keçirilməlidir”, - deyə məlumatda bildirilir. 

“Artsaxda hökumətyönlü komanda yaradılıb və bu komanda yaxın günlərdə, sabah və ya biri gün Azərbaycan tərəfi ilə görüşə getməyə hazırlaşır. Çox güman ki, görüş Azərbaycanın Bərdə şəhərində baş tutacaq. Bütün bunların reallaşması üçün Arayik Arutyunyan sərt tədbirlərə, Artsaxda zorakılığa əl atmaq qərarına gəlib. Artsaxda onlar çox ciddi qorxurlar ki, əgər Arutyunyan ən azı bir dəfə "Ağdam vasitəsilə ərzaq idxal etməyi bacarır” desə, qalan vaxtda bu proses heç bir maneəsiz həyata keçiriləcək. Arutyunyan bu müqaviməti qıra biləcək və bundan sonra onu Paşinyanın planını həyata keçirmiş hesab etmək olar”,- deyə xəbərdə vurğulanır. 

Share on Facebook